ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   38   39   40   41   42   43   44   45   ...   157

 
Lev Tolstoy". 
 
1910-cu il noyabr ayının onunda Nazir böyük rus yazıçısının ölümünə - 
“Qraf Tolstoyun   ölümünə  aid” mənzumə yazmışdır. 
  
Lev Tolstoy, ədibi-əzəmi rus, 
Dari-dükyadan eylədi rəhmət. 
Yəni fot oldu, səd həzar, əfsus, 
Nuri-şəmsi-həqiqətü hikmət. 
 
Firudin bəy Köçərli də Abbas ağa Nazirlə məktublaşmış, onun poeziyasını 
yüksək qiymətləndirmişdir. O 1911-ci il oktyabrın onunda Abdulla Şaiqə yazdığı 
məktubunda Nazirin xoştəb bir şair, həyalı bir insan olduğunu bildirir:  
“Dağların vəsfində Qazax şairlərindən Mustafa ağa Arifin, Kazım ağa Salik 
və əlan hal-həyatda olan Abbas ağa Nazirin gözəl şerləri var ki, məcmuəmə 
giriblər... 
Abbas ağa Nazirin “Bəyani-halım” namində xeyli məğrub bir əsəri var
oxusanız xoşunuza gələr, əfsus ki, çap olunmayıbdır. Abbas ağa bacarardı öz 
xərcinə çap etdirməyə, amma utancaq adam olduğuna görə özünü qeyrilərlə tanış 
etdirməkdən həya edir. Bilmirəm, onun əsərlərindən nəzərinizə yetişənlərdən 
olubdurmu? “Rüstəm və Söhrab”ın tərcüməsi, “Mövlüdi nəbavi”, “Millətə xitab”, 
“Molla və şeytan”, “Çoxmu lazımdır insana torpaq?”, “Bəyani-halım” və qeyriləri. 
Abbas ağa çox qabil və xoştəb şairdir. Amma çoxları onu tanımır, o cəhətə ki, 
özünü nəzərə verən adam deyil”. 
Firudin bəy Köçərli 1909-cu ildə Abbas ağa Nazirin altmış illik yubileyi 
münasibətilə yazdığı məqalədə onu millət və Vətən üçün atəşin təranələr oxuyan 
həqiqi şair adlandırır. 
“Həqiqi şair... millət və Vətən yolunda canlar fəda etmək lazım isə Vətən 
oğullarının ürəyinə yandırıcı od salıb onları hər qism fədakarlığa və cannisarlığa 
şövqməd eləsin”. 
 
Çıxart cahi-zəlalətdən, 
təriqi-həqqə, irşad et, 
Həyatın var ta, Nazir, oxu bu fərdi, 
fəryad et, 
Gözün aç, xabi-qəflətdən oyan millət, 
oyan millət, 
Nəzər qıl bircə ətrafa, aman millət, 
aman millət! 
 
Abbas ağa Nazir isə 1909-cu ildə Firudin bəy Köçərliyə göndərdiyi 
məktubunda yazır ki, Sizinlə gec tanış olmağıma heyfsilənirəm. Hərgah qırx il 
bundan əqdəm mənim şerimə Sizin kimi qədr-qiymət verən olsaydı, indiyə kimi 
otuz-qırx cild kitab yazardım. 


1911-ci il dekabrın beşindəTiflisdə M.F.Axundovun yüz illiyi təntənəsində 
Gürcü Zadəganlar Cəmiyyəti Teatrında məruzə edən F.Köçərli yubiley gecəsini 
Abbas ağa Nazirin böyük dramaturqa həsr etdiyi on üç bəndlik şeri ilə açmışdır. 
Nazir şerində M.F.Axundovun təkcə Azərbaycan xalqına və ədəbiyyatına deyil, 
hətta yaxın Şərq xalqlarına və ədəbiyyatına olan misilsiz xidmətini nəzmə 
çəkmişdir: 
 
Millətə şahrahi-elm açdın, 
Mərhaba, ey mühəndisi-qadir! 
Vətənə təxmi-mərifət saçdın, 
Sən ey ustadı-kamilü mahir! 
 
Bir əlifbayi-tazə tərh etdin, 
Şivəsi xoş, oxunmağı asan; 
Rəsmi-təlimi zikrü şərh etdin
Qoymadın bir qüsuru, bir nöqsan. 
 
Firudin bəy Köçərli 1912-ci ildə çap etdirdiyi “Balalara hədiyyə” kitabına 
Abbas ağa Nazirin “Vətən”, “Qarayazı meşəsinin vəsfi və ovçuların zülmü” və 
başqa şerlərini daxil etmişdir. 
Hələ 1908-ci il dekabrın 5-də Firudin bəy Köçərli Qoridən Abdulla Şaiqə 
yazırdı: “Rus şairlərinin əsərlərindən türkcə tərcümə etmək üçün Abbas ağa 
Qayıbov Nazir təxəllüsə müraciət etmənizi səlah görürəm. Cənab Abbas ağanın 
çox səlamət və rəvan təbi var və özü də rus dilini kamil bilir. Abbas ağadan başqa 
yenə bir neçə xoştəb şairlər vardır və onlar rus dilini bilmirlər. Abbas ağa Tiflisdə 
sünni idareyi-ruhaniyyəsinin kargüzarıdır”.  
Şair Abbas ağa Nazir Qayıbzadə 1919-cu il dekabrın 30-da Qazaxda vəfat 
etmişdir. Doğma kəndi Salahlıdakı Sudağılan qəbiristanlığında dəfn olunmuşdur. 
Nazirin vəfatından kədərlənən dövrünün maarif və mədəniyyət xadimləri 
onun ölümünü ağır itki kimi qiymətləndirərək mətbuat səhifələrində çıxış etmişlər. 
Həmin ili Qazax Seminariyasında ədəbiyyat müəllimi işləyən, sonralar görkəmli 
dövlət xadimi olan Yusif Qasımov “Azərbaycan” qəzetinin 1920-ci il on bir yanvar 
tarixli nömrəsində böyük bir məqalə ilə çıxış edərək ürək yanğısı ilə yazırdı: 
“Onun vəfatı heç kəsi məraqə və təlaşa gətirmədi, o qədər əhali onun 
vəfatına kəmqeyd və kəmetina qaldı. Onu görən Firudin bəy Köçərli cənabları “Ar 
olsun bizə, bu böyük şəxsi çox həqiranə, çox beyhörmətanə yola salırıq. Bunun 
vəfatına çox beyganə baxırıq” - deyə burdakı beş-üç nəfərə etdiyi yanıqlı xitabı 
çox məqamlı və münasib oldu... 
Vətən və millət uğrunda atəşli təranələr çalan bir şəxsin aldığı mükafat iştə 
bu. Amma ərbabi fikrin (qələm sahibi - Ş.N.) çox da təqdirə və mükafata ehtiyacı 
yoxdur. O, özü-özünün hakimi və məhkumu, özü-özünün tosifi və zəmedicisidir”. 
Görkəmli maarifçi Fərhad Ağazadə də “Ədəbi tədqiq” adlı məqaləsində 
Abbas ağa Nazir poeziyasından, onun vətənpərvərlik ruhunda yazılmış şerlərindən 
qürur hissilə söhbət açır. O yazırdı: 


“Mərhum Abbas ağa qayət dərəcədə Vətəni, yəni Azərbaycanı ürəkdən 
sevən bir şair idi. Vətən yaylalarının gülü-çiçəyi şairi məftun edir”. 
  
Ah, ey safü paki-xaki Vətən, 
Nə gözəlsən, nə yaxşısan, nəsən! 
Nə gözəldir sənin çölün-çəmənin, 
Dağü-bağın, gül ilə yasəmənin. 
 
Onun çox zəngin ədəbi irsi qalmışdır. “Vətən təranəsi”, “1905-ci il inqilab 
cərəyanına dair”, “Nəsihət”,  “Məktəb”,  “Könül, aldanma çərxa, bivəfadır”,  
“Bax”,  “Təxmisi-qəzəli-Füzuli Bağdadi”,  “Molla və şeytan”, “İki qardaş”,  “Qış 
vaxtı varlı və füqəra güzəranı”, “Millətə xitab”, “Ədəbiyyat” və bu gün də öz 
poetik əhəmiyyətini itirməyən onlarla şer və poemaları indiyədək tədqiq 
olunmamışdır. Ümid edirik ki, “mühitinin yetişdirdiyi alim və kamil bir şəxs olan” 
(F.Köçərli) Abbas ağa Nazirin vətənpərvərlik ruhunda yazılmış mənzumələri, 
rübailəri, qəzəlləri, poemaları, lirik və satirik şerləri gələcəkdə kitabça şəklində 
oxuculara çatdırılacaq. 
1978-ci ildə şairin yaxın qohumu, mərhum Zülfüqar Qayıbovla görüşüb 
söhbət etdim. O, mənə Abbas ağa Nazirin bir neçə şerini və “Bəyani-halım” 
poemasının surətini bağışladı. Poemanın əsli Respublika Əlyazmaları İnstitutunda 
saxlanılır. 
Min misradan çox olan poemada müəllif elm və fəzilət sahibi atası Mirzə 
Nəbinin şairliyini, ilk təhsilini Salahlıda aldığını, Qacarın Tiflisi yandırmasını, 
Vaqifin Qarabağa köçməyini ilhamla nəzmə çəkmişdir: 
 
Gəncənin həmcüvaridir Qarabağ 
Qonşusudur yaxın, deyildir iraq, 
Nə Qarabağ o mərifət baği
Mədəni-fəzl Şişənin daği. 
Məsqətürrəs Zakirü, Asi, 
Məxzəni-şerü nəzm dəryası. 
 
Vaqif etmiş onu pənahu məkan, 
Olmuş ol yerdə təbi dürəfşan. 
Köçübən qəryəyi-Salahludan 
Dutmuş anı özünə tazə Vətən. 
Qaldır əflakə bərgün, ey Qarabağ, 
Zakirin nəzmindən yanıb uca dağ. 
Şişənin qələsindən o möhkəm 
Edəməz top tüfəng onu bərhəm, 
Gələ gər, yüz Ağa Məhəmmədxan 
Verəməz nəzm dağma nöqsan. 
 
Poemada Abbas ağa Nazir ana tərəfdən Molla Vəli Vidadinin qız nəvəsi 
olduğunu tarixi faktlarla vermişdir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə