ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   39   40   41   42   43   44   45   46   ...   157

 
Ana cəddim mənim Vidadidir
Nəzmi-şerin o ustadidir. 
Şairi-haqq süxən, riyadən uzaq, 
Məslək-təbi ilticadən uzaq. 
Etməmiş mədh kimsəni bica, 
Yazmamış həcv bir kəsə əsla. 
Şerinin cümləsi dürr gövhər, 
Hər kəlamı müzəyyənü xoştər. 
 
Abbas ağa Nazir şerlərinin böyük bir qismi maarif və mədəniyyət 
mövzusundadır. O, balalarımıza məktəbin ədəb-ərkan ocağı, həm də elm mərkəzi 
olduğunu aşılayır. Hər bir oğlun, qızın mütləq məktəbə gedib, elmin səmərəsindən 
bəhrələnməsini tövsiyə edir. Şair çox doğru olaraq yazır ki, harda məktəb yoxsa, 
ora virandır. Abad o yerdir ki, məktəb var. Hər kim bəxtli olmaq istəyirsə, səadət 
axtarırsa, məktəbə getsin. İnsanı zülmətdən azad edən də məktəbdir, qəflətdən 
oyadan da. 
 
Çoxdur elmin gözəl - gözəl əsəri, 
Qayəsizdir şirin - şirin səməri. 
Hər kimin yoxdur elmdən xəbəri
Günü bişək keçər yaman, oğlum. 
  
Vətənpərvər şair Abbas ağa Nazir bütün varlığı ilə ədəbiyyata, poeziyaya 
bağlı idi. O, “Bax” adlı qəzəlində yazır ki, tale məni övlad qismətindən məhrum 
etdi. Ancaq bunun üçün o qədər də qəm etmirəm, min bir əziyyətlə ana dilimə 
çevirdiyim “Rüstəm və Söhrab” mənim övladımdır, oğlumdur. 
 
Olmadımsa gər ata, yox isə oğlum, 
nə   qəmim, 
“Zadeyi-təbim” olan “Rüstəmü 
Söhrab”imə bax. 
 
Təvazökar şair, pak insan olan Nazir “Bax” qəzəlinin sonunda belə bir 
səmimi izahat da vermişdir: “Hərçənd “Rüstəm və Söhrab” hekayəsi məlik-üş-
şüəra Firdovsinin zadeyi-təbidir, mən isəm ondan türk dilinə nəzmən tərcümə və 
nəql etmişəm, ancaq bu məqamda münasibi-hal “Zədeyi-təbim” deməgə məcbur 
olduğundan, bu barədə mana diqqət dutmalarını ərbabi-mərifətdən rica edirəm”. 
Abbas ağa Nazir maarifçi bir nəslin oğludur. Onun nəsli hələ ötən əsrdə 
Azərbaycan maarifinə Əbdülkərim ağa, Hacı Rəhim bəy, Səməd ağa, İsmayıl ağa, 
Süleyman ağa, Osman ağa, Əhməd ağa, Abdulla ağa, İlyas bəy Qayıbov kimi 
görkəmli maarifçilər vermişdir. Nazir 1849-cu il oktyabrın doqquzunda Qazax 
mahalının Salahlı kəndində anadan olmuşdur. İlk təhsilini dövrünün məşhur din 
alimi, əmisi oğlu Mirzə Hüseyn Əfəndi Qayıbzadədən /1830-1917/ almışdır. On 


dörd yaşına kimi kənd məktəbində oxuyan Abbas ağa, Zaqafqaziya müftisi
30
  
Osman Əfəndi Məhəmməd ağa oğlu Vidadovun /M.V.Vidadinin nəvəsi - Ş.N./ 
məsləhəti və köməkliyi ilə Tiflisdəki “Məvarayi-Qafqaz-ruhani idarəsi”nin 
nəzdində açılmış altı sinifli /üç illik/ məktəbə daxil olmuşdur. Üç illik təhsilini 
bitirdikdən sonra Abbas ağa doğma kəndi Salahlıya qayıtmış və 1873-cü ilə qədər 
müəllimlik etmişdir. Həmin ili Tiflisə işə dəvət olunan Abbas ağa Zaqafqaziya 
Ruhani İdarəsində baş katib köməkçisi, sonra isə baş katib vəzifəsində işləyir. 
Nazir sonralar həmin ili “Bəyanihalım” poemasında xatırlayaraq yazır: 
 
Oldum əlqissə razı təklifə, 
Eylədim nəql şəhri-Tiflisə. 
Min səkkiz yüz idi yetmiş üç, 
Ki, vətənimdən mən eylədim yenə köç. 
Məni baş katibə müavini-əzəl, 
Etdi təyinü nəsb o şəxsi-gözəl. 
Olubən şüğlə ruzu şəb rağib, 
Oldum axırda dəxi baş katib. 
  
  
 
NAZİRİN BİR MƏNZUMƏSİ 
 
O zamankı Tiflis ədəbi mühitinin Abbas ağa Nazir yaradıcılığına güclü təsiri 
olmuşdur. Yüzlərlə vətənpərvərlik şerlərinin müəllifi olan Abbas ağaya Tiflisdə bir 
neçə kitab nəşr etdirmək də qismət olmuşdur: 1911-ci ildə “Molla və şeytan” 
(nəzmlə hekayə), 1908-ci ildə “Müsəvvər Rüstəm və Söhrab”, 1912-ci ildə “İki 
qardaş” (mənzum hekayə). 
Sovetlər dövründə unudulmuş şairi professor Alməmməd Alməmmədov 
institut tələbələri üçün nəşr etdirdiyi əsərində az da olsa tanıtmışdır
31
.  İlk dəfə 
Abbas ağa Nazirin “Molla və şeytan” mənzuməsinin elmi əhəmiyyətini araşdıran 
professor yazır ki, mənzumədə çolaq bir dilənçinin güzəranından söhbət gedir. 
Şair dini təlimlə insanları qardaşlığa, xeyirxahlığa və yaxşılığa çağırır. 
Əsərin qısa məzmunu belədir: 
...Bütün günü torbası çiynində dilənçilik edən qocanın son günü yetişir. Ata 
yeganə oğlunu çağırıb ona vəsiyyət edir: illər uzunu zillətlə sənin üçün pul 
qazanmışam. Topladığım üç min manatın bir mini mənim can haqqımdır, iki mini 
isə sənindir, istəyirəm ki, bundan sonra sən zillət çəkməyəsən. Ancaq meyitimi də 
gərək götürdəsən. 
Qoca dilənçi mollaları oğluna tanıtmaq üçün tapşırır ki, avvəlcə Molla 
Səfiyə müraciət edərsən, lazımi qaydada məni dəfn eləsə, min manatı ona verərsən: 
  
İşdi, qəbul etməsə gər dəvəti, 
                                                 
30
 Ikinci Qаfqаz müftisi, Hаcı Əbdülhəmid Şirvаni nəzərdə tutulur - müəl. 
 
31
Bах: А.Аlmаmmədоv "L.Тоlstоy və Аzərbаycаn ədəbiyyаtı" (dərs vəsаiti), АDPI-nin nəşri, Bаkı, 1972-ci il  


Ey oğul, etmə ona çox minnəti. 
 
Ata məsləhət görür ki, onda Molla Zəkini çağırarsan. Son sözlərini deyib 
qoca gözünü yumur. Molla Səfinin dalınca gedən yetim çox çətinliklə onu tapır. 
Molla Səfi xəstə olduğunu bəhanə edərək, qoca dilənçinin dəfninə gəlmir. Oğlan 
atasını dəfn etmək üçün Molla Zəkiyə müraciət edir. Molla Zəki uşağı öz evinə 
gətirir ona ata qayğısı göstərir. Öz xərcilə qoca dilənçini adət və ənənəyə, şəriətə 
müvafiq şəkildə dəfn edir. Uşağı da öz himayəsinə götürür. Axırda uşaq pul 
saxlanan sandıqçanı açır və atasının vəsiyyətinə əməl etmək istəyir. Lakin Molla 
Zəki pulu götürmür, qocaya rəhmətlər oxuyur. Bu pulu əlsiz-ayaqsızlara 
paylamağın daha xeyirli, daha savab iş olduğunu söyləyir: 
 
Yox təməim, leyk mənim bu pula, 
Sərf gərək oluna bu həq yola. 
Rizqi yetimü füqərədür bu pul, 
Qisməti misginin gədqdır bu pul. 
Malıdır bu əlsiz, ayaqsızların, 
Xəstə, əlil, pirü dayaqsızların. 
 
Abbas ağa Nazirin “alimi saleh əməl” adlandırdığı Molla Zəki ona çatası 
pulu sərf edərək yoxsulları şad edir. Yetim uşağı oxumaq üçün məktəbə qoyur və 
ona atalıq qayğısı göstərir. 
Əsas mətləb mənzumənin dördüncü hissəsində başlayır. Bu əhvalatı eşidən 
Molla Səfinin kefi pozulur, evdə arvadı ilə savaşır, hamını yamanlayır, hətta özünü 
söyür ki, belə yağlı tikəni əldən çıxarıbdır. Şeytana lənətlər oxuyur, bu pulun 
hesabına nə qədər yüksələ biləcəyini, nə qədər kef edəcəyini yada salır. Lakin 
axırda bütün bu işlərin baisi şeytan olduğunu yəqin edir. Onun söyüşlərini eşidən 
şeytan da acığını Molla Səfinin üzünə çırpır və deyir: 
 
Ey adı molla, özü əhli fəsad, 
Öz əməlin heç də eyləməyən yad. 
Öz günahın özgənin üstünə yıxan, 
Haqq nədir, insaf nədir qanmayan
Heç görübsənmi mənim heç üzümü 
Ki danışırsan bu qədər sözümü? 
...Mali-yetim yemədim sən kimi, 
Batil işə həqq demədim sən kimi. 
 
Şeytan mollanın bütün fırıldaqlarını açıb söyləyir. Pis əməllərin səbəbi 
tamahkarlıq, nəfs olduğunu deyir: 
 
Nəfs edər xarü-zəlil adəmi, 
Nəfs vurar bir-birinə aləmi. 
Olmaya idi əgər aləmdə nəfs, 
Qurdla gəzərdi quzu bixovfu-tərs. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə