ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   78   79   80   81   82   83   84   85   ...   157

  
Mənim komissiyaya verdiyim tapşırığın bu cür əla yerinə yetirilməsini, ona 
general-mayor Murad Gəray bəy Tlexas kimi qeyrətli, təcrübəli və vicdanlı şəxsin 
rəhbərliyində görürəm və ona xidməti şəxslər tərəfindən səmimi minnətdarlığımı 
bildirirəm. Eləcə də alınmış malların baxılmasında, qəbulunda və yola 
salınmasında iştirak etmiş komissiyanın bütün üzvlərinə minnətdarlığımı 
bildirirəm. 
 
Hərb naziri,  
Artilleriya generalı  
Səməd bəy MEHMANDAROV 
 
Baş Qərargah rəisi, 
general-mayor 
Həbib bəy SƏLİMOV”. 
 
(Fond . 2900, siy. 7, sax. V. I. Səh. 7) 
 
“Hərb nazirliyi təşkil edilərkən, ordunun özü kimi, mərkəzi idarələrinin və 
müəssisələrinin də, demək olar ki, heç nədən yarandığı zaman general-mayor 
Murad Gəray bəy Tlexas Baş Artilleriya İdarəsinin rəisi vəzifəsini icra etməyə 
başlamışdır. General-mayor Tlexas doğma ordumuzun təşkil edilməsi işlərində 
mənim ən yaxın əməkdaşlarımdan biri olmuşdur. İgid insan və yorulmaz 
təcrübəli xidmətçi olan Murad Gəray bəy Tlexas ordunun silahlanması, bütün 
Azərbaycan boyu səpələnmiş artilleriya əmlakının toplanması, artilleriya 
anbarlarının və emalatxanalarının qurulması işlərində böyük əmək sərf etmişdir. 
İndi həmin general respublikanın müdafiə olunması üzrə yüksək dərəcədə mühüm 
hərbi vəzifələrin həvalə edilməsi ilə əlaqədar olaraq, ümumi işin xatirinə onun Baş 
Artilleriya İdarəsi rəisi vəzifəsindən azad edilməsini daha faydalı bilirəm. 
Bu vəzifənin bir illik yerinə yetirilməsi müddətində göstərdiyi nümunəvi iş, 
səy və görkəmli nailiyyətlər üçün hörmətli Murad Gəraybəy Tlexasa xidməti 
şəxslər tərəfindən səmimi təşəkkürümü bildirirəm. 
 
Hərb naziri, 
Artilleriya generalı  
Səməd bəy MEHMANDAROV 
 
Baş Qərargah rəisi, 
general-mayor 
Həbib bəy SƏLİMOV 
 
(F. 2900, siy. I, sax. V. I. Səh. 127) 
 
General-mayor İbrahim ağa Usubov (1872-1920) - Milli orduda atıcılıq 
işləri üzrə müfəttiş və hərbi tədris müəssisələrinin rəisi. 1919-cu ilin avqustundan 


isə ikinci süvari diviziyasının komandanı. 1920-ci il iyulun 16-da onu bolşeviklər 
Nargin adasında güllələyib. 
General-leytenant Məmməd bəy Sulkeviç (1865-1920) - Krım 
hökumətinin sabiq başçısı. 1919-cu ilin martından Azərbaycan Milli Ordusunda 
Baş Qərargah rəisi olmuşdur. 1920-ci il iyulun on beşində “əksinqilabi fəaliyyətdə” 
ittiham olunduğuna görə bolşeviklər güllələdilər. 
GENERAL-MAYOR ŞAHZADƏ ƏMİR KAZIM MİRZƏ QACAR 
(1853-1920) -1918-ci il dekabrın 1-dən Azərbaycan ordusunda xidmətə 
başlamışdır. 1919-cu il dekabrın 18-dən Gəncənin komendantı təyin olunmuşdur, 
İyirminci ilin iyununda Gəncə üsyanında fəal iştirak etdiyinə görə həbs edilmiş və 
bolşevik ÇK-sı Tuxareli tərəfindən şaşka ilə doğranmışdır. 
GENERAL-MAYOR DAVUD BƏY SADIQ BƏY OĞLU 
YADİGAROV - Azərbaycan Milli Ordusunda mühafizə diviziyasının rəis 
müavini. İyirmi üç oktyabr min doqquz yüz on doqquzuncu ildə hərbi nazir Səməd 
bəy Mehmandarovun 492 nömrəli əmrilə general-mayor rütbəsi ilə təltif olunub. 
GENERAL-MAYOR XƏLİL BƏY MİRƏLİ XAN OĞLU 
TALIŞXANOV- 1918-ci ildə Vətəndaş müharibəsindən Azərbaycana qayıdan 
“Dikaya diviziya”nın tərkibindəki Tatar (Azərbaycan - Ş.N.) alayının komandiri. 
Həmin il Bakıdakı daşnak hərbi qüvvələri tərəfindən həbs olunmuş, lakin yerli 
əhalinin haqlı tələbi ilə azad edilmişdir. 
1859-cu ildə Tiflisdə anadan olan Xəlil bəy Birinci Dünya müharibəsində 
iştirak etmişdir. 1920-ci ilə kimi Azərbaycan Ordusunda xidmət etmişdir. 
Bolşeviklərin istilasından sonra son taleyi barədə heç bir məlumat yoxdur. 
GENERAL-MAYOR ƏLİYAR BƏY MEHDİ OĞLU HAŞIMBƏYOV - 
1918-ci ildə Azərbaycan Cümhuriyyətinin Daxili İşlər nazirinin müavini. Birinci 
Dünya Müharibəsində üçüncü Qafqaz araba karvan briqadasının komandiri 
olmuşdur. On yeddinci ildə istefaya çıxan general Əliyar bəy 1918-ci ildə 
Azərbaycan Cümhuriyyətində könüllü xidmətə başlamışdır. 
General-mayor Əliyar bəy Haşımbəyov 1856-cı il martın səkkizində Bakı 
şəhərində anadan olmuşdur. İlk təhsilini ədadiyə (realnı) məktəbində alan Əliyar 
bəy 1871-ci ildə Tiflisdəki piyadalar məktəbinə daxil olmuşdur. 1918-ci ildən 
artilleriya qoşunlarının piyada hissələrində xidmətə başlamışdır. 
Hərbi xidmətinin otuzuncu ilində - 1908-ci il dekabrın altısında general-
mayor kimi yüksək rütbəyə layiq görülmüşdür. Ordudakı qüsursuz xidmətinə görə 
1889-cu ildə üçüncü dərəcəli “Müqəddəs Stanislav”, 1894-cü ildə üçüncü dərəcəli 
“Müqəddəs Anna”, 1895-ci ildə ikinci dərəcəli “Müqəddəs Stanislav”, 1898-ci ildə 
ikinci dərəcəli “Müqəddəs Anna” və 1904-cü ildə “Müqəddəs Vladimir” ordenləri 
ilə təltif olunmuşdur. 
1919-cu ildə Hərbi İntendant idarəsinin rəisi işləyən general Əliyar bəy 
Haşımbəyovu 1920-ci ildə bolşeviklər güllələmişlər. 
GENERAL-MAYOR TEYMUR BƏY NOVRUZ OĞLU NOVRUZOV - 
Milli Orduda süvari diviziyasının qərargah rəisi. Birinci Dünya müharibəsində 
dörd dəfə “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuşdur. Azərbaycan 
Demokratik Cümhuriyyətinin 1919-cu il iki avqust tarixli əmrilə ordudakı əla 


xidmətlərinə görə general-mayor rütbəsi verilmişdir. 20-ci ildə bolşeviklərin 
təzyiqindən Almaniyaya  mühacirətə getmişdir. 
GENERAL-QUBERNATOR CAVAD BƏY RZA BƏY OĞLU 
MƏLİKYEQANOV -1920-ci il sentyabrın on doqquzunda komissar Nersesov 
tərəfindən həbs edilib. Az müddət Bakıda, Bayıl həbsxanasında saxlanıldıqdan 
sonra Kareliyanın Keme şəhərinə sürgün edilmişdir. Həyat yoldaşı məşhur 
maarifpərvər Məryəm xanım Bayraməlibəyovaya 1935-ci ildə sürgündən 
göndərdiyi məktubunda yazırdı: “...Sən yaxşı bilirsən ki, mən Vətənimi, 
Azərbaycanımı, xalqımı sevirəm. Hər şeydən əziz tuturam və canımı onlara qurban 
verirəm...” 
Şimal həbs düşərgələrində olmazın əzablar çəkən, 1918-ci ildən Azərbaycan 
parlamentinin üzvü Cavad bəy 1942-ci il mayın 18-də ürək partlamasından 
həbsxanada vəfat etmişdir. 1917-ci ildə könüllü surətdə Musavat partiyasına daxil 
olan Məlikyeqanov Lənkəran şəhərinin general-qubernatoru olmuşdur. 
Həyat yoldaşı Məryəmxanım 1937-ci il noyabrın 14-də həbs edilib 
Arxangelsk şəhərinə sürgün edilmişdir. On doqquz il sonra gözləri şikəst halda 
Bakıya qayıdan Məryəm xanım Bayraməlibəyova 1967-ci ildə vəfat etmişdir. 
GENERAL-QUBERNATOR ƏMİR XAN CAHANGİR XAN OĞLU 
XOYSKİ - Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on 
üçündə Qazax qəzasının qubernatoru təyin edilib. 
Azərbaycan Cümhuriyyətinin Xarici İşlər naziri Fətəli xan Xoyskinin 
qardaşı oğludur. 1920-ci il iyunun on doqquzunda əmisi Tiflisdə teatrdan çıxarkən 
muzdlu erməni qatili tərəfindən öldürüldükdən sonra Əmir xan ailəsi ilə Türkiyəyə 
qaçmışdır. Ali təhsilli idi: Peterburq Univeritetinin hüquq fakültəsini bitirmişdi. 
1966-cı ildə İstanbul şəhərində vəfat etmişdir. 
GENERAL-QUBERNATOR XOSROV BƏY PAŞA BƏY OĞLU 
SULTANOV -1919-cu il yanvarın on beşindən Qarabağın general-qubernatoru. 
Həmin il martın 21 -dən 30-dək olan Əsgəran döyüşlərində daşnak generalı 
Dronun quldur dəstələrini darmadağın etmişdir. İyun ayının əvvəllərində gizli yolla 
Şuşaya silah gətirən erməni Milli şurasının üzvlərini həbs edib, onların Qarabağ 
hüdudlarından çıxarılmasına nail olmuşdur. Zaqafqaziya Seyminin və Azərbaycan 
Parlamentinin üzvü idi. 1918-1920-ci illərdə daşnakların Qarabağdan 
təmizlənməsində qardaşı Sultan bəylə birlikdə misilsiz xidmət göstərmişdir. 
Xosrov bəy 1879-cu il martın 10-da Laçın rayonunun Kürdhacı kəndində 
anadan olub. Orta təhsilini Gəncə klassik gimnaziyasında, ali təhsilini isə Odessa 
Universitetində almışdır. 1920-ci il aprel çevrilişindən sonra Türkiyənin Trabzon 
şəhərinə mühacirətə getmişdir. Az sonra daşnak təqibindən İstanbula köçmüş və 
1941-ci ildə orada vəfat etmişdir. 
GENERAL-MAYOR ŞAHZADƏ FEYZULLA MİRZƏ QACAR - 
Azərbaycan Demokratik Respublikasının hərbi naziri, tam artilleriya generalı 
Səməd bəy Mehmandarovun doqquz yanvar min doqquz yüz on doqquzuncu ildə 
iyirmi nömrəli əmri ilə Gəncədəki süvari diviziyasının qarnizon rəisi təyin olunub. 
  
GENERAL-MAYOR ŞAHZADƏ MƏHƏMMƏD MİRZƏ QACAR - 
Milli orduda Baş Artilleriya idarəsinin rəisi. 1919-cu il iyulun doqquzunda əla 
xidmətlərinə görə general-mayor rütbəsi verilmişdir. General Şahzadə Məhəmməd 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə