Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə21/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   17   18   19   20   21   22   23   24   ...   36

Siz diqqətsiz qalmayın. 
Siz mənsiz olanacan 
Dostlar, sizsiz olmayım. 
Bilin ancaq həyatda
Mən ölümdən qorxmuram, 
Təklənməkdən qorxuram! 
  
  
NƏ ÇƏKİR 
  
Hər varlığın bir dünyası 
Kef nə bilir qəm nə çəkir... 
Kaman çalan mənəm deyir, 
Zil nə bilir bəm nə çəkir... 
  
Baş düşünür qandım deyə 
,Qəlb göynəyir sındım deyə. 
Saz hönkürür yandım deyə, 
Saz nə bilir sim nə çəkir... 
  
Eldar, qəlbə dəyən azmı? 
Haqqı yana əyən azmı? 
Mənə xoşbəxt deyən azmı? 
Kim nə bilir kim nə çəkir... 
  
1987. 


  
QƏDRİN BİLİNƏ 
  
Nə ola dünyada yaxşı qohumun, 
Qadasın alasan qədrin bilinə. 
Təmənna güdmədən ömürlük onun 
Loğmanı olasan qədrin bilinə. 
  
Dürüst göstərəsən pisə yolunu, 
Anlada biləsən tərsə yolunu. 
Qardaşın piyada, kəsə yolunu 
Sinəndən salasan qədrin bilinə. 
  
Yüz sevincin ola yüz dərdin kimi, 
Kimsənin dərdinə döz dərdin kimi. 
Dostun kədərini öz dərdin kimi, 
Kökləyib çalasan qədrin bilinə. 
  
Kamal dünyasında söz-sözdən ötə, 
Yaxşılıq meyvəsi hər qəlbdə bitə. 
Eldar, istəyirəm sən piltə-piltə, 
Odlanıb yanasan qədrin bilinə. 
  
8.08.87. 
  
TAPA BİLMƏDİM 


  
Bu dağları yornuq saldım, 
İzini tapa bilmədim! 
Odlanıb-yanıb dedilər, 
Közünü tapa bilmədim! 
  
Qəlbə yazdım hər kəlməni, 
Sir saxladım sir kəlməni. 
Hara getdim bir kəlməni
Sözünü tapa bilmədim. 
  
Həsrət ilə qoşa düşdüm, 
Ayrılığı başa düşdüm. 
Vaxt ötüşdü qışa düşdüm, 
Yazını tapa bilmədim! 
  
Gəncliyimdən keçib gəldim, 
Eşqimə and içib gəldim. 
Yurd-yuvanı seçib gəldim, 
Özünü tapa bilmədim! 
  
18.08.87. 
  
HƏSƏN MİRZƏ 
  
Dərələyəz ellərinin 


Nur oğludu Həsən Mirzə. 
Qorunu Qorquddan almış 
Qor oğludu Həsən Mirzə. 
  
Ərlər gəzən torpaqdandı, 
Gül ətirli yaylaqdandı. 
Bir müqəddəs ocaqdandı, 
Pir oğludu Həsən Mirzə. 
  
Türk ünvanlı, oğuz soylu, 
Həm o taylı, həm bu taylı. 
Vətən dərdli, millət hoylu
Ər oğludu Həsən Mirzə. 
  
Sözdən şirə süz gülşəndə, 
Eldar, itib-batma çəndə. 
Mərd kişidən söz düşəndə 
Koroğludu Həsən Mirzə. 
  
5.10.02. 
  
YAXŞI ADAMLAR 
  
Həmişə sevilib, seçilə bilən, 
Böyük məharətdi yaxşı adamlar. 
Qohuma-qardaşa başucalığı, 


Mehri məhəbbətdi yaxşı adamlar. 
  
Yaxşılıq içində böyük hünərdi, 
Yamana qəzəbdi, şərə çəpərdi, 
Ürəkdə sevgidi, canda təpərdi, 
Qollarda qüvvətdi yaxşı adamlar. 
  
Xeyirxah əməldi, əlində qalxan
Nurlu bir günəşdi sevincdən doğan. 
Pisliyin üstünə kükrəyib qalxan, 
Namusdu, qeyrətdi yaxşı adamlar. 
  
Vicdanı, eşqiylə alovlu ürək, 
O xalqa gərəkdi, xalq ona gərək. 
Ruhiylə, canıyla göylərdə mələk, 
Yerdə həqiqətdir yaxşı adamlar. 
  
İdrakdı, kamaldı haqqına catan, 
Tanrı sevgisini içində tapan. 
Böyük yaradanın nurundan qopan, 
İlahi qüdrətdi yaxşı adamlar. 
  
Eşqində "Misri" var, qanında "Cəngi", 
Yox başqa niyyəti, başqa ahəngi. 
Bir elə-obaya şöhrət çələngi
Misilsiz sərvətdi yaxşı adamlar. 


  
Yandırar həmişə sönən çırağı, 
Vətənə sevgidi eşqi, marağı. 
İnsafın mürvətin olar dayağı, 
Haqdı-ədalətdi yaxşı adamlar. 
  
Bir qəlbə toxunmaz, yüz qəlbi sağlar, 
Məhəbbət göstərər, sədaqət saxlar. 
Bir könlü sınığı arıyar, yoxlar, 
Ərkli dəyanətdi yaxşı adamlar. 
  
Müdrik bir aləmdi, sevgisi hikmət, 
Varlığı, mənası heyrətdi, heyrət. 
Əməli günəşdi, məramı şəfqət, 
Sonsuz mərhəmətdi yaxşı adamlar. 
  
Eldar, az görmədik baxtlını baxtsız, 
Şahini yuvasız, şahları taxtsız. 
Dünyadan köçsə də vədəsiz, vaxtsız, 
Dünyaya şöhrətdi yaxşı adamlar. 
  
2002. 
  
MƏNİM QAZANCIM 
  
Nə Lenindən yazdım,            
nə partiyadan, 


nə komsomoldan. 
Uzaq düşdüm,           
çəkindim bu yoldan. 
Bu yolu tutanlar 
Ox kimi sivrilib qabağa keçdi. 
Leninə atam, babam, 
canım deyənlər. 
Oktyabra nəğmələr deyib, 
döşünə döyənlər 
Lenin ordeninin suyunu içdi. 
Bu yolu tutmadım, 
mən nə qazandım? 
Qalaq-qalaq yazı-pozum arxivə düşdü. 
Qaldım əl boyda bir kitabın üzünə həsrət. 
Gənclik də ötüşdü, yaş da ötüşdü. 
Dəyişdi zamana, dəyişdi dövran. 
Lenindən yazanlar "demokrat" oldu. 
Yenə də rütbəni, uca ad-sanı 
İliçdən törəyən 
oğullar aldı. 
Lenindən yazmadım, mən nə qazandım? 
Bu mənim əqidəm, mənim inancım. 
Lenindən, 
komsomoldan yazmamaq 
vicdanım önündə mənim qazancım! 
  
17.05.04. 


  
VAXTI KEÇDİ 
  
Dağ başına qonan duman, 
Göz yaşını sıxdı keçdi. 
Bulud ötdü, yağış kəsdi, 
Qızıl şimşək çaxdı keçdi. 
  
Nazlandı atlas meşələr
Gülləndi dilbər guşələr. 
Bu bahar da bənövşələr 
Küskün-küskün baxıb keçdi. 
  
Eldar, hanı oban-elin, 
Yetmədi Vətənə əlin. 
"Darama"da bitən gülün 
Bu il yenə vaxtı keçdi. 
  
28.05.04. 
  
GETDİ 
  
Gəncliyimə ləlik düşdüm, 
Ha yalvardım, keçib getdi. 
Ağ, qaralı günlərimlə 
İllərimi biçib getdi. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə