SəRBƏst iŞ Tələbə


Etika yunan mənşəli (etos



Yüklə 291,5 Kb.
səhifə3/21
tarix23.06.2023
ölçüsü291,5 Kb.
#118638
1   2   3   4   5   6   7   8   9   ...   21
S RB st i T l b

Etika yunan mənşəli (etos) latın sözüdür, mənası əxlaq, xarakter, adət deməkdir. Etika ictimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə olub hər hansı bir sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydalarını özündə əks etdirir. Bir şəxs – müəllim, mühazirəçi və məruzəçi mühazirə, məruzə oxuyarkən, çıxış edərkən bütün etik normalara riayət etməli, xarici görkəminə, geyiminə xüsusi diqqət yetirməli, mimika və jestlərdən mənalı və yerində istifadə etməlidir. Səsin, nəfəsin, bədən üzvlərinin, nəhayət, dilin məşqi üçün natiq öz üzərində yorulmadan işləməli, məşq etməlidir. Natiqin əlləri, çiyinləri, ayaqları, sinəsi, duruşu, davranışı, bir sözlə  özü və bütün hərəkətləri onun nitqi ilə, yürütdüyü mühakimələrlə tam həmahəng olmalıdır (Siserona görə). Natiq vulqar və jarqon sözləri işlətməkdən çəkinməli, ədəbdənkənar söz və ifadələri işlətməməlidir. Üzü tüklü, yaxalığı əzik, qalstuku modaya uyğun gəlməyən, rəngarəng paltar və ayaqqabılarda auditoriya qarşısına çıxmaq da müəllim, mühazirəçi və ya məruzəçi üçün etik normalar xaricindədir. O, heykəl kimi sakitcə dayanıb özünü “qurutmamalı”, yeknəsək səslə, sürətlə və ya ləng, monoton danışığı ilə dinləyicilərdə mənfi ovqat yaratmamalıdır.
Estetika mənşəcə yunan dilindən alınmış sözdür, mənası hiss edilən, həssas deməkdir, gözəllik, bədiilik anlamındadır. Estetika incəsənət haqqında, bədii yaradıcılıqda, təbiətdə və həyatda gözəl formalar haqqında fəlsəfi nəzəriyyə olub gözəlliyə, bədiiliyə, incəliyə pərəstişkarlıq, məftunluq mənalarını ehtiva edir. Hazırda bu söz daha çox zövq, gözəllik aləmi, səliqəlilik anlamında işlədilir. İnsanın estetik tərbiyəsi onun xarici formasından tutmuş daxili aləminə qədər hər şeyin yaxşı cəhətdən ölçülü-biçili olmasını təbliğ edir. Nitq mədəniyyətində estetika dilin gözəlliyini dinləyici və oxuculara yüksək bədii formada çatdırmağı nəzərdə tutur. Antik dövrün məşhur Roma natiqi Mark Tulli Siserona görə “İctimai-siyasi yerlərdə nitq söyləyən, dinləyicilərə yeni bilik öyrətmək istəyən şəxs əsl natiqdir. Öyrətmək natiqin borcudur, estetik ləzzət verməyi bacarmaq ona böyük şöhrət gətirir, güclü təsir göstərmək isə olduqca zəruridir” (Ob oratorskom iskusstve, M., 1958, səh. 35.)
İnsandakı zahiri, təbii gözəllik və mənəvi, intellektual-əxlaqi gözəllik nitq gözəlliyi ilə vəhdətdə olanda ahəngdarlıq yaranır. Gözəl əxlaqi keyfiyyətlər mədəni, gözəl, cəlbedici nitqlə uyarlıq təşkil edəndə insanda gözəllik hissi, estetik duyğular güclənir. Estetik mədəniyyət gözəllik qanunlarına əsaslanır. Nitq mədəniyyətinin gözəlliyi isə əsasən fitri olmur. O, həyatda, zəhmətdə, təcrübədə püxtələşir, təkmilləşir. Gözəl nitq o nitqdir ki, o, məzmun və forma gözəlliyi cəhətdən vəhdət təşkil edir.

Yüklə 291,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə