ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə36/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   32   33   34   35   36   37   38   39   ...   55

– Gözəl fikirdir bu. – Sifəti birdən-birə yenə tutqunlaşdı. – Ancaq burada uyğun 
gəlməyən bir şey var... 
Puaro o saat dilləndi:  
– O adamın boyunu deyirsiniz? Retçettin nökəri Mastermanın xaricində, qatardakı 
kişi yolçuların hamısı ucaboyludur – italyan, polkovnik Arbetnot, Hektor Makkuin, 
qraf Andreni... Beləliklə, bizə qalan təkcə nökər olur. Halbuki Mastermandan 
şübhələnməyə o qədər də əsasımız yoxdur. Ancaq bir ehtimal daha var. Qadın 
səsinə bənzər səsi unutmayın. Bəlkə, qatil qadın cildinə girib. Ya da bunun əksi ola 
bilər – kişi cildinə girmiş qadın ola bilər. Kişi paltarları geyinmiş, uzunboylu bir 
qadın daha qısa görünər. 
– Ancaq heç şübhəsiz, Retçett bilməliydi ki... 
– Bəlkə də, Retçett vəziyyətin nə yerdə olduğunu başa düşüb. Hətta bəlkə də, bu 
qadın daha öncə kişi cildinə girərək onu öldürməyə cəhd göstərib. Bəlkə, Retçett 
onun yenə eyni hiyləyə əl atacağını düşünərək Hardmana bir kişini təsvir edib. 
Ancaq, bununla belə, qadın səsi haqqında söyləməyi də unutmayıb. 
– Ola bilər, – deyə mızıldandı Buk. – Ancaq yenə də... 
– Qulaq asın, dostum, indi sizə doktor Konstantinin müşahidə etdiyi bir-birinə zidd 
məqamları saymağın vaxtı çatıb artıq.  
Puaro Buka doktorla yaraların arasındakı fərqlərə əsasən gəldikləri nəticəni 
açıqladı. Buk inildəyərək əlləriylə gicgahlarını tutdu. 
Puaro onun halına yanaraq:  
– Bilirəm, – dedi. – Nələr hiss etdiyinizi bilirəm, insanın başı fırlanır, elə deyilmi?  
Buk bağırdı :  
– Bu kabusdur-nədir?! 
– Elədir ki var! Gülünc... imkansız... olmayacaq bir şeydir! Mən də elə bunu 
deyirəm. Ancaq, dostum, hər halda, bunlar faktdır və insanın faktlardan qaçması da 
imkansız bir şeydir. 
– Axı bu, ağlasığmaz bir şeydir! 


– Görürsünüz də! Bütün bunlar o qədər ağlasığmazdır ki, əziz dostum, hətta 
beynimə dolub ki, cinayətin açılması həddən artıq sadə olmalıdır... Ancaq bunu 
mənim instinktlərim belə deyir. 
Buk zarıdı:  
– İki qatil... Həm də, Şərq ekspressində... – Az qalırdı ağlasın. 
Puaro nəşəylə:  
– İndi gəlin fantaziyalarımıza meydan verək, – dedi. – Baxın, dünən gecə qatarda 
iki sirli naməlum peyda olub. Hardmanın təsvir etdiyi və Hildeqarda Şmidtin, 
polkovnik Arbetnotun və Hektor Makkuinin gördüyü yataqlı vaqon bələdçi. Miss 
Debenhamın, Makkuinin və mənim gördüyüm polkovnik Arbetnotun parfüm 
qoxusunu hiss etdiyi incə, uzunboylu, qırmızı kimonolu qadın. Kimdi o? Qatarda 
heç bir qadın qırmızı kimonosu olduğunu etiraf etmir. Bu qadın da ortadan qeyb 
olub. O xəyali bələdçisi bu qadın idimi? Yoxsa o, ayrı birisiydi? Və bu iki nəfər 
indi haradadırlar? Yeri gəlmişkən, bələdçi uniformasıyla qırmızı kimono 
haradadır? 
– Bax bunu biz yoxlaya bilərik. – Buk həyəcanla ayağa qalxdı: 
– Bütün yolçuların əşyalarını axtarmalıyıq. Bəli, heç olmazsa, bu, dəqiq bir iş 
olardı. 
Puaro da ayağa qalxdı.  
– İcazə versəniz, uzaqgörənlik edərdim. 
– Bu əşyaların kimdə olduğunu bilirsinizmi? 
– Bəli, bu barədə mənə vəhy gəlib. 
– Deyin görək də, axı harada ola bilər? 
– Qırmızı kimono kişi yolçulardan birinin çamadanından çıxacaq. Bələdçi 
uniformasını isə Hildeqarda Şmidtin əşyaları arasından tapacaqsınız. 
– Hildeqarda Şmidt? Demək istəyirsiniz ki... 


– Xeyr, xeyr, sizin güman etdiyiniz kimi deyil. Bunu belə deyərdim: əgər 
Hildeqarda Şmidt günahkardırsa, uniformanı onun çamadanında tapa bilmərik. 
Əgər qadın günahsızdırsa, o zaman uniforma məhz onun çamadanından çıxacaq. 
Buk:  
– Axı necə?... – deyə başladı, sonra dayandı. – Bu gurultu nədir belə? Lokomotivin 
səsinə bənzəyir. 
Gurultu yaxınlaşdı. Çığırtı səsləri gəldi və bir qadının etirazları eşidildi. Qapı açıldı 
və xanım Habbard top kimi içəri daxil oldu.  
– Dəhşətdir ey bu, vallah! Hamam torbamda! Mənim hamam torbamda! Yekə bir 
bıçaq! Özü də qan içində! – Sonra birdən-birə irəliyə doğru yuvarlanaraq Bukun 
üstünə yıxıldı. Qadının ürəyi getmişdi. 
 
XIV fəsil 
Silah 
 
Buk nəzakətli olmağı bir tərəfə buraxaraq, ürəyi gedən qadını cəld bir hərəkətlə 
qamarlayıb oturmasına kömək etdi və başını masaya söykədi. Doktor Konstantin 
bağıraraq qarsonlardan birini çağırdı, o da təlaşla yüyürüb gəldi.  
– Başını belə tutun. Özünə gələn kimi də ona bir az konyak verin. Başa düşdünüz? 
– Sonra da vaqondan çıxmış Puaroyla Bukun arxasınca götürüldü. Özündən getmiş 
orta yaşlı qadından daha çox onu cinayət maraqlandırırdı. 
Böyük ehtimalla, bu sərt üsullar xanım Habbardın tezliklə özünə gəlməsinə kömək 
etmişdi. Cəmi bir neçə dəqiqədən sonra o özü tamamən sərbəst oturub qarsonun 
gətirdiyi konyakı qurtumlayırdı və ara vermədən danışırdı: 
– Siz təsəvvürünüzə gətirə bilməzsiniz, bu, necə dəhşətlidir. Yox ey, yox, bunu 
başa düşə bilməzsiniz! Mən özüm, lap uşaqlıqdan ço-ox, ço-ox hissiyyatlı 
olmuşam. Təkcə elə qan görmək, vayyy... Axı nə danışım, yadıma salanda az qalır 
ürəyim getsin. 


Qarson yenə stəkanı ona uzatdı: 
– Encore un peu?1  
– Sizin fikrinizcə, içməyə dəyər? Düzünə qalsa, spirtli içkiləri dilimə də 
vurmuram. Həyatım boyu nə çaxır içmişəm, nə konyak. Bizim ailəmizdə də hamı 
ayıqbaşlıdır. Ancaq tibbi nöqteyi-nəzərdən... – Və yenə stəkanı ağzına aparıb 
qurtumladı.  
Bu arada Puaro, müsyö Buk, onların ardınca dabanqırma gələn doktor Konstantin 
missis Habbardın kupesinə cumdular.  
Mənzərə beləydi: sanki, qatardakı yolçuları, son nəfərə qədər koridora 
səpələmişdilər. Üzündə bezgin bir ifadə olan bələdçi onların içəri girmələrinə mane 
olmağa çalışırdı. 
– Mais il n’y a rien a voir!1 – O, əsəbi halda bu ifadəni bir neçə dildə təkrarlayırdı. 
İcazə verin, keçək, – müsyö Buk dedi, şişman vücuduyla çevik bir şəkildə adamları 
yararaq içəri girdi. Puaro da ona bitişmiş halda arxasınca kupeyə daxil oldu. 
Bələdçi rahat nəfəs aldı.  
– Yaxşı ki gəldiniz, cənab. Hamı içəri girməyə çalışır. O amerikalı xanım... Ay 
Allah, elə dəhşətlə çığırırdı ki, elə bil, ətindən ət kəsirlər! Əvvəlcə qatilin onu da 
öldürmək istədiyini sandım. Qaçaraq gəldim. Baxdım, qadın havalanmış kimi var 
gücüylə bağırır. Sonra sizi çağırmağa gedəcəyini söyləyərək qaçıb getdi. Qarşısına 
çıxan hər kəsə də başına gələnləri danışır. – Əliylə işarə etdi:  
– Bıçaq oradadır, müsyö. Ona toxunmamışam. 
Yan kupeyə açılan ara qapının dəstəyinə iri gözənəkli rezin hamam torbası 
asılmışdı. Düz altında, yerdə açıq ağızlı, şərq üslubunda ucuz bir xəncər vardı. 
Xanım Habbardın əlindən düşdüyü yerdə qalmışdı. Ucu sivri, sapı qabartmalıydı. 
Ucunda pasabənzər ləkələr vardı. 
Puaro üsulluca xəncəri götürdü.  
– Hm, – mızıldandı, – burada yanlışlıq ola bilməz. Bizim axtardığımız silah budur, 
bax. Elə deyilmi, cənab doktor? 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə