ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə37/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   33   34   35   36   37   38   39   40   ...   55

Konstantin xəncəri barmaqlarının ucuyla tutaraq gözdən keçirdi. 
Puaro:  
– O qədər diqqətli davranmanıza gərək yoxdur, – dedi – Xəncərin üzərində barmaq 
izi olduğunu sanmıram. Əgər varsa, onlar da xanım Habbardındır. 
Konstantinin baxışı uzun sürmədi.  
– Bəli, cinayət silahı budur. Bütün yaralara da uyğundur. 
– Rica edirəm, dostum, nəticə çıxarmağa tələsməyin. 
Doktor heyrətlə ona baxdı. 
– Onsuz da, təsadüflər üzündən başımız qaldadır. Dünən gecə iki nəfər Retçetti 
bıçaqlamağa qərar verib. Məncə, onların eyni silahı seçmiş olmaları həddindən 
artıq olar. 
Doktor:  
– Təsadüf deyirsiniz, – dedi. – Bu elə inanılmayacaq bir təsadüf deyil. Qondarma 
şərq üslubunda olan belə xəncərləri İstanbulda çox hazırlayırlar, elə bazar yoxdur 
ki, orada bunlardan satılmasın. 
Puaro: 
– Qəlbimi bir az rahatlatdınız, – dedi. – Ancaq sadəcə, bir az.  
Önündəki qapıya fikirli-fikirli baxdı. Sonra hamam torbasını qaldıraraq dəstəyi 
çevirdi. Qapı açılmadı. Dəstəyin otuz santimetr qədər yuxarısında sürgü vardı. 
Puaro sürgünü çəkdi və təkrar qapını açmağı yoxladı. Ancaq qapı yenə 
qımıldanmadı. 
Doktor:  
– Yadınızdan çıxıb? – deyə təəccüblə həmkarının üzünə baxdı. – Qapını digər 
tərəfdən kilidlədik. 
Puaro dalğın-dalğın mızıldandı.  
– Doğrudur...  


Başqa şey düşünürmüş kimi  halı vardı. Heyrətlə qaşlarını qaldırmışdı. 
Buk:  
– Hər şey uyğun gəlir, elə deyilmi? – deyə soruşdu. – Qatil buradan keçib. Aradakı 
qapını bağlayarkən barmaqları hamam torbasına toxunub. O saat ağlına gəlib və 
qanlı xəncəri torbaya soxub. Sonra xanım Habbardın oyandığının fərqinə 
varmadan digər qapıdan koridora çıxıb. 
– Hə, əlbəttə. Yəqin ki, hər şey sizin dediyiniz kimi olub, – dedi Puaro, amma 
üzündən hələ də o heyrət dolu ifadə çəkilməmişdi. 
– “Yəqin ki” nə üçün? – Buk soruşdu. – Bu versiyada xoşunuza gəlməyən nəsə bir 
şey var? 
Puaro ona ani baxış atdı:  
– Siz də eyni şeyi görmədinizmi? Xeyr, deyəsən, görmədiniz. Nə isə... bəsit bir 
şeydir bu. 
Bələdçi qapıdan başını uzatdı.  
– Amerikalı qadın gəlir. 
Doktor Konstantin günahkar kimi onlara baxdı. Xanım Habbarda qarşı nəzakətli 
davranmamışdı. Ancaq qadın ondan giley etmədi. Bütün hikkəsini başqa şeyə 
yönəltmişdi. 
Qapıya çatar-çatmaz nəfəsi təngişə-təngişə:  
– Bir şeyi açıq-aşkar söyləyəcəyəm! – deyə bağırdı. – Artıq bu kupedə qala 
bilmərəm! Mənə bir milyon dollar da versəniz, bu gecə burada yata bilmərəm! 
– Axı, madam... 
– Nə deyəcəyinizi bilirəm. Ancaq açıq söyləyim, bu kupeyə girən deyiləm! Bütün 
gecəni koridorda oturmağa razıyam!  
Ağlamağa başladı.  
– Ah, qızım bu günümü görsəydi... Nə halda olduğumu bilsəydi... 


Puaro kəskin bir tövrlə onun sözünü kəsdi.  
– Yanlış anladınız, madam. İstəyiniz çox normaldır. Çamadanlarınız bu saat başqa 
bir kupeyə daşınacaq. 
Xanım Habbard dəsmalını endirdi.  
– Eləmi? Ah! Özümü o saat daha yaxşı hiss etməyə başladım. Ancaq qatar doludur. 
Əlbəttə, bəylərdən biri... 
Buk söhbətə qarışdı:  
– Əşyalarınız bu vaqondan o biri vaqona daşınacaq, madam. Sizi bundan sonrakı 
vaqona köçürəcəyik. Qonşu vaqondakı bir kupeyə. O vaqon qatara Belqradda 
qoşulub. 
– A, bax bu çox əla oldu!. Mən elə əsəbi qadın deyiləm. Ancaq ölünün yanındakı 
kupedə yata bilmərəm! – Bədənindən üşütmə keçdi. – Yox, bu, mənim 
bacaracağım iş deyil. 
Buk səsləndi.  
– Mişel! Bu əşyaları Afina-Paris vaqonundakı boş kupeyə daşıyın. 
– Baş üstə, müsyö. Bunun kimi bir kupedir, 3-cü nömrə? 
Dostu cavab vermədən Puaro dilləndi :  
– Madamın başqa bir nömrədə qalması çox yaxşı olar, elə bir yer olsun ki, buranı 
heç nəylə xatırlatmasın. Məncə, başqa bir kupe olsa, daha yaxşı olar, məsələn, 12 
nömrəli kupe. 
– Yaxşı, müsyö.   
Bələdçi çamadanları götürdü. 
Xanım Habbard minnətdarlıqla Puaroya döndü.  
– Çox nəzakətli və başa düşən adamsınız, cənab Puaro, mənə qarşı çox 
diqqətlisiniz. Sizə çox təşəkkür edirəm, bu yaxşılığınız mənimçün çox qiymətlidir. 


– Dəyməz, madam, dəyməz. Biz də sizinlə birlikdə gələk. Oraya rahatca 
yerləşdiyinizi görmək istəyirəm. 
Üç adam xanım Habbardı yeni kupesinə apardılar. Qadın məmnun bir tövrlə 
ətrafına boylandı.  
– Bura çox gözəldir! 
– Bəyəndinizmi, madam? Baxın, əvvəlki kupenizin eynidir bu. 
– Elədir. Ancaq burada rəflər əks tərəfdədir. Ancaq eybi yoxdur, bu, önəmli deyil. 
Onsuz da, bu qatarlar ya bu tərəfə gedir, ya da o biri tərəfə. Həmişə qızıma 
deyirəm ki, mən qatarın hərəkəti istiqamətində yerləşmək istəyirəm. O da mənə 
deyir ki, nə fərqi varmış, onsuz da, yatmazdan əvvəl bir tərəfə gedən qatar 
oyananda görürsən, başqa tərəfə gedir. Görürsünüz, qızım haqlı imiş. Misal üçün, 
dünən biz Belqrada bir istiqamətdə daxil olduq, ancaq Belqraddan çıxanda qatarın 
istiqaməti başqa idi.  
– Artıq məmnunsunuz, elə deyilmi, madam? 
– A, o qədər də yox. Qar yığınına ilişib qalmışıq. Heç bununla maraqlanan yoxdur. 
Halbuki minəcəyim gəmi sabah yox, o birisi gün hərəkət edəcək. 
Buk:  
– Biz də eyni vəziyyətdəyik, madam, – dedi. – Hamımız sizin kimiyik. 
Xanım Habbard:  
– Bəli, doğrudur, – deyə etiraf etdi. – Ancaq məndən başqa heç kimsənin 
kupesindən gecəyarısı bir qatil keçmədi. 
Puaro:  
– Məni düşündürən o məsələni hələ də həll edə bilməmişəm, madam, – dedi. – 
Aradakı qapının sürgülü olduğunu söyləyirsiniz. O halda qatil kupenizə necə girə 
bilərdi? Qapının sürgülü olduğundan əminsinizmi? 
– Necə yəni, necə? O isveçli xanım qapını mənim gözlərimin önündə yoxladı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə