ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə34/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   30   31   32   33   34   35   36   37   ...   55

– Ancaq, hər halda, siz bələdçini gördünüz? 
– Bəli, müsyö. 
– Nə edirdi o? 
– Bələdçi kupelərin birindən çıxdı, cənab. 
– Necə, necə? – Buk irəliyə doğru atıldı. – Hansı kupedən? 
Hildeqarda Şmidt yenə təşvişə düşdü. Puaro incimiş halda dostuna baxdı.  
– Burada qeyri-adi heç nə yoxdur, – dedi. – Bələdçi gecə çalınan zənglərə tez-tez 
cavab verməli olur. Onun hansı kupedən çıxdığını xatırlaya bilərsinizmi? 
– Vaqonun ortasındakı kupelərin birindən, müsyö. Madam knyaginyanın 
kupesindən iki və ya üç qapı o tərəfdən. 
– Aha! Danışın, xahiş edirəm, lap dəqiq necə oldu? 
– Kişi az qalmışdı mənimlə toqquşsun, cənab. Mən knyaginya üçün şal gətirməyə 
gedəndə oldu bu. 
– Demək, o, kupedən çıxanda az qaldı sizinlə toqquşa. Hansı tərəfə gedirdi? 
– Mənə doğru gəlirdi, cənab. Məndən üzr istədi və vaqon-restorana tərəf getdi. Bu 
zaman zəng çalınmağa başlamışdı, ancaq mən bilən, bələdçi bu zəngə cavab 
vermədi. – Bir an nəfəs dərib davam etdi. – Ancaq mən başa düşə bilmirəm. Necə 
ola bilər... 
Puaro qadını sakitləşdirməyə çalışdı. 
– Biz, sadəcə olaraq, saatları tutuşdururuq, madam, – dedi. – Bunu formal olaraq 
etməliyik.Yazıq bələdçi, gecə uzunu otərəf-butərəfə qaçıb. Əvvəlcə sizi oyadıb, 
sonra zənglərə cavab verməyə tələsib... 
– Məni oyadan bu bələdçi deyildi, cənab. Bir başqasıydı. 
– Eləmi! Bir başqası! Onu daha öncə görmüşdünüzmü? 
– Xeyr, cənab. 


– Təkrar görsəniz, tanıyarsınızmı? 
– Yəqin ki, tanıyaram, cənab. 
Puaro Bukun qulağına nəsə pıçıldadı. Buk bir tapşırıq vermək üçün yerindən 
qalxıb qapıya tərəf getdi.  
Puaro isə yenə dostcasına, mülayim tərzdə dindirməyə davam edirdi.  
– Heç Amerikada olmusunuzmu, frau Şmidt? 
– Yox, olmamışam, müsyö. Gözəl yerdir deyirlər. 
– Yəqin ki, artıq bilirsiniz, cinayətə qurban gedən bu adam əslində kim olub? Onun 
kiçik bir uşağın ölümündə günahkar olduğunu eşitmisiniz? 
– Bəli, eşitdim, müsyö. Bu, dəhşətli bir hadisədir, böyük bir günah işlənib. Tanrı 
belə şeyləri necə götürür! Bizim Almaniyada belə şeylər olmur. 
Qadının gözləri yaşla dolmuşdu.  
Puaro onun sözlərini təkrar etdi:  
– Hə, dəhşətli bir cinayət olub, – dedi. Sonra da cibindən o kiçik, zərif dəsmalı 
çıxararaq qadına uzatdı.  
– Bu dəsmal sizindir, frau Şmidt? 
Qadın dəsmalı gözdən keçirərkən qısa bir səssizlik oldu. Bir dəqiqə sonra 
Hildeqarda Şmidt başını qaldırdı. Üzü bir az qızarmışdı.  
– Xeyr, cənab! Bu, mənim dəsmalım deyil. 
– Üzərində “H”. markası var, ona görə soruşdum. Adınız Hildeqarda olduğuna 
görə elə bildim, dəsmal sizindir. 
– Ah, cənab! Belə dəsmallar çox kübar xanımlarda olur. Çox bahalı şeydir. 
Naxışları əllə işlənib. Çox güman, bu dəsmal Paris atelyelərindən çıxıb. 
– Demək, sizin deyil, kimin olduğunu da bilmirsiniz? 
– Mən? A, xeyr, cənab. 


Qulaq asanların içində təkcə Puaro qadının azacıq duruxduğunun fərqinə vardı.  
Buk əyilərək onun qulağına nəsə pıçıldadı. Puaro başını yellədi və qadına:  
– İndi üç bələdçi gələcək, – dedi. – Lütfən, dünən gecə knyaginyaya şal apararkən 
qarşılaşdığınız onlardan hansı olub, bizə göstərin. 
Üç kişi içəri girdi. Pyer Mişel, Afina–Paris vaqonuna baxan yekəpər kürən bələdçi 
və Buxarest vaqonunun tökməbədənli bələdçisi. 
Hildeqarda Şmidt onlara baxdı, sonra da o saat başını buladı.  
– Xeyr, müsyö. Dünən gecə gördüyüm adam bunların heç biri deyil. 
– Ancaq qatarda onlardan başqa bələdçi yoxdur. Siz, yəqin ki, yanılırsınız. 
– Mən yanıla bilmərəm, müsyö. Bunlar uzunboylu, iri adamlardır. Mənim 
gördüyüm isə balacaboy və qarasaçlı idi, kiçik bığları da vardı. Yanımdan keçəndə 
üzr istədi, qadın səsinə bənzər cır-cır səsi vardı. Mən ona diqqətlə baxdım, cənab, 
bundan əminəm. 
 
XIII fəsil 
Puaro işə yekun vurur 
 
– Qarasaçlı, balacaboy, cırsəsli bir kişi, – dedi müsyö Buk. 
Üç bələdçiylə Hildeqarda Şmidt getmişdilər. 
Buk ümidsiz halda əlini yellədi.  
– Heç bir şey başa düşmürəm! Deməli, Retçettin, haqqında danışdığı həmin o 
düşməni qatarda imiş? Elədirsə, bəs indi haradadır? Havaya uçmadı ki? Başım 
fırlanmağa başladı. Rica edirəm, bir şey söyləyin, əziz dostum. Mənə imkansız bir 
şeyin mümkün olduğunu göstərin. 
– Gözəl bir söz dediniz, – Puaro dedi. – İmkansız bir şey ola bilməz, dolayısıyla, 
bu imkansız şey nə olursa olsun, yenə də mümkün olmalıdır. 


– O halda, dünən gecə qatarda nə olduğunu mənə tez başa salın. 
– Mən sehrbaz deyiləm, dostum. Mən də sizin kimi heyrət içindəyəm. Bu hadisə 
qəribə şəkildə baş verib. 
– Mənə elə gəlir ki, biz yerimizdə sayırıq. 
Puaro başını buladı.  
– Xeyr, bu, doğru deyil. Bir xeyli qabağa getmişik. Bəzi şeyləri bilirik artıq. 
Yolçuların hekayətlərini dinlədik. 
– Onlardan nə öyrəndik? Heç nə. 
Puaro onu sakitləşdirməyə çalışdı:  
– Mən belə deməzdim, dostum. 
– Ola bilər, mən bir az şişirdirəm. Əlbəttə, bu amerikalı Hardman və qulluqçu 
bizim bildiklərimizə hansısa əlavələr etdilər. Daha doğrusu, onlar bu işi daha da 
azdırdılar. 
– Ümidsiz olmaq lazım deyil, – Puaro onu sakitləşdirdi.  
Buk üzünü ona tutdu:  
– Elə isə, danışın. Erkül Puaronun zəka incilərini bizimlə bölüşün. 
– Məgər sizə söyləmədim? Mən özüm də sizin kimi çaşqınlıq içindəyəm. Bununla 
belə, biz artıq problemin açılmasına girişə bilərik. Biz əlimizdə olan faktları sıraya 
düzüb metodik olaraq onlardan nəticə çıxara bilərik.  
– Rica edirəm, müsyö, davam edin, – doktor Konstantin xahiş etdi. 
Belçikalı detektiv xəfifcə öskürərək önündəki kağızları düzəltdi.  
– Gəlin əlimizdə olanları gözdən keçirək. Hər şeydən əvvəl, əlimizdə inkar 
edilməyəcək bəzi faktlar var. Retçett, ya da Kassetti dünən gecə on iki yerindən 
bıçaqlandı və öldü. Bu, bir nömrəli faktdır. 
– Bu faktı inkar edə bilmərəm, dostum, çox tutarlı bir faktdır, – müsyö Bukun 
səsində bir az da ironiya vardı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə