ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə30/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   26   27   28   29   30   31   32   33   ...   55

– Onun necə bir görkəmdə olduğunu bilirəm. Retçett onu mənə təsvir eləyib. 
– Necə? – hər üçü bir ağızdan soruşdu. 
– Qocanın təsvir etdiyinə görə, bu, balacaboylu adam olub, – Hardman davam etdi, 
– qarasaçlı, cırsəsli bir adam. Bundan başqa, qoca, qatilin yola çıxdığımız ilk 
gecədə hücum etməyəcəyini də söyləmişdi. İkinci, ya da üçüncü gecə hərəkətə 
keçəcəyini deyirdi. 
Buk mızıldandı.  
– Demək ki, bir şey bilirmiş. 
Puaro düşüncəli bir tövrlə fikrini açıqladı.  
– Hər halda, katibinə söylədiklərindən daha artıq şeylər bilirmiş. Retçett sizə bu 
düşməni haqqında başqa bir şey söylədimi? Məsələn, həmin adamın onu nə üçün 
hədələdiyi barədə heç nə danışmamışdı? 
– Xeyr. Bu mövzuda danışmaq istəmədi. Sadəcə, o adamın onu izlədiyini, nəyin 
bahasına olursa olsun, öldürməyə qərarlı olduğunu söyləmişdi. 
– Balacaboylu, qarasaçlı, cırsəsli, – Puaro düşüncəli halda təkrarladı, sınayıcı 
baxışlarla Hardmana baxdı. – Yəqin ki, siz onun əslində kim olduğunu bilirdiniz? 
– Kimin? 
– Retçettin. Onu tanımışdınız, elə deyilmi? 
– Nə demək istədiyinizi başa düşmədim. 
– Retçett – Kassettiydi. Armstronqların qızını öldürən qatil. 
Mister Hardman uzun bir fıştırıq çaldı.  
– Bu heç ağlıma gəlməzdi! Vay, vay! Siz məni lap mat qoydunuz! Xeyr, mən onu 
tanımadım. O hadisə baş verəndə mən Qərbdə idim. Onun fotosunu qəzetlərdə, 
əlbəttə, görmüşdüm. Ancaq qəzetlərdə çap olunan şəkillərin nə hala düşdüyünü 
bilirsiniz. Ana öz oğlunu tanıya bilməz bu şəkillərdən. Çoxlarının Kassetti ilə 
haqq-hesabı çürütmək istəməsinə şübhə etmirəm. 


– Bu təsvirə uyğun və Armstronqlarla əlaqəsi olan bir adamı tanıyırsınızmı – 
balacaboylu, qarasaçlı, cırsəsli bir adam? 
Hardman bir-iki dəqiqə düşündü.  
– Bu suala cavab vermək çətindir. Çünki o hadisəylə əlaqəsi olanların çoxu ölüb. 
– Yadınızdamı, qəzetlər özünü pəncərədən atan bir qız haqqında yazmışdı. 
– Hə. Ciddi bir məsələyə toxundunuz. O qız əcnəbiydi. Bax onun, bəlkə, italyan 
qohumları vardı. Ancaq Retçettin ayağında Armstronq hadisəsindən başqa 
hadisələr də vardı, bunu da unutmayın. Kassetti uzun müddət uşaq qaçırmaqla 
məşğul oldu. Ona görə də yalnız Armstronq hadisəsinin üzərində durmanız doğru 
olmaz. 
– Amma cinayətin Armstronq hadisəsiylə əlaqəsi olduğuna dair əlimizdə əsas var. 
Hardman maraqla gözlərini ona zillədi. Ancaq Puaro ona əlavə izahat vermədi. 
Amerikalı başını yellədi, bir az keçəndən sonra dedi:  
– Armstronq hadisəsində o təsvirə uyğun biri var idimi, xatırlaya bilmirəm. Ancaq 
əlbəttə, mənim o hadisəylə bir əlaqəm yox idi, haqqında da artıq bir şey bilmirdim. 
– Eybi yox, siz gecə nə iş gördüyünüzü danışmağa davam edin, cənab Hardman. 
– Danışacaq bundan artıq bir şey yoxdur. Gündüz yatdım və gecə növbə çəkdim. 
İlk gecə elə şübhə oyadacaq bir şey olmadı. Dünən gecə də elə. Qapımı bir az 
aralamışdım, baş verənlərə göz qoyurdum. Heç bir şübhə doğuracaq adam 
keçmədi. 
– Bundan əminsinizmi, cənab Hardman? 
– Əlbəttə, əminəm. Qatara bayırdan kimsə minmədi. Arxadakı vaqonlardan bu 
tərəfə keçən də olmadı. Bu baxımdan and içə bilərəm. 
– Yerinizdən bələdçini görə bilirdinizmi? 
– Əlbəttə. Düz mənim qapımın tuşunda kiçik kətildə oturmuşdu. 
– Qatar Vinkovcidə dayandıqdan sonra bələdçi yerindən qalxdımı? 


– O, son stansiya idi, elə deyilmi? Bəli, bələdçi yerindən qalxdı. Çalınan zənglərə 
cavab vermək üçün. Deyəsən, qatar o sırada qara batıb dayanmışdı. Sonra 
önümdən keçərək Afina vaqonuna getdi, orada, təqribən, on beş dəqiqə qaldı. Zəng 
çalınan kimi yenə qaça-qaça geri döndü. Mən koridora çıxıb nə olduğuna baxmaq 
istədim, aydın məsələdir, bir az narahat olmuşdum, məlum oldu ki, amerikalı qadın 
imiş zəngi çalan. O, bələdçiylə mübahisə etməyə başladı, ancaq nəyə görə, 
bilmirəm. Mən geri döndüm. Sonra bələdçi başqa bir kupeyə yaxınlaşdı, kiməsə 
mineral su apardı. Sonra vaqonun o biri başından kimsə yatağını sahmanlamaq 
üçün onu çağırıncaya qədər öz yerində oturdu. Sonra da düz səhər saat beşə qədər 
yerindən qalxmadı.  
– Bələdçi heç yuxuya daldımı? 
– Bunu bilmirəm. Yuxuya dalmış ola bilər. 
Puaro başını yellədi. Əlləri mexaniki olaraq masa üzərindəki kağızları bir yerə 
yığırdı. Yenə amerikalının vizit kartını götürdü.  
– Lütfən, bunun üzərinə imzanızı atın. 
Hardman onun istədiyini yerinə yetirdi. 
– Güman edirəm, burada, qatarda sizin verdiyiniz ifadəni kimsə təsdiqləyə bilməz 
və sizin kimliyinizi təsdiq edə bilməz, mister Hardman? 
– Qatarda? Deyəsən, belə adam yoxdur. Təkcə gənc Makkuin ola bilər. Bu cavan 
oğlanı yaxşı xatırlayıram, onun atasının Nyu-Yorkdakı ofisində tez-tez 
görüşmüşük, ancaq inanmıram, o qədər xəfiyyənin arasından məni yadda saxlamış 
olsun. Yox, cənab Puaro, mənim kimliyimi təsdiq etməkdən ötrü siz yolun 
açılmasını və Nyu-Yorka teleqram göndərmək imkanının yaranmasını gözləməli 
olacaqsınız. Ancaq siz çox da narahat olmayın, mənim söylədiklərim əsla yalan 
deyil. Görüşmək üzrə, cənablar. Sizinlə tanış olmağıma çox məmnun oldum, cənab 
Puaro. 
Puaro ona siqaret qutusunu uzatdı.  
– Buyurun... Ancaq bəlkə də, siz trubka çəkirsiniz? 
– Yox canım, trubka bizə görə deyil.  


Amerikalı bir siqaret götürərək sürətlə uzaqlaşdı. 
Üç adam bir-birilərinə baxdılar. 
Doktor Konstantin :  
– Siz onun, həqiqətən, bir detektiv olduğuna inanırsınızmı? – soruşdu. 
– Əlbəttə. O, tipik bir detektivdir, belələrini çox görmüşəm. Üstəlik, danışdığı 
hekayənin yalan olub-olmadığı da tezliklə ortaya çıxa bilər. 
– Bizə maraqlı məlumatlar verdi, – Buk dedi. 
– Həqiqətən elədir! 
Buk fikirli-fikirli mızıldandı:  
– Balacaboy, qarasaçlı, cırsəsli bir adam. 
Puaro:  
– Bu, elə bir təsvirdir ki, qatarda heç kimsəyə uyğun gəlmir, – dedi. 
 
 
X fəsil 
İtalyan 
 
Puaro mənalı-mənalı gülümsünərək:  
– İndi də müsyö Bukun kefini qaldırmaqdan ötrü italyanı çağıraq, – dedi. 
Antonio Foskarelli pişik kimi səssiz və yumşaq addımlarla vaqon-restorana daxil 
oldu. Sifəti işıq saçırdı. Tipik bir italyan üzü vardı; əsmər, xoşgülüş.  
Fransızca düzgün və iti danışırdı, azacıq ləhcə hiss olunurdu. 
– Adınız Antonio Foskarellidirmi?  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə