ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə29/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   25   26   27   28   29   30   31   32   ...   55

– Yəni, sizcə... 
Puaro kəskin şəkildə başını yellədi.  
– Yox, yox, bu ola bilməz… heç cür mümkün olan şey deyil. Tərbiyəli, burnundan 
uzağı görməyən, tərs ingilis öz düşməninə dalbadal on iki dəfə bıçağı saplaya 
bilməz! Bu heç cür ola bilməz! Siz özünüz fikirləşin, bu, nə qədər ağlabatandır? 
– Bunlar hamısı psixologiyaya aid dolanbaclardır, – deyə cavab verdi Buk. 
– Psixologiyaya hörmət etmək lazımdır. Bizim cinayətin öz üslubu var və bu üslub 
heç bir şəkildə polkovnik Arbetnotun üslubu ola bilməz. Nə isə... İndi başqa bir 
şahidi dindirməyə başlayaq, – Puaro dedi. 
Buk bu dəfə italyanın adını çəkmədi. Ancaq ürəyində onun çağırılmasını istəyirdi. 
 
 
IX fəsil 
Cənab Hardman 
 
Birinci mövqe yolçularının sonuncusu cənab Hardman idi. İtalyan və ingilis 
nökərlə eyni masada oturan yekəpər, gözəgəlimli amerikalı.  
Hardman artıq rəngli dama-dama kostyum, çəhrayı rəngdə köynək geyinmiş, 
qalstukuna da bəzəkli iynə taxmışdı. Vaqon-restorana girərkən ağzında bir şey 
çeynəyirdi. İri, ətli, qaba cizgili, amma mülayim ifadəli bir üzü vardı.   
– Sabahınız xeyir, bəylər, – dedi. – Mənə görə bir qulluğunuz? 
– Cinayət haqqında, yəqin ki, eşitmisiniz, elə deyilmi, cənab e... Hardman? 
– Əlbəttə. – Ağzındakı saqqızın yerini ustalıqla dəyişdirdi. 
– Buna görə qatardakı bütün yolçularla danışmaq məcburiyyətində qaldıq. 


– Mənə görə bunun bir isti-soyuğu yoxdur. Hər halda, bu iş ancaq belə həll edilə 
bilər. 
Puaro önündə duran pasporta bir göz atdı.  
– Sayrus Betman Hardman, Birləşmiş Ştatlar vətəndaşı, qırx bir yaşında, yazı 
makinası lentlərinin satıcısı. 
– Bəli. Özüməm ki, varam. 
– İstanbuldan Parisəmi gedirsiniz? 
– Elədir. 
– Nə məqsədlə? 
– İşimdən ötrü. 
– Siz həmişə birinci dərəcəlidəmi yolçuluq edirsiniz, cənab Hardman? 
– Bəli, cənab. Yolpulumu şirkət ödəyir, – göz vurdu. 
– İndi də dünən gecə olanlara gələk.  
Amerikalı başıyla razılıq bildirdi. 
– Bizə bu məsələ barədə nə söyləyə bilərsiniz? 
– Heç bir şey söyləyə bilmərəm. 
– Hm, çox heyif. Cənab Hardman, bəlkə, bizə dünən günorta yeməyindən sonra 
nəylə məşğul olduğunuzu danışasınız? 
Amerikalı ilk dəfə dərhal cavab vermədi.  
– Bağışlayın, ancaq, – dedi, nəhayət. – Siz kimsiniz? Bunu bir az açıqlasanız... 
– Bu müsyö Buk, yataqlı vaqonlar şirkətinin müdirlərindəndir. Bu bəy də cəsədi 
müayinə edən doktor. 
– Bəs siz? 
– Mən Erkül Puaroyam. Bu hadisəni araşdırmaq işini şirkət mənə tapşırıb. 


Mister Hardman:  
– Sizin haqqınızda eşitmişəm, – deyə mızıldandı.  
Bir-iki dəqiqə daha düşündü.  
– Hər şeyi açıb danışsam, daha doğru olacaq, deyəsən. 
Puaro quru bir səslə:  
– Bildiklərinizi açıqlasanız, hər halda, ağıllı hərəkət etmiş olacaqsınız, – deyə 
cavab verdi. 
– Əgər bildiyim bir şey olsaydı, hər şeyi sizə danışardım. Ancaq mən heç nə 
bilmirəm. Dediyim kimi, mən heç bir şey bilmirəm. Ancaq bilməliyəm. Bax məni 
odlandıran da elə budur. Məhz mən hər şeyi bilməliyəm. 
– Lütfən, nə demək istədiyinizi açıqlayın, cənab Hardman. 
Amerikalı içini çəkdi. Saqqızını çıxardı, sonra əlini cibinə soxdu. Eyni anda 
üzünün ifadəsi də birdən-birə dəyişildi. İndi səhnədə rol almış bir aktyordan çox, 
gerçək bir adama bənzəyirdi. Hətta zəhlətökən ləhcəsi də bir az daha ölçülü oldu.  
– O pasport saxtadır, əslində isə mən bax, buyam, – deyib masanın üstünə bir vizit 
kartı atdı. 
Puaro uzun-uzadı kartı gözdən keçirdi və müsyö Buk da səbirsizlənib onun 
çiyinləri üzərindən boylandı. 
Mister Sayrus B.Hardman. 
Makneyl Detektiv Agentliyi. 
Nyu-York. 
Puaro Makneyl agentliyini tanıyırdı – Nyu-Yorkun ən məşhur və etibarlı detektiv 
bürolarından biriydi.  
 
– İndi bizə bunun nə demək olduğunu başa salın, cənab Hardman, – dedi. 
– Bu saat. Demək, belə olub. İki fırıldaqçının iziylə mən Avropaya gəlmişdim; bu, 
cinayətlə əlaqəsi olmayan bir məsələdir. Onları təqib etməyim İstanbulda sona 


çatdı. Mən öz şefimə teleqram göndərdim, qayıtmaq əmri aldım, elə Nyu-Yorka 
qayıtmağa hazırlaşırdım ki, bax, bu məktubu aldım. 
Məktubu Puaroya uzatdı. “Tokatlıyan” otelinin firma kağızında yazılmışdı: 
Cənab Hardman. 
Mənə Makneyl Detektiv Bürosundan olduğunuzu söylədilər. Lütfən, bu gün 
günortadan sonra saat dörddə oteldəki otağıma gəlin. 
S.E.Retçett 
– Sonra nə oldu? 
– Bildirilən saatda otağa qalxdım. Cənab Retçett mənə özünün təhlükədə olduğunu 
açıqladı. Aldığı bir neçə hədə məktubunu da göstərdi. 
– Həyəcanlı idimi? 
– Həyəcanlı bir adam kimi aparmırdı özünü, ancaq əməlli-başlı narahat olmuşdu. 
Mənə bir təklifi oldu. Onunla eyni qatara minərək Parisə qədər getməli və onun 
öldürülməsinə əngəl olmalı idim. Eyni qatara mindim, ancaq buna baxmayaraq, 
yenə də Retçetti öldürdülər. Bax bu, məni çox narahat edir. Bu durum mənim ad-
sanım üçün bir ləkədir. 
– Cənab Retçett sizə necə davranmalı olduğunuzu söylədimi? 
– Əlbəttə. Hər şeyi əvvəlcədən düşünmüşdü. Düz yanındakı kupedə yolçuluq 
etməyimi istəyirdi. Ancaq elə lap başlanğıcda tərslik oldu. Təkcə buranın yeri tapa 
bildim, hələ onu da çox çətinliklə. Deyəsən, bələdçi bu nömrəni ehtiyat üçün 
saxlamaq istəyirdi. Lakin söhbətdən yayınmayaq. Kupeni gözdən keçirdikdən 
sonra buranın müşahidə aparmaqdan ötrü işimə yarayacağını anladım. İstanbul 
yataqlı vaqonunun önündə yalnız vaqon-restoran vardı. Platformaya açılan aradakı 
qapını da gecə kilidləyirdilər. Yəni, əgər bir adam vaqona girmək istəsəydi, yalnız 
arxa qapıdan və ya başqa vaqondan keçərək girə bilərdi, bu da o deməkdir ki, qatil 
mütləq mənim kupemin önündən keçəcəkdi. 
– Mister Retçettin ehtimal olunan düşməninin şəxsiyyəti haqqında, yəqin ki, heç 
bir şey bilmirsiniz? 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə