Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə11/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

Sərraf Şiruyə             
                           
                          
 
 
60 
 
Ürəyi partlardı Hacı Balının, 
Görsəydi, talançı bax bu dəmləri. 
İşi müşgüldəydi Böyük Alının, 
Artırdı qəm üstdən gündə qəmləri. 
 
Həmən Qara Əziz, atası Xəlil, 
Zeynəbin arxası, dərs verəniydi. 
Zeynəb bəd fikirə düşəndə qəfil
Ona sabahını göstərəniydi. 
 
Aranı qataraq hətta bir dəfə, 
Əzizi döymüşlər komsomolçular. 
Böhtanları dəyməmişdi hədəfə, 
İfşa olunmuşdu bu soyğunçular. 
 
Atdan düşürmüşlər Seyid Bayramı, 
Başçıl özümüzdən, özgə neçəsi. 
Onda Əziz ilə bütün el hamı, 
Almış aralıqdan bu bəd həvəsi. 
 
Canını tapşırıb indi o Əziz, 
Hamı əzizi tək onu ağlayır. 
Həyatda qalıbdır saldığı hər iz, 
Siminin naləsi ürək dağlayır. 
 
Dərdi dağ saldı getdi, 
Gözə ağ saldı getdi. 
Qardaşım könüllərdə – 
Şirin bağ saldı getdi. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
61 
 
Yandı qovruldu Şirin, 
Kül tək sovruldu Şirin. 
Gözündən leysan tökdü, 
Saçını yoldu Şirin. 
 
Sərrafam, ha sınadı, 
Dost məni ha sınadı. 
Canımda yüz dərdim var – 
Bu dərman hansınadı?! 
 
Torpağın qoynuna yollandı Əziz, 
Dildə-dodaqlarda ballandı Əziz. 
 
Xeyirxah əməllər onu yaşatdı, 
Ad-sanı illərdən illərə çatdı. 
 
Düşdü dastanlara Qara Əziztək, 
Uçdu dodaqlardan bir şirin söz tək. 
 
Bax budur dünyadan qalan var-dövlət, 
Budur axirətə gedən o rəhmət. 
 
Eşidək şairin bir hikmətini, 
Onun hər kəs üçün nəsihətini. 
 
O dünyana tutar üçün, 
Bu dünyadan halalıq al. 
Hər gördüyün, görüşdüyün, 
Qohum, yaddan halalıq al. 


Sərraf Şiruyə             
                           
                          
 
 
62 
 
Məzarına nur apar get, 
Yaxşı əməl sür apar get. 
Eylikdən qürur apar get, 
Hər bir zaddan halalıq al. 
 
Fani ağa bükər səni, 
Məzar səmtə çəkər səni. 
İsidibsə əgər səni, 
Ocaq, oddan halalıq al. 
  


             
                           
                          Ayrılıq belə düşdü
 
 
63 
VII 
ƏLİ DAŞKƏNDDƏ BAĞ SALIR 
 
Oxucum, əzəldən sənə demişdim, 
Daşkənd daşlıq idi, mən bildirmişdim. 
 
Bağ-bağça olsa da özgə kəndlərdə
Bir ağac yox idi, bu tərəflərdə. 
 
Dörd min hektar yeri olan bir kəndin, 
Nə qədər gəzsən də bərəsin, bəndin. 
 
Bir meyvə ağacı tapa bilməzdin, 
Meşə ağacı da əsla görməzdin. 
 
Üç-dörd yerdə söyüd ağacı vardı, 
Onlara baxmaqda mətah olardı. 
 
Bir neçəsi “Cabbarlı”da var idi, 
Ona da çoxları ixtiyar idi. 
 
Var idi bir neçə qızılgül kolu, 
Tamam bağlı idi onun da yolu. 
 
Hasara almışdı Səlimov Şahbaz, 
Hamsı da deyirdi: Əl vurmaq olmaz! 
 
Açanda qoxusu ətir saçırdı, 
Ətrafda kim varsa ora qaçırdı. 


Sərraf Şiruyə             
                           
                          
 
 
64 
 
Bu idi Daşkəndin bax yaşıllığı, 
Bu oldu Əlinin bax fəallığı. 
 
Əli ayrılmışdı ata yurdundan, 
Köz də aparmışdı onun odundan. 
 
Kənddə ən ucqarda ev də tikmişdi, 
Bibisi Simini o gətirmişdi. 
 
Ona da hazır ev almışdı Əli, 
Yanında da qonşu olmuşdu Əli. 
 
Əli zəhmətsevər bir kişi idi
Zəhmətə bağlanmaq vərdişi idi. 
 
Hər zəhmətdən xoş nəticə almışdı, 
Arıçılığa da meylin salmışdı. 
 
Vəzifə, rütbə öz yerindədi, 
Təşkilat katibi rütbəsindədi. 
 
Kolxozda nüfuzlu bir şəxsiyyətdi, 
Bir müdir, təşkilat bir də heyətdi. 
 
Təşkilat işinin o fəalıydı, 
Rayon işçiləri bundan halıydı. 
 
Rəğbət bəslənirdi ona həmişə, 
Layiq bilinirdi ən məsul işə. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
65 
 
Oxucum mətləbdən uzaşdım bir az, 
Aydınlıq gətirmək məncə pis olmaz. 
 
Qayıdaq yenə də mətləb üstünə
Əli girdi bağ salmağın qəsdinə. 
 
Fikirləşdi – Basarkeçər, Qoşabulaq, 
Ağacdan ağaca vururlar calaq. 
 
Biz isə bir ağac əkə bilmirik, 
Bu haqda heç niyə bəs düşünmürük. 
 
Əlaqə saxladı ətraf kəndlərlə – 
Bu ətrafda bitən hər meyvələrlə. 
 
Oxudu lazımi kitabları da, 
Dinlədi bağ salan bağbanları da. 
 
Öyrəndi nə zaman əkmək lazımdı, 
Budamanı necə etmək lazımdı. 
 
Qışın şaxtasından necə qoruyaq, 
Dayaq payaları haradan vuraq. 
 
Bunların hamısını öyrəndi Əli, 
Dərələyəz səmtə yollandı Əli. 
 
Ordan hər cür meyvə tingi gətirdi, 
Bir bağ saldı alma, armud bitirdi. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə