SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə64/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   60   61   62   63   64   65   66   67   ...   116

133 
 
aid  edilməsini  göstərmiĢlər  [349].  Lakin  əslində  həmin  fərman  əsasında  ləğv 
olunmuĢ tamğa sənətkarlara deyil, tacirlərə və ticarətdən alınan tamğa vergisinə 
aid  idi.  Bu  baxımdan  XurĢah  və  Ġsgəndər  MünĢinin  bu  barədə  verdikləri 
məlumat  xüsusi  maraq  doğurur.  XurĢah  yazır:  «ġah  Təhmasib  yollar  və 
Ģəhərlər tamğasını və sair hadisə haqqı vergilərini (vergisi tamğa ilə müəyyən 
edilmiĢ  Səfəvi  dövləti  ərazisindəki  yerlərdən,  Qəndəharı  çıxmaq  Ģərtilə)  ləğv 
etdi  ki,  məmaliki  məhrusəyə  uzaq  və  yaxın  yerlərdən  gələn  tasir  və 
müsafirlərdən yol və Ģəhərin qoruyucuları, gözətçiləri, vergi toplayanları tamğa 
və  sair  ixracat  babətindən  vergi  almaq  bəhanəsilə  onları  incidib,  təərrüz 
etməsinlər»  [350].  Ġsgəndər  MünĢi  isə  yazır:  «KeçmiĢ  Ģahların  dövründən 
tacirlər,  varlılar  və  gəlib-gedənlərdən  hər  il  Ġraq  pulu  ilə  10  min  tümən 
məbləğində «yol tamğası pulu» alınırdı. «Gördüyü yuxuya əsasən h. 972-ci ildə  
(1565)   ġah Təhmasib tamğanı «tacirlərə və gəlib-gedənlərə»  bağıĢladı [351] 
1585-86-cı  illərdə  Təbrizdə  olmuĢ  Ciovanni  qeyd  edir  ki,  dövlətin 
ərazisində idxal və ya ixrac olunan mallara müstəqim gömrük və ya müstəqim 
vergi  yoxdur.  Dövlətin  mədaxili  əsasən  zərrabxanalardan,  torpaqdan  və 
sənətkarlardan,  o  cümlədən  ipək,  pambıq  parça  toxuyanlardan,  silah 
hazırlayanlardan və s. idi [352]. 
I  ġah  Təhmasib  tamğa  ləğv  olunub,  yerini  boniçə  vergisi  tutduqdan 
sonra  sənətkarlardan  alınan  «mali-mehtərifə»  vergisini  aradan  qaldırdı.  Qazi 
Əhməd Qumi yazır ki, «ġah Təhmasib əksər Ģəhərlərin sənətkarlarından alınan 
vergiləri  bağıĢladı  [353].  ġah  Təhmasibin  Təbriz  sənətkarlarını  vergilərdən 
azad  etməsi  haqqında  fərmanın  surəti  də  Təbrizin  Cümə  məscidi  divarında 
həkk  edildi.  Həmin  fərmanın  tarixi  olmasa  da,  onun  tamğanın  ləğvi  və 
boniçənin onu əvəz etməsindən sonra  verildiyi aydın olur. Fərmandan  məlum 
olur  ki,  əvvəllər  də  ġah  Təhmasib  Təbriz  sənətkarlarından  alınan  vergiləri 
azaltmıĢdır  [354].  Haqqında  bəhs  etdiyimiz  fərmana  əsasən  sənətkarlardan 
alınan  bir  sıra  vergiləri  (fərmana  əlavə  olunmuĢ,  həmin  siyahı,  təəssüf  ki, 
hələlik əldə olunmamıĢdır  S. O.) yenidən bağıĢlamıĢdı. Fərmanda tələb olunur 
ki, göstərilən ümumi məbləği boniçənin cəmindən çıxsınlar [355]. 
Ticarətdən  alınan  tamğa  vergisini  ġah  Təhmasib  əvvəl  də  bir  dəfə 
bağıĢlamıĢdı. Digər hissəsini isə 1565-ci ildə ləğv etdi. Maraqlıdır ki, Təbrizə 
aid  verilmiĢ  fərmanda  tamğa  hesabına  Təbrizdən  ildə  3875  tümən  800  dinar 
toplanıldığı məlum olur [356]. Əgər Ġsgəndər MünĢinin dövlət ərazisindən ildə 
tamğa hesabına 10 min tümən gəlir götürdüyünü qəbul etsək, bu hesabla Səfəvi 
dövləti  ərazisində  tamğa  hesabına  gəlirin 
1/
3
  hissəsinin  Təbrizdən  toplanıldığı 
aydın  olur.  Həsən  Rumlu,  Qazi  Əhməd,  ġərəfxan  Bidlisinin  göstərdiyi  kimi, 
tamğanı  30  min  tümən  nəzərə  alsaq,  yenə  də  böyük  bir  hissənin  Təbrizdən 
toplandığını  görərik.  Bu  da  Təbrizin  daxili  və  xarici  ticarətdə  mühüm  rol 
oynadığını göstərir. 


134 
 
Qazi  Əhməd  Qumi  tamğa  haqqında  verilmiĢ  fərmanın  «Xülasət-ət-
təvarix»  əsərini  yazıb  qurtardığı  vaxta  qədər  (1605)  qüvvədə  olduğunu 
bildirmiĢdir  [357].  Ehtimal  ki,  bu  qanun  XVII  əsrin  ortalarına  qədər  mövcud 
olmuĢdur. 
ġah  Təhmasib  hakimiyyətinin  son  iyirmi  ili  ərzində  bu  tədbirləri 
həyata  keçirməklə  Osmanlı  -  Səfəvi  müharibələri,  ağır  vergi  və 
mükəlləfiyyətlər  nəticəsində  ölkənin  dağıdılmıĢ  təsərrüfatını  bərpa  etməyə, 
tənəzzülə uğramıĢ ticarət və sənətkarlığı inkiĢaf etdirməyə, ən nəhayət, dövlət 
xəzinəsinin gəlirini çoxaltmağa çalıĢırdı. Amasiya sülhündən sonra görülən bu 
tədbirlər  nəticəsində  ölkədə,  xüsusilə  Təbrizdə  ticarət  xeyli  inkiĢaf  etdi. 
Alessandri Azərbaycanda və Ġranda olan 52 Ģəhər içərisində Təbrizi ən böyük 
Ģəhər  hesab  edirdi  [358].  Bu  dövrdə  təbrizli  tacirlər  də  Azərbaycan 
Ģəhərlərindən  xeyli  uzaqlara  ticarətə  gedirdilər. Təbrizli  tacir  Xacə  Əli  ticarət 
məqsədilə  Venetsiyaya  getmiĢ  və  çoxlu  kapital  ilə  orada  ticarətlə  məĢğul 
olmuĢdur  [359].  1568-69-cu  illərdə  Artur  Eduard  Təbrizdə  bir  gürcü  tacirinə 
100  tikə  (karazey)  satmıĢdı.  Eyni  zamanda  ingilis  taciri  Təbrizdən  xeyli  mal 
alaraq  ġamaxıya  göndərmiĢik.  Deket  iki  il  yarım  Təbrizdə  ticarətlə  məĢğul 
olmuĢdur. O, digər yerlərdən gətirilən mallarla yanaĢı, Ġngiltərə malları da satır, 
əvəzində  Təbrizdən  çoxlu  mal  alırdı.  Tomas  Benister  də  Təbrizdən  xeyli  mal 
alaraq Ġngiltərəyə aparmaq üçün ġamaxıya göndərmiĢdi [360]. 
XVI  əsrin  80-ci  illərində  Təbriz  əhalisinin  əksəriyyəti  sənətkarlıq  və 
ticarətlə məĢğul olurdu. Bu dövrdə müsəlman Ģəhərləri arasında belə əzəmətli, 
abad, bu qədər əhalisi olan ikinci bir Ģəhər yox idi [361]. 
1555-ci  ildə  paytaxtın  Təbrizdən  Qəzvinə  köçürülməsinə  axmayaraq, 
Təbriz  ticarət  mərkəzi  kimi  Yaxın  və  Orta  ġərqə  məĢhur  bir  Ģəhər  olaraq 
qalırdı.  1584-85-ci  illərdə  əbrizdə  olmuĢ  Oruc  bəy  Bayat  Təbriz  əhalisinin 
əksəriyyətinin ticarətlə məĢğul olduğunu bildirərək yazır: «Təbriz lə bir yerdə 
yerləĢmiĢdi  ki,  ġərq  yolu  Suriyaya  oradan  keçir.  Avropa  özünün  bir  çox 
ölkələrilə bu yol vasitəsilə tiarət edirdi [362]. 
1585-ci  ildən  1586-cı  ilin  sentyabr  ayına  qədər  QızılbaĢ  ordusu  ilə 
Osmanlı  ordusu  arasında  gedən  Ģiddətli  vuruĢmalar  Təbrizdə  məhsuldar 
qüvvələrin  dağılmasına,  dükanların  və  ətrafdakı  əkin  sahələrinin  bərbad  hala 
düĢməsinə  səbəb  oldu.  Ticarət  karvan  yolu  dağılır,  ticarət  karvanının  gəliĢ-
gediĢi kəsilir. Osmanlı ordusu  və qızılbaĢlar tərəfindən Ģəhərin binaları, bazar 
və karvansaraları dağıdılır. Qeysəriyyə kimi mühüm ticarət mərkəzi olan bazar 
yandırılır.  Sağ  qalmıĢ  əhalinin  əksəriyyəti  Sultan  Məhəmmədin  əmrilə 
Qəzvinə,  orta  təbəqə  isə  Ģəhərin  ətraf  nahiyələrinə  köçməli  olur.  Ġsgəndər 
MünĢinin yazdığı kimi: «o əzəmətdə Ģəhər boĢalmıĢdı» [363]. 
1586-cı  ilin  sentyabr  ayından  1603-cü  il  avqustun  30-na  kimi  Təbriz 
Osmanlı iĢğalı altında  olduğu  müddətdə  tam iqtisadi tənəzzül dövrü keçirirdi. 
Səfəvi  dövləti  tərəfindən  göndərilən  tacirlərə  sərhəddə  əziyyət  verirdilər. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə