SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə67/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   63   64   65   66   67   68   69   70   ...   116

139 
 
Ġqtisadi  tənəzzüldən  çıxmaq  məqsədilə  Gödək  Əhmədin  bir  sıra 
islahatlar  aparması  və  soyurqalları  məhdudlaĢdırmaq  cəhdi  baĢ  tutmadı  və  iri 
feodalların müqavimətinə rast gəldi [392]. Feodal ara  müharibələrinin ağırlığı 
geniĢ  xalq  kütlələri  üzərinə  düĢdü.  Ticarət  yollarında  təhlükəli  vəziyyət 
yarandı.  Məhz  bu  amillər  Azərbaycanın,  eləcə  də  Ağqoyunlu  dövlətinin 
paytaxtı  Təbriz  Ģəhərinin  iqtisadi  həyatına  ağır  zərbə  endirmiĢ  oldu.  Belə  bir 
Ģəraitdə  1501-ci  ildə  ġah  Ġsmayıl  Təbriz  Ģəhərini  Azərbaycan  Səfəvilər 
dövlətinin  paytaxtı  elan  edir.  Təbrizi  abadlaĢdırmaq  və  onun  dağılmıĢ 
təsərrüfatını  bərpa  etmək  üçün  müəyyən  qədər  vaxt  və  vəsait  lazım  gəlirdi. 
Vergilərin  növü  və  miqdarı  müəyyənləĢdirilir,  hətta  sənətkar  və  tacirlərə 
onların  iqtisadi  vəziyyətinə  və  mədaxilinə  görə  vergi  təyin  olunur.  Ticarət 
yolları qaydaya düĢür [393]. Xondəmir və Qazi Əhməd Qumi yazırlar ki, 1514-
cü  il  Çaldıran  müharibəsindən  sonra  ġah  Ġsmayıl  Təbrizin  abadlaĢdırılmasına 
çalıĢırdı.  «O, ədalət  və  insaf qapılarını təbrizlilərin üzünə  açır» [394]. Burada 
bir  növ  mübaliğə  olsa  da,  Çaldıran  vuruĢmasından  sonra  ölkədə  yaranmıĢ 
əmin-amanlıq  digər  Ģəhərlər  kimi  Təbrizində  iqtisadi  inkiĢafı  üçün  zəmin 
yaratdı.  1524-cü  ilin  yanvarında  əsərini  yazıb  qurtarmıĢ  Xondəmir  Təbrizi 
«Rübi məskunda ən abad bir Ģəhər», «yerin-göyün cənnəti» kimi təsvir etmiĢdir 
[395]. 
Birinci dövrün ikinci mərhələsi 1524-1555-ci illəri əhatə edir. Həmin 
mərhələdə  Ģəhərin  iqtisadi  tənəzzülü  baĢ  verir.  Osmanlı  ordusunun  dörd  dəfə 
(1534,  1535,  1548,  1554)  [396]  yürüĢü  nəticəsində  Ģəhər  bir  neçə  dəfə  talan 
edilir.  1534-cü  ildə  «Sultan  Süleyman  Təbrizə  od  vurub  yandırdı  və  o 
vəziyyətdə  də  qoyub  getdi»  [397].  1538-1548-ci  illər  arasında  Təbrizdə  bir 
neçə dəfə vəba xəstəliyi yayılmıĢ və xeyli insan  tələfatına səbəb olmuĢdu. Bu 
da həmin dövrdəki müharibələrlə əlaqədar idi. Təbriz hər iki vuruĢan qüvvələr 
tərəfindən  bir  neçə  dəfə  dağıdılmıĢ  və  suvarma  Ģəbəkələri  bərbad  hala 
düĢmüĢdü. ġəhərə birləĢən yollar və əkin yerləri xarabalığa çevrilmiĢdi. Bütün 
bunlar Ģəhər sənətkarlığına və ticarətinə ağır zərbə endirdi. 
1555-ci ildə Amasiya sülhü bağlanıldıqdan sonra, 1585-ci ilə qədərki 
otuz  illik  əmin-amanlıq  müddətində  Təbrizin  ikinci  dövrü  əsasən  iqtisadi 
cəhətdən  inkiĢaf  dövrü  hesab  olunur.  Lakin  qeyd  etmək  lazımdır  ki,  1555-ci 
ildə  [398]  paytaxtın  Təbrizdən  Qəzvinə  köçürülməsi  Ģəhərin  iqtisadi  həyatına 
nisbətən  təsir  göstərir  və  məhz  bunu  əsas  tutaraq  bir  sıra  tədqiqatçılar,  o 
cümlədən  Ġ.  P.  PetruĢevski  və  O.  Ə.  Əfəndiyev  tənəzzülün  əsas  səbəbini 
paytaxtın Təbrizdən Qəzvinə köçürülməsində görür [399]). 
1555-1585-ci    illərdə    otuz    illik  əmin-amanlıq  dövründə  dağılmıĢ 
təsərrüfatı bərpa etmək məqsədilə I ġah Təhmasib bir sıra tədbirlərə əl atdı. ġah 
Təhmasib 1533-1578-ci illər arasında xassə əmlaka daxil olan Təbrizdən daha 
çox mədaxil götürmək üçün ilk növbədə sənətkarlıq və ticarəti inkiĢaf etdirməli 
oldu.  Səfəvi  hökmdarı  Osmanlı  -  Səfəvi  müharibələri  nəticəsində  dağılmıĢ 


140 
 
təsərrüfatı sürətlə bərpa etdirməyə məcbur idi. Bu məqsədlə Ģəhər əhalisini bir 
sıra vergilərdən azad etdi. ġah Təhmasib 1548-ci ildə Təbriz əhalisini üç illik 
vergilərdən  azad  etdi  [400].  1565-ci  ildə  ticarətdən  alınan  tamğanın,  1573-cü 
ildə  sənətkarlardan  alınan  vergiləri  və  rəsme-ehdas  haqqının  ləğv  olunması, 
Azərbaycan,  Arran və  ġirvan  mahalından 7-9 il  malu-xərac  alınmaması [401] 
Təbrizin    iqtisadi inkiĢafına Ģərait yaradırdı. Sultan Məhəmməd də bir müddət 
Təbriz  əhalisini  bütün  vergilərdən  azad  etmiĢdi  [402].  Bu  imtiyazların 
verilməsi Təbriz əhalisini əldə saxlamaq məqsədi güdürdü. Osmanlı ordusu hər 
dəfə  Təbrizə  hücum  edərkən  QızılbaĢ  ordusundan  artıq  Ģəhər      əhalisi   
osmanlılara   qarĢı   ölüm-dirim   müharibəsi aparırdı. 
Osmanlı  -  Səfəvi  müharibələri  dövründə  Təbrizin  dağılmıĢ 
təsərrüfatının  sürətlə  bərpasının  əsas  səbəblərindən  biri  və  on  mühümü 
sənətkarlar  və  ticarətdən  alınan  vergilərin  ardıcıl  surətdə  azaldılması  və  ya 
müvəqqəti olaraq ləğv edilməsi idi. 
XVI əsrin 60-80-ci illərində Təbrizin iqtisadi inkiĢafı haqqında dövrün 
mənbələrində və Avropa səyyahlarının və tacirlərinin əsərlərində lazımi qədər 
məlumat  vardır.  Biz  sənətkarlıq  və  ticarət  bölməsində  bu  barədə  ətraflı 
danıĢmıĢıq.  Lakin burada  bir  neçə  fakt ilə  kifayətlənirik. Budaq Qəzvini XVI 
əsrin  ilk  illəri  ilə  əsrin  70-ci  illəri  arasında  ölkənin  iqtisadi  vəziyyətini 
müqayisə  edərək  yazır:  «1501-ci  ildə  100  tümən  böyük  pul  idi.  O  vaxt  vəzir 
Zəkəriyyə  Təbrizinin  cəmi  mülk  və  malı  50  tümən  məbləğində  idi.  Ġndi  ġah 
Təhmasibin  qəbz  yazanı  və  katibi  100  tümən  məvacib  -alır».  Budaq  Qəzvini 
sonra  qeyd edir  ki,  «Ġndiki zamanda  xeyli  türk  və  tacik  vardır ki,  30  min, 10 
min tümənə  qüdrəti çatar. Ġndi  min tümənin etibar dərəcəsi yoxdur. AĢpaz və 
baqqalın  200-300  tüməndən  çox  ehtiyat  pulu  vardır.  Bütün  bunlar  ölkənin 
abadlaĢmasının  nəticəsidir.  Divan  mükəlləfiyyətləri  aradan  gedib,  on  illik, 
iyirmi  illik  vergilər  (mal)  rəiyyətin  özündə  qalıbdır.  Həvalə  qələmi  ilan  kimi 
ildə bir dəfə deĢikdən baĢını çıxarır» [403]. 
Budaq  Qəzvini  vergi  toplayan  məmurları  ilana  oxĢadaraq  keçmiĢdə 
ilan kimi tez-tez yuvadan baĢını çıxararaq əhalidən zorla vergi tələb etdiklərini 
bildirir və qeyd edir ki, indi artıq ildə bir dəfə vergi alınır. Bu fakt özlüyündə 
vergilərin qaydaya  düĢməsini göstərir. Lakin O. Ə. Əfəndiyev  həmin  fikirdən 
səhv nəticə çıxararaq guya vergi toplayan zalım məmurların gündə bir dəfə ilan 
kimi deĢikdən baĢını çıxararaq əhalidən vergi almalarını qeyd etməklə ölkənin 
iqtisadi cəhətdən tənəzzül dövrü keçirməsi nəticəsinə gəlmiĢdir [404]. 
Ġsgəndər MünĢi 1585-ci ildə Təbrizi «islam ölkələri arasında əzəmətli 
Ģəhər,  əhalisinin  əksəriyyətinin  sənətkarlıq  və  ticarətlə  məĢğul  olduğu  bir 
Ģəhər», XVI əsr müəllifi Mahmud Pətənzi isə Təbrizi təkcə Azərbaycanın deyil, 
bütün Ġranın «gözü və çırağı» adlandırmıĢdır [405]. 
XVI  əsrin  50-80-ci  illərində  Təbriz  iqtisadi  cəhətdən  xeyli  inkiĢaf 
etmiĢdi.  Bu  Ģəhər  təkcə  Azərbaycanda  deyil,  həm  də  qonĢu  ölkələr  arasında, 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə