SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə70/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   66   67   68   69   70   71   72   73   ...   116

145 
 
Ģəhərdə  zəlzələ zamanı 4900 ev [440] dağıldı,  12.600 nəfər həlak oldu [441]. 
Əlbəttə, bu rəqəm təkcə Təbrizi deyil, onun ətrafını da ehtiva edir. Lakin Ģəhərə 
nisbətən ətraf nahiyələrdə tələfat daha çox olmuĢdur [442]. ġah Səfinin əmrilə 
Ģəhərdə  zəlzələdən  dağılmıĢ  binaların  bərpası  üçün  bir  sıra  tədbirlər  görüldü. 
Əhali  üç  il  müddətinə  vergilərdən  azad  edildi.  Az  müddətdə  Ģəhər  yenidən 
abadlaĢdı. Zəlzələdən səkkiz il sonra, yəni 1648-ci il iyul ayının 28-də Təbrizdə 
olmuĢ və on beĢ gün orada qalmıĢ fransız  səyyahı Aleksandr do Rud yazırdı: 
«Ġranda  səyahətdə  olduğum  zaman  mən  Təbriz  kimi  möhtəĢəm,  əhalisi  çox 
olan zəngin Ģəhər görmədim» [443]. 
1673-cü  ildə  Təbrizdə  olmuĢ  ġarden  yazırdı  ki,  Təbrizin  əhalisinin 
miqdarını müəyyən etmək üçün çox çalıĢdım. Demək olar ki, Ģəhər əhalisi 550 
min  nəfərdir.  Lakin  bir  sıra  Ģəxslər  iddia  edirdilər  ki,  Təbrizin  bir  milyona 
yaxın əhalisi vardır [444]. 
ġardenin Təbriz əhalisinin miqdarı barədə göstərdiyi rəqəm bir qədər 
ĢiĢirdilmiĢdir. Lakin Ģübhə yoxdur ki, XVII əsrin ortalarında Təbrizdə 300-400 
min əhali olmuĢdur [445]. 
XVII  əsrin  axırlarında  Ģəhərdə  ümumi  iqtisadi  tənəzzüllə  əlaqədar 
olaraq Təbrizdə əhalinin miqdarı da nisbətən azalmıĢdı. 1694-cü ilin iyun-iyul 
aylarında Təbrizdə olmuĢ Cemelli Karyeri yazırdı: «Fransua adlı bir Ģəxs [446] 
Təbriz əhalisinin miqdarını Roma əhalisi ilə bərabər hesab edirdi. Lakin mənim 
fikrimcə,  oranın  əhalisi  250  min  nəfərdən  artıq  olmaz»  [447].  1700-cü  il 
noyabrın  4-də  Təbrizdə  olmuĢ  fransız  səyyahı  Pol  Luka  Təbrizdə  20  min  ev 
olduğunu  yazırdı.  1716-cı  ilin  dekabrında  yəni,  Pol  Lukadan  on  altı  il  sonra 
Təbrizdə olmuĢ A. P. Volinski göstərmiĢdir ki, Ģəhərdə 36 min ev vardır [448]. 
Orta hesabla hər evdə dörd nəfərin yaĢadığını nəzərə alsaq, Təbrizdə təxminən 
80-144 min nəfər əhali olduğu qeyd edilə bilər. Hər iki rəqəm Təbriz əhalisinin 
sayı haqqında tam məlumat vermir. Ona görə ki, A. P. Volinskidən 5 il sonra 
Təbrizdə  baĢ  vermiĢ  zəlzələ  nəticəsində  80  min  adam  həlak  olmuĢdu  [449]. 
Ümumiyyətlə,  XVII  əsrin  sonlarından  baĢlayaraq  Təbriz  əhalisi  tədricən 
azalmağa  baĢlamıĢdı.  Əhalinin  miqdarı  1805-1806-cı  illərdə  50-60  minə 
çatmıĢdı [450]. 
Beləliklə,  Təbrizdə  əhalinin  miqdarı  XVI  əsrin  əvvəllərində  təqribən 
200-300,  XVI  əsrin  ortalarında  300-350,  əsrin  sonlarında  30-40,  1635-ci  ildə 
200-250,  XVII  əsrin  ortalarında  300-400,  XVII  əsrin  axırlarında  200-250  min 
nəfər olmuĢdur. 
* * * 
Digər feodal Ģəhərlərində olduğu kimi, Təbrizin xarici görünüĢü daxili 
iqtisadi-sosial quruluĢu ilə uyğunluq təĢkil edirdi. Təbrizin uzun müddət böyük 
dövlətlərin  paytaxtı  olması,  hərbi-strateji  və  iqtisadi  mərkəz  kimi 
əhəmiyyətinin artması orada müdafiə xarakterli obyektlərin tikilməsi zərurətini 
meydana  gətirmiĢdi.  Bu,  bir  tərəfdən  Ģəhəri  düĢmənin  hücumundan  qorumaq 


146 
 
məqsədi  güdürdüsə,  digər  tərəfdən,,  Təbrizdə  yaĢayan  hökmdarı,  onun  ailə 
üzvlərini,  Ģəhərin  hakim  təbəqəsini  əhalinin  əksəriyyətini  təĢkil  edən  aĢağı 
təbəqələrin hücumundan qorumaq məqsədi daĢıyırdı. 
Azərbaycan Səfəvi dövləti təĢkil olunduqdan sonra 1555- 
ci ilə qədər paytaxt olan Təbrizdə müdafiə xarakterli binalar inĢa edilməmiĢdir. 
1585-ci  ilin  payızında  Osmanlı  sərkərdəsi  Osman  paĢanın  əmrilə  Təbrizin 
Sahibabad  meydanında  möhkəm  qala  tikdirilərək  ətrafına  hasar  çəkdirilmiĢdi. 
DaĢdan hörülmüĢ bu qala çox geniĢ və möhkəm idi. Dövrəsi 12.700 arĢın olan 
bu qala  hasarı ətrafında  dərin arx qazılmıĢdı [451]. 1603-cü ildə  I ġah Abbas 
ordusu Təbrizi Osmanlı iĢğalından azad etdikdən sonra həmin qalanı dağıtdı. I 
ġah  Abbas  (1587-1629)  Təbrizin  hərbi-strateji  əhəmiyyətini  nəzərə  alaraq  h. 
1014-cü  il  zilhiccə  ayının  28-də  (7.V.1606)  Sahibabad  meydanında 
osmanlıların  tikdirdiyi  qala  yaxınlığında  yeni  bir  qala  tikilməsi  haqqında  əmr 
vermiĢdi. Həmin qalanın tikilməsi 20 gün ərzində baĢa çatdı [452]. Yeni qala 
Mehranrud  çayının  aĢağı  axarında  tikildiyi  üçün  çay  suyunun  qabarması 
nəticəsində qalanı dağıtmaq təhlükəsi var idi [453]. Buna görə də ġah Abbasın 
əmrilə  Surxab dağının ətəyində, Rəb-i RəĢididə  yeni qala  inĢa  edilir. 1610-cu 
ildə  eĢikağası  baĢı  Mənuçöhrün  baĢçılığı  ilə  ġam  Qazandakı  bütün  binaları 
QızılbaĢ ordusu dörd gün ərzində  söküb onların  materialı  əsasında  həmin ilin 
yaz fəslində yeni qala tikməyə baĢladılar. Təbriz, Ġraq və digər yerlərdən xeyli 
bənna,  daĢyonan,  fəhlə  gətirilir.  Qalanın  tikiliĢi  tezliklə  baĢa  çatdırılır.  Orada 
hündür  bürclər,  su  anbarı,  hamam  və  s.  inĢa  edilir.  Rəb-i  RəĢididə  yeni  qala 
tikiliĢi baĢa çatdıqda köhnə qala dağıdılır. Yeni qala 
«Abbasın yeni qalası» adlandırılır [454]. 
Ġsgəndər  MünĢi  ġam  Qazanın  dağılması  səbəbini  izah  etmir.  ġam 
Qazandakı binalar o qədər geniĢ bir sahədə  yerləĢirdi ki, lazım olduqda orada 
dörd min  nəfərlik qoĢun  saxlamaq olardı.  Osmanlılar   isə   oranı təmir etdirib 
ətrafında qala tikdirə bilərdi. Buna görə də ġah Abbas ġam Qazanı dağıtdırıb, 
Rəb-i  RəĢididə  yeni  qala  tikilməsi  haqqında  əmr  vermiĢdi  [455].  Cunabadi 
1627-ci ildə həmin tikintinin Təbriz qalası olduğunu qeyd edir [456]. 
IV  Sultan  Muradın  (1623-1640)  qoĢunu  1635-ci  ildə  Təbrizə  hücum 
edərkən  Rəb-i  RəĢididəki  yeni  qalanı  dağıtmıĢdı  [457]. Bunun  nəticəsi  idi  ki, 
1636-cı ildə Təbrizdə olmuĢ səyyahlar burada heç bir qala olmadığını yazırlar 
[458]. 
Dövrün  mənbələrini  nəzərdən  keçirdikdə    aydınlaĢır  ki,  1726-cı  ilə 
qədər Təbrizdə hasar və qala olmamıĢdır. Lakin Məsih Təbrizi bir beyt Ģerində 
əbcəd hesabilə   h. 1139 (1726-27)-cu ildə Təbrizdə qala tikdirilməsi haqqında 
məlumat vermiĢdir [459]. 
1780-ci  ildə  Nəcəfqulu  xan  Dünbülinin  əmrilə  Təbrizdə  yeni  qala 
tikdirilmiĢdir  [460].  Qeyd  etdiklərimizdən  aydınlaĢır  ki,  XVI-XVII  əsrlərdə 
Təbrizin  ətraf  divar  hasarı  olmamıĢdır.  XVI  əsrin  sonu  -  XVII  əsrin  30-cu 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə