SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə73/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   69   70   71   72   73   74   75   76   ...   116

151 
 
kəndlilər,  peĢəkarlar,  dilənçilər  və  s.  Əlbəttə,  bunlar  arasında  da  təbəqələĢmə 
mövcud  idi.  Ġri-xırda  sənətkarlar,  iri-xırda  tacirlər,  yüksək,  aĢağı  rütbəli 
ruhanilər və b. Bunlar arasında, iqtisadi-sosial vəziyyətinə və siyasi roluna görə 
təbəqələĢmə gedirdi [500]. 
Hakim sinif iri və xırda feodallardan, orta və aĢağı təbəqə isə istismar 
olunan və geniĢ əhali kütləsindən ibarət idi. Bu cəhətdən həmin dövrün tarixçisi 
Xondəmirin  verdiyi  məlumat  xüsusi  maraq  doğurur.  O,  sərraf,  bənna,  əttar, 
çörək biĢirən, aĢpaz, qəssab, bəzzaz, dərzi, boyaqçı, yəhər qayıran və dəmirçini 
«möhtərifat»  adlandırır  və  aĢağı  təbəqəyə  daxil  edir  [501].  Buradan  belə  bir 
nəticə  çıxır  ki,  baqqal,  bəzzaz,  qəssab  da  sənətkarlarla  birlikdə  möhtərifat 
adlanırmıĢ. Lakin Xondəmir «möhtərifat» sözü ilə yanaĢı, «sənna»   - sənətkar 
sözü  də  iĢlədir  ki,  bu  da  xalis  sənətkarlara,  yəni  bilavasitə  istehsalla  məĢğul 
olanlara aid idi. 
Təbrizdə xeyli yerli feodal əyanı yaĢayırdı ki, mənbələrdə onlar əyan     
əĢraf 
 adlanırdı.  1640-cı  ildə  Təbrizdə  1070  əyan  binası  var  idi.  Belə 
əyanlardan  Allahverdi  xan,  Rüstəm  xan,  Pirbudaq  xan,  Mirzə  Tahir,  Mirzə 
Sadıq  və  b.  adları  mənbələrdə  çəkilir.  Ġri  tacirləri  də  kübar  və  əyanlar  silkinə 
daxil edən Övliya Çələbi Təbrizdə 70 belə iri tacir sarayı olduğunu bildirmiĢdir 
[502].  Darğa,  kələntər,  kətxuda,  qazi,  sədr,  Ģeyx-ül-islam  feodal  sinfinə  daxil 
idilər. 
Feodalizmin inkiĢafı və yetkinləĢməsi dövründə Ģəhər əhalisi arasında 
mövcud  olan  iqtisadi  və  ictimai  fərqlər  daha  da  artır,  bərabərsizlik  dərinləĢir, 
sinfi  ziddiyyətlər  daha  da  kəskinləĢir.  Xırda  tacirlərin  bir  hissəsi  ticarətdən 
varlanaraq  iri  tacirlər  təbəqəsinə  keçir  [503],  Ģəhərin  feodal  əyanları  sırasına 
daxil  olurlar.  Sənətkarlar  arasında  da  belə  bir  proses  gedirdi.  Xüsusi 
emalatxanası  olub,  bir  çox  sənətkar  və  Ģagirdi  bir  yerdə  iĢlədən,  onların 
əməyini istismar edən iri sənətkarlar feodal əyanları sırasına daxil olurdular. 
Təbriz  Ģəhəri  xassə  olduğu  dövrdə  Ģahın  fərmanı  ilə  təyin  olunmuĢ 
darğa tərəfindən idarə edilirdi. Təbriz xassə olmadıqda isə Azərbaycan əyaləti 
tiyul  olaraq  xan  rütbəsi  ilə  yanaĢı,  feodala  verilirdi.  Xan  eyni  vaxtda  həm  də 
Təbrizin  hakimi  hesab  olunurdu.  Darğa  divandan  məvacib  almaqla,  Ģəhərdən 
əldə  edilən  gəlirin  müəyyən  hissəsini  mənimsədiyi  halda,  bəylərbəyi əyalətin, 
hətta hakim olduğu Təbriz Ģəhərinin gəlirini mənimsəyirdi. Bəylərbəyinin 500-
1000 nəfərdən artıq mülazim dəstəsi olurdu. O, 2-3 min nəfərdən ibarət qoĢun 
dəstəsi saxlamaqla müharibə vaxtı Ģaha kömək edir, o həm də qoĢun hissəsinin 
xərcini və sarayın müəyyən ehtiyaclarını ödəyirdi. 
ġəhərdə  mülki və inzibati iĢlərə xan və  ya darğa baĢçılıq edirdi. Çox 
vaxt xan irsi olaraq təyin edilirdi. Xan və ya darğa əhalinin istismarı hesabına 
qısa  müddətdə  çoxlu  var-dövlət  toplayırdı.  Nəslən  feodal  olan  Əmir  xan 
musullu  (1577-ci  ildən  1585-ci  ilə  qədər  Azərbaycan  bəylərbəyisi  və  Təbriz 
hakimi  olmuĢdur.  Təbriz  onun  tiyulu  idi.).  Azərbaycan,  xüsusilə  Təbriz 


152 
 
əhalisini  istismarı  hesabına  xeyli  var-dövlət  toplamıĢdı.  Mənbələr  xəbər  verir 
ki,  onun  Təbrizdə  tikdirdiyi  sarayın  tavanı  və  qapıları  qızıl  və  gümüĢdən  idi. 
Sarayda  ləl  və  firuzə  ilə  bəzənmiĢ  kitabələr  var  idi.  ġahzadə  Həmzə  Mirzə 
(Sultan Məhəmmədin oğlu) etiraf edərək deyirdi ki, «təbrizlilərin mal-dövlətini 
müsadirə və zülm yolu ilə ələ keçirib, sonra da israfçılıq edərək belə bir saray 
düzəltdirmək ədalətdən uzaq iĢdir» [504]. Qazi Əhməd Qumi yazır ki, Təbriz 
əhalisi  onun  və  qoĢununun  zülmündən  sana  gəlmiĢdi  [505].  Çox  vaxt 
yoxsullaĢmıĢ  əmir  Təbrizə  hakim  təyin  olunur  və  az  müddətdə  varlanırdı. 
«Gününü Ġsfahan çayxanalarında keçirən» və 1603-cü ildə Təbriz hakimi təyin 
olunmuĢ  Pirbudaq  az  müddət  ərzində  xeyli  varlanmıĢdı  [506].  Ümumiyyətlə, 
Təbrizdə  çoxlu  feodal  əyan  yaĢayırdı.  Övliya  Çələbi  belə  adamları  «ticarətdə 
mali-qarunə  malik  olan  adamlar»  adlandırırdı  [507].  Dövrün  farsdilli 
mənbələrində belə adamlara kübar, əkabir, əĢraf, əyan deyilirdi. 
Xan və ya darğadan sonra ikinci Ģəxsiyyət sayılan vəzir Ģahın fərmanı 
ilə təyin olunurdu. O, həm də bəylərbəyinin naibi (müavini) idi [508]. 1665-ci 
ildə  Azərbaycan  vəziri  Mirzə  Ġbrahimin  yeddi  mahalda  əmlakı,  Təbrizdə  isə 
xeyli bazar, dükan və karvansarası var idi. Mirzə Sadıq Təbrizin daxili və xarici 
ticarətində fəal iĢtirak edirdi. 
Övliya  Çələbi  Təbrizdə  müfti,  Ģeyx-ül-islam,  kələntər,  münĢi,  darğa, 
qorçubaĢı,  dizçökən  ağacı,  çiyyeyən  ağacı,  yasavulbaĢı,  eĢikağasıbaĢı, 
mehmandarlar olduğunu yazırdı [509]. 
ġahın fərmanı ilə yerli feodal əyanlarından təyin olunan kələntər hətta 
bu  vəzifəyə  keçmək  üçün  Ģaha  rüĢvət  verməli  idi.  Kələntər  Ģəhərdə  vergi  və 
mükəlləfiyyətləri  toplamaq  iĢilə  məĢğul  olurdu.  Kələntər  Xacə  Əbdülqadir 
1557-ci ildə I ġah Təhmasibə altı min tümən rüĢvət verməklə Kirmana kələntər 
təyin olunmuĢdu [610]. ġübhəsiz, Təbrizə kələntər təyin olunan Ģəxslər də eyni 
yolla  hərəkət  etmiĢlər  [511].  Onlar  verdikləri  rüĢvəti  qısa  bir  zamanda  Ģəhər 
əhalisindən toplayıb daha da varlanırdılar. Kələntər əhalidən üĢriyyə (onda bir) 
vergisi  alırdı.  Mirzə  Əbdülhüseyn  I  ġah  Təhmasibin  hakimiyyəti  dövründə 
Təbrizin  kələntəri  idi  [512].  Kələntər  Ģəhərin  vergilərini  vergi  verməli  olan 
əhali  arasında  bölüĢdürürdü,  sonra  da  onu  Ģəxsən  özü  toplayırdı.  O,  Ģəhər 
hakimi qarĢısında məsuliyyət daĢıyırdı [513]. 
Kələntər  Ģəhərdə  cinayət  iĢlərinə  də  baxır,  müqəssirlərdən  cərimələr 
alırdı.  Kələntərlər  möhtəĢəm  saraylarda  dəbdəbəli  həyat  keçirirdilər.  1585-ci 
ildə Təbrizin kələntəri olan Əziz bəyin Mahad-Məhin məhəlləsində möhtəĢəm 
sarayı var idi [614]. Təbriz kimi mərkəzi Ģəhərdə kələntərin vəzifəsi mühüm idi 
[515]. 
ġəhərlərin  idarə  edilməsi  tam  ixtiyar  sahibi  olan  Ģəxslərə  tapĢırılırdı. 
ġəhərdə hakim və ya vəzir olmadıqda onun iĢləri bilavasitə darğaya tapĢırılırdı. 
Qeyd  etdiyimiz  kimi,  Təbriz  uzun  müddət  xassə  olduğu  üçün  oranı  hakim 
deyil,  darğa  idarə  edirdi.  Kempfer  yazır  ki,  Ģəhərdə  ən  yüksək  vəzifə  hesab 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə