SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə72/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   68   69   70   71   72   73   74   75   ...   116

149 
 
məscidinin  cənubunda  idi.  Bu  elə  bir  geniĢ  meydan  idi  ki,  əksər  məhəllə  və 
bazarlar  onun  Ģərq  və  cənubunda  yerləĢirdi  [480].  Ġsgəndər  MünĢi  Sahibabad 
meydanından  baĢqa  Səadətabad  adlı  meydanın  da  olduğunu  qeyd  etmiĢdir 
[481]. 
Karvansaralar. Ticarət və sənətkarlığın inkiĢafı və Təbrizin memarlıq 
görünüĢündə  karvansaralar  xüsusi  yer  tuturdu.  ġarden  yazır  ki,  Təbrizdə  300 
karvansara  var  idi.  Bunlardan  ən  kiçiyində  eyni  vaxtda  300  nəfər  gecələyə 
bilərdi  [482].  Karvansaralar  əsasən  ikimərtəbəli  idi.  XVII  əsrin  ortalarında 
Təbrizdəki  məĢhur  karvansaralardan  Zübeydə,  CahanĢah,  ġah  Ġsmayıl,  ġah 
Səfi,  Pirbudaq  [483],  Mirzə  Sadıq,  Mirzə  Tahir  karvansaralarını  qeyd  etmək 
olar. 
YaĢayıĢ və ictimai binalar. Təbrizdə tikilmiĢ yaĢayıĢ binaları əhalinin 
ictimai  bərabərsizliyini  əks  etdirirdi.  Belə  ki,  orada  yaĢayan  iri  feodallar 
dəbdəbəli  saraylar,  aĢağı  təbəqə  isə  çiy  kərpicdən  çox  sadə  yaĢayıĢ  evləri 
tikdirmiĢdilər.  Sultan  Məhəmməd  dövründə  altı  il  Təbriz  hakimi  vəzifəsində 
iĢləmiĢ Əmir xan Sahibabad meydanında özü üçün böyük bir saray tikdirmiĢ, 
ətrafına  qalın  divarlar  çəkdirmiĢdi.  Qazi  Əhməd  Qumi  yazır  ki,  fələyin  gözü 
belə  bir  gözəl  və  yaxĢı  bina  görməmiĢdi  [484].  Əmir  xanın  oğlu  da  belə  bir 
möhtəĢəm  saray  tikdirmiĢdi.  Həmin  saray  çox  yüksək  olduğu  üçün 
«Cahannuma» adlanırdı [485]. Mirzə Tahir adlı bir feodal da bağının ortasında 
özü üçün gözəl bir saray tikdirmiĢdi [486]. Övliya Çələbi Təbrizdə 1070 əyan 
sarayı olduğunu bildirmiĢ və onlardan Əmirxiz məhəlləsindəki Allahverdi xan 
sarayı,  Rey  məhəlləsində  Rüstəm  xan  sarayı,  Uzun  Həsən  məscidi  yanında 
Pirbudaq sarayının adını qeyd etmiĢdir [487]. Lakin bununla yanaĢı, Təbrizdəki 
binaların  əksəriyyəti  çiy  kərpicdən  tikilmiĢdi  [488].  Bu  da  əhalinin 
əksəriyyətinin yoxsul olduğunu sübut edir. 
XVII əsrin ortalarında Təbrizdə 250-300 məscid binası var idi. Övliya 
Çələbi  qeyd  edir  ki,  Təbrizdə  mövcud  olan  320  məsciddən  19-nu  keçmiĢ 
Ģahlar,  50-ni  xan  və  vəzirlər,  digərlərini  isə  feodal  əyanları  tikdirmiĢdilər. 
Məscidlər bir növ təbliğat  mərkəzinə çevrilirdi. Təkcə Sahibabad meydanında 
Uzun Həsən, Maqsud (Uzun Həsənin oğlu - S. O.), ġah Ġsmayıl, ġah Təhmasib, 
ġah Abbas, Osman paĢa, Cəfər paĢa adına məscid binaları tikilmiĢdi [489]. 
Təbrizin  Sahibabad  meydanında  yerləĢən  ġah  Təhmasib  məscidi 
1586-cı  ildə  Osman  paĢanın  əmrilə  dağıdıldı,  sonralar  ġah  Abbasın  əmrilə 
yenidən bərpa olundu [490]. 
Ayrı-ayrı  məhəllələrdə  də  məscid  binaları  var  idi:  Rey  darvazasında 
Xəlilan məscidi, Əjabad küçəsi baĢında Tacəddin Əli MinĢarı məscidi, Novbər 
məhəlləsində Uryan məscidi və s. [491]. 
Övliya Çələbi Təbriz kilsələri olduğunu da qeyd etmiĢdir. Təbrizdə üç 
xəstəxana, xeyli hamam var idi. Ən məĢhur hamamlardan «Leyli və Məcnun», 
GəcilbaĢı,  Pəsə  KuĢək,  Boz,  CahanĢah,  Mir-Mir  darvazası  hamamlarını, 


150 
 
Dəvəçilər  məhəlləsi,  Rey  darvazası,  Xiyaban  məhəlləsi,  Surxab  məhəlləsi, 
Öküz bazarı hamamlarını və çoxlu saray hamamını göstərmək olar [492]. 
Orta  əsr  mənbələrində  Ģam,  məĢəl,  çıraq,  fanus,  qəndil  kimi 
iĢıqlandırma  vasitələri  adlarına  təsadüf  olunur.  Lakin  bu  iĢıq  növlərindən 
harada  və  necə  istifadə  olunması  maraqlıdır.  Adətən,  iri  və  xırda  Ģamlardan 
istifadə  olunurdu.  Bəzən  60  batman  mumdan  bir  Ģam  hazırlanırdı.  ġam  və 
məĢəl,  adətən,  binaların  dəhlizlərində  yandırılırdı.  Lakin  gözəl  rənglərlə 
divarları  bəzədilmiĢ  sarayların  daxilini  his  basmasın  deyə  neftlə  yanan 
çıraqlardan istifadə olunurdu. Qəndil isə yağla yanırdı və piltəsi var idi [493]. 
Mətbəxdə, keçid yollarında, dəhlizlərdə, qapı ağzında, küçədə yağla iĢləyən və 
piltəsi olan çıraqlar, saraylarda  isə  neftlə  yanan çıraqlar iĢlədilirdi.  Məscid və 
xanəgahlarda kiçik və böyük həcmli qəndillərdən istifadə olunurdu. Qəndilləri 
bürünc  və  nazik hələbidən düzəldirdilər. Çox iĢıq tələb olunduqda  qəndillərin 
sayı artırılırdı. Qonaq evlərində (dar-ül-ziyafə), hamamlarda, küçədə və hovuz 
kənarlarında da qəndildən istifadə olunurdu. ġamla qəndil çox vaxt eyni vaxtda 
yandırılırdı. Quran oxunan otaqda evi iĢıqlandırmaq üçün qəndil asılırdı. Quran 
oxuyanın yanında Ģamdanda  Ģam yandırılıb qoyulurdu. Xanəgahlarda qəndillə 
yanaĢı çıraq da yandırılırdı [494]. Bundan əlavə, xanəgahda əlində Ģam olan bir 
neçə xidmətçi gəzirdi. Küçə qapılarında, məhəllədə məĢəldən istifadə olunurdu 
[495].  Gecələr  Ģah  və  ya  varlı  adamlar  küçədə  gəzdikdə  qarĢısında  bir  neçə 
nəfər məĢəl tutan olurdu [496]. Bayram günlərində  və  ya Ģəhərə baĢqa dövlət 
elçisi və hökmdar qonaq gəldikdə dükanlarda Ģam [497], meydanlarda isə Ģam 
və çıraqdan istifadə olunurdu [498]. 
XVI-XVII  əsrlərdə  Təbriz  Ģəhərinin  ictimai  münasibətləri  az  tədqiq 
olunmuĢ  məsələlərdən  biri  sayılır.  Bu  problemin  tədqiqində  əsas  çətinlik 
mənbələrdə faktik materialın azlığıdır. 
Təbriz  1555-ci  ilə  qədər  Səfəvi  dövlətinin  paytaxtı,  sonralar,  yəni 
XVII  əsrin  sonuna  kimi  Azərbaycanın  inzibati  və  siyasi  mərkəzi  olmuĢdur. 
Azərbaycan  bəylərbəyisi  eyni  vaxtda  həm  də  bəylərbəyliyin  mərkəzi  olan 
Təbrizin hakimi hesab edilirdi. Lakin müəyyən vaxt (1533-1578) Təbriz Səfəvi 
hökmdarlarının  xassə  əmlakına  çevrildiyi  üçün  Ģəhəri  xan  deyil,  darğa  idarə 
edirdi  və  Ģəhərin  mədaxili  bilavasitə  dövlətin  xəzinəsinə  daxil  olurdu.  ġəhər 
xassə  əmlaka  daxil  olduğu  vaxtlarda  Səfəvi  Ģahları  oranın  gəliri  ilə  xüsusi 
maraqlanaraq  geniĢ  xalq  kütlələrini  daha  artıq  istismar  edirdilər.  Xondəmir 
«Name-ye  nami»  əsərində  Ģahı,  əmirləri,  saray  əyanlarını,  vəzirləri,  ali 
ruhaniləri  yüksək  təbəqəyə,  tacirləri,  mühəndisləri,  mahir  sənətkarları  orta 
təbəqəyə,  sənətkarları,  bazar  əhli  və  peĢəkarları  aĢağı  təbəqəyə  daxil  etmiĢdir 
[499].  Lakin  əslində  A.  P.  Novoseltsev  haqlı  olaraq  Ģəhər  əhalisini  ictimai-
iqtisadi vəziyyətinə görə altı kateqoriyaya bölmüĢdür: 1) dünyəvi hərbi-torpaq 
sahibi  olan  feodallar;  2)  ruhanilər;  3)  tacirlər;  4)  sənətkarlar;  5)  kəndlilər;  6) 
Ģəhər əhalisinin digər təbəqələri, o cümlədən var-yoxdan çıxmıĢ, iflasa uğramıĢ 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə