SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə68/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   64   65   66   67   68   69   70   71   ...   116

141 
 
Yaxın və Orta ġərqdə böyük siyasi, iqtisadi və mədəni mərkəz hesab olunurdu. 
Məhz buna görə də Təbriz Osmanlı iĢğalçılarının diqqətini özünə cəlb etmiĢdi. 
1585-ci  ildə  Təbrizdə  olmuĢ  Ciovanni  Battistinin-qeydləri  də  fikrimizi  təsdiq 
edə  bilər.  O  yazır  ki,  Səfəvilər  dövləti  ərazisi  yeddi  əyalətə  bölünmüĢdü. 
Onlardan  mərkəzi  Herat  olmaqla  Xorasan  əyaləti  üçüncü,  Təbriz  mərkəz 
olmaqla Azərbaycan dördüncü əyalət hesab olunurdu. ġah mərkəzi Ġsfahan olan 
Ġraq və mərkəzi ġiraz olan Əcəm əyalətinə nisbətən Xorasan və Azərbaycandan 
daha çox gəlir götürürdü [406]. 
Bəhs  etdiyimiz  dövrdə  Təbriz  iqtisadi  inkiĢaf  dövrü  keçirdiyi  halda, 
nədənsə, bir sıra tədqiqatçılar, o cümlədən Ġ. P. PetruĢevski və O. Ə. Əfəndiyev 
həmin dövrü Təbrizin iqtisadi həyatında tənəzzül dövrü hesab etmiĢlər [407]. Ġ. 
P. PetruĢevski  hətta  XVI əsrin 60-cı  illərində  Səfəvilər dövlətinin  xəzinəsinin 
boĢ olduğunu bildirmiĢdir [408]. Halbuki həmin illərdə I ġah Təhmasibin illik 
gəliri üç milyon qızıl sikkəyə bərabər idi [409]. 
1576-cı  ildə  I  ġah  Təhmasib  ölərkən  ġərəfxan  Bidlisi  onun 
xəzinəsində  olan  mal-dövləti  siyahıya  alır.  ġah  Təhmasibin  xəzinəsində  380 
min  tümən  nağd  qızıl  və  gümüĢ  sikkə,  hər  biri  üç  min  misqal  olan  600  ədəd 
qızıl  və  gümüĢ  kərpic»  800  ədəd  qızıl  və  gümüĢ  kərpic,  200  xalvar  ipək, 
qiymətli mallardan tikilmiĢ 30 min dəst paltar, 30 min atlının silahı, yarağı və s. 
var  idi  [410].  ġərəfxan  Bidlisi  yazır  ki,  islamiyyətin  zühurundan  (VII  əsr) 
indiyə  qədər  Çingiz  xandan  baĢqa  Ġran  və  Turanda  heç  bir  hökmdarın 
xəzinəsində bu qədər nağd qızıl, gümüĢ, qızıl və gümüĢ qablar, qiymətli paltar 
olmamıĢdır  [411].  ġah  Təhmasibin  xəzinəsi  bu  qədər  dolu  olduğu  halda,  ġah 
Ġsmayıl  dövründə  «xəzinədə  heç  vaxt  yüz  tüməndən  artıq  pul  görünməzdi» 
[412]. 
Yuxarıda  qeyd  etdiyimiz  faktlar  göstərir  ki,  XVI  əsrin  50-80-cı 
illərində  Azərbaycan  Ģəhərləri,  o  cümlədən  mühüm  sənətkarlıq  və  ticarət 
mərkəzi  olan  Təbrizin  iqtisadi  həyatı  heç  də  iqtisadi  tənəzzül  deyil,  əksinə, 
iqtisadi inkiĢaf dövrü keçirmiĢdir. 
Təbrizin   iqtisadi-ictimai   tarixinin   üçüncü   dövrü   XVI əsrin sonu 
və  XVII  əsrin  10-30-cu  illərini  əhatə  edir.  Bu  dövrün  özü  də  iki  mərhələyə 
bölünür:  Birinci  mərhələ  (1585-1603-cü  illər).  1585-1586-cı  illərdə  Təbriz 
uğrunda  qızılbaĢlarla  Osmanlı  ordusu  arasında  gedən  Ģiddətli  vuruĢmalar, 
Ģəhərin tamamilə dağıdılması və nəhayət, Təbrizin on  yeddi il Osmanlı iĢğalı 
altında qaldığı dövrə təsadüf edir. Bu zaman Ģəhərin iqtisadi həyatına, xüsusilə 
kənd  təsərrüfatına,  sənətkarlıq  və  ticarətinə  ağır  zərbə  endirildi.  Bazarlar, 
karvansaralar,    bir  çox  dükanlar    yandırıldı.  Məhsuldar  qüvvələr  dağıldı  və 
Ģəhər əhalisinin əksəriyyəti vətəni tərk etdi [413]. Təbrizlə xarici aləm arasında 
ticarət  əlaqəsi  kəsildi.  1586-cı  ilin  sentyabr  ayından    1603-cü  ilin  avqustuna 
qədər  Təbriz  Osmanlı  dövlətinin  iĢğalı  altında  qalaraq  Osmanlı  paĢaları 
tərəfindən idarə olunurdu. 


142 
 
Türkiyə  ilə  Səfəvilər        arasındakı  müharibələr,  tranzit  ticarətdəki 
çətinliklər,  baĢ  karvan  yolunun  Ġranın  daxilinə,  cənubuna  keçməsi,  ticarətin 
dəniz  yolu  ilə  (Ġran  körfəzi  vasitəsilə)      inkiĢafı  -bütün  bunlar  Azərbaycanın 
digər  Ģəhərləri  kimi  Təbrizdə  də  ticarət  və  sənətkarlığın  inkiĢafına  maneçilik 
törədirdi [414]. Bu zaman Azərbaycan Ģəhərləri, o cümlədən Təbrizin iqtisadi 
həyatı tam tənəzzül dövrü keçirdiyi halda, nədənsə  Ə. Ə. Rəhmani XVI əsrin 
sonu  -  XVII    əsrin  əvvəllərində  Azərbaycan    Ģəhərləri,  o    cümlədən  Təbriz, 
ġamaxı  və    Ərdəbildə  Ģəhər  həyatının  kifayət  dərəcədə  inkiĢaf  etdiyini 
bildirmiĢdir  [415].  Halbuki  Azərbaycanın  bir  sıra  Ģohərləri  kimi  ġamaxı  və 
Təbriz  də  QızılbaĢ  ordusu  ilə  Osmanlı  ordusu  arasında  gedən  Ģiddətli 
müharibələr nəticəsində dağıdılmıĢdı. 
Bu  dövrün  ikinci  mərhələsində  (XVII  əsrin  10-30-cu  illərin  Təbrizin 
dağıdılmıĢ təsərrüfatı bərpa olunmuĢdur. Bu iĢə I ġah Abbasın, qismən isə ġah 
Səfinin bir sıra tədbirləri təkan vermiĢdir. 
Təbrizin  iqtisadi  inkiĢafının  yüksək  səviyyəyə  qalxması  XVII  əsrin 
40-80-ci  illərinə  təsadüf  edir.  Bu  dövr  Təbrizin  iqtisadi  həyatının  dördüncü 
dövrüdür. 
Yazılı  mənbələrin  verdiyi  məlumatdan  və  bəhs  etdiyimiz  dövrdə 
Təbrizdə olmuĢ avropalı səyyah, tacir, diplomat və missionerlərin qeydlərindən 
aydınlaĢır  ki,  Təbriz  bu  dövrdə  Yaxın  və  Orta  ġərqdə  böyük  sənətkarlıq  və 
ticarət  mərkəzi,  məĢhur Ģəhərlərdən biri olmuĢdur. Yalnız  bir faktı  göstərmək 
kifayətdir  ki,  XVII  əsrin  70-ci  illərində  hər  il  Ġsfahandan  sonra  Ġran  və 
Azərbaycanın  ən  mühüm  Ģəhəri  olan  Təbrizdən  toplanılıb  Ġsfahan  xəzinəsinə 
göndərilən  müstəqim  vergi  (mükəlləfiyyətlərdən  baĢqa)  130  min  tümən  idi 
[416]. 
Təbrizin  iqtisadi  inkiĢafında  ticarət  kapitalının  böyük  rolu  olmuĢdur. 
Lakin ticarət kapitalı feodal istehsal münasibətlərinin əsasına toxunmur, əksinə, 
möhkəmləndirirdi. Karl Marksın yazdığı kimi,  «ticarət kapitalı inkiĢaf etdikcə 
əmələ gələn xüsusi ictimai münasibətlər indi daha müəyyənedici münasibətlər 
olmur,  əksinə,  tacir  kapitalının  üstün  olluğu  yerdə  köhnəlmiĢ  münasibətlər 
hökm  sürür» [417]. XVII əsrin  sonu, XVIII əsrin əvvəllərində  Yaxın və Orta 
ġərqdəki  ümumi  iqtisadi  tənəzzül  Təbrizin  iqtisadi  həyatına  təsir  etməyə 
bilməzdi.  Bu  dövrü  Təbrizin  iqtisadi  həyatının  beĢinci  dövrü  kimi 
səciyyələndirmək olar. Təkəzzülün  səbəblərini biz  yuxarıda  qeyd etmiĢik. Bir 
faktı  göstərmək  kifayətdir  ki,  XIV  əsrin  əvvəllərində  yalnız  Təbrizdən  əldə 
edilən mədaxil Fransa kralının Fransadan əldə etdiyi gəlirdən çox olduğu halda, 
XVII əsrin sonunda Səfəvi hökmdarı ġah Süleymanın Ġran və  Azərbaycandan 
əldə etdiyi gəlir (800 min tümən) [418], Fransa kralının Fransadan əldə etdiyi 
gəlirdən 10 dəfə az idi [419]. 
Ġqtisadi  tənəzzül  dövründə  Təbriz  yenə  də  Azərbaycan  və  Ġran 
Ģəhərləri  arasında  mühüm  sənətkarlıq  və  ticarət  mərkəzi  olmuĢdur.  Həmin 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə