160
təbəqəyə bölünməsini, yoxsul təbəqənin acınacaqlı həyat keçirməsini belə
təsvir etmiĢdir:
Adam var geyməyə tapammaz bezi,
Adam var, al geyr, Ģalı bəyənməz.
Adam var ki, çörək tapmaz dünyada,
Adam var ki, yağ yeyər, balı bəyənməz [569].
ġiddətli zülm, feodal əyanları və məmurlarının özbaĢınalığı, ağır vergi
və mükəlləfiyyətlər, ardıcıl feodal müharibələri, aclıq, yoluxucu xəstəliklər
yoxsul kütləni var-yoxdan çıxarıb əldən salmıĢdı. Amansız zülm və iĢgəncələrə
baxmayaraq, xalqı birləĢməyə və zülmkarlara qarĢı mübarizəyə çağıran
mahnılar da yaranırdı:
El
bir olsa, dağ oynayar yerindən.
Söz bir olsa, zərbi gərən sındırar [570].
Bu sözləri deyənləri, zülmə qarĢı mübarizə aparanları orta əsr saray
müəllifləri və hakim sinif «əcamir», «ovbaĢ», «ronud», «əclaf»,
«forumayeqan» (alçaq adamlar) adlandırırdılar. Ġranın müasir burjua alimləri
Məhəmməd Cavad MəĢkur, Əbdüləli Karəng və baĢqaları da orta əsr
müəllifləri kimi, feodalların özbaĢınalığına, Ģahlıq diktaturasına qarĢı mübarizə
aparan üsyançıları «lotular», üsyan baĢçılarını isə «lotuların baĢçıları» kimi
qeyd etmiĢlər [571].
Mənbələrdə XVI əsrin birinci rübündə Təbrizdə sinfi mübarizə
haqqında məlumat yoxdur. Görünür, bu dövrdə sinfi mübarizə zəif olmuĢdur.
Ehtimal ki, bu məsələ Səfəvilərin hakimiyyətini möhkəmləndirmək üçün
sufilik təriqətinin geniĢ yayılması, Ģiəliyin Səfəvi dövlətini müdafiə etməsi və
Səfəvi dövləti təĢkil olunarkən I ġah Ġsmayılın xalqa verdiyi bir sıra vədlərlə
əlaqədar idi. Ġ. P. PetruĢevski haqlı olaraq qeyd edir ki, ġah Ġsmayıl geniĢ xalq
kütləsi arasında məĢhurlaĢmıĢdı. Əksinə, onun oğlu I ġah Təhmasib əhalinin
rəğbətini qazana bilməmiĢdi [572]. Məhz buna görə də Alessandri yazır ki,
Təbriz əhalisi digər Ģəhərlərin əhalisi qədər ġah Təhmasibə hörmət etmirdi
[573]. Lakin əslində Ġran və Azərbaycan xalqı ən qədim dövrlərdən belə Ģahlıq
üsuli-idarəsinə qarĢı mübarizə aparmıĢ və ən nəhayət, 1979-cu il fevral inqilabı
nəticəsində 2500 illik Ģahlıq rejiminə son qoyulmuĢ və respublika yaranmıĢdı.
I ġah Təhmasib hakimiyyətinin ilk illərində Təbrizdə ona qarĢı üsyan
baĢlamıĢdı. Fəzli Ġsfahani h. 946 (1539-40)-cı il hadisələrindən bəhs edərək
yazmıĢdı: «Təbrizdə bir dəstə tərəfindən səhlənkarlıq baĢ vermiĢdi. ġah
Təhmasibin əmrilə onları üzü arxaya uzunqulaqların üstünə mindirib Ģəhəri
gəzdirdilər ki, baĢqalarına ibrət dərsi olsun» [574]. Həsənbəy Rumlunun