Melkumyan
kimi faşist xislətlilər olmuşlar (bütün hadisələr,
onun
“Adsız” əsərində təsvir olunmuşdur – S.Q.)
1
.
H
əbs olunmasının səbəbini Əhməd müəllim özü belə
göst
ərir: “Həbs olunmağım üst-üstə düşən üç hadisə ilə
bağlıdır. Birincisi, 37-ci ildən üzü bu yana o dövrün bütün
faci
ələri gözümün qabağında baş verirdi. Adamların arasında
gizli narazılıqlar dolaşır, amma, təbii ki, heç kəs sözünü ucadan
dey
ə bilmirdi. Mən bu ümumi narazılığı əks etdirən bir qədər
şeir yazdım. Şeirlərdə konkret olaraq Stalinin adı çəkilməsə də,
f
əhmli insanlar söhbətin kimdən getdiyini o saat başa düşürdi.
İosif adını dəyişdirib Yusif eləmişdim. Fikrini öyrənmək
m
əqsədi ilə həmin şeirləri məşhur bir yazıçının yanına apar-
dım… Həmin adam şeirləri oxuyandan sonra götürüb verir
lazımi yerə ki, bəs bunu filankəs yazıb… İkincisi, müəllim
işlədiyim kəndin kənd sovetinin sədri hər il xeyli artıq torpaq
sah
əsi əkdirirdi. Onun rüşvətxorluğundan, zülmündən cana do-
yan bir neç
ə həmkəndlim yuxarılara şikayət məktubu göndər-
mişdi. Zərfin də üstünü rus dilində mən yazmışdım. Bu
m
əsələ ilə bağlı kolxoza komissiya gəlməyini əvvəlcədən
bil
əndə “kolxoz aktivləri” yüz hektara yaxın zəmini təcili
şumlatmışdılar. Gələn komissiya sədrin tərəfini saxladı,
t
orpağın altından çıxarılıb sübut kimi göstərilən sünbüllərə
“otdur” deyib, bu işi böhtan kimi qələmə verdi. Elə oradaca
böhtançıları cəzalandırıb “Qazaxıstana” sürgün etməyi qərara
aldılar… Bu iki məsələyə, bir də kəndin komsomol təşkilatı
katibi kimi rayon komsomol komit
əsinin plenumundakı çıxı-
şımda Uduluda sosial vəziyyətin son dərəcə ağır olduğunu
dediyim
ə görə günlərin bir günü məni Bakıdakı evimizdə
h
əbs etdilər. Bu işlərin hamısı, demək olar ki, eyni vaxtda baş
vermişdi və mənim taleyimi həll etmək üçün bir-birini
1
“Ulduz” jurnalı, 1989. “Biz Cəfərzadələr”, 2001
~
15
~
tamamlayırdı. Məhkəməsiz, tribunalsız həbsdən sonra beş il
seçki hüququndan m
əhrum edilmək, ömürlük Azərbaycana
qayıtmamaq şərti ilə mənə yeddi il iş kəsdilər” (Gənclik,
199
0, №7).
***
Bel
əliklə o, Sovet hökuməti, Stalin quruluşu haqqında
t
ənqidi şeirlər yazdığına – “antisovet təbliğatına” görə 10 il
azadlıqdan məhrum edilmişdir.
Əhməd müəllim ilk əvvəl Qorki vilayətinin ən bataqlıq
ərazisi hesab edilən, “qurşağa qədər bataqlıq olan Suxobezvod-
noye” q
əsəbəsinə göndərilib. Bir müddət sonra isə Tayşet
vilay
ətinə, daha sonra Komi Respublikasının Maqadan
vilay
ətinə aparılmışdır. Burada olan sərt iqlim, ağır iş şəraiti,
d
əhşətli vəziyyət 24 yaşlı Əhmədi əldən salır, zəiflədir,
x
əstələndirir…
Bir az sonra is
ə işlər yaxşı olur. Belə ki, nəzarətçilər
onun teatr texnikumunu bitirdiyini,
“artist olduğunu” bilən-
d
ən sonra düşərgədə bədii-özfəaliyyət dərnəyi təşkil etməyi
ona h
əvalə edirlər. O gündən Əhməd müəllim düşərgədə
saxlanılır, ağır işlərə aparılmır. Hətta bu “gözdən-könüldən
uzaq” yerd
ə anasından öyrəndiyi türkəçarələr də onun
köm
əyinə çatır. Bitkilərdən düzəltdiyi məlhəmlərlə xəstə
yoldaşlarına kömək etdiyi üçün onu düşərgəyə “feldşer” də
t
əyin edirlər. Təşkil etdiyi ansamblla o, vaxtaşırı, bayram
günl
ərində konsertlər verir, tamaşalar göstərir. Odur ki, hər kəs
cavan Əhmədə hörmət bəsləyir. Həmin illəri ürək ağrısı ilə
xatırlayan Əhməd müəllim ömrünün sonuna kimi dustaq
yoldaşları barədə danışmaqdan yorulmaz və deyərdi ki, o illər
m
ənim üçün ən böyük məktəb oldu: mərdlik, kişilik, düzlük,
paklıq, dostluq, haqqı-nahaqdan seçmək, hər şeydən əvvəl
sözünün ağası olmaq məktəbi. Əhməd müəllim milliyətindən
asılı olmayaraq o məktəbin üzvlərinin çoxusu ilə son illərə
~
16
~
q
ədər (sağ qalanlarla) məktublaşar, əlaqə saxlayar, hətta bir
çoxlarının övladları ilə də görüşər, onların qonağı olar və ya
onları kəndlərinə qonaq çağırardı. Həmin insanların hamısının
adı, soyadı, yeri-yurdu ilə birlikdə bu gün də Əhməd müəllimin
şəxsi arxivində hifz olunur: Ənvər Vəliyev (Qubadlı), Məşədi
Muradov (Saatlı), Lazım, İbrahim və Xaybulla (Dağıstan),
Semeçenko K. (Kiyev), Pennon A. (G
əncə), Kaxbaqorov
Mixail v
ə Azaryanski (Lvov), Əsəd Məmmədov (Amasiya),
Zeyni A. (Ağcabədi), … 30 nəfər…
1954-cü ild
ən ölkədə siyasi iqlim yavaş-yavaş yumşal-
mağa başladı. Bir çox günahsız, böhtan ucbatından həbs olunan
insanlar azad olunmağa və ya həbs müddəti azaldılmağa baş-
ladı. Əhməd müəllim özünün dediyi kimi, “dörd il səkkiz ay
Şimalda saxlandıqdan sonra (M.C.Bağırovun məhkəməsin-
d
ən sonra) azad olunmuş, ancaq 1956-cı ildə isə tam bəraət
almışdır”.
***
Əhməd Məmməd oğlu Cəfərzadə 1956-cı ilin yayında
Udulu Sovetliyinin Tava k
ənd sakini Əlimusa kişinin qızı
Zabit
ə xanımla ailə qurmuş və bu izdivacdan onların
Mahmud, Aydın və Elçin adında üç övladı olmuşdur. Öv-
ladların hər üçü ali təhsillidir. Onlar atalarının şərəfli yolunu
davam etdirirl
ər (Əhməd müəllimin on nəvəsi vardır. Onlardan
beşi oğlan, beşi isə qızdır).
***
Əhməd azadlığa çıxandan sonra yenidən kənd məktəbinə
rus dili mü
əllimi təyin edildi. Belə qərara gəldi ki, necə olursa-
olsun,
yarımçıq qalmış ali təhsilini başa vursun. Nəhayət, arzu-
suna çatdı – 1958-ci ildə ali təhsilini uğurla başa vurdu.
Daha çox elmi yaradıcılıqla məşğul olmağa, pedaqoji sahədə
t
əcrübəsini artırmağa başladı. Əhməd müəllim doğma mək-
t
əbdə təşkil etdiyi sinifdənxaric işlərlə - “rus dili günü”nün
keçirilm
əsi, şairlər, alimlər, əmək bahadırları, aşıqlar, sinə-
~
17
~
Dostları ilə paylaş: |