Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə16/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   12   13   14   15   16   17   18   19   ...   91

58
Altıncı bölüm
Müşahidə edilən haldır ki, insanlar zarafatı zarafata calayır, 
dostlarının və ya düşmənlərinin dilindən yalan söyləyir, bəzən də 
bu yalanlarla onları lağa qoyurlar. Ya da tərifl ənmək üçün bunu 
edirlər. İslam bunu qəti surətdə haram davranış sayır. Məlumdur 
ki, yalan qarışan zarafat, əyləncə çox vaxt mübahisə ilə, çəkişmə ilə, 
kədərlə, qəmlə başa çatır. 
Məddahlıq da yalana aparıb çıxarır. Müsəlman başqalarını tə- 
rifl əyərkən ehtiyatlı olmalı, onlara layiq olduqları sözləri söyləmə-
li, tərifl əmədə mübaliğəyə varmamalı, “ölçü”nü qaçırmamalıdır. 
Qarşı tərəf tərifə hər nə qədər layiq olsa da, ölçünü əldən vermək 
yalanın bir dərəcəsi sayılır. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
onu tərifl əyənlərə de-
mişdi: 
“Xristianlar Məryəmoğlu İsanı mədh etdikləri kimi məni mədh 
etməyin. Mən adi bir bəndəyəm. Odur ki, (mənə) “Allahın qulu və 
peyğəmbəri” deyin”
1
.
Elə insanlar var ki, mənsəb sahiblərini tərifl əmək üçün dəridən- 
qabıqdan çıxır, yaltaqlıq üzündən boş və quru sözlərdən ibarət 
mədhiyyələr yazırlar. Palaz-palaz yazılar qələmə alır, ağızlarına 
gələni danışırlar. Bir də görürsən, zalımları adil, qorxaqları cəsur 
adlandırır, özü də bunu fani dünyanın bəxşişləri üçün edirlər. 
Belə insanlar yalançıların quyruqbulayanlarıdır. Peyğəmbər 
(Ona 
Allahın xeyir-duası və salamı olsun!) 
onları saxtakarlıqdan əl çəkənədək təqib 
etmək göstərişi vermişdi. Əbu Hüreyrə 
(Allah ondan razı qalsın!)
 belə rəva-
yət edir: “Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
bizə əmr etmişdi 
ki, məddahların üzünə torpaq ataq”
2

Hədisi şərh edən alimlərə görə, burada məddahlar dedikdə pul 
1
 Hədisi Rizin rəvayət etmişdir. 
2
 Hədisi Tirmizi rəvayət edib. 


59
Düzgünlük
qazanmaq üçün başqalarını mədh etməyi (tərifl əməyi) özlərinə 
peşə sayanlar nəzərdə tutulur. Ancaq yaxşı bir əməlinə görə bir 
şəxsi tərifl əyənlər, özü də bunu başqalarında həmin yaxşı işə rəğ- 
bət oyatmaq məqsədi ilə edənlər məddah sayılmazlar. 
Yaltaqlıq və məddahlıq sayılmayan tərifin “ölçü”ləri haqda 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
demişdir
 
ki, belə bir tərif 
sahibinə fayda gətirər, onda təkəbbür yaratmaz. 
Əbu Bəkrə (Həzrəti Əbubəkr deyil!) rəvayət edir ki, bir nəfər 
Peyğəmbərin 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
yanında başqa birisini 
tərifl ədi. Peyğəmbər ona baxaraq: “Vay sənin halına! Yoldaşının 
boynunu vurdun ki!” – dedi və dediyini üç dəfə təkrarladı. Sonra 
buyurdu: “Kim bir müsəlman qardaşı haqda yəqinliklə bir şey bi-
lib, onu tərifl əmək istəyirsə, belə söyləsin: “Hesab edirəm ki, filan-
kəs... Hesab edirəm ki, filankəs bu cür və bu cürdür.” (Peyğəmbər 
sözünə davam edir:) Çünki onu ən yaxşı tanıyan Allahdır. Allah 
olan yerdə kimsə kimisə təmizə çıxara bilməz”
1
.
Alverçi malını nümayiş etdirib qiymətini söyləyərkən bəzən 
yalan danışır. Təəssüf ki, ticarət bizdə tamahkarlığa çevrilib. Satıcı 
baha satmaq, müştəri də ucuz almaq istəyir. Bazar və dükanlara 
xudpəsəndlik, “yalnız mən qazanım” düşüncəsi hakim kəsilib.
İslama görə, bu cür alış-veriş bəyənilmir. Aldatma və mübahisə 
ilə müşayiət olunan ticarət rədd edilir. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
“Alan da və satan da ayrılmazdan qabaq alver edib-etməməkdə 
sərbəstdirlər. Onlar doğru danışıb hər şeyi açıq söyləsələr, alverləri 
bərəkətli olar. Yox, yalan danışıb bəzi şeyləri gizli saxlasalar, ola bil-
sin ki, bu onlara gəlir gətirsin. Ancaq alıb-satdıqları şeyin bərəkəti 
qaçar”. 
1
 Hədisi İmam Buxari rəvayət edib. 


60
Altıncı bölüm
Hədisin son hissəsi haqda başqa versiya vardır: “...alıb-sat- 
dıqları şeyin bərəkəti qaçar. Yalandan and içmək gəlir gətirsə də, 
ümumi qazancı – bərəkəti aparar”
1
.
Elə müştərilər var ki, təcrübəsizdirlər, deyilənə inanır, hansı 
qiymət deyilsə, ona da razılaşırlar. Bu zaman imandandır ki, onla-
rın bu halından istifadə edib malını üç-dörd qat bahaya satmaya-
san, əksinə, malındakı qüsurları ona söyləməlisən. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
- “Qardaşınla söhbət etdiyin zaman, sənə inandığı halda ona 
yalan danışmağın ən böyük xəyanətdir”
2
;
- “Satdığı malın qüsurunu (müştəridən) gizlətmək müsəlmana 
haramdır”
3
.
İbn əbu Övfa rəvayət edir ki, bir kişi bazara mal çıxarmışdı. 
Müsəlman müştərilər cəlb etmək üçün and içərək belə dedi: “Al-
laha and olsun ki, bu mal kimdə olsa, bu qiymətə satmaz”. Bunun-
la əlaqədar olaraq aşağıdakı ayə nazil oldu: 
“Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə 
satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. 
Allah qiyamət günündə onları dindirməz, onlara nəzər 
salmaz və onları pak etməz. Onları şiddətli bir əzab göz-
ləyir!” 
(Ali-İmran, 77)
Yalan yerə şahidlik etmək və ya şahidlik zamanı yalandan and 
içmək ən iyrənc əməldir. Əleyhinə şahidlik etdiyi şəxsin ən yaxın 
qohumu və ya ən çox sevdiyi birisi olmağına baxmayaraq, müsəl-
1
 Hədisi İmam Əhməd rəvayət edib. 
2
 Hədisi İmam Buxari rəvayət edib. 
3
 Hədisi İmam Buxari rəvayət edib. 


61
Düzgünlük
man yalnız haqqı söyləməlidir. Onu qohumbazlıq, qorxu və ya 
nəfsi istək aldatmamalıdır. 
Məşvərət şuralarına və ya dövlət vəzifələrinə namizəd təqdim 
etmək də şahidlikdir. Əmanətə sahib çıxmayanı, etimadı doğrult- 
mayanı namizəd göstərmək yalançılıq və saxtakarlıqdır. Bunun 
edənlər ədalətdən uzaqdırlar. 
Pak və Uca Allah buyurur: 
“Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata- 
ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, əda-
lətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə 
şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, 
hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxın-
dır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər 
dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən
yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) 
Allah etdiyiniz işlərdən xəbərdardır!” 
(ən-Nisa, 135)
Əbu Bəkrə (Həzrəti Əbubəkr deyil!) belə rəvayət edir: 
“Bir dəfə Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
bizdən so-
ruşdu: “Sizə ən böyük günahın nə olduğunu söyləyimmi?” Və 
sualını üç dəfə təkrarladı. “Bəli”, deyə cavab verdik. “Allaha şərik 
qoşmaq, valideynin üzünə ağ olmaq, günahsız cana qıymaq, – de-
di və dirsəklənib uzandığı yerdən qalxıb oturdu, – yalan danışmaq 
və yalan yerə şahidlik etmək.” Bu sözü o qədər təkrarladı ki, öz-
özümüzə dedik: “Kaş daha deməyəydi”
1
.
Saxtakarlıq dəhşətli zülmətə oxşayır. O, haqla kəlmə kəsmək is-
təmir, niyyəti də haqqı batillə əvəzləməkdir. Onun fərdlərə və cə-
miyyətə zərəri dəhşətli və məhvedicidir.
1
 Hədisi İmam Buxari rəvayət edib. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə