51
Əxlaq hər şeydir
Həzrəti Həsən
(Allah ondan razı qalsın!)
rəvayət edir ki, Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
deyib:
“Allah bir qövmə yaxşılıq etmək istədikdə hakimiyyəti müd-
riklərə, var-dövləti də əliaçıq şəxslərə verər. Yox, pislik etmək is-
təyərsə, başlarına axmaqları hakim keçirər, xəsisləri də var-dövlət
sahibi edər”
1
.
Şeyxülislam İbn Teymiyyə
(Allah rəhmət etsin!)
deyib:
“Allah, kafir də olsa ədalətli dövləti baqi qılar. İslam dövlətini
də zalım olarsa, məhv edər”.
İslamın başlıca mənbələrində – Quran və Sünnədə əxlaq de-
dikdə, bütövlükdə din və dünya başa düşülür. Bir millət həm Al-
lahın, həm də bəndənin gözündən düşübsə, deməli, əxlaqını, ül-
viyyətini itirib.
1
Hədisi Əbu Davud rəvayət edib.
52
ALTINCI BÖLÜM
DÜZGÜNLÜK
Allah təala göyləri və yeri haqq olaraq yaratmış, insanlardan
həyatlarını doğru qurmalarını, yalnız haqq söyləyib, haqqı işlə-
mələrini tələb etmişdir.
Bəşəriyyətin xoşbəxtliyi və bədbəxtliyi bu açıq-aydın qaydaya
hansı dərəcədə əməl edilməsindən asılıdır. Yalan nəfsə hakim kə-
silərsə, insanı düzgün yoldan ( sirati-müstəqim) sapdırarsa, riayət
edilməsi tələb olunan qaydalardan uzaqlaşdırarsa, xoşbəxtlik öz
yerini bədbəxtliyə verər!
Elə isə hər bir işdə düzgün olmaq lazımdır, hər bir problemə
düzgün yanaşmaq lazımdır, hər bir qərarı düzgün vermək lazım-
dır. Düzgünlük müsəlman əxlaqının başlıca komponentidir, dav-
ranışlara istiqamət verən ünsürdür. İslam cəmiyyəti zənlə mübari-
zəyə, şayiə, dedi-qodu və şübhələrin uzaqlaşdırılmasına əsaslanır.
Möhkəm həqiqətlər üstün gəlib, müxtəlif münasibətləri tənzim-
ləməlidir.
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
deyib:
- “Nəbadə zənnə qapılasınız. Çünki zənn ən yalan sözdür”
1
;
- “Şübhə yaradan şeyləri bir kənara qoyun. Doğruluq xatircəm-
likdir, yalan da – şübhə”
2
.
Qurani-Kərim ağılları xurafatlarla dolduran, bugünü və gələcə-
yi yalanlarla məhv edən zənnin arxasınca getməyi məzəmmətlə-
mişdir:
1
Hədisi İmam Buxari rəvayət edib.
2
Hədisi Tirmizi rəvayət edib.
53
Düzgünlük
- “Onlar yalnız zənnə və nəfslərindən gələn istəklərə
uyurlar. Halbuki rəbbindən onlara haqq yolu göstərən
rəhbər gəlmişdir”.
(ən-Nəcm, 23)
- “Onlar buna dair heç bir şey bilmir, yalnız zənnə qa-
pılırlar. Zənn isə əsla həqiqət ola bilməz!”
(ən-Nəcm, 28)
Düzgünlüyə ehtiram bəsləyən islam yalançıları rədd edir.
Möminlərin anası Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
nəzərində yalan da-
nışmaq ən nifrətəlayiq əməl idi. Birinin bir az yalan danışdığını
sezsəydi, həmin şəxsin tövbə etməsini öyrənməyincə Peyğəmbəri
dərd götürərdi”
1
.
Həzrəti Aişə başqa bir rəvayətdə deyib:
“Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
görə, yalan danışmaq
ən nifrətəlayiq əməl sayılırdı. Bir şəxs onun yanında yalan danış-
saydı, öz yalanı üçün həmin kəsin tövbə etdiyini öyrənməyincə
Peyğəmbəri dərd götürərdi”
2
.
Təəccüblənməyə dəyməz. Çünki saleh əcdadlarımız ( sələfi-sa-
lihin) yaxşı işlərdə bir araya gəlir, faydalı əməllərlə tanınırdılar.
Onlardan biri pis davranış nümayiş etdirib səhv yola düşsəydi,
gümrahlar arasındakı cüzamlını xatırladardı. “Xəstəliy”ini müali-
cə etmədikcə insanlar arasında özünə yer tapa bilməzdi.
Müsəlman camaatının başlıca xüsusiyyətləri doğru danışmaq,
diqqətlə yerinə yetirmək, ağızdan çıxan hər bir sözə nəzarət etmək
olmuşdur.
1
Hədisi İmam Əhməd rəvayət edib.
2
Hədisi İbn Hibban rəvayət edib.
54
Altıncı bölüm
Yalan, aldatma, kələkbazlıq və ift ira ikiüzlülüyə sürükləyən,
dindən uzaqlaşdıran davranışlardır. Və ya bu davranışlar kələkbaz-
ların, qara yaxanların, yalançıların dinə bağlılıq vasitələridir!
Yalançılıq insanın pozulduğunu (korlandığını) göstərən rəzil-
likdir. Yalançı insanlar şər əməllərə imza atdıran davranışlara sa-
hibdirlər. Belə insanlar ən adi vəziyyətlərdə, heç bir məcburiyyət
və təzyiq olmadan günah işləyərlər.
Digər rəzilliklər də vardır. Bu rəzilliklər orqanizmdəki xəstəlik-
lərə bənzəyir. Bəzi insanlar zəkat versələr də, bu xəstəliklərdən
sağala bilmirlər. Çünki zəkat verərkən mallarını əlləri əsə-əsə
hesablayırlar. Qorxaqlıq və xəsisliyin qarışığı olan bu xasiyyət ölü-
mün gözünə dik baxıb özlərini oda atanların, varını Allah yolunda
könüldən paylayanların xasiyyəti ola bilməz!
Fədakarlıq meydanlarında hərislik və ya qorxu vəsvəsəsini hiss
edənləri haradasa başa düşmək olur. Amma yalançılığı xarakterə
çevirən, insanları aldadan kəslərin üzrxahlığını qəbul etmək ol-
maz! Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
deyib:
“Mömində hər cür xasiyyət ola bilər. Ancaq o, əsla xainlik və
yalançılıq etməməlidir”
1
.
Bir dəfə Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
soruşdular:
“Mömin qorxaq ola bilərmi?” Peyğəmbər: “Bəli”, – deyə cavab
verdi. Yenə soruşdular: “Bəs xəsis ola bilərmi?” Peyğəmbər: “Bəli”,
– dedi. Təkrar sual etdilər: “Bəs yalançı necə, mömin yalançı ola
bilərmi?” Peyğəmbərin cavabı belə oldu: “Əsla!”
2
Bu cavablar yuxarıda dediklərimizi təsdiqləyir. Dedik ki, zəif-
lik, natamamlıq bəzi insanları çulğasa da, onlar böyük çətinliklər-
dən sonra bu mənfi keyfiyyətlərdən xilas olmağı bacarırlar; ya qə-
1
Hədisi İmam Əhməd rəvayət edib.
2
Hədisi İmam Malik rəvayət etmişdir.
Dostları ilə paylaş: |