Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix12.10.2018
ölçüsü1,1 Mb.
#73515
1   ...   25   26   27   28   29   30   31   32   33

101 
 
QOZ KÜKÜSÜ. Qoz təmizlənib, soğanla birlikdə döyülür. Sonra üzərinə 
duz,  istiot,  yumurta  və  un  tökülüb  qarıĢdırılaraq,  tavada  qaynar  yağın  içərisinə 
tökülür, hər iki üzünü lap zəif odda qızardırlar. (Çünki qoz tez yanır). Qızarandan 
sonra fal-fal doğranıb plov və çörəklə yeyirlər. 
ƏT  KÜKÜSÜ.  Ət  soğanla  birlikdə  narın  döyülür.  Buna  duz,  istiot  və 
yumurta  qatıb  tavada  qaynamaqda  olan  yağın  içərisinə  hər  iki  üzünü  qızardaraq 
götürürlər. Sonra fal-fal doğranır, plovla yeyilir. 
 
 
PƏTƏLƏR 
 
MƏRCĠ-PƏTƏ.  Mərci  yuyulub  boranı  ilə  birlikdə  qaynadılandan  sonra, 
qara sularını süzüb birlikdə əzərək, üzərinə duz, istiot, dadına görə Ģirni və soğan 
töküb, balaca odda   qaynadılır. Mərci-pətə çörəklə yeyilir. 
BORANI-PƏTƏ.  Boranı  doğranılıb,  az  suda  vam  ilə  qaynadılır.  Hazır 
olduqda biĢirilən qabda əzərək, üzərinə duz, istiot, soğandağ töküb ocağa qoyurlar. 
Bəzən  pətənin  içinə  ayrıca  qaynadılmıĢ  ağ  lobya  (maĢ)  tökülür.  Bunu  da  çörəklə 
yeyirlər. 
POMĠDOR  PƏTƏSĠ.  Pomidoru  doğrayıb  qazana  tökərək  bir  az 
qaynatdıqdan  sonra  üzərinə  duz,  istiot,  yumurta,  sarımsaq  və  soğandağ  töküb 
qarıĢdıraraq bir az qaynadandan sonra götürülür. 
BADIMCAN PƏTƏSĠ. Eyni ilə pomidor pətəsi kimi hazırlanır. 
TƏRƏ.  Ġspanaq  tərəsi,  çeĢtərə,  əvəlik  tərəsi  və  hori  tərənin  hər  birindən 
ayrıldıqda tərə biĢirilir. Qabaqca ispanağı tərə biĢirilən qaba doğrayıb üzərinə duz, 
su  və  düyü  töküb  ocağa  qoyurlar.  Qaynayan  zaman  içinə  quru  alça  atıb 
qarıĢdırırlar.  Tərə  biĢəndən  sonra  üzərinə  yağ,  yumurta  və  döyülmüĢ  sarımsaq 
tökür,  bir  az  qaynadıb  odun  üzərindən  götürür.  Tərə  quru  balıq,  soyuq  plov  və 
çörəklə də yeyilir. 
Eyni ilə çeĢtərə, əvəlik tərəsi və həri tərə də ispanaq tərəsi kimi biĢirilir. 
 
 
MEYVƏLƏR   VƏ ONLARDAN HAZIRLANAN 
ƏRZAQLAR 
 
HEYVA  1.  Yay  heyvası,  2.  PeĢməyi  heyva,  3.  Payız  heyvası,  4.  QıĢ 
heyvası. Bu heyvalardan rub, mürəbbə, riçal (çem) hazırlanır və onlar biĢməmiĢ də 
yeyilir. 
RUB. Rubu biĢirməkdən ötru dərilmiĢ heyvanı yuyandan sonra (növündən 
asılı  olmayaraq)  dilim-dilim  doğrayır,  tumundan  (lüğəbindən)  ayırırlar.  Lüğəbi 


102 
 
qurudulub  bir  qabda  saxlanılır,  soyuq  dəymiĢ  Ģəxsin  sinəsinin  bəlğəmini 
təmizləməkdən ötrü suda isladılıb həlimi içilir. 
DoğranmıĢ heyvanın miqdarına  görə götürülən qaba (qalaylı,  mis, çuğun 
və  ya  bürünc  qab  olmalıdır)  su  töküb  qaynadırlar.  BiĢəndən  sonra  teĢtin  üzərinə 
sıra  ilə  ensiz  taxtalar  düzüb  üzərinə  təmiz  bir  kisə  qoyub  bütün  qaynanmıĢ 
heyvaları hissə-hissə  kisə tutana qədər içərisinə töküb süzəndən sonra heyvanı da 
sıxıb suyunu çıxardıb puĢu (cecəsi) atırlar. 
Alınan  heyva  suyunu  bürünc  teĢtə  töküb  ocağa  qoyurlar,  su  qaynayıb 
quruduqca  qalan  heyva  suyundan  ona  əlavə  edilir,  sonra  o  vaxta  qədər  qaynadılır 
ki,  su  mətə  çevrilir,  yəni  qatılaĢır.  TeĢt  yerə  qoyulub  soyuyandan  sonra  qablara 
tökülür.  Rubu  bütün  xörəklərlə  yeyirlər.  Bu  iĢtah  açan  məzə  ancaq  Lənkəran 
zonasında  hazırlanır.  Onu  uzun  illər  saxlamaq  olar,  ancaq  həmiĢə  sərib  yerdə 
saxlanmalıdır. Vaxtilə 200 -250 kq heyva biĢirib 20 -25 kq rub əldə edərdilər. 
ARMUD.  Lətənz  armud,  səmənd  armud,  gülabi  armud,  nar  armud,  hülə 
armud, kök armud, panagün armud, Ģəlim armud. 
Bu  armudların  bəzilərindən  rub,  doĢab,  mürəbbə  hazırlanır  və  bəziləri 
duza qoyulur. BiĢməmiĢ də yeyilir. 
DOġAB.  DoĢabı  biĢirməkdən  ötrü  armudu  yuyub  (növündən  asılı 
olmayaraq)  iki-üç  yerə  bölüb  qazanda  qaynadırlar.  Dənəsini  (tumunu)  ayırmırlar. 
Qaynayandan sonra qalan bütün hazırlanma gediĢi rubunku kimidir. Ancaq doĢab 
rubdan bir az duru olur. Onun dadı armudun növündən asılıdır.  
ALMA. Yay alması, payız alması. 
Bu  almalar  ancaq  yeyilir,  bunlardan  bəzən  mürəbbə  biĢirilir.  Lənkəranın 
özündə alma çox az olur. 
ƏZGĠL.  Dombul  əzgil,  balaca  Ģirin  əzgil,  balaca  turĢ  əzgil.  Bunların  
bəziləri  qurudulur  və duza  qoyulur.  YetiĢəndə yeyilir. 
HINDAMIRA    (XURMA).    Hındamıra  əsasən  meĢədə  bitir.  Kalı  ağız 
büzür. YetiĢmiĢi həm qurudulur, həm  də ondan  gözəl hındırma   doĢabı  biĢirilir, 
(Ən  böyüyü  iri  fındığ   boyda olur). 
ALBALI. Albalı qurudulur,  ondan  mürəbbə   biĢirilir   və yeyilir. 
ALÇA. Dombul alça, lal alça, qəzvini   alça,  fındığı  alça, göyçəsultan, 
gilası alça, turĢ alça. Alçaların bəzisi qurudulur. Ondan turĢu, mürəbbə biĢirilir və 
yeyilir. 
GĠLAS.  Ağ  gilas,  qara  gilas,  sarı  gilas.  Ağ  və  qara  gilasdan  mürəbbə 
biĢirilir, sarı   kilas  isə yeyilir. 
ÜZÜM. KiĢmiĢi, Ģixvəli, xınbı, talıĢ üzümü, çaxır üzümü,  keçiəmcəyi. 
Bu üzümlərin bəzisindən yeyilməkdən baĢqa həm də sirkə, abqora, Ģərab 
hazırlanır, duza qoyulur və mürəbbə biĢirilir. 
TUT.  Ağ  tut,  qara  tut,  Ģah  tut,  kababı  tut.  Bunlar  təzə  halda  yeyilməklə 
yanaĢı, həm də qurudulur, onlardan doĢab biĢirilir, spirt çəkilir. 


103 
 
ƏNCĠR.  Ağ  əncir,  qara  əncir,  iki  bəhrəli  əncir.  Təzə  yetiĢmiĢ  halda 
yeyilməklə yanaĢı, mürəbbə,  riçal  biĢirilir, qurudulur. 
ĠYDƏ. Ġydə qurudulub yeyilir. 
LĠMON. Limon həm qurudulur, həm  də qurudulmamıĢ çayla içilir.  
PORTAĞAL. YetiĢmiĢi yeyilir. 
SUMAQ. Lənkəranın ―Ġsti su‖ meĢəsində bitir. Bir sıra xörəklərdə istifadə 
olunur. (Yuxarıda göstərilmiĢdir.)  
ġAFTALI.  Tüksüz  Ģaftalı,  tüklü  Ģaftalı.  Bunlardan  mürəbbə  biĢir  və 
yeyilir.  
FINDIQ.   Fındıq   çox   biĢmiĢlərdə   istifadə   olunur   və yeyilir. 
              QOZ. Qoz yeyilməkdən əlavə, ondan quĢ əti, balıq və çörəklərdə istifadə 
edirlər. 
ZOĞAL.   Zoğalı   qurudurlar,   mürəbbə    biĢirir   və çiy   də yeyirlər. 
NAR. ġirin nar, turĢ nar, gülöyĢə nar. ġirin nar yeyilir və ondan nar-Ģərab 
hazırlanır. TurĢ narı Lənkəranda xörəklərdə və balıq yeməklərində istifədə edirlər 
(sirkə əvəzində iĢlənir.) 
ĠNNAB. Ġnnab qurudulur və qurumamıĢ da yeyilir.  
GAVALI. Bir neçə  cür olur,  bunlardan  mürəbbə  biĢir  və yeyilir. 
GÖYƏM. Göyəmdən mürəbbə biĢirilir və yeyilir.  
QARAGĠLƏ. Qaragilə əsasən meĢələrdə bitir. Onu qurudur və qurumamıĢ 
da yeyirlər. 
ƏRĠK.  Ərik  əsasən  Lənkəranın  Zuvand  zonasında  çox  olur,  bundan 
mürəbbə biĢirilir və yeyilir. 
ġƏKƏR QAMIġI. Ən qədimdən TalıĢ mahalında Ģəkər qamıĢını hər yerdə 
əkib  istifadə  edirdilər.  ġəkər  qamıĢı  qarğıdalı  kimi  həyətdə  becərilirdi.  Sonralar 
Ģəkər qamıĢı  əkini nədənsə  unudulmuĢdur. 1930-cu illərdə  Ģəkər qamıĢına  çox az 
yerdə  rast  gəlmək  olardı.  Bu  illərdən  sonra  mən  Lənkəran  zonasında  daha  rast 
gəlməmiĢəm.  Ġndi  isə  orada  Ģəkər  qamıĢı  haqqında  təsəvvürü  olan  yoxdur.  ġəkər 
qamıĢının toxumu açıq qəhvəyi rəngdə və mərcidən iki dəfə kiçik olur. 
ġəkər qamıĢını  Ģuma  seyrək səpirdilər, o bir metr  yarıma  qədər boy atır, 
qarğıdalı kimi  gül  açırdı.  Gövdəsini bərkiməmiĢ,  sütul (yumĢaq) halda  biçib 2  -3 
sm  böyüklükdə  doğrayıb suda qaynadırdılar,  (Rub və doĢab   biĢirməkdən   ötrü 
heyva    və  armudu  doğrayıb  qaynadan  kimi).  Tamam  qaynayıb  həll  olunandan 
sonra  suyunu  süzüb  dənini  torbaya  tökürdülər.  Suyunu      qaynamağa  qoyurlar. 
Qazandakı  su  qaynayıb  quruduqca  götürülən  sudan  az-az  əlavə  edilr.  Su  tamam  
töküləndən  sonra  o  qədər    qaynadılır  ki,  rəngi  qəhvəyi  olur,  həm  də  qatılaĢıb  
bərkiyir,  bəzən  rub  kimi  hazırlanır,  bəzən  də  doĢab  tək  duru  götürürlər.  Daha 
doğrusu, kim nə təhər istəyir, o cür də götürür. 
Qədimdə Ģəkər qamıĢı Ģirni yerinə iĢlədilirdi. 
 
 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə