Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə10/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   6   7   8   9   10   11   12   13   ...   93

BİR ANA TANIYIRDIM 
 
Musəvi küçəsi Qazax şəhərinin mərkəzindədir. Hər dəfə yolum Qazağa 
düşəndə bu küçədəki on üç nömrəli evi görüb istər-istəməz bir ananı xatırlayıb 
kövrəlirəm. Burda ağbirçək, şirin danışıqlı, xoş rəftarlı Qızxanım Axundova 
yaşayırdı. (İndi yaşayırdı yazıram, ürəyim ağrıyır.) 
Səməd Vurğunun bibisi qızı Qızxanım ana ilə görüşüb söhbət edəndə adam 
sual verməyə, söz soruşmağa qıymırdı. O, dayısı oğlu Səməd Vurğun haqqında 
xatirələri, inqilabdan əvvəl olmuş hadisələri elə gözəl ardıcıllıqla, təfsilatı ilə 
danışırdı ki onun sözünü kəsməyi günah sayırdın. Onun məndə bir yadigarı da 
qalıb: cəmi-cümlətanı şagird dəftərinin üç səhifəsi həcmində şair haqqında yazdığı 
“Kaş, o günlər olaydı...” xatirə yazısını ilk görüşümüzdə özü mənə hədiyyə verdi. 
Hər dəfə bu kövrək yazını oxuyanda şirin danışıqlı Qızxanım ana gəlib durur 
gözümün önündə. 
Qızxanım anada Səməd Vurğunun iki yadigarı vardı. Biri çəhrayı rəngli 
qalstuk idi ki, Səməd Vurğun 1955-ci ildə onlarda qonaq olanda yadından çıxıb 
qalmışdı. Bir də şairin həmin il iyunun 20-də ona yazdığı əl boyda məktubu. Yaxşı 
ki, məktubun məzmununu cib dəftərçəmə köçürmüşdüm. 
“Əziz Qızxanım, salam! 
Dilican dərəsindən sənə kəkotu və çiyələk gətirmişdim. Heyf ki, səni evdə 
tapmadım. Dağa getdiyini dedilər. Biz Kəlbəcərə getdik. 
 
Dayın oğlu Səməd Vurğun”. 
 
Qızxanım Axundova əlli ilə yaxın Qazaxdakı iki nömrəli şəhər orta 
məktəbində dil-ədəbiyyat müəllimi işlədikdən sonra təqaüdə çıxmışdı. Onun 
maarif sahəsindəki xidmətləri Qırmızı Əmək Bayrağı ordeninə və əməkdar 
müəllim kimi fəxri ada layiq görülmüşdü. 
Cib dəftərçəmdə onun xalqımızın görkəmli oğlu Nəriman Nərimanov 
haqqında danışdığı bir əhvalat da var. Onun atası Mirzə Kərəm Ələmdarov 
Novorossiysk İmperator Universitetində Nəriman Nərimanovla birgə oxumuşdu. 
- 1917-ci ildə Qazaxdakı “ali-ibtidai məktəb”i bitirdikdən sonra atamın 
arzusu ilə Bakı darülmüəllimatına qəbul olundum. Yadımdadır, 1921-ci ildə 
Nəriman Nərimanov həftədə bir dəfə təbabətdən bizə mühazirə oxumağa gələrdi. 
Səlimə xanım bizə tikmə öyrədərdi. Bir dəfə Nərimanov bizim qrupun əl işlərinə 
baxmağa gəlmişdi. Mən göyərçin şəklinin içini tikmə ilə işləyirdim. Nərimanov əl 
işimə baxıb: 
- Səlimə xanım, - dedi, - bu qızın nə qəşəng əl işi var. 
Mən cürətlənib: 
- Əmi, - dedim, - xoşunuza gəlirsə, sizə bağışlaya bilərəm. 
Səlimə xanım yaxşı oxumağımı, əl qabiliyyətimi təriflədi. Üstəlik də: 
- Bu qız qazaxlıdı, -  dedi, -  yaxşı yerdəndi... 
Nərimanov: 


- Kimin qızıdı, - dedi, - mən Qazaxdan çox adam tanıyıram, orda dostlarım 
çoxdu. 
- Mirzə Kərəm Ələmdarovun qızıdı, bəlkə tanıyasınız? - deyə Səlimə xanım 
cavab verdi. 
Onda Nərimanov məni qucaqlayıb öpdü və dedi ki, qızım, elə sənin mənə 
əmi deməyə haqqın var. Mən sənin atanla birgə oxumuşam. Biz çox yaxın dost 
idik. 
Nərimanov tez-tez gələrdi bizim darülmüəllimata. Müəllimlərə tapşırardı ki, 
uşaqların yemək-içməklərinə ciddi fikir verin, çiy su içməyə qoymayın. Çörəkləri, 
xörəkləri gözümə bir təhər dəyir. Nədən korluq çəksəniz mənə bildirin. Unutmayın 
ki, siz onlara təkcə müəllim yox, həm də anasınız. 
- Səlimə xanım, - deyə Nərimanov söhbətinə davam etdi, - hər dəfə sizin 
darülmüəllimatın yanından keçəndə vaxtilə “Dəbistan” jurnalında oxuduğum bnr 
əhvalat yadıma düşür. 
Firəngistan padşahı Napoleon bir dəfə ən məşhur və elmli övrətdən soruşur 
ki, xalqın gözəl tərbiyəli olması üçün nə sərəncam etmək gərəkdir? Övrət cavab 
verir ki, elmli və təlimli analar lazımdır, gərək çalışıb səy edəsiniz ki, analar 
tərbiyəli olsunlar. Analar öz balalarına tərbiyə və təlim verməyə qadir olsunlar. 
Səlimə xanım, sizin də təlim və tərbiyə verdiyiniz bu qızlar gələcəyin analarıdırlar. 
Siz gərək onlara elə tərbiyə verəsiniz ki, onlar da gələcəkdə balalarını tərbiyə 
etmək qabiliyyətinə malik olsunlar. Mənim fikrimcə uşaq hər şeyi anadan 
öyrənməlidir. 
- Doğru buyurursunuz, yoldaş Nərimanov, biz heç vaxt mərhum Həsən bəy 
Zərdabinin də vəsiyyətini unutmuruq. O, rəhmətlik yazır ki, tərbiyənin binası ana 
ilədir. 
 
* * * 
 
Səmədgilin ailəsi 1918-ci ildə kənddən Qazağa köçəndən sonra Yusif ağa 
bizə tez-tez gəlib-gedərdi. Qonşuluğumuzda Hürü adlı kasıb bir arvad vardı. O, 
çox təmizkar və səliqəli qadın idi. Elə fətir bişirərdi ki, dümağ Səmərqənd kağızı 
kimi. Hürü arvad qapılarda kimiyə paltar yuyar, kimiyə də çörək bişirməklə iki qızı 
- Səltənəti və Ümülbanini birtəhər saxlayardı. Güzəran çətin idi, yenicə inqilab 
olmuşdu. Çörəyin qiyməti çox baha idi. Anam Ümülbanini qardaşım Vəliyə aldı. 
Ürəyiyumşaq və xeyirxah anam Hürünü və kiçik qızı Səltənəti də bizə köçürüb 
otaqlarımızdan birini onlara verdi. Tez-tez bizə gələn Yusif ağa anama deyərdi: 
- Ay Pəri xanım, az insafın olsun, mənə bir arvad tap, dolana bilmirəm, isti 
xörək bişirənimiz yoxdu. Uşaqlara baxa bilmirəm. 
O vaxt Səmədgil ailədə beş nəfər idilər. Yusif ağanın qardaşı Lütvəli ağa 
ölmüşdü. Onun uşaqları Kərim və Soltanı da Yusif ağa saxlayırdı. 
O, qudamız Hürünü istədi. Anam Pərixanım yüngül bir qonaqlıq elədi. 
Hürünü geyindirib-gecindirib faytonla Yusif ağaya “gəlin” apardı. Bu dayımın 
üçüncü arvadı idi. O vaxt onlar indiki Vaqif küçəsindəki balaca, dar bir otaqda 
yaşayırdılar. Bu kasıb güzəranlı otaqda ilk nəzərə çarpan bir sarı samovar, bir də 


Yusif dayımın həmişə taxtının üstdən asdığı cürə sazı idi. O, bu sazda yanıqlı-
yanıqlı Vidadidən, Vaqifdən, Mustafa ağa Arifdən, Kazım ağa Salikdən, əmisi 
Mehdixan Kühənsaldan çalıb-oxuyardı. 
Hürü evi elə yığıb-yığışdırmışdı ki, bu miskin görkəmli otaq adamın üzünə 
gülürdü. Kilimi-cecimi yuyub divara vurmuşdu. Qab-qacaq taxçaya düzülmuşdü. 
İndi hiss olunurdu ki, evdə qadın səliqəsi, qadın nəfəsi var. Hamı Yusif dayımın 
dililə onu “Hürü xanım” - deyə çağırırdı. - Qızxanım ana gülümsünüb, sözünə ara 
verdi. - Eh, keçən günlər, - dedi, - sizə danışıram, özümə də nağıl kimi gəlir. 
İkinci dəfə mən onun görüşünə gələndə Qızxanım ana evdə tək idi. Payızın 
son ayı olduğundan iki gün ara vermədən xırdaca-xırdaca yağan yağış kəsməmişdi. 
Birdən-birə düşən soyuqlardan sonra isti otaq adama ləzzət verirdi. İkimiz də 
gurha-gurla yanan peçin yanında oturmuşduq. 
- Qoca vaxtımda yıxılıb qolumu sındırmışdım. Göynəyir, - dedi, - görünür 
soyuqdandı. - Ağ tənziflə sarınmış qolunu peçə bir az da yaxın tutub, qayğılı-
qayğılı: - Çayınız soyuyur, için, soyuqdan gəlmisiniz, sizə dayım oğlu Səmədin 
uşaqlığından, daha doğrusu, ilk gəncliyindən bir əhvalat söyləyəcəm. Onu Bakıda 
Aybənizə də danışmışam. Bizim Vaqifin özində qonaqlıq vardı, orda danışdım. O 
ki var uşaqlar gülüblər... 
...Qazax müəllimlər seminariyasında təsərrüfat müdiri işləyən Yusif ağa bir 
gün bazardan bir kilo ət və baş-ayaq alıb gətirir.  
- A Hürü xanım, - deyir, - bu bir kilo ət, sənin, sabaha pitiliyin, amma baş-
ayağı indi bişir yeyək, yaman könlümə düşüb. 
Hürü xanım baş-ayağı doğrayıb tökür qazana sonra başlayır fətir salmağa. 
Günortaüstü Səməd qaça-qaça gəlir. 
- A Hürü xanım, acından ölürəm, nəyin var yeməyə? 
- Pendir-çörək, bir də təzə fətir... 
Səməd hirsli-hirsli: 
- Eh, zəhrimara dönsün. Seminariyada da iylənmiş pendir, evdə də. Pendir 
yeməkdən içalatımız qurudu, - deyir - hirslə qapını çırpıb gedir. 
Çölə çıxanda görür ki, qazanda baş-ayaq pıqhapıqla qaynayır. Qarışdırır, 
görür elə yaxşı bişib ki, əti sümüyündən aralanıb. Bir qab tapıb tamam boşaldır, 
əvəzində qazanı su ilə doldurub yenidən ocağın üstünə qoyur. 
Bir xeyli keçir, Yusif ağa evə gəlir. Hürü xanım səliqə-sahmanla süfrə salır. 
Qazanın ağzını açır. Çömçəni ha fırladırsa, nə bir tikə ət, nə də bir sümük tapa 
bilir. Tünəkə arvad iştahla baş-ayaq yeməyi gözləyən Yusif ağanın üzünə baxa-
baxa təəccüblə: 
- Boy, ay ağa, üzüm ayağının altına, xörək suya dönüb, - deyir. 
Yusif ağa gözaltı qazana baxır, görür doğrudan da bir tikə ət yoxdu. 
- Mən gedəndən sonra buralara gələn olubmu? 
- Bircə Səməd gəlmişdi, yemək istədi. Dedim pendir-çörək var, o da 
yeməyib, hirslə qapını çırpıb getdi. 
Dişi bağırsağını doğrayan Yusif ağa hirslə: 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə