Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə13/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   9   10   11   12   13   14   15   16   ...   93

Darvaza cırıltı ilə açıldı. Aftab xala diksinib ayağa durdu. Gələn kürəkəni 
İbrahim və nəvələri idi... 
 
1975. 
 
 
MƏN SƏMƏD VURĞUNU GÖRMÜŞƏM 
 
Kəndimizin tən ortasından keçən böyük şose yolu idarənin yanında 
haçalanır. Üzüaşağı stansiyaya enən bu yolun sağ qolu isə gedib Gürcüstan 
torpağına çıxır. 
Günortaüstü dərsdən sonra sürümü yelləyib “Şiştəpə”yə doğru aparırdım. 
Quzular böyük yola çıxanda hürküb dağıldılar.  Başımı qaldıranda lap yanımda 
dayanan çəhrayı rəngli “Pobeda” maşınını gördüm. Sürücü məni yanına çağırıb 
soruşdu: 
- Bala, bu hansı kənddir. 
Mən dillənənə kimi maşının arxa qapısı da açıldı. Maşından çal saçları 
dağılmış bir kişi düşdü. Mənə yaxınlaşıb mehribanlıqla: 
- Ayə, a balaca çoban, bu yolun hansı Sadaxlıya gedir? - deyə xəbər aldı. 
Əlimi irəli uzadıb tək armudun yanından keçən xır yolunu göstərdim. 
Ağsaçlı əmi irəli gəlib mənimlə əl tutdu. Diqqətlə bir mənə bir də 
quzularıma baxıb dedi: 
- Ayə, sürün də özün kimi nə balacadı? 
- Olanımız budu, əmi. 
- Neçənci sinifdə oxuyursan? 
- Beşə keçmişəm. 
- Heç şer bilirsən? 
- Bilirəm, - dedim. 
 
El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam məskənimsən. 
Anam, doğma vətənimsən! 
Ayrılarmı könül candan?  
Azərbaycan, Azərbaycan! 
 
- Afərin, afərin, - deyib yenicə qırxılmış başımı qayğılı-qayğılı sığalladı. 
Sonra dönüb aşağılara - dəniz kimi dalğalanan taxıl zəmilərinə xeyli baxdı, nəsə 
dodaqaltı zümzümə elədi. 
- Maşallah, nə bərəkətli torpaqdı, - deyib bu dəfə lap uzaqlara - Gürcüstan 
tərəfdəki biçənəklərə, kəndimizlə üzbəüz dayanan yamyaşıl meşəyə baxıb köksünü 
ötürdü. 
Maşındakılardan biri: “Yolçu yolda gərək” - dedi. Ağsaçlı əmi ağır-ağır 
maşına tərəf gedə-gedə: 
- Sağ ol, a balaca çoban, - deyib mənə əl elədi. 


Maşın tərpəndi. Nəzərlərimlə onu tək armudun yanındakı aşırıma qədər 
ötürdüm. Yerimdəcə donub qalmışdım. Yadıma gətirə bilmirdim ki, bu əmini 
harda görmüşəm. 
Bu vaxt çiynimə bir əl toxundu. Ədəbiyyat müəllimimiz idi... 
- Hə, tanımadın? 
Fikirli-fikirli: 
- Yox, - dedim. 
- “Azərbaycan” şerini kim yazıb? 
- Səməd Vurğun! 
- Bax, həmin o idi. 
Təəssüfləndim. Nədənsə atam yadıma düşdü. Fikirləşdim ki, müharibədən 
qayıtmayan atamın da yəqin belə mehriban, şirin təmaslı əlləri var imiş. Atasızlıq 
ürəyimi göynətdi. Maşınıi arxasınca həsrət-həsrət baxdım, baxdım... 
Yerimdən tərpənmədiyimi görən Məmməd müəllim:  
- Fikir eləmə, - dedi, - Bakıya oxumağa gedəndə görərsən. 
O günü axşama kimi gözüm Gürcüstan yolunda qaldı. Quzularımı yolun 
kənarında otarıb hər gələn maşına diqqətlə baxdım. Maşınlardan bəzisi yel sürətilə 
ötüb keçirdi, bəzisi də dayanırdı. Minən də olurdu, düşən də, amma o nurani 
çöhrəli, gur, dalğın saçlı şairi bir də görmədim... 
 
Sentyabr, 1971 
 
 
VURĞUN KEÇİB BU YERLƏRDƏN 
 
Payız günəşi boz təpələrə zərrə-zərrə səpələnmişdi. Aşağıda - düzənliklərdə 
ağlı-qaralı qoyun sürüləri vardı. Qədim Mərəzəyə qədər boz dağlar, təpələr 
Şamaxıya gedənləri müşayiət edir. Mərəzədən o yana isə ətrafın mənzərəsi birdən-
birə dəyişir. Yolun hər iki tərəfində yarpaqları saralmış üzüm bağları Pirqulu 
dağlarının ətəklərinə qədər uzanırdı. 
Elin bu gözəl varına, günəşli gündüzə, vüqarlı dağlara baxdıqca fikirləşirsən 
ki, bunları görməyib əlli yaşında dünyadan getmək heç insafdan deyil. Hardan 
gəldi ölüm? Hardan? Niyə onun gözü xalqa, elə-obaya daha çox lazım olan 
istedadlı adamlara dikilib? 
İki saat bundan qabaq ezamiyyət vərəqəsini əlimə alanda məni bir şey 
düşündürürdü: görəsən, Şamaxıda Səməd Vurğunun dost-tanışı varmı? 
Şamaxı! Misilsiz sərvətlər diyarı. Dünyaya sənət dühaları bəxş etmiş Şirvan 
torpağı. 
 XII əsrin görkəmli şairi Xaqani bu bol nemətli diyarı çox gözəl tərənnüm 
etmişdir: 
 
Şirvan ki, var, hər cəhətdən  ülviyyətin anasıdır, 
Onun gözəl səhər yeli dərdlərimin davasıdır.        
Mən vətənə qurban olum, qurulmuşdur düzgünlüklə -  


Bağdadı da dolandıran onun bollu qidasıdır. 
 
“Ülviyyətin anası”na qədim Azərbaycan mədəniyyətinnn incilərini özündə 
saxlayan bir diyara, İ.Nəsiminin, S.Ə.Şirvaninin, M.Ə.Sabirin, M.Hadinin, 
A.Səhhətin doğulduğu bir torpağa Səməd Vurğunun necə ola bilər ki, yolu 
düşməsin? 
Böyük şair “Bakının dastanı”nda, başqa şer və poemalarında da “şerli 
Şirvan”dan dönə-dönə söhbət açır. Elə bu fikirlərin özü məndə qəti bir inam 
yaratmışdı; xalq şairi Səməd Vurğun Şamaxıda olub. 
...Mustafa Abbas oğlu İsrafilbəyov Şamaxı rayon yol şöbəsinin müdiri 
vəzifəsində çalışır. O, qırx yeddi illik əmək fəaliyyətində fəxri yol işçisi adına 
layiq görülüb. Altı dəfə Şamaxı şəhər Sovetinə deputat seçilib. Səməd Vurğunla ilk 
dəfə 1947-ci ilin mart ayında görüşüb. Şairin Şamaxıda ilk tanışı və sonralar ən 
yaxın dostu olub. Mustafa əmi ucaboylu, sarışın, arıq bir adamdır. Şamaxıda 
uşaqdan da soruşsan ki, burda Səməd Vurğunun dostu kimdi? Dərhal “Mustafa 
bəy” (Şamaxıda hamı onu belə çağırır - Ş.N.). deyə cavab verərlər. Mustafa əmi ilə 
bir neçə görüşdən və söhbətdən sonra şairin məhz ilk tanışlıqdan onunla niyə bu 
qədər yaxın dost olduğunu müəyyən etdim. 
“Arvad oldu, kişi oldu, abır-həyasını gözləyirsə, yaxşı insandır”, - deyən 
Səməd Vurğun uşaq kimi utancaq, təmiz söz danışan, həssas qəlbli, olduqca gözəl 
bir insanla necə də dost olmayaydı? 
...İlk dəfə Ulu düzünə ova getdik. Ovdan qayıdanda Səməd maşını Şamaxı 
döngəsində saxlatdırıb üzünü mənə tutdu: 
- Hə, Mustafa bəy, sən düş get evinə, biz birbaşa Bakıya qayıdırıq, - dedi. 
Nə qədər təklif elədim, evə gəlmək istəmədi. Maşından düşəndə eşitdim ki, 
Səməd deyir: 
- Allahyar (Allahyar Cavanşir şairin ov dostlarından biri idi - Ş.N.), bir 
pürrəngi çay olsaydı, içərdik. 
Mən heç nə demədən tez qayıdıb maşına oturdum. 
- Nə oldu, niyə qayıtdın? 
- Yox, - dedim, - qardaş, məni gəlib qapımdan götürmüsən, apar oraya da 
qoy. 
Səməd bığaltı gülümsündü. Heç nə demədi. Deyəsən, açıq və cəsarətli 
danışmağım onun xoşuna gəlmişdi. Arada Andreyin qulağına pıçıldadım ki, düz 
bizim həyətə sür. Qapıya çatanda: 
- Ay Səməd, - dedim, - kişinin qapısına gəlib çörəyini kəsməmək, igidi 
namərd əlində öldürmək deməkdir. 
Səməd yoldaşlarına: 
- Düşün, - dedi,- bu Şamaxı bəyi bizi qabaqladı. 
Səməd bizim evə ilk dəfə belə gəldi.  
Bundan sonra şair ildə  iki-üç dəfə Şamaxıya gələrmiş. 
Dayanacaq yeri ancaq Mustafa əminin evi olub. Mustafa əmi deyir ki, 
Səməd çox vaxt obaşdan darvazanı döyərdi - səhər saat dörd-beş radələrində, 
deyərdi: 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə