“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə17/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

35

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

Mir Əsәdulla Mirqasımov 1883-cü ilin

17 no yabrında dünyaya göz açıb.  Atası Mir Əlәs -

 gәr ağa mәdrәsәdә әrәb, fars dillәrindәn vә

ilahiyyatdan dәrs deyib. Onun  Mir Əsә dul -

lanın gәlәcәyi ilә bağlı böyük ümidlәri olub.

İstәyib ki, böyük oğlu dini savad alsın, şeyxül -

is lamlıq mәrtәbәsinәdәk yüksәlsin. Bu mәq -

sәdlә onun mәdrәsәdә tәhsil almasını istәyib.

Balaca Mir Əsәdulla öz ağlı, zәkası ilә tezliklә

oradakı ülәmaları da ümidlәndirib. İti hafizәsi

sayәsindә  ülәmalarının  verdiyi  tap şı rıq ları  tez

mәnimsәyib. Dil öyrәnmәk qabiliy 

yәti dә

güclü olub. Ərәb vә fars dillәrini mә nim sәmәklә



yanaşı, sonralar dünyәvi elm lәrә dә maraq

göstәrmәsi onu rus dilini öy rәnmәyә vadar

edib. Əslindә, Mir Əlәsgәr ağa da mәh dud

savad almağın tәrәfdarı olmayıb. O özü hәm

dә Şәrq mәdәniyyәti vә poezi yasının, riyaziy -

yat vә astronomiyanın bilicilә 

rindәn idi. Bu

sәbәbdәn  oğlunun  rus  gim  na zi yasında  oxu -

ma sına razılıq vermirdi. Bunları yaxşı başa

düşәn 13 yaşlı Mir Əsәdulla atasından xәlvәt

gimnazi yaya gedib. Tezliklә rus dilindә danış -

mağı, yazmağı da öyrәnib. Orada dәrs deyәn

alman pastorunun kömәyi ilә gimnaziyaya

daxil olub. Bu qәrarının ailәsi, qohumları tәrә -

findәn kәskin etirazla qarşıla nacağını, atasının,

bәlkә, әn sәrt tәdbirlәrә әl ata ca ğını nәzәrә alıb,

ancaq fikrindәn dönmәyib. 

O, evdәn gimnazist geyimindә çıxa bil -

mәzdi. Ona görә dә bir dükançı ilә danışıb.

Dükançı ona bir az pul verib. Hәr gün mәdrә -

sәdәn çıxanda dükanda gimnazist paltarını

Azәrbaycan Respublikasının Prezidenti İlham Əliyev Akademik Mir Əsәdulla

Mirqasımovun 130 illik yubileyinin keçirilmәsi haqqında sәrәncam imzalayıb. 2013-cü ilin

noyabr ayında Azәrbaycan Respublikası Elmlәr Akademiyasının ilk prezidenti, tanınmış

ictimai xadim, ilk azәrbaycanlı alim-cәrrah, tibb elmlәri doktoru, professor, әmәkdar elm

xadimi, akademik Mir Əsәdulla Mir Əlәsgәr oğlu Mirqasımovun anadan olmasının 130

illiyi tamam olub.

Mir Əsәdulla Mirqasımov Azәrbaycanda müasir tibb elminin vә ali tibb tәhsilinin

әsasını yaradanlardan biri olaraq özünün mәktәbini formalaşdırıb, respublika Elmlәr

Akademiyasının prezidenti kimi elmin tәşkili işinә dәyәrli töhfәlәr verib.

Azәrbaycan Respublikası Prezidentinin imzaladığı sәrәncama әsasәn ölkәmizdә elmin

inkişafında vә onun nailiyyәtlәrinin tanıdılmasında, elәcә dә yüksәkixtisaslı elmi-pedaqoji

kadrların hazırlanmasında mühüm xidmәtlәri olan akademik Mir Əsәdulla Mirqasımovun

130 illik yubileyi keçirilәcәk. Bu mәqsәdlә Azәrbaycan Milli Elmlәr Akademiyasına Sәhiyyә

Nazirliyi vә Tәhsil Nazirliyi ilә birlikdә akademik Mir Əsәdulla Mirqasımovun 130 illik

yubileyinә hәsr olunmuş tәdbirlәr planını hazırlayıb hәyata keçirmәk tapşırılıb.



geyinib, furajkasını başına qoyub gimnaziyaya

gedib. Qayıdanda yenә dükana baş çәkib,

paltarını dәyişib. Bir müddәt belә davam edib.

Ancaq bir gün sirrin üstü açılıb. Onu tәsa dü -

fәn küçәdә gimnazist geyimindә görәn әmisi

bu xәbәri Mir Əlәsgәr ağaya yetirib. Gәlәcә -

yinә ümidlә baxdığı, böyük din xadimi görә -

cә yinә inandığı oğlunun bu hәrәkәti Ağa üçün

zәrbә olub. «Mәnim bundan sonra Mir Əsә -

dulla adlı oğlum yoxdur, o kafirdir», – deyib.

Rus gimnaziyasında oxumaqla onun prinsip -

lәrinә qarşı çıxan oğlunu cәzalandırıb. Onu

evdәn qovub. Mir Əsәdulla Mirqası movun oğlu

Oqtay Mirqasımovun dediklә rindәn: “Atam

mәhrumiyyәtlәr çәksә dә, fikrindәn daşınma -

yıb. Şagirdlәrә әrәb vә fars dillә rindәn dәrs

deyib pul qazanıb. Hәm özünü dolandırıb,

hәm dә tәhsilini davam etdirib”. Mәktәbi başa

vurduqdan sonra hәkim olmaq arzusu ilә

Rusi yaya yollanan Mir Əsәdulla 1908-ci ildә

Odessada  Novo rossiysk  Univer sitetinin  tibb

fakültәsinә daxil olub. Tәkcә universitetdәki

dәrslәrin, tibbi biliklәrә yiyә lәnmәyin qayğı -

sına qalmayıb. Dolanışıq qay ğıları onu ağır

işlәr görmәyә vadar edib. Hәtta bir il universi -

tetdә tәhsilinә ara vermәli olub. Akademik

mәzu niyyәt götürüb. Sakit okeanda balina -

ovlayan gәmidә feldşer işlәyib. Çox әzablara

qatlaşıb. Sanki hәyat arzularına yet mәk yolunda

mübarizә aparan Mir Əsәdulla Mirqasımovun

iradәsini sınağa çәkib. O bu imtahandan üzü -

ağ çıxıb. Qasırğaya düşüb, tufanlar görüb. Bir

dәfә içәrisindә olduğu gәmi qәzaya uğrayıb.

İki ay açıq dәnizdә olublar. Aclıq, susuzluq

çәkiblәr. Bәxtlәri gәtirib, sağ qalıblar. Balı qov -

layan gәmidә işlәdiyi vaxt  xeyli pul qazanıb.

Odessaya qayıdaraq tәhsilini davam etdirә

bilib. 1913-cü ildә hәkimlik diplomu alıb.

1916-cı ilәdәk Yevangelik xәstәxanasında

cәrrah kimi fәaliyyәt göstәrdikdәn sonra Ba -

kıya qayıdıb. 12-ci hәrbi xәstәxanada işә qәbul

olunub. 1918-ci ildә şәhәr xәstәxa nasında hә -

kim lik fәaliyyәtini davam etdirib. 

1921-ci ildә artıq Mir Əsәdulla Mirqasımov

37 yaşı haqlamışdı. Başı xәstәxanadakı işlәrinә

qarışsa da, arabir köhnә dostları, tәlәbә yol -

daşları ilә görüşmәyi unutmayıb. Onlardan biri

dә tәlәbә yoldaşı Əbülfәs bәy idi (tanınmış

pediatr, alim Əbülfәs Qarayev). Mir Əsәdulla

Mirqasımov bir gün yenә onun evinә gedәndә

orada on beş-on altı yaşlı bir qız görüb. Əbül -

fәs bәyin iki-üç yaşlı oğlu Qaranı (sonra lar

mәşhur bәstәkar kimi tanınan Qara Qarayev)

qucağında tutmuş qızın başı uşaqla oynamağa

qarışıbmış. Gәnc, gözәl qıza elә ilk baxışdan

vurulan Mir Əsәdulla onun dostu Əbülfәs

bәyin kiçik baldızı Ceyran xanım olduğunu

öyrәnib. Qızla evlәnmәk istәdiyini әvvәlcә

dostuna söylәyib. Qalıb qızın valideynlәrinin

xeyir-duasını almaq… 

Qız әsilzadә bir ailәnin övladıydı. Atası

İsgәndәr bәy Axundov tanınmış vәkil idi. Anası

Züleyxa Bayramәlibәyova rus gimnazi yasını

bitirmişdi. Ceyran xanım özü dә gimnaziyada

tәhsil almışdı. Bu cәsarәtinin belә bir ailәdә

qınaqla qarşılanmayacağını düşünüb vә özü

qızın atasına elçilik edib. Hәqiqәtәn dә, onun

bu cürәti İsgәndәr bәyin xoşuna gәlib. Üstәlik,

Mir Əsәdulla Mirqası mo vun nә qәdәr ali -

cәnab, ziyalı olduğunu görüb, onun bu qeyri-

adi addımını rәdd etmә 

yib. Deyib: «Sizin

olduqca lәyaqәtli adam olduğunuza şübhә

etmirәm. Ancaq son sözü qızım söylәmәlidir», –

deyәrәk öz razılığını verib. Bacısıgildә gör -

düyü yaraşıqlı hәkimә laqeyd olmayan gәnc

qızdan da «hә» cavabı gәlib. 

Ailә qurduqdan illәr sonra Ceyran xanım

Azәrbaycan Dövlәt Universitetinin filologiya

fakültәsindә tәhsil alıb. O zaman artıq üç oğul

anası idi. Mir Əsәdulla Mirqasımov da o

illәrdә hәm hәkim, hәm dә alim kimi fәaliyyәt

göstәrәrәk bir sıra mütәrәqqi, zamanı üçün

inqilabi tәdqiqatlar aparıb, elmi işlәr yazmış,

eyni zamanda neçә-neçә xәstәni ağrılardan,

әzablardan, ölümdәn xilas etmişdi. 

Oğlunun rus gimnaziyasında oxuduğunu

öyrәnәndә onun kafir olacağını, Allahını dana -

cağını düşünәn atası görüb ki, tәlaşlanmaqda

haqlı deyilmiş. Onu bağışlayıb. 1924-cü ildә

bu dünyadan oğlunun tutduğu yoldan, hәyat

seçimindәn razı köçüb. 

Mir Əsәdulla Mirqasımov 1926-cı ildә ümu -

mi cәrrahlıq kafedrasının assistenti olduğu

zaman Almaniyaya elmi mәzuniyyәtә göndә -

rilib. 1927-ci ildә orada dissertasiya müdafiә

edib. Azәrbaycanda cәrrahlıq sahәsindә ilk

dәfә tibb elmlәri doktoru alimlik dәrәcәsi alıb.

Bakıya qayıdan  Mirqasımov 1927-ci ildә Azәr -

36

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə