“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə13/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   9   10   11   12   13   14   15   16   ...   39

27

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

Albert Kottonun ABŞ-ın dünya elminin

qәbul etdiyi mәşhur kimyaçı alimlәrindәn biri

olduğunu nәzәrә alaraq, onun bu müsa 

-

hibәsindә söylәdiyi fikirlәri oxucuların diqqә -



ti 

nә çatdırmaq istәyirik. Fikrimizcә, bu

mü  sa  hibәdә 

qaldırılan 

mәsәlәlәr 

elmin


inkişafı siyasәtini müәyyәn edәnlәr, elmi idarә

edәnlәr vә maliyyәlәşdirәnlәr, alimlәr vә alim

olmaq istәyәnlәr üçün xüsusilә vacibdir.

Albert Kotton haqqında qısa arayış:

Böyük alim 1930-cu ildә anadan olmuşdur.

U.T.Doerti-Uelç fondunun әmәkdar kimya

professoru, Texas A&M Universitetindә mole -

kul ların quruluşu vә kimyәvi әlaqәlәr labo -

ratoriyasının müdiridir. 1996-cı ildә dәrc

olun muş bu müsahibәsinә qәdәr 100 fәlsәfә

doktoru hazırlamışdır. Onunla 130 postdok vә

yüksәk ranqlı digәr әmәkdaşlar çalışıb. 1996-cı

ilә qәdәr 1270 elmi әsәri çap olunub. Onun әn

mәşhur dәrsliklәri aşağıdakılardır:

1. “Müasir qeyri-üzvi kimya” (C.Uil 

-

kinson ilә hәmmüәllifliklә). 1969-cu



ildә 3 cilddә rus dilinә tәrcümә olunub.

Bu dәrsliyin ingilis dilindә 500 000-dәn

çox nüsxәsi satılıb.

2. “Qruplar nәzәriyyәsinә kimyәvi әla -

vәlәr”. Onun kitabları 30 dilә tәrcümә

olunub.


3. Kottonun çoxlu sayda tәltiflәri var:

– Milli Elmlәr Akademiyasının üzvü;

–  Amerika  İncәsәnәt  vә  Elm  Akademi ya sı -

nın üzvü;

– London Kral Сәmiyyәtinin üzvü;

– Fransa vә Rusiya Elmlәr Akademiya 

-

larının, Avropa Akademiyasının üzvü;



– 1962-ci ildә Amerika Kimya Cәmiyyә -

tinin qeyri-üzvi kimya üzrә ilk medalına

layiq görülüb; 

– 1982-ci ildә “Milli elm medalı” ilә tәltif

olunub;

– 1990-cı ildә Milli Elmlәr Akademiyasının



kimya elmlәri sahәsindә mükafatına

layiq görülüb;

– 1994-cü ildә kimya sahәsindә Robert

A.Uelç mükafatına layiq görülüb.



– Hәyatınızın ilk illәri haqqında nә deyә

bilәrsiniz?

– Filadelfiyada doğulmuşam. Mәn  anadan

olandan iki il  sonra atam dünyasını dәyişdi

vә anam mәni tәk böyütmәli oldu. Böyük

repressiya vaxtı yaşayış çox ağır idi, amma

anam hәr şeyin öhdәsindәn  olduqca mәha -

rәtlә gәlirdi. Mәnim çox xoşbәxt uşaqlığım

olub. Mәn normal mühitdә böyüyür, küçәdә

uşaqlarla oynayırdım. Mәktәbdә nizam-

intizam baxımından hәmişә problemim olub.

Mәktәb olduqca asan olduğundan mәni tam

mәşğul edә bilmirdi. Kollecә daxil olanda bu

dәyişdi.



28

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013



– Kimya sizi nә ilә cәlb etdi?

– Mәn, yәqin ki, anadangәlmә kimyaçıyam.

Tәxminәn 8 yaşında mәn kimyәvi reaktivlәr

toplusu ilә oynamağa başlamışdım vә kim ya -

ya aid kitablar almaq üçün mütәmadi olaraq

kitab mağazalarına baş çәkirdim. Yaxşı yadım -

dadır, beşinci sinifdә oxuyanda hansısa inti -

zamı pozduğuma görә direktorun kabi netinә

dәvәt olunmuşdum.  Mәn kimyadan kitab oxu -

maqla gözlәmә vaxtımdan istifadә edirdim.



– Siz tәlәbәlәrinizi gәrgin işlә yüklәyirsiniz?

– Yox, amma mәn onları başa salıram ki,

çox vә mәhsuldar işlәsәlәr, onlardan razı qala

bilәrәm. Mәn laboratoriyaya tez-tez getmirәm,

amma onlara deyirәm ki, siz istәnilәn vaxt

mәnim yanıma gәlә bilәrsiniz. Əgәr onlar

mәnimlә söhbәtә ehtiyac duyurlarsa, mәnim

üçün onların yerinә yetirdiklәri işlәr haqqında

söhbәt etmәkdәn vacib işim yoxdur. Mәnim

әmәkdaşlarım hәmişә postdoklar olub. Onlar

tәkcә öz işlәri ilә deyil, hәm dә qruplarla

işlәyirlәr. Onlar tәlәbәlәrә әsas üsulları öyrә -

dir lәr. Mәnim qruplarımın sayı illәr boyu 10

nәfәrdәn 25 nәfәrәdәk olub.  Sayca tәlәbәlәr

vә aspirantlar postdoklardan iki dәfә çox

olurlar. Mәn özüm 1960-cı ildә Massaçuset

Texnologiya İnstitutunda dosent seçilәndәn

sonra laboratoriya işlәrini aparmağı dayandırdım.



– Mәn eşitmişәm ki, Siz tәlәbәlәrinizә

deyirsiniz ki, xırda problemi hәll etmәk

üçün әhәmiyyәtli problemi hәll etmәk qәdәr

güc lazımdır. Siz problemin әhәmiy yәtlili yi -

ni necә müәyyәn edirsiniz?

– Əvvәlcә icazә verin deyim ki, düz

eşitmisiniz. Tәkcә eyni güc yox, hәm dә eyni

miqdarda pul lazım olur, indi isә qrantlar

üçün pul çatmır. Əgәr bir neçә il işlәdikdәn

sonra siz qrantın sәmәrәliliyi üçün yüksәk

qiymәt almaq istәyirsinizsә, resenzentlәri

inandırmalısınız ki, siz nәsә әhәmiyyәtli iş

görmüsünüz.

– Sizin öz hәmkarlarınız arasında popul -

yar lığınız  varmı?

– Mәn bunu necә bilәrәm? Mәnim intellektә

görә özümә bәrabәr saydığım adamlarla heç

bir problemim olmayıb. Ağılsız saydığım

insanlarla isә hәmişә çәtin olub.

– Bir neçә il öncә siz Amerika Kimya

Сәmiy 

yәtinin sәdri vәzifәsinә keçirilәn

seçkilәrdә iştirak etmisiniz vә bәzilәri deyir -

lәr ki, bu ona bәnzәyirdi ki, siz öz namizәd -

liyinizi elmi tәşkilata yox, sanki hansısa

siyasi kampaniyaya irәli sürürdünüz...

– Bәzilәri belә dә düşünә bilәr, bunu şәrh

edә bilmәrәm. İcazә verin sizә danışım ki,

problem nәdә idi – nә üçün mәni seçmәdilәr.

Hәr şeydәn әvvәl, Amerika Kimya Cәmiy yәti -

nin müxtәlif kateqoriyalı üzvlәri var. Mәnim

kimi alimlәrdәn tutmuş doktorluq dәrәcәsi

olmayanlara qәdәr. Faktiki olaraq bu cәmiy -

yәtin üzvlәrinin yarıdan çoxunun doktorluq

dәrәcәsi yoxdur. Demәli, söhbәt alimlәrdәn

ibarәt bircinsli elektoratdan getmir.

Amerika Kimya Cәmiyyәti sәdrinin seçil -

mәsindә yazılmamış әnәnә mövcuddur (mәn

hesab edirәm ki, indi dә qalır). Sәdr növbә ilә

bir dәfә istehsalatda mәşğul olan adam, növ -

bәti dәfә “tәmiz” alim seçilir. Mәn nami zәd li yimi

irәli sürәndәn bir il әvvәl “isteh  sa lat  çılardan”

namizәdlәr var idi vә necә de  yәrlәr, onların

növbәsi idi. Amma çox adam, o cümlәdәn is -

teh 


salatda çalışanların da bәzilәri hәr iki

namizәddәn narazı idi. Vә onlar Fred Baso lo -

nunun namizәdliyinә daha çox inanır dı  lar.

Bu  sәbәbdәn  Fred  (Basolo  Amerika  kim  ya -

çısıdır – qeyd V.M.Abbaso vun dur) qalib gәldi.

Bu, Amerika Kimya Cәmiy yәtinә üzv olan,

lakin elmә çox da maraq gös tәrmәyәn vә bu

cәmiyyәti daha çox peşәkar hesab edәn

insanları olduqca mәyus etdi. Adamların çoxu

şurada iştirakı vә sәdrlik etmәyi özlәrinә peşә

sayırlar. Onları qıcıq 

lan 


dıran o idi ki,

akademik alim sәdrliyә gәldi. İkincisi, Fred




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə