“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə10/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

Вünya şöhrәti qazanmış gör -

kәmli yazıçı Çingiz Aytma tov XX

әsr bәdii düşün cәsinin vә ümu -

miy yәtlә, böyük әdәbiy yatın әn

qüdrәtli ustadlarından biri kimi

qәbul olunur. Çingiz Aytmatov

(1928–2008) dünya әdәbiyya tın -

da yeni nәsrin әbәdi yaşar yara -

dıcıları sırasına daxil olmuşdur.

Bu böyük sәnәtkarın adı Ernest

Hemin quey,  Markes,  Folkner,

Sol jenitsın, Elis Munro vә on lar -

ca başqaları kimi dünyada әsәrlәri әn çox oxu -

nan yazıçıların sırasında çәkilir. XX әsrin ikin ci

yarısında böyük әdәbiyyatda yeni tipli insan

obrazının formalaşdırılmasında vә tәşәk 

-

külündә Çingiz Aytmatovun әvәzsiz xidmәt -



lәri vardır.

Sovet rejiminin sәrt ideoloji tәlәblәrinә

baxmayaraq, Çingiz Aytmatov sadәcә әmәli,

işi ilә deyil, mәnәvi alәminin bütün zәngin -

liklәri, qәribәliklәri ilә yeni olan sadә insanı

ciddi bir әdәbiyyat hadisәsi sәviyyәsindә tәbii

şәkildә tәqdim etmәk vәzifәsini bacarıqla

hәyata keçirmişdir. Sovet dövründә Çingiz

Aytmatovun milli mövqeni, yeni insanı vә

bәşәri problemlәri böyük әdәbiyyat miqya sın -

da ifadә etmәklә yanaşı, hәm dә әsәrlәri vasi -

tәsilә nәşr etdirib dünyada yaya bilmәsi

sosia lizm dövrünün möcüzәlәrindәn biri idi.

Bәzi sovet yazıçıları kimi, Çingiz Aytmatov da

әsәrlәrindә әks etdirdiyi problemlәri bir qәdәr

gәrginlәşdirәrәk Nobel mükafatı alıb ölkәni

tәrk etmәk imkanını gerçәklәşdirә bilәrdi.

Lakin Çingiz Aytmatov sosializm cәmiyyә -

tindә yaşayıb, hәm dә sovet gerçәkliyinin

sәdlәrini aşa bilәn böyük әdәbiyyat yarat ma -

ğın tәkrarsız nümunәsini göstәr miş dir. Hәtta

bәzi Nobel mükafatı laureatları ilә müqa yi -

sәdә Çingiz Aytmatovun әsәrlәrindә dәrin

hәyati proseslәr siyasi motivlәrdәn daha çox -

dur.

Çingiz Aytmatov Nobel mükafatı sәviyyә -



sindә yazıb-yaradan vә Sovetlәr İttifaqında

qalıb yaşamağı bacarmış qüdrәtli dünya

yazıçısı idi. Fikrimcә, bu mәnada Nobel müka -

fatı almamış Çingiz Aytmatovun xidmәtlәri

bu böyük beynәlxalq mükafatın laureatların -

dan heç dә az deyil. Dünyanın digәr görkәmli

yazıçılarının yaradıcılığına vә fәaliyyәtinә

kölgә salmadan, әksinә, onlardan hәr birinin

әsәrlәrinә obyektiv şәkildә yüksәk qiymәt

vermәklә, hәm dә bu qәnaәtdәyәm ki, Çingiz

Aytmatovun yaradıcılığı ilә dünya әdәbiy -

yatının yeni standartı meydana çıxmışdır. XX

әsrin әvvәllәrindә әdәbiyyatda meydana çıx -

mış kiçik insanı hәr yazıçı öz ölkәsindә, Çingiz

Aytmatov isә dünya әdәbiyyatı miqyasında

böyük әdәbiyyatın әsas obrazına çevirә bil -



21

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




miş dir. Bәlkә dә, nә vaxtsa dünyanın bu tipli

әdәbiyyatı üçün dә yeni bir beynәlxalq müka -

fat – Çingiz Aytmatov mükafatı da tәsis edilә -

cәkdir.


Çingiz Aytmatovun әsәrlәrindә vә baxış -

larında milliliklә bәşәrilik vәhdәt halın dadır.

Milliliklә bәşәriliyin dahiyanә harmo 

ni 


yası

Çingiz  Aytmatov  sәnәtinin  özünә  mәx sus lu -

ğunu müәyyәnlәşdirir. Millilik vә bәşәriliyin

dialektik әlaqәsi vә üzvi sintezi Çingiz Aytma -

tovun ümumdünya tarazlığı modelinin әsas

dayaqlarını tәşkil edir. Çingiz Aytmatov әdә -

biy yatda insanı milli varlığı vә bәşәri dәyәri

ilә vәhdәtdә tәqdim etmәyi zәruri saymış vә

yaradıcılığını bu harmoniya üzә rindә taraz -

lamışdır. Çingiz Aytmatovun yaradı cılığında

millilik amili, ümumtürk ruhundan, qırğız

etnik düşüncәsindәn doğan vә qlobal dün -

yanın hadisәsi sәviyyәsindә ümumilәş dirilәn

yüksәk vә dәrin insani keyfiyyәtlәr şәklindә

tәzahür edir. Belәliklә, Çingiz Ayt ma tovun

yaradıcılığında ayrılıqda götürül 

müş bir

obrazın vә ya xalqın timsalında bütov lükdә



bәşәr övladı üçün әhәmiyyәtli olan prob 

-

lemlәrin ümumilәş dirilmәsi kimi mәsuliyyәtli



vә şәrәfli vәzifә özünün orijinal bәdii hәllini

tapmışdır. Dünya әdәbiyyatında milli ilә bәşә -

rinin vәhdәtini әks etdirmәk yeni hadisә ol -

masa da, bu sahәdә Çingiz Aytmatov öz

modelini yaratmışdır. Çingiz Aytmatovun

yaradıcılığında milli vә bәşәri anlayışlarını

geniş mәnada insanlıq düşüncәsi birlәşdirir.

Çingiz Aytmatov әsәrlәrindә hәm dә özünü,

millәtini vә dünyanı qavramış yazıçı mәnәviy -

yatını da ifadә etmişdir. Tanınmış türk alimi,

professor Ramazan Qorxmaz doğru olaraq

yazmışdır ki: "Çingiz Aytmatov Simurq quşu

kimi hәm bütün insanlarda özünü, hәm dә

özündә bütövlükdә insanlığı duymağa çalı -

şır". Belәliklә, zәngin vә dәrin yazıçı dünyası

milli düşüncә ilә bәşәri qavrayışı özündә

cәmlәşdirir. Bu mәqamda Çingiz Aytmatov

özü dә geniş mәnada әsәrlәrindәki milli vә

bәşәri düşüncәlәrin rәmzinә çevrilir.

Bundan başqa, Çingiz Aytmatovun ümum -

 dünya tarazlığı modelinin daha bir özünәmәx -

sus 


luğu da bu dahi sәnәtkarın dünyadakı

problemlәri qan tökmәk, müha ribәlәrә tәkan

vermәk yolu ilә deyil, mәdәniy yәti, әdәbiyyatı

ön mövqeyә çәkmәk üsulu ilә hәll etmәyә

hesablanmış dahiyanә çağırışları idi. Çingiz

Aytmatovun 20 il әvvәl meydana çıxmış

"Müharibә kultunun yerinә mütlәq mәdә 

-

niyyәt gәlmәlidir" – çağırışı bu gün dünәn -



kindәn dә aktual sәslәnir. Millilik vә bәşә ri liyin

Çingiz Aytmatov modeli insanlığa әdalәt,

sülh, birlik vәd edir.

Göründüyü kimi, Çingiz Aytmatov Asiya

ağırlıqlı vә Avropa meyilli yazıçıdır. Böyük

sәnәtkarın yaradıcılığında milli varlığın ifa -

dәsi ilә bәşәri meyarların vәhdәti Asiya vә

Avropa düşüncә miqyasları hüdudlarında öz

hәllini tapır. Qırğız hәyatının timsalında tәq dim

olunan Asiya gerçәkliyi vә Avropa dü şün  cәsi

әsasında әdәbi-bәdii yanaşmalar onun yara -

dıcılığında üzvi sintez halında ifadә olu nur.

Çingiz Aytmatov öz әsәrlәrindә milli dәyәr lәrlә

bәşәri düşüncәnin ideal balansını tap mışdır.

O bütün köklәri, nәbzi, qayәsi eti ba rilә ümum -

türk tәfәkküründәn, qırğız ruhundan doğan

dahiyanә bәdii әsәrlәrindә әsas ideyanı ifadә

edәrkәn nümayiş etdirdiyi cәsarәt, ümid bәs -

lәdiyi gәlәcәk mәnasında hәm doğma xalqına

vә hәm dә ümumiyyәtlә, insanlığa şәrәflә xid -

mәt etmişdir.

Çingiz Aytmatovun Asiya düşüncәsinin

ana xәtlәri mәnsub olduğu qırğız xalqının

taleyinin vә mәnәvi dünyasının әsasında for -

malaşdırdığı dәrin hәyat fәlsәfәsindә vә ümu -

milәşdirmәlәrindә әks-sәda tapır. O, qırğız

ellәrinin vә çöllәrinin ruhunu bütün reallıqları

vә özünәmәxsusluqları ilә böyük әdәbiyyatda

canlandırmaqla bütövlükdә Orta Asiya

coğrafiyasının ümumilәşmiş obrazını yarat -



22

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə