“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə12/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   8   9   10   11   12   13   14   15   ...   39

Azәrbaycan Çingiz Aytmatovun әsәrlәrindә

әks etdirdiyi ideyaların, tarixi-mәnәvi proses -

lәrin tale ortağıdır. Dünya әdәbi-ictimai fikri -

nin qüdrәtli tәmsilçisi, qırğız әdәbiy yatının

görkәmli klassiki Çingiz Aytmatovun әsәrlәri

Azәrbaycanda ana dilindә yazılmış bәdii әdә -

biyyatın әn qiymәtli nümunәlәri kimi oxunur.

Çingiz Aytmatovun, demәk olar ki, bütün

әsәrlәri Azәrbaycan xalqının dәyәrli mәnәvi

sәrvәtinә çevrilmişdir. Bakıda 2008-ci ildә

keçirilmiş Çingiz Aytmatov hәftәsi xalqları -

mızın vә әdәbiyyatlarımızın qardaşlı 

ğının,

ölkәmizdә böyük sәnәtkara bәslәnilәn xüsusi



ehtiramın daha bir hadisәsi olmuşdur. Vaxtilә xalq

şairi Bәxtiyar Vahabzadәnin Çin giz Aytma -

tovdan "qan qardaşı" kimi söz aç ması bütöv -

lükdә Azәrbaycan xalqının böyük yazıçıya

bәslәdiyi ümumxalq ehtiramını ifadә edir.

Bәxtiyar Vahabzadә böyük qürurla yazırdı ki:

"Aytmatov, hәr şeydәn öncә, mә nim qan qar -

daşımdır. O, qırğız torpağının әli qәlәm tutan

Batır Manası olmaqla yanaşı, hәm dә bütün

türk dünyasının üzünü ağ edәn XX әsrin

klassikidir... Aytmatov qәlәminin sehri, ecazı

dünya әdәbiyyatına misilsiz incilәr bәxş edib...

Çingiz Aytmatov mәnim üçün yaş hәddinә

sığmayan, әsәrlәri ilә çoxdan әbәdiy 

yәtә

qovuşan sәnәt cәngavәridir".



Dәfәlәrlә ölkәmizdә olmuş Çingiz Aytma tov

Azәrbaycan xalqı vә mәdәniyyәti haq qında

qiymәtli  fikirlәr  söylәmişdir.  O,  Azәr   bay canın

böyük demokrat yazıçısı Cәlil Mәmmәdqu -

luzadәnin yaradıcılığını yeni nәs rin mühüm

hadisәsi kimi dәyәrlәndir mişdir. Çingiz Aytma -

tovun qüdrәtli Azәrbay can yazı çısı Cәlil Mәm -

mәd quluza dәnin  dünya  әdәbiy yatındakı  yeri

vә yaradı 

cılığındakı novatorluq barәsindә

1967-ci ildә deyilmiş aşağıdakı fikir lәri yazıçı

tәәssüra tın dan çox mütәfәkkir bir şәxsiyyәtin

dәrin düşüncәsini aydın şәkildә ifadә edir:

"Müasir dövrdә milli әdәbiyyat ların, xüsusәn

dә bәdii nәsrin inkişafında Cәlil Mәmmәd qu -

lu zadә  yaradıcı lığı nın  әhәmiyyә tini  dәyәrlәn -

dirmәmәk müm kün deyildir. O, türk xalqları

әdәbiyyatında realist nәsr mәktә binin әsasını

qoymuşdur. Böyük sәnәtkar hәm dә alovlu

satirik, mü kәm mәl ruhlu yazıçı vә sosioloq

kimi dә çıxış edir. O bütün hallarda yenilәş -

mәyә nail ola bilmişdir".

Qeyd etmәk lazımdır ki, XX әsrin әvvәl -

lәrindә bәdii nәsr sahәsindә görkәmli Azәr -

baycan yazıçısı Cәlil Mәmmәdquluza dә nin

gös tәrdiyi hünәri keçәn yüzilliyin ikinci yarı -

sından sonra özünәmәxsus cәsarәt vә uzaq -

görәnliklә böyük qırğız әdibi Çingiz Aytma tov

nümayiş etdirmişdir. Nәticә etiba rilә Molla

Nәsrәddin tәxәllüsü ilә böyük şöh rәt qazan -

mış Cәlil Mәmmәdquluzadә vә Manasın

böyük oğlu olaraq qәbul edilmiş Çingiz Aytma -

tov dünyada yeni nәsrin böyük qurucuları

kimi dәrin iz qoymuşlar.

Çingiz Aytmatovun Azәrbaycan yazıçıla -

rından Mirzә Fәtәli Axundzadә, Sәmәd Vur -

ğun, Rәsul Rza, Bәxtiyar Vahabzadә, Anar vә

başqalarının yaradıcılığına verdiyi yüksәk qiy -

mәt Azәrbaycan әdәbiyyatında gedәn mü hüm

dәyişikliklәrin fonunda yaranan böyük әdәbiy -

yatın obyektiv şәkildә dәyәrlәndi ril mәsi ilә

yanaşı, hәm dә әdәbiyyatımızın geniş miq -

yasda tәqdim olunmasına da xidmәt etmişdir.

Qüdrәtli sәnәtkarın xalq şairi Bәxti yar Vahab -

zadә, xalq yazıçısı Anar, Şahmar Əkbәrzadә,

Hidayәt, Hüseynbala Mirәlәmov, Cәmil Əlibә -

yov vә başqaları ilә dostluğu xalq larımız ara -

sın dakı çoxәsrlik әlaqәlәrin yeni mәrhәlәsini

tәşkil edir. Azәrbaycanın xalq yazıçısı Anar

çox haqlı olaraq yazır ki, Çingiz Aytmatovla

"biz dә qürur duyuruq". Türk xalqlarından hәr

biri Çingiz Aytmatovu öz xalqının doğma

yazıçısı olaraq qәbul edir. Çingiz Aytmatov

dünyada oxşar talelәri yaşayan, insan, zaman,

cәmiyyәt vә gәlәcәk haqqında eyni düşüncәdә

olan xalqların hamı sının yazıçısıdır.

Görkәmli dövlәt xadimi Heydәr Əliyevin

böyük siyasәtdәki yeri vә xalqına xidmәtlәri

haqqında Çingiz Aytmatovun aşağıdakı fikir -

25

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




26

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

lәri keşmәkeşli bir epoxanın fonunda qüdrәtli

bir şәxsiyyәt barәsindә roman sәviyyәsindә

ifadә olunan dәrin mәnalı ümumilәşdirmәlәr

kimi sәslәnir: "Heydәr Əliyev, hәqiqәtәn dә,

tarixi, hәtta әfsanәvi bir şәxsiyyәtdir. Bu, sovet

dövründә dә belә idi, bugünkü MDB mәka -

nın da, xeyli çәtinlәşmiş müasir dünya şәraitin -

dә dә belәdir. Heydәr Əliyev hәr zaman

xal qının xidmәtindә olmuşdur.

Heydәr Əliyev onun yaşıdlarının vә hәtta

ondan cavan olan bir çox siyasi xadimin

bacarmadığı xüsusiyyәti – müasir dövrün әn

aktual çağırışlarına hazır olmağı nümayiş

etdirә bilmişdir. Mәhz Heydәr Əliyevin

zәngin tәcrübәsinin vә humanitar dünya

görüşünün genişliyi nәticәsindә indi Azәrbay -

canda sabitlik, tolerantlıq, mәdәniyyәt,

maarifçilik hökm sürmәkdәdir. Bütün bunlar

isә Azәrbaycan dövlәtinin müasir inkişafını vә

tәrәqqisini tәmin edәcәk әsas amillәrdir!"

Eyni zamanda Azәrbaycan xalqının ümum -

milli lideri Heydәr Əliyev dә böyük yazıçı vә

ictimai xadim Çingiz Aytmatovun şәxsiyyә ti nә

vә xidmәtlәrinә yüksәk qiymәt vermişdir:

"Dünya әdәbiyyatı xәzinәsinә gözәl әsәrlәr

bәxş etmiş Çingiz Aytmatov hәm Qırğızıs -

tanın, hәm dә bütün türk dünyasının fәxridir".

Azәrbaycan Respublikasının Prezidenti

İlham Əliyevin 2008-ci ildә dünya şöhrәtli

yazıçı Çingiz Aytmatovu "Dostluq" ordeni ilә

tәltif etmәsi bütövlükdә bu böyük söz

ustadına, onun ölmәz sәnәtinә Azәrbaycanda

verilmiş yüksәk qiymәtlә yanaşı, hәm dә

bәslәnilәn ümumxalq ehtiramını әyani şәkildә

ifadә edir. Prezident İlham Əliyevin 25 fevral

2008-ci il tarixdә Bakıda "Dostluq" ordeninin

tәqdimetmә mәrasimindәki aşağıdakı fikirlәri

Çingiz Aytmatovun Azәrbaycana münasibә ti -

nin dәrin mahiyyәtini aydın surәtdә mәnalan -

dırır: "Siz hәmişә, bütün dövrlәrdә Azәr bay canın

dostu olmuşsunuz. Bu sovet dövründә dә belә

olub, ...müstәqillik dövründә dә... Çәtin

anlarda siz hәmişә әdalәtin, sülhün, әmәkdaş -

lığın tәrәfdarı kimi öz qәtiyyәtli sözünüzü

demi siniz".

Azәrbaycan teatrları Çingiz Aytmatovun

irsinә müraciәt etmişlәr. Böyük әdibin gör -

kәmli qazax yazıçısı Muxtar Şaxanovla birlik -

dә yazdığı әsәrlәr dә Azәrbaycan teatr

sәh nә sindә nümayiş etdirilmişdir. Cәlil Mәm -

mәd quluzadә adına Naxçıvan Dövlәt Dram

Teatrında 2013-cü ildә Çingiz Aytma tovun

"Gün var әsrә bәrabәr" romanı әsasında hazır -

lanmış "Manqurt" tamaşasının sәhnәyә çıxarıl -

ması ölkәmizin mәdәni hәyatında әlamәtdar

hadisә olmaqla bәrabәr, hәm dә milli-mәnәvi

özünüdәrk proseslәrinin daha da dәrinlәş mә -

sindә böyük әdibin qiymәtli irsindәn müxtәlif

formalarda istifadә әnәnә sinin davam etdiril -

mәsinә nümunәdir.

Çingiz Aytmatovun hәyatı vә yaradı cılı -

ğının elmi şәkildә tәdqiqi sahәsindә dә ölkә miz -

dә müәyyәn addımlar atılmışdır. Mәdә niy yәt

vә Turizm Nazirliyi tәrәfindәn nәşr edilmiş

mәqalәlәr vә xatirәlәr toplusu Azәrbaycan

aytmatovşünaslığının  ümumilәş di rilmiş  tәq -

di mat larından biridir. Son illәrdә yeni elmi

nәslin çap etdirdiyi kitablar, müda fiә olunmuş

dissertasiyalar Çingiz Aytma tov sәnәtinә elm

sәviyyәsindә  yanaş manın  uğurlu  başlan ğı -

cıdır. Bütün bunlarla bәrabәr, Çingiz Aytma -

tov vә Azәrbaycan mövzusu geniş vә sistemli

bir tәdqiqatın, әdәbi әlaqәlәr üzrә qiymәtli bir

monoqrafiyanın mövzusu ola bilәr.

Çingiz Aytmatovun böyük idealları vә

ölmәz әsәrlәri yeni dünyanın inkişafına, ölkә -

lәrimiz vә xalqlarımız arasındakı dәrin bağ lı -

lıq ların daha da möhkәmlәndirilmәsinә şә rәflә

xidmәt edir. Planetimizdә yeni dünya tәfәkkü -

rünün formalaşmasında mühüm rolu olan

Çingiz Aytmatovun ölmәz әsәrlәri vә idealları

hәmişә müasir cәmiyyәtin vә insan lığın yolla -

rına gur işıq salır.

İsa Hәbibbәyli,

AMEA-nın vitse-prezidenti, 

Milli Mәclisin deputatı, akademik



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə