“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

İnsandan əmələ gələn hər bir xəta onun

cəha lətindən qaynaqlanır. Hər bir dövrdə hansı

elmlər və sənətlər yayılıbsa, o elm və sənəti

öyrənmək lazımdır. Hansı dildə olursa olsun

o elmi öyrənmək vacibdir. Peyğəmbə rimizin

dediyi kimi: «Elm Çində olsa da, öyrənin».

(bax: Acluni, Kəşfü‐l Xəfa, 1/138; Beyhaqi,

Şuəbu`l‐İman, 1/254.)

İslam dinində qadınlar da kişilər ilə eyni

səviyyədə dini ehkamlar qarşısında bərabər

olduğuna görə, müqəddəs şəriətin sahibinə

görə, elm öyrənmək məsələsində də hər ikisi

bərabər səviyyədədir. Onun dediyi kimi: «Hər

bir müsəlman kişi və qadına elm öyrənmək

lazımdır». (Kuleyni, Üsul, 1/30; İbn Macə Mü ‐

qəd dimə, 17.) Elm ancaq dinin cüzi hökm ‐

lərindən ibarət deyil, necə ki, bu dövrdə xalqa

bundan başqa heç bir elm öyrədilmir. Әksinə,

əvvəlcə dini elmlər, ondan sonra bəşəriyyətin

məişəti üçün lazım olan elmlər öyrədilməlidir.

Məsələn, tarix, həndəsə, coğrafiya, riyaziyyat,

astronomiya elmləri. Qurani‐Şərifdə bu elmlərin

hamısının öyrənilməsi üçün açıq‐aşkar ayələr

mövcuddur. Fəqihlər öz kitablarında miras‐

dan bəhs edəndə riyaziyyata əsaslanırlar, hal‐

buki bu dövrdə elm dalınca gedən tələbələrin

əksəriyyəti riyaziyyatdan bixəbərdirlər. Habelə

namaz ehkamında fəqihlər qiblədən bəhs

edəndə astronomiyaya əsaslanırlar, amma bu

dövrdə fiqh müəllimləri və tələbələr tədris

vaxtı qibləni təyin mövzusuna çatanda ustad

və tələbələrin hamısı aciz və çaşqın qalırlar, bir

bölgənin en və uzunluq dairələrini o bölgənin

yer səthinə aid hesab edib, bölgənin hüdudla ‐

rını onun en və uzunluq dairəsi hesab edirlər.

Tarix elmi isə dəyərli bir elmdir. Qurani‐

Şərifdə tarix elmindən də bəhs edilir. Amma

islam ümmətinin alim və tələbələri belə bir

elmdən bixəbər qalıblar. Keçmiş dövrlərdəki

alimləri araşdıran şəxslərə gizli deyil ki, onlar

bütün bu bəhs edilən elmlərə agah olub, bu

sahədə kitablar da yazıblar.

Qurani‐Şərifin uca mətləbləri zülmət pərdə ‐

sinin arxasında qaldığına görə İslam ümmə ‐

tinin içində cəhalət yayılıb, müsəlman lar öz

həvəs və nəfslərinə tabe olub, hər kəs özü üçün

İslamda bir yol seçib və onların arasın dan ədalət

və insaf yox olub, zülm açıq‐aşkar yayılıbdır.

Әmirəl‐möminin Hz.Әli (ə.s) hər bir elmə

sahib olmaqdan başqa, riyaziyyat elminə də

agah idi. Bir gün o cənab ayağını üzəngiyə

qoyanda riyaziyyat elminə agah olan bir yəhudi

soruşdu ki, ya əmirəl‐möminin, o hansı ədəddir

ki, onun bölünməsi 9‐da biri qədər olsun (yəni

onun yarısı və 3‐dən biri, 4‐dən biri, 5‐dən biri,

6‐dan biri, 7‐dən biri, 8‐dən biri, 9‐dan biri, 10‐dan

biri olsun)? O cənab elə ayağı üzəngidə ola‐ola

buyurdu: «Həftənin günlərini bir‐birinə vur, o

saydan ilin günlərinə hasil olan rəqəm sənin

cavabındır». O cənab bu sözü buyurub, atına

minib yola düşdü. Ondan sonra yəhudi gedib

hesabladı və cavabın doğru olduğunu gördü.

(Әgər o hesabı burada qeyd etsəm, uzunçuluq

olub, əsl mətləbdən çıxmış olarıq. Kitabın

mövzusundan başqa  bir mətləbə qarışmaq

gözəl bir şey deyildir.) Dünya və axirət səadəti

ancaq elmlə mümkün dür. Elm öz sahibinə

ancaq şərəf verər. Әgər Qurani‐Şərifin ayələrini

bir‐bir mülahizə eləsən, görərsən ki, elmin

ucalağına və elm sahibinin fəzilətinə, ona zinət

verənin elm olduğuna necə dəlildir. Zülmət və

cəhalət vadisindən xilas olmaq, maarif

aləminin zirvələrində yer almaq insanın öz

əlindədir. Dinin zahiri və batininin ilk

mərtəbəsi Allah‐taalanı bilməkdir və bu da

ancaq elm yolu ilə mümkündür.

Məqaləni Həzrəti Peyğəmbərin (s.ə.s) «Uşaq ‐

lıqda öyrənilən elm daş üzərindəki yazıya,

qocalıqda öyrənilən elm su üzərindəki yazıya

bənzəyir» ilahi kəlamı ilə bitiririk.



Professor, Şeyxülislam 

Hacl Allahşükür PAŞAZADӘ,

Qafqaz Müsəlmanları İdarəsinin Sədri

33

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Çox qəribədir. Dünyanın ən nüfuzlu insan ‐

larının yüksək arzularından biri dünyanın ən

mötəbər mükafatına – Nobel mükafatına layiq

görülməkdir. Bu halda Sartrın imtina qərarı,

doğrudan da, qəribədir. Bu qəribəliyin izahını

tapmaq üçün Jan Pol Sartr şəxsiyyətinə bax‐

maq, onun baxışları, yaşam məntiqi, elmi dün ‐

ya görüşü, özünə yanaşma mədəniyyəti, əqi də sinə

sadiqliyi ilə tanış olmaq lazımdır. 

2005‐ci ildə bütün ədəbiyyat dünyası eyni

vaxtda fransız yazıçısı və filosofu Jan Pol Sartrın

iki ildönümünü qeyd etdi: anadan olmasının

100 illiyi və ölümünün 25 illiyi.

Filosof, yazıçı və ictimai xadim kimi Sartr

müasir Qərb mədəniyyətinə böyük təsir gös ‐

tərmişdir və göstərməkdədir. Sağlığında ateist

ekzistensialistin yaradıcısına olduqca müxtəlif

baxışlardan yanaşılırdı. Düşmənləri onu «ya ‐

lançı peyğəmbər» ekzistensializmini «ruhun xəs ‐

təliyi» adlandırır, hesab edirdilər ki, yazıçı

«ədə biyyatın qəbir qazanıdır», «Fransanı ləkə ‐

ləyir və gəncliyi pozur», onun  maşınka sını «gore şən»

kimi qiymətləndirirdilər. Jurnalist Per Brisson

deyirdi: «Sartrın ruhunu xilas etmək üçün onu

Parisin Müqəddəs Ana kilsəsinin girəcəyində

yandırmaq lazımdır. Fransa Әlcə zairdə müs ‐

təmləkəçilik mühari bəsi apardıqda (1956 – 1962‐ci

illər) Sartr Әlcə zair Milli Azadlıq Cəbhəsi tərəf ‐

dən çıxış etmişdi. O vaxt Parisdə millətçi nü ‐

ma yiş keçi ril mişdi: tələb Sartrı güllələmək idi.

Gizli hərbi təşkilat iki dəfə onun mənzilini

partlatmışdır.

Amma başqaları Sartrda «zəmanəmizin Vik‐

tor Hüqosunu görürdü». Müasir fransız filosofu

Bernar Anri Levinin «Sartr əsri» adlı iri həcmli

kitabı Sartrın şəxsiyyətinə və yara dıcılığına

bugünkü münasibətin bariz nümunəsidir. Onun

fikrincə, necə ki, XVIII əsr Volter əsri olmuşdu,

XX əsr də Sartr əsridir. Levinin təsəvvüründə

Sartr «dahi Avropa filosofla 

rı 

nın sonun‐



cusudur», «sonuncu humanistdir», total yazıçı

nümunəsidir, mütləq intellektual fiqurdur ki,

indi bizim zəmanəmizdə çatışmır.

Qeyd etmək lazımdır ki, Sartr özü ciddi

cəhdlə qeyd edir ki, o hər şeydən əvvəl, yazı ‐

çıdır və yalnız sonra filosof, publisist, siyasət ‐

çidir. O hesab edir ki, fəlsəfədən fərqli olaraq

ədəbiyyat «daha mütləq xarakterə malikdir».

Sartrın fikrincə, Servantesin  «Don Kixot»u və

Hüqonun «Rədd edilmişlər»i «mütləqdirlər»,

fəlsəfi sistemlər isə tarixi inkişafın gedişində

təhriflərə və dəyişmələrə məruz qalır. 

Sartrın düşüncəsində ədəbiyyatın mənası

və məqsədi dərindir, məzmunludur. O yazırdı:

«Mən ədəbiyyata azadlığın bir forması kimi

baxıram. Әdəbiyyatın vəzifəsi digərlərinə

dünyanın həqiqətlərini açmaqdır».  Hə a o,  «dün ‐

yanı ədəbiyyatla xilas etməyi» də bəyan edirdi.

Dünya haqqında Sartr  «həqiqəti» onun

aşa ğıda sadaladığımız geniş bədii yaradıcılı ‐

ğında açılır: «Öyümə» «romanı (1938), «Novel ‐

lalar toplusu», «Divar» (1939), «Azadlığa

gedən yollar» tetralogiyası (1943–1949), «Milçəklər»

(1943), «Bağlı qapı arxasında» (1944), «Çirkli

əllər» (1948), «Şeytan və Allah» (1951), «Alton

rahibi» (1959) və digər pyesləri, avtobioqrafik

kitab olan «Sözlər» «(1964), «Flober haqqında»

böyük əsər (2300 səhifə) «Eybəcərlərsiz olmur»

(1971–1972). Bu «həqiqəti» Sartrın fəlsəfəsinə

müraciət etmədən başa düşmək olmur. O özü ‐

nün əsas fəlsəfi əsəri olan «Varlıq və heç nə».

Fenomenoloji ontologiyanın təcrübəsi» (1943)

əsərində ateist ekzistensializm doktri nasını

işləmişdir. Onun kütləvi dildə təsvirini filosof



34

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Nobel mükafatından imtina etmiş dünya şöhrətli fransız

yazıçısı, filosof publisisti və ictimai xadimi 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə