Osmanlı padişahı
II Әbdülhəmidə Axund Yusif
Talıbzadə tərəfin dən şəxsən təqdim edilmişdir
ki, bu haqda yazı sənədi hal‐hazırda Başba ‐
kan lıq arxivi, Osmanlı ilə Azərbaycan xan ‐
lıqları münasibət lə rinə dair arxiv sənədləri
arasında (II\216‐220 №76) saxlanılır.
İsmayıl bəy Qaspiralı da «Tərcüman» qə ‐
ze
tinin 24 sentyabr 1904‐cü il nömrəsində
Bakuvi haqqında belə yazırdı: «Axund Mir
Məhəmməd Kərim Әfəndi fikri açıq, elm və
məlumatı bol bir zatdır. Ülumi‐diniyyədə olan
yədi‐tula (geniş bilik) Azərbaycan şiveyi‐türki ‐
sində təfsir müsbətdir».
Çoxəsrlik və zəngin ənənəyə malik Azər ‐
bay can xalqının dini ədəbiyyatında Qurani‐
Kərim elmlərinə həsr olunmuş əsərlər ən yük səkdə
durur. Çünki «Sizin ən xeyirliniz Quranı
öyrənən və onu öyrədəndir» hədisi‐şərifi bir
düstur kimi hər bir mömini onun qulluğunda
durmağa vadar etmiş, qəlblərin onun elm,
hikmət və səadət nuru ilə payidar olması ən
müqəddəs borc hesab edilmişdir. Məhz bu
amal müqəddəs Quranı təkcə oxumaq, öyrət ‐
mək yox, həm də onun həqiqətlərini izah və
təfsir etməyə, sirlərini aydınlaşdırmağa xidmət
etmişdir. Bu səpkidə meydana gələn cildlərlə
əsərlərdən biri də Mir Məhəmməd Kərim
Bakuvinin (1858–1939) «Kəşfül‐Həqayiq an
Nukətil‐Ayəti vəd‐Dəqayiq»
təfsiridir. Mürək kə ‐
binin quruduğu vaxtdan yüz il keçsə də, insa ‐
nımızın ona olan ehtiyacı onu yazan qələmin
səbəb və dərdləri qədər böyükdür. Dahi şair
Nizami Gəncəvi necə də gözəl tərənnüm edir:
Yüz il sonra sorsan: Bəs o hardadır?
Hər beyti səslənər: Burda, burdadır.
Oxuculara təqdim edilən bu əsərin qayəsi
tarixi keçmişi olan zəngin ənənəni yeni nəslin
zehin dünyasına çatdırmaq, gələcəyin xoşbəxtlik
yolunu keçmişin sarsılmaz təməllərindən bəhrə ‐
lənərək qurmaqdır.
«Bəsmələ» adı ilə məşhur olan «Bismil la ‐
hir rahmənir rahim»in İslam alimləri arasında
bu və ya digər amillər səbəbilə hər surənin ilk
ayəsi olub‐olmadığı mübahisəli məsələlərdən
biridir. Məhəmməd Kərim Bakuvi «bəsmələ»ni
hər surənin birinci ayəsi qəbul etsə də, indiki
tərtibat əsasında ayələrin nömrələnməsi «bəs ‐
mələ»dən sonra göstərilmişdir.
Bir qisim qısa ayələrin birləşdirilərək təfsir
edilməsi və eyni zamanda bəzi mətbəə xətaları
ayə saylarının fərqli olmasına gətirib çıxar ‐
mışdır. O dövrlər üçün spesifik olan belə fərq ‐
liliklər Quran ayələrinin ümumilikdə 6200,
6236, 6666 və sair kimi fərqli rəqəmlərini və
sayını meydana gətirmişdi. Bu səbəbdəndir
ki, «Kəşfül‐Həqayiq» təfsirində Bəqərə surəsi
282, Nisa surəsi 175 ayə, Maidə surəsi 123, Rad
surəsi 45 ayə və sairdir. Müasir tərtibatda isə
Bəqərə surəsi 286, Nisa surəsi 176, Maidə surəsi
120, Rad surəsi isə 43 ayədir.
İslam dininin öyrənilməsi vacib hökm
‐
lərinə tabe olan, itaət edənlər üçün hər şeydən
əhəmiyyətli, vacibi Qurani‐Şərifin uca mənala ‐
rını anlayıb, ondakı faydalardan mənfəət əldə
etməkdir. Çünki Qurani‐Şərifin üstün əxlaqı
əmr edən, vəhşilik və cəhaləti qadağan edəndir.
Qurani‐Şərifin əsası İslam dini olduğuna görə,
hər müsəlman kişi və qadın insanlıq xüsusiy ‐
yətləri baxımından kamilləşmək üçün ondakı
hökmləri, onun açıq‐aşkar olan ayələrinin
içində örtülü qalan incəlikləri və rəmzləri
öyrənməlidir. Qurani‐Şərifi özünə rəhbər edən,
onun nuru ilə hidayət tapan heç kimdən heç
vaxt insaf və mürüvvətin ziddinə bir əməl
meydana gəlməz.
Qurani‐Şərif ərəb dilində olduğuna görə
başqa dildə danışan millət üçün onun ehka ‐
mını və incəliklərini anlamaq mümkün deyil.
Madam ki Qurani‐Şərifin mənası ucadır, o hər
bir millətin dilində tərcümə və təfsir edil məsə,
ondan lazım olduğu qədər faydalana bilməz ‐
lər. Hərçənd fars, türk, hind və başqa dilli xalq ‐
ların içində ərəb dilinə agah olan şəxslər həmişə
olub və indi də var və onlar Quranın ehkamını
xalqa anladırlar. Amma bu hökmləri bir alim dən
dinləməklə şəxsin öz dilindən olan təfsirdən
Qurani‐Şərifin incəlik və ehkam larını oxuyub
dərk etməsi arasında böyük fərq vardır. Әrəb
31
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
dilində həddindən çox təfsir vardır və digər
bəzi dillərdə də təfsirlər yazılıbsa da, onlardan
mühüm bir fayda əldə edilmir. Məsələn, fars
dilində bir neçə təfsir vardır ki, o təfsirlərdə
Quranın kəlmələrinə xas qrammatika qayda ‐
larını və bəzi kəlmələri izahdan başqa, Qurani‐
Şərifin incəliklərindən heç bir şeyi qeyd
etməyiblər. Әksinə müsəlman millət
lərinin
içində təfriqəyə səbəb olan sözlərdən bəhs olu ‐
nub. Halbuki Qurani‐Şərif başqa millətlərlə
müsəlmanlar arasında sülh, ədalət və insaf
üzrə hərəkət etməyi əmr edir.
Özünü alim kimi göstərənlər islam ümmətini
başqa millətlərin nəzərində insafsız, zalım və
fəsadçı kimi qələmə verir, hə a islamın
əsasının zülm və fəsad üzərində qurulduğunu
deyib, islama həqarətlə baxırlar. Allah müha ‐
fizə etsin, İslamda bir qüsur yoxdur. Qüsur
ümmətin mənsublarındadır, nəinki İslamın
əsasında.
Hərçənd türk dilində olan təfsirlərin bəzi ‐
sində Qurani‐Şərifin mətləbləri həqiqətən,
olduğu kimi açıqlanıbdır, lakin o təfsirlər
osmanlıca yazıldığına görə Azərbaycan türkcə ‐
sində danışanlar onlardan faydalana bilmirlər.
Həmd olsun bu dövrə, İslam ümməti ara ‐
sında elm və maarif günbəgün yayılmağa baş ‐
layıb, elm və sənət öyrənməkdə fövqəladə bir
cəhəd hesab olunur. Ana dilləri olan türk dil ‐
lərində kitabların nəşr edilməsi və sonsuz şövqlə
onlara öz dillərində öyrədilməsi göz önün ‐
dədir. Türk dilində danışan müsəlmanların
Qurani‐Şərifin ehkamlarını, öyüd‐nəsihətlə ‐
rini mümkün qədər öz dillərində öyrənməsi
daha sərfəlidir.
Bilik, sənət və mənəvi kamillik elmini öy ‐
rənmək insanlara xas olduğundan onların
elmdən qafil olmaları caiz deyil. Qurani‐Şərif
və hədislərdə sənət, elm öyrənməyin təşviq
edilməsi, elm sahiblərinin aqil, elmsizlərin cahil
və zalım ləqəbi ilə yad edilməsi heç bir elm və
fəzilət əhlinə gizli deyil.
İslam ümmətinin arasında ixtilaf zühur
edən dən bəri hər bir qrup və onların rəhbər ‐
ləri və ruhaniləri dinə zidd olan iddiala rını
dəstəkləmək üçün yalan hədislər uydurub,
xalqın zehninə doldurmaqla onları inan dırıb,
həqiqət kimi onların arasında yayıblar. Qu ‐
rani‐Şərifin inci kimi parlaq olan öyüd‐nəsi hət ‐
ləri və hikmətləri xalqın zehnindən bir də fəlik
silinib, xalqın rəhbərləri də Qurani‐Şərifin mət ‐
ləblərini onlara öyrətməkdən çəkinib, hə a avam
xalq Qurani‐Şərifin mətləblərindən danışanda
təzyiq və qorxutmaq yolu ilə onlara o mətləb ‐
ləri tərk etməyi əmr ediblər. İndiki dövrdə
ruhanilərin əksəriyyəti Quranın mövzu larından
danışmağı haram elan edir, xalqı onu tərk
etməyə təşviq edirlər. İddiaları da budur ki,
imamlardan başqası Quranın tələblərini dərk
edə bilməz.
Qurani‐Şərifin açıq‐aşkar olan ayələrində
hər bir hökm və öyüd‐nəsihət barəsində mömin ‐
lərə xitab edilibdir və şübhəsiz ki, o hökm və
nəsihətlərə əməl etməyin vacibliyi və mömin ‐
lərin də buna məsul olmaları bəhs olunan
sözün doğruluğuna açıq bir dəlil və sübutdur.
Әmirəl‐möminin Hz. Әli (ə.s) öz xütbələrin ‐
dən birində buyurubdur: «Quranı özünüzə
imam və rəhbər seçin». Görəsən, Quranı imam
seçməkdə məqsəd nədir? Məqsəd Qurani‐
Şərif dəki elm və hikmətləri dərk edib öyrənmək ‐
dən başqa bir şey deyil. Yenə Hz. Әli (ə.s) öz
kəlamlarından birində insanları iki qismə ayırır:
birinci qrup alimlər, ikinci qrup elm öyrənən ‐
lərdir, onlardan başqasını isə yer üzündəki
qədir‐qiyməti olmayan heyvanlara‐həşəratlara
bərabər sayıbdır.
İnsanın şərəfi və iftixar qaynağı onun
elmindədir. Vəhşicəsinə əməllər edən cahil və
nadan şəxsləri islam dininə görə müsəlman
adlandırmaq böyük xətadır. Möhtərəm pey ‐
ğəm bərimiz (s.ə.s) deyibdir: «Müsəlman o şəxs ‐
dir ki, xalq onun əlindən və dilindən salamat
olar». (Buxari, İman 4; Nəsai, İmam 9.)
32
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014