“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

yazır: “Mənim futbol topum köhnə corab lar -

dan düzəldilmişdi”. “Məndə başlıca həyati

təməl ata-anamın sevgi və etibarı, bir də evi -

miz dəki əmin-amanlıq” idi.

Bu ifadələr mənə kəndimizi, uşaqlığımı

xatırlatdı: eyni şərait, oxşar yaşam dünyası,

etik normalar.

Əhməd Zevaylın o vaxtkı Misir təhsili və

müəllim haqqında yazdıqları da maraqlıdır:

“Misirdə məktəb təhsili əla idi. Həmin

sistemdə həm sağlam rəqabət, həm də

kollektiv yanaşma elementləri yer almışdı.

Bundan əlavə, müəllimlər ən hörmətli

adamlar idi, müəllim və şagirdlər

arasındakı münasibətlər yüksək və

xeyirxah idi, ödənişli fərdi dərslərin

yaratdığı tamahkarlıqla korlan 

ma 


-

mışdı. Cəmiyyət təhsili dəyərləndirir

və ona hörmət bəsləyirdi – əgər

nailiyyətlərinlə fərqlənirdinsə, səni

gözdən qaçırmırdılar. Disuk sakinləri

bilirdilər ki, filankəs əlaçı şagirddir,

onu hər vasitə ilə həvəsləndirir və

ruhlandırırdılar”.

O da maraqlıdır ki, Əhməd Zevayl

hələ 10 yaşında olanda (1956-cı ildə)

Misirin ilk prezidenti Nasserə məktub

yazıb və sonunda qeyd edib ki, “Qoy

Allah Sizə və Misirə uğur bəxş etsin”.

Misirin ilk prezidenti 1956-cı il

yanvarın 11-də 10 yaşlı Əhməd

Zevayla cavab məktubu göndərib:

“Oğlum Əhməd, mən sənə ən

yaxşısını arzulayıram. Sənin güclü

hislərlə dolu məktubunu aldım və bu

məktub mənə dərin təsir göstərdi. Mən

Allaha dua edirəm ki, səni Misirin

işıqlı gələcəyi üçün saxlasın və

qorusun. Səndən bundan sonra da

əzmlə və səylə bilik toplamağını,

özünü layiqli aparmağını və böyük

Misirin gələcəyinin qurulmasında

iştirak etməyə hazırlaşmağını xahiş

edirəm”.


Əslində, bu məktublaşmanın iki vacib

aspektini qeyd etmək istərdim: birincisi

Əhməd Zevaylda genetik kodun yüksək

potensiallı olmasını və o vaxtkı Misirdə təlim

və tərbiyənin yüksək standartlara uyğun vəh -

dətdə inkişafını qeyd etmək vacibdir. İkincisi,

Misir kimi böyük bir ölkənin prezidentinin 10

yaşlı uşağın məktubuna cavab verməsi.

Tarix göstərdi ki, ölkə prezidentinin

məktubunu cavablandırdığı 10 yaşlı uşaq bu

diqqətə layiq imiş. Qeyd edim ki, bu tarixi

20

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




qeydiyyat istənilən rəhbər tərəfindən ciddi

nəzərə alınmalıdır. Çox vaxt, hətta məktəb

direktoru da uşağın ona yazdığı məktuba

cavab yazmaq istəyində olmur. Bu, bir çox

hallarda istedadın zamanında aşkar edilərək

dəstəklənməsinə mane olur və bəzən də

yüksək potensiallı istedad sahibi məhz bu

diqqətsizlik səbəbindən inkişaf edə bilmir.

Əhməd Zevayl xalq musiqisini çox sevir

və bu sevgi onda hələ uşaq yaşlarından

yaranıb və bu gün o, ABŞ-da yaşasa da, hər

zaman bu musiqini dinləməkdən zövq aldığını

qeyd edir. Onun ən çox sevdiyi Misir

müğənnisi Umm Gülsümdür: “Mən artıq qırx

ildir ki, Umm Gülsümü dinləyirəm və hər dəfə

onun səsi məndə ilham və sevinc hissi oyadır.

Bu müğənni, demək olar ki, bütün həyatım

boyu mənimlə yanaşı olmuş və hislərimi

formalaşdırmışdır. Kaltexdəki kabinetimdə

qoyulmuş maqnitofonda mən onun səs

yazısına qulaq asıram, masamın üstündə isə

ailəmin–zövcəmin, övladlarımın fotoları ilə

birlikdə onun da fotoşəkli durur. Hətta indi də

işin, dörd katibimin, faksların, elektron

məlumatların əlində qaldığım bir vaxtda da

mən onun səsini dinləyir və dincəlirəm”.

Əhməd Zevayl hazırlıq məktəbi haqqında

da söhbət açarkən valideynlərinin bu sahədə

də müstəsna rolunu qeyd edir: “Mən həmişə

özümdə təhsilə cəzb olunma, yaxud anamın

dediyi kimi, yeni şeylər öyrənmək istəyi hiss

etmişəm. Hələ mən hazırlıq məktəbində oxu -

yar kən ailəm otağımın qapısına “Doktor Əh -

məd” lövhəsini asmaqla taleyimi öncədən

söy ləmiş oldu. Məndə özümü oxumağa borclu

sayma hissi yox idi. Bu işə məni nə borc hissi,

nə də ailəmin təzyiqi məcbur edirdi – bu istək

içimdən gəlirdi. Atam tez-tez otağıma gələr və

mənə deyərdi ki, məşğələlərlə özümə qəsd

etməyim. Lakin əgər mən məktəbdə 100

baldan 98-ni almış olsaydım, o zarafatla deyərdi:

“Mənim əziz oğlum, bəs qalan ikisi necə

oldu?”

“Misirdə ikinci pillə məktəbi (zanaviya)



yetərincə güclü idi və həm baza fənləri, həm

də əlavə fənlər üzrə öz proqramları var idi.

Səhərlər biz məktəbin həyətinə gəlir, bayrağı

qaldırır və milli himni oxuyurduq. Biz misirli

olmağımızla fəxr edirdik, vətənimizlə fəxr

edirdik və bu səhər mərasimi vətənpərvərlik

hislərimizi möhkəmləndirir, özümüzə olan

inamımızı, özünə yüksək dəyər verməni

gücləndirirdi”.

Hesab edirəm ki, bu səhər mərasimləri

Azərbaycan məktəblərində də təşkil olun 

-

malıdır. Hazırda ölkəmizdə yeganə Biləsuvar



liseyində hər səhər bayrağın qaldırılması və

Azərbaycanın himninin oxunması tədbiri

həyata keçirilir.

Əhməd Zevaylın İsgəndəriyyə Universi -

tetini məbəd adlandırması da diqqətə layiqdir:

“1963-cü il, yayın son bu günü, bu pillə -

kən 

lər yaddaşımda həmişəlik qaldı.




Gözlərimdən yaş gəlirdi: ömrümdə ilk dəfə idi

ki, mən öz gözlərimlə məbəd-elm və zəkanın

müqəddəs məkanını görürdüm. Mənə elə

gəlirdi ki, burada hər şeyə elm və idrak ruhu

hopub, binalardan hər biri isə müəyyən bir

elmin – geologiyanın, riyaziyyatın, fizikanın,

kimyanın məbədidir”.

Əhməd Zevaylın həyat təcrübəsi göstərir

ki, universiteti təhsil və elm məbədi sayanlar,

bu məbəddə ona layiq təhsil alanlar elmin uca

zirvəsinə yüksələ bilirlər.

Əhməd Zevayl alimin özündən razılığını

böyük qəbahət hesab edərək yazmışdır: “Alim

olmaq xoşdur. Lakin mən dərk edirəm ki, bu

iş vəzifələrlə də bağlıdır və mən həmin

vəzifələri səylə və böyük enerji ilə yerinə

yetirmək fikrindəyəm. Nobel mükafatı təkcə

şərəf yox, həm də məsuliyyət, dünyada tərəq -

qini dəstəkləmək imkanı gətirir. Bu, nailiy -

yətlər yolunun sonu deyil. Nobel müka fa tından

da yüksək şərəf və qiymət yoxdur, ona görə

də bir az nəfəs dərmək və dincəlmək

məsləhəti məni hər dəfə təəccübləndirirdi.

Əgər peşəkarlıq baxımından bu, doğrudan da,

belədirsə, hər halda daxili həzz anlayışı – işə,

ailəyə, bütövlükdə bəşəriyyətə sədaqətli sev -

giyə görə mükafat da vardır. Yeni bilik axta -

ranlar üçün şövq – ruhun əbədi halıdır. Böyük

Misir pedaqoqlarından biri, doktor Taha

Hüseyn uğurlarından məst olmuş adam 

lar

haqqında demişdi: “Vat-lu litalib əl-ilmi: əl-



radi ən nəfsihi – vay özündən razı qalmış

alimin halına!” Və o, haqlıdır, biz axtarış ları -

mızı davam etdirməli və daim başqa elm axta -

ranlara kömək göstərməyimizlə bağlı məsu liy yət

hiss etməliyik”.

Əhməd Zevaylın ən böyük önəm verdiyi

məqamlardan biri də elmin populyarlaşdırıl -

masıdır: “Mən çoxlu kütləvi mühazirələrdə,

televiziya müsahibələrində, gənclərlə görüş -

lərdə iştirak edirdim və onların hamısı da

mənə sevinc bəxş edirdi. Gənclərin

simalarında həvəs və təəccüb görmək necə də

xoşdur – eyni hisləri gəncliyimdə mən də

yaşayırdım. Amma mənim məqsədim və

ümidim – elmin və yeni biliklərin gözəlliyi ilə

təkcə gəncləri yox, bütövlükdə ictimai rəyi

ruhlandırmaqdır”.

Əhməd Zevaylın fikrincə, inkişaf etmiş

dünya səviyyəsinə çatmaq yolundakı

maneələr dörd amillə müəyyən olunur:

“Savadsızlıq”. Bir çox ölkələrdə, xüsusilə də

Cənub yarımkürəsində savadsız insanlar əha -

linin 40–50%-ni təşkil edir. Bəzi dövlətlərdə

isə vəziyyət daha pisdir – qadınlar arasında

savadsızlıq 70%-ə çatır. Bu statistika təhsil

siste minin dağılmasına dəlalət edir və işsiz -

liyin həyəcan doğuracaq dərəcədə artması ilə

nəticələnir. Bu cür hazırlıqla dünya birliyində

ciddi bir rola iddialı olmaq yersizdir. Qərb

ölkələrində savadsızlıq, demək olar ki, ləğv

olunmuşdur; terminin özü isə burada daha çox

yazıb-oxumağı bacarmamağın ifadə edilməsi

ilə yox, kompyuterlə iş vərdişlərinin olma -

ması ilə əlaqələndirilir! Əlbəttə, bu gün inki -

şaf etmiş sayılan ölkələrdən bəzilərində keç mişdə

əhalinin savadlılıq dərəcəsi çox aşağı idi,

amma yadda saxlamaq lazımdır ki, bu halda

əhalinin əhəmiyyətli bir hissəsi yüksək texniki

baza hazırlığı səviyyəsinə malik idi.

Elm və texnologiyalar sahəsində qeyri-

ardıcıl siyasət. Binəsiblər dünyasında daya -

nıqlı elmi və texnoloji bazanın olmaması heç

də mütləq maddi ehtiyatlar və insan ehtiyatları

çatışmazlığı ilə əlaqəli olmur. Bir çox hallarda

bu cür vəziyyət elmin və texnologiyanın

həlledici rolunu başa düşməməyin, elmi və

texnoloji bazanın yaradılmasında qeyri-ardı -

cıl lığın və dövlətin ehtiyaclarının ödənil mə -

sinə, onun maddi və insan ehtiyatlarının

is 


tismarına düşünülmüş elmi yanaşmanın

olmamasının nəticəsi kimi çıxış edir (bunun

nəticələrini bir sıra inkişaf etmiş ölkələrdə də

görmək olar). Bəzi ölkələrdə hesab edirlər ki,



22

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə