Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə225/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   221   222   223   224   225   226   227   228   ...   231

 

520


 

SEYMUR. Mənim düşmənim-zadım yoxdur. Yadından çıxıb məgər? Mən şairəm, esseistəm. 

Mən siyasətçi deyiləm, vəzifə davası eləmirəm, heç kəsin işinə baş qoşmuram. Evimdə, ya da 

bağımda oturub əsərlərimi yazıram. Mənim düşmənim yoxdur. 

 

ZƏFƏR. Deməli, heç dostun da yoxdur. Bizim zəmanəmizdə belə yaşamaq olmaz. İnsan hiss 



etməlidir ki, onun arxasında dayanan qüvvələr var. Belə olanda ona batmaq çətinləşir. Sən məni 

başa düşdün? İndi deyirsən ki, bizim bu "şanlı" mətbuatı sənin üstünə kimin qısqırtmasından 

xəbərin yoxdur? 

 

SEYMUR. Heç təsəvvürüm belə yoxdur. (Əlindəki qovluğu göstərir). İndicə nəşriyyatdan 



əsərlərimin ikicildliyinə görə qonorarımı almışam. İyirmi üç mindir. Bu gün gedib maşını 

götürəcəyəm. Və mənim guya gömrükxanada azğınlıq etməyimlə bağlı zəhlətökən şayiələrə 

birdəfəlik nöqtə qoyacağam. 

 

ZƏFƏR. Sənin qoyacağın bu nöqtəni inanmıram görən olsun. Maşını alsan da, heç kəs bundan 



xəbər tutmayacaq. Adının hallandığı xoşagəlməz əhvalat isə insanların yaddaşından uzun müddət 

silinməyəcək. Mənə belə gəlir ki, bugünkü qəzetlərdə çıxan məqalələr səni ictimaiyyətin 

gözündən salmaq məqsədi güdən kampaniyanın hələ başlanğıcıdır. 

 

SEYMUR. Yaxşı görək! Axı mən kimə və nəyə lazımam? 



 

ZƏFƏR (yenə qəzetlərə işarə edir). Birinci dəfə bunları sənin üstünə kim qaldırıbsa, ona! Mən 

bilən, bu, hələ ilk hücumdur. Bundan sonra sənə dinclik yoxdur. Nahaq qımışırsan. Elə bilirsən, 

sənin həyatından mənfi faktlar tapa bilməzlər? Deyəcəksən ki, belə fakt yoxdur. Əslində isə, 

onlara heç fakt lazım da deyil. Onlar belə faktları özləri uyduracaqlar, hamı da inanacaq. Sənə 

elə qara yaxacaqlar ki, özün özünü tanımayacaqsan.  

 

SEYMUR (rişxəndlə gülümsünür). Yaxşı, deyək ki, mən sənə inandım. Lap belə vahiməyə 



düşdüm. Ancaq heç olmazsa de görüm, bütün bunlar nəyə lazımdır və əgər bacarırsansa, izah elə 

görək, bu naməlum bədxahlar məndən nə istəyirlər? 

 

ZƏFƏR. Mənə elə gəlir ki, sənin varlığın kimlərisə qıcıqlandırır. Çünki həyatda çox şeyə nail 



olmusan, məşhursan, heç kəsdən asılı deyilsən, heç kəsə yaltaqlanmırsan. Bu isə çoxlarına  

rahatlıq vermir. Özün fikirləş də... Yəqin belə hesab edirlər ki, sən bütün bu əldə etdiklərinə 

layiq deyilsən. Görmürsən necə bir zəmanədə yaşayırıq. İncəsənət, ədəbiyyat heç kəsi 

maraqlandırmır. Bu gün insanlar yalnız hakimiyyətə və pula səcdə edirlər. Səndə isə bunların heç 

biri yoxdur. Sən, bir növ, zəmanənin  tələblərinə uyğun gəlməyən baxışların canlı 

mücəssəməsisən. Buna görə də səni, azad sənətkar olaraq nüfuzdan salmaq üçün bu işə girişiblər. 

Bir də ki, işlərinə yaraya bilərsən. Bu baxımdan istəyirlər qabaqcadan sənin ağzını bağlasınlar ki, 

daha üzüyola və sözəbaxan olasan. Baxaq görək sonrakı hadisələr necə cərəyan edəcək. 

 

SEYMUR. Sən dünən mənə zəng vuranda bilirdin ki, bu gün qəzetlər nə yazacaqlar? 



 

ZƏFƏR (bir qədər özünü itirmiş halda). Yo-ox. Əlbəttə ki, yox. Haradan bilə bilərdim? 

 

SEYMUR (saatına baxır). Mən də elə düşünürəm. Ancaq dünən sən mənə dedin ki, hansı 



məsələyə görə mənimlə görüşmək istəyirsən. Bayaqdan yarım saatdır oturmuşuq, yalnız məndən 

və qəzetlərdən danışırıq. Keç mətləbə. Hansı işi deyirdin? 

 

ZƏFƏR. Bəli, sən haqlısan. İş deyəndə ki, səndən bir xahişim var. Bu mənim üçün olduqca 



mühümdür. 


 

521


 

SEYMUR. De görək nə məsələdir. Əlimdən gələn işdirsə, bacardığımı edərəm. 

 

QARANLIQDAN SƏS (məlahətli bariton). Lifçiyimi qaytar, utanmaz! 



 

2-Cİ SƏS (diskant). Biz lifçik-zad görməmişik! Bəlkə bu əskini deyirsən? Al, qulaqlarına 

taxarsan. 

 

ZƏFƏR. Bizim şef-kurator səninlə görüşmək istəyir. 



 

SEYMUR. Elə bu? Kiminlə istəyirsən görüşək. 

 

ZƏFƏR. Özünün dediyinə görə, səninlə tanışdır, özü də lap çoxdan. Xahiş etdi ki, sizi 



görüşdürüm. Ciddi bir məsələ barədə səninlə söhbət etmək istəyir. 

 

SEYMUR. Nə olar, etsin də. 



 

ZƏFƏR. Ay sağ ol, elə bil çiynimdən ağır yük götürüldü. Bu dəqiqələrədək hələ də şübhə 

edirdim, incimə-e, çünki sən bir az qəribə adamsan...Necə münasibət bildirəcəyin aydın olmur. 

 

SEYMUR. Bu sözləri mənim barəmdə deyirsən? 



 

ZƏFƏR. Başqa kimin barəsində deyəcəyəm. Sənin xasiyyətini hamı bilir də. Odur ki, şübhə 

edirdim. 

 

SEYMUR. Dediyin adamın adı nədir?  



 

ZƏFƏR. Nikolas Asparux. 

 

SEYMUR (azacıq düşünür). Adı yaman tanış gəlir. Bakıda yaşayır? 



 

ZƏFƏR. Bakıya müntəzəm gəlir. İnan mənə, Nikolas Asparux zəmanəmizin sözükeçən 

simalarından biridir. Sən heç təsəvvürünə belə gətirə bilməzsən ki, bizim şef-kurator necə böyük 

nüfuz sahibidir. Dediyinə görə, siz tanışsınız.  

 

SEYMUR. A-a, xatırladım. Mən onunla Rəhbərliyin Ümumdünya Konfransında tanış olmuşam. 



1989-cu ildə Baltimorda. Mən həmin konfransın iştirakçısı idim, o isə həmsədri. 

 

ZƏFƏR. Demək istəyirsən ki, sən Rəhbərliyin Ümumdünya Konfransının nümayəndəsi 



olmusan? 

 

SEYMUR. Hə də. Oraya bir çox ölkələrdən, o cümlədən də müttəfiq respublikaların hamısında 



nümayəndələr dəvət olunmuşdu. Dəvətnamə ilə birlikdə təyyarə biletini də evə göndərmişdilər. 

Pasporta vizanı isə yola düşməzdən az öncə aeroportda qoydular. 

 

ZƏFƏR. İşə bir bax. Camaatın bəxti gətirir də. Bəs necə olmuşdu ki, səni dəvət etmişdilər? 



 

SEYMUR. Nə onda başa düşmüşdüm, nə də indi. Dəvət etdilər, mən də uçdum Amerikaya. 

 

ZƏFƏR. Mənə belə gəlir ki, sən hələ indiyədək başa düşə bilməmisən ki, Rəhbərliyin 



Ümumdünya Konfransına dəvət edilmək nədir. Heç olmasa başa düşdün ki, söhbət hansı 

Rəhbərlikdən gedir? 




Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə