Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə216/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   211   212   213   214   215   216   217   218   219

 703 

inanmazsınız, eyni sözlərlə söhbətə başladı: – Görürəm ki, siz 

ziyalısınız. (Nədir, onlar bu söhbətlərini öz aralarında 

əvvəlcədən eyni şablon üzrə razılaşdırırlar?). Bu girişdən sonra 

Qdlyan mənə dedi: – Bilirsiz ki, mənim başımın üstündə bu 

Liqaçov kərpici asılıb (eynən bu sözləri dedi). Odur ki, 

Qarabağ  məsələsiylə  məşğul olmuram. Amma bir kənar (?!) 

adam kimi deyirəm, bəlkə müvəqqəti olaraq, ancaq müvəqqəti 

– bir-iki illiyə Qarabağı Ermənistana verəsiz, ehtiraslar 

sakitləşəndən sonra yenə Azərbaycana qaytarıla bilər.  

Ürəyimdə: – Deməzsən, aldatdım, – deyə düşündüm və bu 

təcrübəli demaqoqun belə ucuz fəndlərdən istifadə etməsinə 

güldüm, amma Qdlyana ancaq bunu dedim: – Qarabağı nəinki 

iki ilə, heç iki aya, iki günə, iki saata da heç kəsə verə bilmərik. 

Bir şey deməyib çıxıb getdi.  

Qarabağ  məsələləri təzə başlananda Bakıya Fransadan 

"Fiqaro" qəzetinin müxbiri gəlmişdi, mənimlə  də görüşdü və 

mən dedim ki, Yerevandakı mitinqlərdə  bəzi çağırışlar, 

məsələn, "Biz məcbur edəcəyik ki, sovet əsgərləri bizə atəş 

açsın", yaxud "Biz rus-türk-tatar xalqlarını erməni qanına 

bələyəcəyik" – mazoxistcəsinə səslənir. Jurnalist isə "Fiqaro"da 

bunu: "Azərbaycan yazıçısı Anar deyir ki, bütün ermənilər 

mazoxistdirlər" – şəklində vermişdi. Bütün xalqı təhqir etmək 

adətimə ziddir və mən qəzetə təkzib yazdım. Amma ermənilər 

bundan gen-bol istifadə etdilər. Ali Sovetdə də Ambarsumyan 

(akademik yox, rektor, adını unutmuşam) kinayəylə mənə söz 

atdı: "Axı biz ermənilər mazoxistik" – dedi. – Mən belə söz 

deməmişəm, – dedim, – amma erməni xalqının özünün bu 

barədə fikri var. Ambarsumyan təəccüblə: – Nə fikir? – deyə 

xəbər aldı. Vaxtilə erməni dili bilən bir tanışımdan eşitdiyim və 

dəftərçəmə yazıb  əzbərlədiyim erməni zərb-məsələni təkrar 

etdim: "Vor teğ hay, in teğ vay" ( yəni harda Hay (erməni) var, 

orda vay var).  

Ambarsumyanın gözü kəlləsinə çıxdı, bir kəlmə də demədən 

donub qaldı.  



 704 

*** 

Tarixin qəribə paradoksları var. Görürsən kütlə  qəflət 

yuxusunda uyuyur və yuxudan oyanmamış insanların başında 

kimlərsə turp əkir. Sonra kimsə başqa birisi bu uyuyan kütləni 

çətinliklə də olsa, turp əkənlərin müqavimətini qıra-qıra oyadır. 

Və oyanan kütlə  qəzəbini, nifrətini başında illər boyu turp 

əkənlərə qarşı deyil, onu qəflət yuxusundan oyadana qarşı 

çevirir. Bütün reformatorların (Xrüşşov, Qorbaçov da daxil 

olmaqla) taleyi belədir.  Ədəbiyyatda da istər bizdə, istər 

Rusiyada yeni nəslin (əlbəttə, hamısının yox, bir qisminin) 

altmışıncılara neqativ münasibəti məhz bununla bağlıdır.  

*** 

Dağlıq Qarabağ məsələsində ermənipərəst mövqeyinə görə, 

90-cı ilin Bakıdakı Qara yanvarına görə Qorbaçovu heç vaxt 

bağışlamayacam. Amma bununla belə SSRİ adlanan şər 

imperiyasının dağılmasında onun müsbət rolunu da 

unutmuram. Sovet sisteminin bütün eybərəcərliklərini yaşamış 

adamlar da Qorbaçova nifrət bəsləyir. "Gərək bu ölkəni 

dağıtmayaydı" deyirlər. Dağıtmasaydı, Azərbaycan müstəqil 

ola bilərdimi? Bəzi respublikalarda, o cümlədən Azərbaycanda 

da milli müstəqillik hərəkatı nə qədər güclü və əhəmiyyətli olsa 

da, Qorbaçovun bəlkə  də özünün də sonacan dərk edə 

bilmədiyi islahatçılıq kursu olmasaydı, yenidənqurma adıyla 

aşkarlıq siyasəti aparılmasaydı, milli müstəqillik hərəkatlarının 

da aqibəti yalnız sovet məhbəsləri və Sibir sürgünləriylə 

nəticələnəcəkdi. Hər bir imperiya kimi (Avstro-Macarıstan, 

Osmanlı, Britaniya və Fransa imperiyaları kimi) Sovet 

imperiyası da gec-tez dağılmalıydı. Gec yox, tez dağılması isə 

Qorbaçov siyasətinin bəhrəsidir.  



*** 

"Gecə düşüncələri" ("Noçnıe mısli") yazısından parçalar 

Azərbaycan və rus dillərində "525-ci qəzet"də, "Literaturnaya 

qazeta" və "Zerkalo" qəzetlərində, "Azərbaycan" jurnalında 

(xeyli ixtisar edilmiş şəkildə) çap edilmişdi. Əsərin tam mətni 



 705 

(yazı rus dilidə yazılıb) – 1998-ci ildə Azərnəşr tərəfindən 

buraxılmış "Noçnıe mısli" kitabımda dərc olunmuşdu.  

Amma bu tarixdən sonra da nə gecələr bitib, nə  də gecə 

düşüncələri. Yazımın nəşrindən sonra qeyd etdiyim düşüncələri 

bu kitabda gedən mətnə  əlavə edirəm (xronologiyanı 

gözləmədən) və bu gecə düşüncələrimin Azərbaycan 

türkcəsində tam mətnidir. Amma bu mətnin sonunda qoyulan 

tarix  şərtidir, çünki dediyim kimi xronoloji prinsipə riayət 

etmədiyimdən çox sonrakı fikirlər  əvvələ, ya ortaya düşüb. 

Yəqin ki, gecə düşüncələri bu mətnlə də bitməyəcək. Nə qədər 

ki, yuxusuz gecələrim olacaq və  nə  qədər ki, fikirləşmək 

qabiliyyətimi itirməmişəm gecə düşüncələri də davam edəcək.  

*** 

"Ağ qoç, qara qoç" utopik və antiutopik nağıllarımı yazıb 

nəşr etdirməklə qarşıdan gələn təhlükələr haqqında xəbər-

darlıq etməyə çalışdım. Amma hardan? Hakimiyyət hərisləri 

hər hansı ayıq xəbərdarlığa məhəl qoymağa qadirdilərmi?  

*** 

Parisdə  Şərq xalqlarının incəsənətini  əks etdirən Gime 

muzeyində mənə ən çox təsir edən yapon rəssamlarının əsərləri 

oldu. Fransız impressionistləri Monedən və Pisarro-dan neçə 

əsr  əvvəl yaponlar öz qravürlərində havanın titrəyişini  əks 

etdirməyi bacarırdılar ki, adətən, bu tapıntını XIX əsrin fransız 

rəssamlarına aid edirlər. Utamaronun çəkdiyi qadın – təbir 

caizsə – yapon Madonnası, ana və körpəsi motivi də Avropa 

rəssamlarının eyni mövzuda çəkdikləri  şəkillərdən daha incə, 

daha lətifdir. Utamaro rəsmlərindəki cizgilərin – musiqi termini 

ilə desək, leqatosuna – yalnız Pikasso və Matis deyil (onların 

qrafikasını  nəzərdə tuturam), hətta  İntibah dövrünün rəssamı 

Bottiçelli də  həsəd apara bilərdi. Utamaronun yapon 

qadınlarının dar, qıyma gözlərindəki kədər isə Modilyaninin 

qadın portretlərini andırır. Ümumiyyətlə, hansısa izaholunmaz 

cəhətlərilə Modilyani və Utomaro, məncə, bir-birinə çox yaxın 

sənətkarlardır.  



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə