Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə218/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   211   212   213   214   215   216   217   218   219

 710 

adında "türk" sözünün olması, latın  əlifbası, dilə yeni 

kəlmələrin gəlməsi və bir çox başqa məsələlərə 

münasibətlərinə görə mən bu adamın şüuraltı varlığında hansı 

başlanğıcın – Turan, ya İran başlanğıcının – üstün olduğunu 

dəqiq təyin elə bilərəm. Eynən qıpçaq elementinin güclü 

olduğu bugünkü regionlarımıza mənsub olan insanların da bir 

qismində  (əlbəttə, hamısında yox) oğuz mənşəli türklərə bir 

allergiya, ögeylik, yadlıq duyğusu var.  

Çox vaxt bu İran ədavətinin və qıpçaq yabançılığının hədəfi 

Turan şüurlu və oğuz mənşəli adam kimi mən oluram.  

Haçansa bu fikirlər mənə fantastik, qəribə  və gülməli 

görünərdi. Amma indi həyat təcrübəm dediklərimin gerçəkliyə 

çox yaxın olduğunu hər gün sübut edir.  

Molla Pənah Vaqifin sözlərini (bir kəlməsini dəyişdirərək) 

öz-özümə tez-tez təkrar edirəm:  



Saç ağardı, ruzigar oldu gün-gündən siyah, 

Qədr bilməz millət ilə eylədim ömrü tabah.  

Bir də həmin şerindən başqa misraları tez-tez xatırlayıram – 

günümüzə necə də uyğundur:  

Müxtəsər kim, böylə dünyadan gərək etmək həzər, 

Ondan ötrü kim, deyildir öz yerində xeyrü-şər, 

Alilər xaki məzəllətdə, dənilər mötəbər

Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər… 

*** 

Anamın misraları var:  



Yuxuda dünyayla vidalaşırdım, 

Dünya gözəl idi, ayrılmaq çətin.  

İlk baxışda bu sözlər çox adi, dəfələrlə deyilmiş fikir kimi 

görünə bilər. Ancaq insan özü bu situatsiyaya düşəndə  həmin 

hissin nə  qədər gerçək olduğunu anlayır. Çünki həyat özü son 

nəticə etibarilə adidən adi, bəsitdən bəsitdir – doğuluş, yaşayış, 

ölüm – dəfə-dəfə təkrar olunan sözlər kimi həyatın bu cədvəli də 

təkrar olunduqca olunacaq. Sonsuz dəfə.  

*** 



 711 

Dəniz – göyün güzgüsüdür – günəşi, buludları, ayı  və 

ulduzları əks etdirən güzgü.  

*** 

Rəqs edirdi və oynaq, qıvraq, cilvələnən bədəni, sanki 

qolları, boynu açıq, dar paltarından qıvrılıb, sıyrılıb çıxmaq 

istəyirdi.  



*** 

Bəlkə  də  cənnət elə bizim yer kürəmiz imiş, insanlar onu 

cəhənnəmə çevirib. Elə günahlarına görə  də Allah insanları 

ölümə məhkum edib – gec-tez hamı ölür. Əbədi həyat insanlara 

niyə verilməliydi ki? Əbədiyyən bir-birini öldürməkçün, bir-

birini qırıb-çatmaqçün?  



*** 

Onu bu gün qəbul etməyən çağdaşlarına yanıq verir ki, məni 

gələcəyin insanları layiqincə qiymətləndirəcək, onda görərsiniz 

(yəni yanıb-yaxılarsınız!). Amma məsələ ondadır ki, bu gələcəyin 

insanları peyda olanacan – əgər, doğrudan da, haçansa peyda 

olacaqlarsa – bütün indiki çağdaşlarının da – elə onun özünün də – 

sümükləri çürüyəcək. Heç kəs heç kəsə "bax, gördünüzmü?" – 

deyə yanıq verə bilməyəcək.  



*** 

Zuğulbada yay gecəsi. Qədir oxuyur, səma ulduzla və 

muğamla dopdoludur. Elə bil, muğam sədaları bax o qaranlıq 

səmadan, pərən-pərən buludların arasından, ulduzlar aləmindən 

gəlir. Səma, ulduzların yerləri daimi donduğu kimi vaxt da 

donub qalıb və muğam davam etsə, rəngdən rəngə, mayədən 

təsnifə, zəngulədən qiraətə, bəmdən zilə, zildən bəmə keçsə də, 

elə bil, bu musiqinin özü əbədi donub qalmış hazır, bitkin bir 

şeydir. Muğam göy tağı kimi dünyanın başı üstündən asılıb. 

Təbiətin milləti yoxdur, amma bax Zuğulbadakı bu muğamlı, 

bürkülü avqust gecəsi məhz şərq gecəsidir. Və bu an mən, elə 

bil, sonsuzluğa daha yaxınam. Mənə elə  gəlir ki, bu donub 

qalmış muğam gecəsi – həmişəlikdir.  

Muğamlar qədər sevdiyim Bax musiqisi böyük kilsələrin 




 712 

musiqisidir, o kilsə tağı altında səslənmək üçün yazılıb. 

Muğam – səma qübbəsi üçün yazılmış musiqidir. Gecə 

səmasının.  



*** 

Cavan jurnalistlərin çoxunun ədəbi baqajları yalnız 

Azərbaycanfilm studiyasının istehsal etdiyi və televizorda 

gördükləri filmlərdən ibarətdir. Belə olmasaydı, bu filmlərdən 

ayrı-ayrı  səhnələri, ya replikaları belə  sıx-sıx misal 

çəkməzdilər. Savadlarına da söz ola bilməz. Biri yazır ki, 

Trotskini Meksika rəssamı Dieqo Rivyera öldürüb. Halbuki, 

Dieqo Rivyera qatı trotskiçi idi və Trotsikini öldürən NKVD 

ajanı Roman Markoderdir. Düzdür, başqa bir Meksika rəssamı 

Sikeyros da belə bir təşəbbüsdə bulunub, amma məqsədinə nail 

ola bilməyib. Sikeyrosla Dieqo Rivyera ikisi də rəssam və ikisi 

də meksikalı olsalar da, hər halda, tamam başqa-başqa 

adamlardır. Necə ki, Baxla Bethoven də, bir başqa gənc 

jurnalistin zənn etdiyi kimi eyni adam deyil.  

Bir jurnalist də belə yazır: "Musavad ərəb-fars sözüdür, özü 

də savad kəlməsindəndir. Savada mu əlavə edilməsii isə  ərəb 

dili üçün səciyyəvidir, məsələn, müxalifət".  

Əhsən belə "muuuya", belə savada. "Müsavat" kəlməsinin – 

"savad" kəlməsinə heç bir dəxli olmadığını, müsavatın –  

bərabərlik demək olduğunu bu "savadlı" (musavadlı!) müəllif 

bilmir.  

*** 

Böyük və kiçik müharibələrdə qaliblər olmur, məğlub 

sayılan tərəf kinini, nifrətini, içindəki qisas, intiqam hisslərini 

toplayıb-toparlayıb bir müddət sonra yeni bir cəngə başlayır və 

bu savaşın nəticələri çox vaxt əvvəlkinin tam tərsi olur. Məğlub 

tərəf qalib, qalib tərəf məğlub sayılır və  çərxin yeni bir 

fırlanma dönəmi başlanır. Amma intiqamın, qisasın bir 

alternativi də anlaşma, barış ola bilər. Avropa dövlətləri elə 

ancaq XX əsrdə (hələ  əvvəlki  əsrləri demirəm) bir-biriylə iki 

qanlı cahan hərbində külli-miqdarda qırıb qırıldıqdan sonra bu 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə