Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə14/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   10   11   12   13   14   15   16   17   ...   51

göstərmək üçün ərəb əlifbasına yeni hərf əlavə etməli olurlar. Mə-
sələn, “Dəniz” sözü “Dənqiz” kimi tələffüz olunurdu. “Əlini yu!” 
“Əlinqi yu!” kimi tələffüz olunurdu. Ərəb  əlifbasında bu “nq” sə-
sini göstərmək üçün hərf yox idi, çünki, o, nə fars nə  də  ərəb dili 
üçün səciyyəvi deyildi. Yeni hərf “sağır-nun” kimi tanınmağa baş-
ladı (“kiçik nun”, “nun” “n” səsini göstərmək üçün işlədilən  əsl 
ərəb hərfidir). Bu hərf “nun” hərfinin deyil, “kaf” – “k” hərfinin 
üzərinə üç nöqtə əlavə etməklə göstərilirdi. 
“Sağır-nun” hərfini türk ölkələrinin əlyazmalarından başqa 
heç bir yerdə tapa bilməzsiniz. Bu hərfin olmasına sübut yalnız 
Azərbaycan və başqa türkdilli ərazilərdən tapılıb. Nəsimi (14-cü 
əsr) və Füzulinin (16-cı  əsr)  şerlərində bu hərfə rast gəlmək olar. 
Getdikcə  həmin səsin  şifahi Azərbaycan dilindən yoxa çıxmasına 
baxmayaraq, bu hərf 20-ci əsrin  əvvəllərinədək  əlifbada qalmaqda 
idi. Məsələn, ona Sabirin “Hop-Hop Namə” satirik şerlər toplu-
sunda (1922) rast gəlmək olar. 
Beləliklə, Azərbaycan  ərazisində yayılmış  ərəb  əlifbasının 
üç forması – ərəb, fars və türk formaları var idi. “Sağır-nun”  
hərfindən istifadə ilə bərabər ərəb əlifbasının azərbaycan variantına 
orta əsrlər farsları tərəfindən yaradılmış hərflər də daxil idi. Həmin 
hərflərə “g” (“qafe-farsi”), “j” (“Jalə” adında ilk səs), “pe” və “çim” 
aid idi. Nəticə etibarilə  ərəb  əlifbasında 28, farsda 32, azərbaycan 
əlifbasında isə 33 hərf var idi (bütün fars hərfləri üstəgəl “sağır-
nun”). 
Bütün orta əsrlər Azərbaycan mətnləri fars və türk spesifik 
hərfləri  əlavə edilmiş  ərəb  əlifbasında yazılmışdır.  Əlbəttə ki, bu 
qeyri-qənaətbəxş  və qeyri-dəqiq idi və Azərbaycan dilinin tələb-
lərinə cavab vermirdi. Məsələn, bəzi hərflərin dublikat hərfləri var 
idi (“t”-nı 2, “s”-nı 3, “z”-nı 3 hərf göstərirdi). Qısa sait səslərin isə 
heç biri göstərilmirdi (ə, i, ö, ü). 
Mirzə Fətəli Axundov (1812-1878) ərəb əlifbasını azərbay-
can dilinə uyğunlaşdırmaq üçün islahatlar tətbiq edən ilk azərbay-
canlılardandır. 
Islahatlar sahəsində daha bir görkəmli  şəxsin – Məhəm-
mədağa  Şahtaxtinskinin böyük əməyi olmuşdur. O, 1879-1902-ci 
illər  ərzində müxtəlif islahatlar keçirməyi təklif etmişdi. Texniki 
çətinlik üzündən bu əlifbaların heç biri tətbiq olunmamışdır. 1903-
cü ildə  Şahtaxtinski  əsasən  əlifba islahatı  məsələsini müzakirə et-
mək üçün “Şərqi Rus” qəzetinin  əsasını qoydu. 1880-ci ildə Çer-
 42


nyayevski ərəb əlifbası üzərində islahat barədə kitab yazdı. Elə hə-
min il Mirzə Riza Xan Danış  “Əlifba Rüşdiyə” adlı latın  əlifbası 
təqdim edən bir layihə nəşr etdirdi. 
1832-1920-ci illər ərzində Azərbaycan dilində ərəb əlifbası 
ilə azı 140 jurnal və qəzet nəşr olundu. Bu qədər nəşr həmin dövr 
üçün heyrətləndirici rəqəm idi və bu da yazılı sözə necə yüksək 
hörmət bəsləndiyini göstərir. 
Bu qəzet və jurnalların çoxu Əlyazmalar Institutunda və 
Bakının digər arxivlərində qiymətli əsərlər kimi saxlanılır. Onların 
tərkibinə  aşağıdakılar daxildir: “Azərbaycan”, “Açıq Söz”, “Baba-
yi-Əmir”, “Bayraği-Ədalət”, “Bəsirət”, “Bakı  Fəhlə Konfransının 
Əxbarı”, “Bəhlul”, “Bürhani-Həqiqət”, “Dəbistan”, “Valideynə 
Məxsus Vərəqə”, “Qardaş Köməyi”, “Füyuzat”, “Qurtuluş”, “Dan 
Yıldızı”, “Dəbistan”, “Dilimizin islahı”, “Dirilik”, “El Həyatı”, 
“Zənbur”, “Məzəli”, “Ziya”, “Iqbal”, “Irşad”, “Yeni Füyuzat”, “Ye-
ni Irşad”, “Yeni Iqbal” və “Molla Nəsrəddin”. 
Həmçinin Tiflisdə (Gürcüstan) Ziya, Əkinçi kimi Azər-
baycan dilində  bəzi jurnallar da dərc olunurdu. Bürhani-Həqiqət 
Yerevanda (Ermənistan) nəşr olunurdu. 
Sovetlərin ilk illərində (1920-1929) ərəb  əlifbası ilə çap 
olunan azərbaycan jurnal və qəzetləri əsasən əmək, mədəniyyət, in-
cəsənət və təhsillə bağlı müxtəlif siyasi və sosial problemlərə həsr 
olunurdu. Sovet ideologiyası ruhunda (Marksist-Leninist) yazılan 
bu qəzet və jurnallar islam və ərəb əlifbasına qarşı kəskin tənqidlə 
dolu idi. Aydın idi ki, hökümət ərəb əlifbasına son qoymaq və yeni 
– latın əlifbasını təqdim etmək istəyirdi. 
Institumuzda  ərəb  əlifbası ilə yazılmış Sovet dövrü 
nəşrlərindən çoxlu mənbələr var. Onlara “Azərbaycan Həmkarlar 
Hərəkatı”, “Azərbaycan Ali Iqtisad Şurasının Əxbarı”, “Bakı Şurası 
Xəbərləri”, “Beşillik”, “Bolşevik”, “Qızıl Bakı”, “Qızıl Qələm”, 
“Qızıl Yardım”, “Qızıl Gəncə”, “Qızıl Tələbə” və “Qızıl Şərq” da-
xil idi. 
CƏNUBİ AZƏRBAYCAN. Biz azərbaycan dilində  ərəb 
əlifbası ilə  cənubi Azərbaycanda (indi Iran) nəşr olunan bir neçə 
əlyazma və kitaba malikik. Onların içində 1940-cı illərin xalq 
hərəkatı zamanı Təbrizdə, Sovet işğalı, Pişəvəri höküməti və eləcə 
də ondan sonrakı dövrə aid çap olunan qəzet və jurnallar var. Bura: 
Azərbaycan (Azərbaycan Demokratik Partiyası  tərəfindən nəşr 
olunurdu), “Azad Millət” və “Vətən Yolunda” daxildir. 
 43


AZƏRBAYCAN LATIN ƏLİFBASI  İLƏ (1929-1939). Il-
kin Sovet dövründə Azərbaycan latın  əlifbasına keçməyi qərara 
alan zaman ərəb nəşriyyatlarının çoxu yeni əlifbaya keçdilər. Ərəb 
əlifbası ilə  nəşr etməyi davam etdirən qəzet və jurnallar isə Sovet 
höküməti tərəfindən islamı və ərəb əlifbasını tənqid edərək təbliğat 
aparmaq məqsədi güdürdü. 1920-ci ildən başlayaraq  ərəb mət-
nlərinin din, elm, təbabət və ya ədəbiyyata bağlılığından asılı olma-
yaraq onların hamısının məhv edilməsi kampaniyası geniş vüsət 
aldı. (Bax: AI 7.3, Payız 1999, Asəf Rüstəmovun “Kitablarımızı 
yandırdıqları gün”). 
Ilkin latın əlifbasında çap olunmuş jurnalların bir neçəsi In-
stitumuzda saxlanılır. Onların tərkibinə: “Qızıl Araz”, “Qızıl  Şə-
fəq”, “Ədəbiyyat Qəzeti”, “Ədəbiyyat Cəbhəsində”, “Zaqafqaziya 
Bolşeviki”, “Zərbə” və “Inqilab və  Mədəniyyət” daxildir. Bu 
sənədlər çox vaxt vurğulayırdı ki, latın  əlifbasına keçid Azərbay-
canda savadsızlığa qarşı mübarizədə mühüm rol oynadı. 
KİRİL ƏLİFBASINA KEÇİD (1939). Kiril əlifbasına keçid 
1939-cu ildə – Stalin represiyasının yüksək nöqtəyə çatdığı dövrdə 
başladı. Görünür ki, Stalin əvvəlcədən bilmirdi ki, Türkiyə də latın 
əlifbasını qəbul edəcək və o, Türkiyə və hər hansı bir türk dövləti 
arasında olan əlaqələri pozmaq istəyirdi. 
Represiya illəri dövründə təkcə Azərbaycanda deyil, bütün 
Sovetlər  ərazisində on minlərlə adam həbs olunur, türməyə salınır 
və öldürülür və ya Sibirə  əmək düşərgələrinə göndərilirdi. Nəzərə 
almaq lazımdır ki, o zamanlar Sovet höküməti həmçinin Almaniya-
ya qarşı müharibəyə də hazırlaşırdı. Türkiyə hər iki Dünya Müha-
ribəsində Almaniyanın mütəffiqi idi. Nəticə etibarilə Türkiyə  sər-
hədində olan rayonlardan başlayaraq  şərqə  tərəf Orta Asiyayadək 
olan rayonlarda minlərlə azərbaycanlı (türk sayılan) həbs olundu... 
Xalqımızın rəsmi adı  və  əlifbamız (hansı ki, latın idi və 
Türk  əlifbasına yaxın idi) dəyişdirildi. Lakin əlifbamız dəyişdiril-
məmişdən 2 il əvvəl 1937-ci ildə Azərbaycanda hər bir cəsur və 
azad fikirli insan ya həbs olundu ya da güllələndi. Sağ qalanlar isə 
həddən artıq qorxu içərisində yaşayırdı. Kim cəsarət edib Stalinin 
kiril  əlifbasını  təqdim etmək fikrinə qarşı gedə bilərdi? Edənlər 
vardısa da, kim cəsarət edib onlar haqda məlumat toplayaradı? 
 
 
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən  
tərcümə etdi: Gülnar Aydəmirova.   
 44


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə