Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə33/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   29   30   31   32   33   34   35   36   ...   51

1858-ci ildə “Qraf Monte Kristo” və “Üç Müşketyor” əsər-
ləri ilə  məşhur olan dahi Fransız yazıçısı Aleksandr Duma (“ata”) 
(1802-1870) Qafqaza səyahət etdi. Regiona 9 aylıq səyahətə zamanı 
onun diqqətini cəlb edən yerlərdən biri Bakının  şəhər  ətrafında 
yerləşən Atəşgah—Alov Məbədi olmuşdur. Bu barədə olan 
təəsüratlarının bəzisini Düma bir il sonra Parisdə çap edilmiş “Qaf-
qaza səyahət” adlı əsərində qeyd etmişdi. 
Düma öz fransız yoldaşlarından bu yerə  səyahəti təxirə 
salmamağı məsləhət edirdi. O haqlı idi. Bu gün Atəşgah kompleksi 
muzeyə çevrilmiş və artıq Dümanın təsvir etdiyi canlı abidə deyil. 
Artıq burada atəşpərəstlər yoxdurlar və günbəzdə zaman-zaman 
peyda olan atəş  qığılcımlarınını görmək mümkün deyil. Bügun 
oradakı əbədi məşəl buradan keçən qaz kəmərlərindən qaynaqlanır. 
Aşağıda 150 il bundan əvvəl Dümanın şahidi olduğu mənzərə təsvir 
olunur: 
“Səhər yeməyindən sonra darvazada bizi gözləyən faytona 
mindik və məşhur Atəşgaha getdik. Çox nadir hallarda səyahət edən 
fransızlardan fərqli olaraq, Bakıda yerləşən Atəşgahı bütün dünya 
tanıyır. Səhər və axşam alov içində olan bu yer Bakıdan 26 
kilometrlik məsafədə yerləşir.  Əbədi məşəl yerin altında yerləşən 
qara və xam neftdən qaynaqlanır. 
“2 saatdan sonra Atəşgaha çatdıq. Səyahətimizin ilk yarısını 
dənizin kənarı ilə getdik. Atəşgaha çatdıqdan sonra isə biz elə bir 
təpənin zirvəsinə qalxdıq ki, oradan alovlar içərisində olan Atəşgahı 
tam görmək mümkün idi. Bir təssəvvürünüzə  gətirin: 4,5 kvadrat 
kilometr sahəsi olan bir ərazi! 
“Alovun nəhəng dilləri yerdəki xırda dairəvi yarıqlardan 
havaya qalxırdı. Külək alovu ətrafa yayır, onu dalğalandırır, sonra 
yenidən yerin üzərində yayaraq düzləşdirir və sonda yenidən 
havaya qaldırırdı. Lakin külək heç bir vəchlə alovu söndürə 
bilmirdi. 
Burada alov tərəfindən işıqlandırılan nəhəng dördbucaqlı 
tikili da var idi. Tikilinin divarlarında rəqs edən alovun əksi elə bir 
hiss aşılayırdı ki, sanki tikilinin özü hərəkət edirdi. 
“Burada eyni zamanda alov dilləri ilə dolu kiçik çuxurlarla 
əhatə olunmuş  ağ  rəngli məbəd var idi. Qaz yanarkən elə yüksək 
səs çıxarırdı ki, bu kiçik qaz plitələrindən gələn səs böyük 
sobalardan gələn səsə bənzəyirdi. Damda isə alovun nəhəng dilləri 
 100


iri gün-bəzin hər dörd küncündən çölə  çıxırdı. Lakin bu alov 
məbədə şərq tərəfdən olan girişdə yanan alovdan zəif idi. 
“Biz kompleksə  Şərq tərəfdə yerləşən yeganə qapıdan 
yaxınlaşdıq. Bu zaman çox gözəl və  əzəmətli bir mənzərə 
gözlərimiz önündə canlandı. Deyilənə görə, bu yer yalnız bayram 
günlərində belə  işıqlanır. M. Piqulevski (Bakıdakı Rus məmuru) 
Atəşgahdakı insanlara bizim gəlişimiz barədə məlumat vermişdi. 2 
min ildən artıq bir zaman müddətində  təcavüzə  məruz qalan 
atəşpərəstlər bu qərara boyun əymiş  və bizim gəlişimiz üçün hər 
şeyi bacardıqları qədər gözəl hazırlamışdılar” 
“Mənim həmvətənlərim, əgər bu atəşpərəstləri görmək istə-
yirsinizsə, onda bir az tələsin. Burada qalan cəmi 3 atəşpərəstdən 
biri qoca, digər ikisi isə 30-35 yaşındadır. Bu nisbətən gənc 
adamlardan biri altı ay bundan öncə Hindistandan buraya gəlmişdir. 
Elədir ki, var, ona qədər burada yalnız iki atəşpərəst var idi.” 
“Biz tamamilə alova bürünmüş bir qapıdan içəriyə daxil 
olduq. Iri, dördbucaqlı  həyətin ortasında içərisində  səcdəgah olan 
günbəzli bir tikili var idi. Səcdəgahın ortasında isə  əbədi məşəl 
yanırdı. Bundan əlavə günbəzin hər dörd küncündən qaz alovu 
çıxırdı. Səcdəgaha yaxınlaşmaq üçün 5 və ya 6 pilləkan qalxmaq 
lazım idi.” 
Həyətə açılan xarici divarlar boyunca 20-yə yaxın hücrə 
yerləşirdi. Bu hücrələr zərdüşt dinini qəbul etməyə hazırlaşan 
insanlar üçün tikilmişdi. Hücrələrdən birində isə 2 büt şəkli 
yerləşən oyuq var idi. 
“Atəşpərəstlərdən biri kahin paltarı geymişdi, başqa birisi 
isə  əyninə yalnız köynək kimi bir şey geymişdi. Tezliklə atəş-
pərəstlik dini mərasimlərinə başladı.” 
“Mərasim zamanı, rahib səsinin çox qeyri-adi şəkildə dəyi-
şərək mahnı oxuyurdu. O, eyni zamanda “sol” və “mi” notları 
arasında yerləşən 4-5 xromatik notdan ibarət mahnı oxudu. Bu 
mahnıda Brahmanın (Hind allahı) adı tez-tez təkrar olunurdu. 
Bəzən rahib uzuaşağı torpağa uzanırdı. Digər iki atəşpərəst isə onun 
əlində tutduğu çini qablara vuraraq yüksək və cingiltili səslər 
cıxarırdılar. Sitayiş mərasimi başa çatıdqdan sonra rahib bizim hər 
birimizə bir tikə qənd parçası verdi. Əvəzində isə bizim hər birimiz 
ona bir rubl verdik. 
 101


Duma öz hekayətini bu sözlərlə bitirir: “Biz Bakının Vizuvi 
dağını səyahət etdik. Atəşgah Neapoldakı Vizuvi vulkanından daha 
əzəmətlidir, çünki o əbədi olaraq yanır. Sonra biz Bakıya qayıtdık.” 
 
  
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən  
tərcümə etdi: Aytən Əliyeva  
Redaktə edən: Aydan Nəcəfova, Gülnar Aydəmirova
 
 
 
İPƏK YOLU: AZƏRBAYCANDA TUT  
AĞACININ TARİXİ 
 
Fərid Ələkbərli, İsgəndər Əliyev 
 
Mənbə: Azerbaijan International jurnalı - AI 8.3 (2000) © 2000. 
Azerbaijan International AZERI.org 
 
əzə dəymiş tut elə kövrək və tez korlanan olur ki, o, hələ də 
Amerika Birləşmiş  Ştatlarının (ABŞ) ticarətinə daxil 
olmamışdır. Ona görə də o çox nadirdir və ona böyük tələbat 
var, xüsusilə  də Kaliforniyada. Restoran aşbazları bu dəbdəbəli 
giləmeyvənin funtuna $10-15 vermək üçün saatlarla bazarlarda 
növbədə durur. Los Ancelesdə  bəzi  İran mühacirləri sevimli 
meyvələrini asan əldə etmək məqsədilə öz tut bağlarını yetişdirmək 
üsuluna  əl atıblar. Bakıda isə  cərgə ilə düzülmüş tut ağaclarına 
parklarda, küçələrdə  və bulvarlarda rast gəlmək olar. Tut ən çox 
sevilən meyvələrdəndir. Bu şirin,  şirəli güəmeyvə heç də 
Azərbaycanda yeni deyil. Aıtıq orta əsrlərdə  ərazidə  ağtut, xartut, 
çardaqlı, şahtut, bidənə, xərcı (tumsuz), Şirvani, Tehrani və qaratut 
kimi müxtəlif tut növləri yayılmışdı. Tutun üç əsas növu var - ağ, 
qırmızı  və qara - bunlann hər üçü geniş  şəkildə Azərbaycanda 
yetişdirilir.  Əsasən də  ağ tut Kür, Araz və Samur çaylan boyu 
uzanan meşələrdə bitir. 

Tutu yığmaq üçün bir nəfər - adətən oğlan - ağaca çıxır və 
budaqları silkələyir. Bu zaman meyvə  aşagıda sərilən parça və ya 
plastik mələfənin üstünə tökülür. Giləmeyvələr çox kövrəkdir və 
ona görə  də onlarla ehtiyatlı davranmaq lazımdır. Çünki tut ləkəsi 
yuyulduqda belə getmir. 
 102


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə