Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə34/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   30   31   32   33   34   35   36   37   ...   51

Lakin Azərbaycanlılar tut ağaclarını  təkcə onların 
meyvəsinə görə yetişdirmir. Yayda Bakı  ətrafı  kəndlərdə  kənd 
sakinləri tut ağaclarının sərin kölgəsində oturub çay içir və ya nərd 
oynayır. İçəri Şəhərdə adını bu ağac növündən götürən meydan var. 
Tut ağacı haqda hətta mahnı da bəstələnib. 
Bu gun tut ağacları (çox vaxt qara tut) Bakının küçələri 
boyu üzulüb və onlar həyətlərə kölgə salır. Kənd yerlərində tut 
ağacları adətən həyətdə və ya albalı, əncir, nar, ərik, alma və armud 
kimi digər ağaclarla birgə meyvə baglarında əkilir. 
Əvvəlcədən meyvəsiz tut ağacları Bakıda bəzək növü kimi 
və kölgə salmaqdan ötrü kuçələr boyu və parklarda əkilirdi. Lakin 
necəsə onlarla bərabər bar verən tut ağacları da əkildi. İyun ayında 
onların meyvəsi dəyəndə meyvələr yerə düşur və  səkini ləkələyir. 
Və elə bundan və bir də üzü tünd çəhrayı rəngli şirə ilə ləkələnmiş 
uşaqlardan bilmək olur ki, Azərbaycanda tut vaxtıdır. 
TUTUN MÜALİCƏVİ  ƏHƏMİYYƏTİ. Tutun vaxtı 
keçdikdən sonra belə Azərbaycanlılar onu "doşab" və ya "bəkməz" 
adlanan tut şərbəti qatışıgı halında yeməyi xoşlayır. Bu şərbəti 
hazırlamaq üçün tut şirəsini bal kimi qatı olanadək qaynatmaq 
lazımdır. 
Bu şərbətin dadlı şirniyyat olması ilə bərabər ondan həm də 
qara ciyər xəstəliklərinə qarşı, öd kisəsi və ürək üçün dərman kimi 
istifadə olunur. 
Öd kisəsi iltihablarını sağaltmaq uçün yarım stəkan su ilə 
iki xörək qaşığı bəkməzi qatışdırıb içmək və sonra da sağ tərəfı üstə 
uzanmaq lazımdır. Bu müalicə ac qarına, səhər yeməyindən yarım 
saat əvvəl yerinə yetirilməlidir. 
Bəkməz həm də boğaz ağrılarını sağaldır. 1836-cı ildə 
məşhur alim və axırıncı Bakı xanının oğlu Abbasqulu Ağa 
Bakıxanov Rusiyada Xarici Ticarət  Şöbəsinə başçılıq edən dostu 
Dmitri Bibikova bir neçə  şüşə  bəkməz gondərmişdi. Bakrxanov 
yazırdı: "Hörmətli cənab... Söz verdiyim kimi sizə  şüşələrdə 
mürəbbə göndərirəm. Onlardan ikisi tut, biri heyva və balacası isə 
göyəmdir. Tut mürəbbəsi boğaz ağrılarına qarşı xeyirlidir. Şirəni 
bayır tərəfdən boğaza sürtün, üstünü parça ilə örtün və bu kompresi 
bütün gecə saxlayin. Həmçinin tut mürəbbəsini arada bir içə və ya 
şorbaya qata bilərsiniz. Heyva mürəbbəsi zəif mədə üçün xeyirlidir 
və onu möhkəmlədir. Göyəm mürəbbəsi isə yeməklərə 
 103


sərinləşdirici turşluq verir. Əgər istəsəniz, sizə yenə  də mürəbbə 
göndərə bilərəm." 
Təkcə Azərbaycanda deyil, həm də Gürcüstan və 
Ermənistanda da məşhur olan tutdan alınan digər bir məhsul - tut 
arağı tut şirəsindən hazırlanan möhkəm likördür. Bu arağın 
Azərbaycan milli növlərindən biridir. Arağın digər bir növü zoğal 
arağıdır. Bəziləri inanır ki, bu içkilərin kiçik dozası  mədə  və ürək 
xəstəliklərindən qoruyur. 
İPƏK QURDU ÜÇÜN YEM. Azərbaycanlılar tut ağacının 
baçqa hissələrindən də istifadə edirlər. Məsələn, onun köklərini 
qaynadaraq qara boya hazirlayır, odunundan isə mebel və ya musiqi 
alətləri düzəltmək üçün istifadə edirlər. Lakin tut ağacının Azərbay-
cana ən böyük təsiri onun ipək istehsalı olmuşdur. Ağ tut agacının 
yarpaqlarından  İpək Yoluna adını vermiş  məhsulu  əldə etməkdən 
ötru ipək qurdları üçün qida kimi istifadə edilir. 
Azərbaycanın Şirvan ərazisi ipək istehsalına görə hələ 9-cu 
əsrdən tanınır. Artıq 11-12-ci əsrlərdə Şirvanda istehsal olunan ipək 
Rusiya və  qərbi Avropa ərazisində  məşhur idi. İpək parça Xəzər 
sahili boyunca ticarət idarələri malik olan Venesiya və Genuya 
tacirləri vasitəsilə İtaliyaya aparılırdı 
1293-cü ildə Marko Polo özü yazırdı ki, Genuya gəmiləri 
Xəzər dənizi ərazisində ipək ticarəti ilə məşğuldurlar. O, yazır: "Şir-
van sakinləri qızılı ipək parçalar hazırlayır. Belə gözəl parçaları heç 
bir yerdə tapa bilməzsiniz." 
Buna bənzər, Adam Oleari - 17-ci əsrdə Şirvana gələn səya-
hətçi yazırdı ki, Azərbaycan hər il 2,5 milyon kiloqramadək ipək 
parça istehsal edir. 
Təkcə  Şəki  şəhərində 14000 ailə ipək qurdu yetişdirməklə 
məşğul idi və onlar hər il təqribən 15000 pud (240 ton) emal 
olunmamış ipək istehsal edirdilər. Bu ipək parçaların bir hissəsi 
ixrac olunur, digər bir hissəsi isə yerli fabriklərdə boyanılır və 
toxunurdu. 
Sovetlər dövründə Brejnev kimi hökümət başçıları Azər-
baycanda ipək sənayesini pambıq sənayesi ilə  əvəz etmək istə-
yirdilər. Lakin buna baxmayaraq Şəki özünün çiçəklənən ipək is-
tehsalını saxladı  və Sovet imperiyası dağılanadək minlərlə  işçini 
işlə təmin etdi. 
KÜTLƏVİ  ƏKİN. 1961-ci ildə Azərbaycan Nazirlər 
Kabineti ipək qurdunun artırılması haqda fərman imzaladı. 3 illik 
 104


plana əsasən bütün respublika ərazisində hər il 3.8 milyon tut ağacı 
əkil-məli idi. 
Tut ağacları  həm də ipək qurdları yetişdirilməyən rayon-
larda da əkilirdi. Bu, ipək istehsalı olan rayonları yarpaqla təmin 
etmək üçün edilirdi. 
Sovet imperiyası dağıldıqdan sonra Azərbaycanda ipək 
istehsalı heçə endi. Lakin buna baxmayaraq bu, Qazaxıstanda hələ 
də çiçəklənən bir sənaye növüdür. Hər il milyon tut ağacı  əkmək 
əvəzinə ildə yalnız bir neçə min tut ağacı  əkilir.  Şəki  şəhərindəki 
ipək fabriki heç də  əvvəlki kimi işləmir  (məqalə 2000 ildə 
yazılmışdır – red.). Görəsən, ipək sənayesi bir zamanlar tutdugu 
zirvəyə qabca biləcəkmi? Hələlik isə tut ağacları bir zamanlar 
Avropa ilə Asiyanı birləşdirən İpək Yolunun mövcudluğunun canlı 
sübutudur. 
  
Fərid Ələkbərlinin və İsqəndər Əliyevin məqaləsini  
ingilis dilindən tərcümə etdi: Gülnar Aydəmirova  
  
 
 
KÖHNƏ BAKI BARƏDƏ XATİRƏLƏR 
  
Mənbə: Azerbaijan International jurnalı - AI 10.3 (Payız 2002) © 
2004, Azerbaijan International  
 
ÖN SÖZ. Azərbaycanın digər qədim  şəhərlərindən  əsaslı 
şəkildə  fərqlənən Bakının Içəri  Şəhəri çox nadir bir memarlıq 
abidəsidir. Bura bəzən xaricilər tərəfindən “Köhnə Bakı” 
adlandırılır. Içəri  Şəhərdə hal-hazırda təmir edilən Qız Qalası, 
Şirvanşahlar sarayı da daxil olmaqla çoxlu sayda heyrətamiz 
memarlıq abidəsi vardır. Lakin bununla belə orta əsrlər Içəri 
Şəhərinin özünəməxsus mədəniyyəti və adət-ənənələri var idi və 
onların bir çoxu indi itirilməyə və unudulmağa başlamışdır. Indi bir 
zamanlar Içəri  Şəhərin qala divarları içərisində yaşayan insanların 
etnoqrafik xüsusiyyətlərini bərpa etmək çətindir. Hal-hazırda 
azərbaycanlıların çoxu Içəri Şəhərin tarixi və adət-ənənələri barədə 
çox az şey bilir. Yaşlı  nəsil dünyasını  dəyişdikcə, Içəri  Şəhərin 
nadir adət-ənənələri, həyat tərzi, mili geyimləri, bayramları, 
nağılları və lətifələri barədə ilkin məlumata malik insanlar azalır. 
 105


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə