Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə48/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   43   44   45   46   47   48   49   50   51

“Operanın açılış günündə (1908-ci il 12 yanvar) Əbdül-
rəhim bizə çoxlu çətinliklər yaratdı. Birdən onun qrim otağından 
qışqırıq səsləri eşitməyə başladım. Oraya getdim və  nə görsəm 
yaxşıdır? Leyli rolunu oynayan deyirdi: “Bunu üzümə sürtən 
deyiləm!” Birtəhər onu razı edib üzünü qrim etdik və Leyli rolunu 
ifa etməsi üçün hazırladıq.” 
“Məcnun rolu üçün özümü qara bir qula çevirmişdim, çünki 
bir dəfə Içəri  Şəhərdə qara qul görmüşdüm. Bu qulu Hacı  Mək-
kədən gətirmişdi. Təbii olaraq, mən də bütün ərəbləri qara hesab 
edərək özümü bu şəklə salmışdım.” 
“Səhnəyə  çıxanda camaatı böyük çətinliklə  də olsa sakit 
etdik. Onların çoxu ilk dəfə idi ki, teatra gəlmişdilər. Özlərini necə 
aparacaqlarını bilmirdilər.” 
“Tamaşa başlayanda salonda elə bir sakitlik yarandı ki, elə 
bil ki, teatrda heç kimsə yox idi. Lakin sonda, pərdə düşdükdən 
sonra camaat məni sürəkli alqışlayır və yenidən səhnəyə  dəvət 
edirdi. Səhnənin arxasında isə dostlarım məni qucaqlayıb öpürdülər. 
Mən o qədər sevinirdim ki, qeyri-ixtiyari olaraq ağladım.” 
“Sonra bir qışqırıq eşitdim: “Bəs mən üzümdəki bu rəngi 
necə silim?” Mən anladım ki, bu Fərəcovdur. Gedib gördüm ki, su 
kranının qabağında durub üzünü su ilə yuyur. O, başa düşmürdü ki, 
onun bığlarını görünməmək üçün yapışdırdığımız lak su ilə 
qarışdıqca lak daha da bərk olur. O üzünə daha çox su vurduqca, 
lak daha da bərkiyirdi.” 
“Lak onun üzündən getmirdi və quruduqca da incidirdi. Işi 
belə gördükdə qolundan yapışıb kranin yanından apardım. Onun 
üzündəki qrimi vazelin ilə  təmizləməyə çalışdım. Iyrənə-iyrənə 
mənim üzümə baxıb dedi: “O donuz yağını qoymaram üzümə 
sürtəsən. “Çox müsibətlə onun üzünü təmizlədik .” 
Bu yolla Sarabski Fərəcovun bığını kəsilməkdən xilas etdi. 
1900-cü illərin  əvvələrində Bakıda bığ saxlamamaq kişi üçün 
biabırçılıq idi. 
ŞUŞADAKI ÇIXIŞLAR. Sarabski eyni zamanda “Leyli və 
Məcnun” operasının Azərbaycanın Qarabağ  əyalətinin mədəni 
mərkəzi olan Şuşadakı ilk tamaşası barədə danışır. (Hal-hazırda 
Şuşa Ermənistanın hərbi işğalı altındadır. 1992-ci il Qarabağ 
müharibəsi zamanı orada yaşayan Azərbaycanlılar canlarını xilas 
etmək üçün şəhərdən qaçmaq məcburiyyətində qalmışdılar). 
 147


Sarabski yazır: “Iki tamaşa üçün olan biletlərin hamısı 
satılmışdı. Tamaşadan yarım saat öncə bütün salon və salonun ətra-
fında camaat əlindən yer yox idi. Tamaşanı görmək istəyənlər qa-
pıçıya 5-10 rubl rüşvət təklif edirdilər.” (Bu məbləğ o zaman Bakı 
neft işçilərinin bir aylıq əmək haqqı idi.) 
Onlara “yerlər satılıb,” deyirdilər, onlar isə cavabında “Biz 
operanı görmək istəyirik. Bu da sizin pulunuz.” 
“Teatrın müdiri o qədər əsəbi idi ki, nə edəcəyini bilmirdi. 
Mənim fikrimi soruşduqda mən ona, “Pəncərələri açın, qoyun hamı 
qulaq assın” söylədim. 
“Pərdə açıldı. Xorun ifasında “Şəbu-Hicran” la opera 
başlandı  və bununla da zal sükuta qərq olaraq nə olacağını 
gözləməyə başladı.” 
ZİDDİYƏN GIĞILCIMI. Bakının dini fantları Sarabskini 
teatrda fəaliyyət göstərdiyi üçün dəfələrlə hədələmişdilər. Sarabski 
bu barədə  aşağıdakıları  deyir:  “Bir  dəfə  Nəcəf bəy Vəzirovun 
“Yağışdan çıxdıq, yağmura düşdük” komediyasını oynayırdıq. Bu 
tamaşada Hacı Qəmbər öz nökərinə deyir: “ Cəbi, tez ol, get Molla 
Səfini çağır.” Mən burada Hacı  Qəmbərin rolunu ifa edirdim. 
Necəsə bu sözlər məni böyük günaha cəlb etdi.” 
“Səhərisi gün Içəri  Şəhərin Qala küçəsi ilə gedirdim. 
Qəflətən iri papaqlı bir şəxs mənim qarşımda peyda oldu və dedi: 
“Dünən gecə teatrda Hacı  Qəmbər rolunu oynayan sən idin? ” 
“Bəli”, dedim. 
“Səhnədə oynadığın bəs deyil, hələ mollalarmızın da adını 
çəkirsən?” Bunu söylədikdən sonra o, mənim sifətimə bir yumruq 
ilişdirdi və qaçıb getdi. Onun dalınca qaçıb tutmağa çalışdım, amma 
alınmadı. 
Qatı dindarlar Sarabski və digər artistlər qadınları tamaşada 
oynamağa sövq edəndə daha də  qəzəblənirdilər. Sarabski yazır: 
“Uzun müzakirələrdən sonra biz afişalarda yazdıq ki, qadınların da 
tamaşalara gəlib onu seyr etməsi üçün ikinci eyvanda bağlı otaqlar 
nəzərdə tutulub. Bundan sonra Bakıda böyük hay-küy yarandı. 
Küçələrdə və bazarlarda görünə bilmirdik. Bizi hər kimsə görsəydi 
deyirdi: ‘Uşaqlarımızı dindən ayırdız, bir söz demədik, indi də 
istəyirsiniz ki, qadınlarımızı yoldan çıxarırsınız?’ Onlar bizə elə 
qəzəblə hücum edirdilər və bizi elə kobud dillə söyürdülər ki, bu 
sözləri dilimə belə gətirməyə utanıram.” 
 148


İRANA SƏYAHƏT. Bütün bu çətinliklərə baxmayaraq 
Üzeyir Hacıbəyov və onun yoldaşları bütün səylərini əsirgəmirdilər. 
Onlar Müsəlman Şərqində Avropa tipli teatr mədəniyyəti yaratmaq 
istəyirdilər. 1918-ci ildə onlar Tiflisdə “Arşın mal alan” tamaşasını 
oynadılar. Bu musiqili komediya böyük uğura səbəb oldu. Daha 
sonra teatr qrupu İrana turneyə yola düşdü. Onlar Təbriz, Rəşt, 
Tehran və digər  şəhərlərdə “O olmasın, bu olsun” və “Dəmirçi 
Gaveh” tamaşalarını oynadılar. Sarabski yazır ki, həm Iran 
höküməti, həm də Irandakı Rusiya təmsilçiliyi Tehranda “Dəmirçi 
Gaveh” tamaşasının oynanılmasını qadağan etdi, çünki bu əsərdə 
inqilabi ideyalar var idi. Bütün bunlara baxmayaraq, insanlar teatra 
doluşdular və  əllərindəki biletləri göstərərək tamaşanı seyr etmək 
istədiklərini tələb etdilər. Şah rəsmiləri və çarın İrana təyin edilmiş 
hərbi zabiti tərəfindən hədələrin olmasına baxmayaraq, tamaşa 
oynanıldı. 
Sarabskinin xatirələri Azərbaycanda ilkin teatr tarixinə aid 
digər maraqlı faktlara malikdir. Bu memuarlar ilk dəfə olaraq “Bir 
artistin xatirələri” adı altında 1926-cı ildə “Maarif və Mədəniyyət” 
jurnalımda çap olunmuşdu. 1930-cu ildə onlar yenidən kitabça 
şəklində çap olunur. Sarabski öz memuarlarının  əhəmiyyətini çox 
yaxşı başa düşürdü. “Yazıçı” nəşriyyatı bu memuarları 1982-ci ildə 
yenidən nəşr etdirir. “Köhnə Bakı” adlanan digər xatirələr kitabında 
Sarabski yazır: “Yarım əsrlik həyatım ərzində mən çox hadisələrin 
şahidi olmuşam. Bizim atalarımızın və babalarımızın adət-ənənləri 
və  mənim öz müşahidələrimin bəzi detallarıının gələcək nəslə 
maraqlı olacağını düşünürəm.” Sarabski tamamilə haqlı idi. Zaman 
keçdikcə onun köhnə Bakı haqqında olan xatirələri daha çox 
əhəmiyyət kəsb etmiş və böyük maraqla oxunmağa başlanmışdır. 
 
 
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən  
tərcümə etdi: Aytən Əliyeva 
Redaktə etdi: Ülviyyə Məmmədova 
 
 
 
 
 
 149


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə