Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə45/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   41   42   43   44   45   46   47   48   ...   51

də onlar tərəfindən göstərildi. Axundov sonda dərk etdi ki, ərəb 
əlifbası barəsində  hətta cüzi dəyişiklik etmək belə qeyri-mümkün 
olacaq. Arxiv materialları Iranın Türkiyədəki səfirinin  şərh etdiyi 
fikirlərə əsasən göstərir ki, Iran tamamilə bu layihəyə zidd gedirdi. 
1878-ci ilədək Axundov ərəb  əlifbasında islahatlar etmək 
fikrindən daşınmışdı və fikrini bir neçə kiril işarəsi olan latın əlifba-
sını  təqdim etməkdə  cəmləşdirmişdi. Axundov deyirdi: “Ənənəvi 
ərəb əlifbasından istifadə etmək istəyənlər ondan istifadə edə bilər, 
digərləri isə, yeni əlifbanı seçə bilər.” Hər halda onun təklif etdiyi 
əlifbaya bir neçə kiril işarəsi  əlavə etməsinə baxmayaraq Rus 
höküməti onun cəhdlərinə heç bir dayaq göstərmədi. Və yenidən bu 
layihə də uğursuzluqla nəticələndi. 
Bununla belə, o, bu məsələləri ictimayətin müzakirəsinə çı-
xara bildi və  bəzi ziyalılar onu mətbuat orqanlarında müzakirə 
etməyə başladılar. 1886-cı ildə Axundovun vəfatından 7 il sonra 
“Qafqaz” qəzeti Mirzə  Əliməmmədin  ərəb  əlifbasının dəyişdiril-
məsinə çağıran məqaləsini nəşr etdirdi. 1898-ci ildə həmin qəzetin 
bir neçə nömrəsində Firudin bəy Köçərlinin yazdığı “Ərəb əlifbası 
və onun qüsurları” adlı uzun bir məqalə nəşr olundu. 
Məşhur “Molla Nəsrəddin” jurnalının (1906-1931) redakto-
ru Cəlil Məmmədquluzadə  ərəb  əlifbası  və islahatın zəruriliyi 
barədə qeydlər etmişdi: “Bu heroqlifləri latın əlifbası ilə əvəz etmək 
lazımdır.” 
Əsrin  əvvəllərində hökümətin fəal üzvlərindən olan Nə-
riman Nərimanov da ərəb əlifbasını tənqid edirdi. Nərimanov kiril 
əlifbasını qəbul etməyi təklif edirdi. O, romanlarının bəzilərini özü-
nün yaratdığı azəri fonetikasının xüsusiyyətlərini  əks etdirən 
dəyişdirilmiş əlifbada yazmışdı. 
Axundov fikirləri yalnız yarım  əsr keçdikdən sonra qəbul 
edilən uzaqgörən bir şəxs idi. 
Azərbaycan latın əlifbasını rəsmi olaraq 1923-cü il oktyab-
rın 20-si qəbul etdi. Əvvəlcə  həm  ərəb, həm də latın  əlifbasının 
kütləvi şəkildə istifadə edilməsinə icazə verilirdi. Lakin artıq 1929-
cu il yanvarın 1-dən ateist Sovet höküməti Azərbaycanda  ərəb 
əlifbasının istifadəsini qadağan etdi. Bu əlifbanı yaddaşdan silmək 
üçün böyük kitab yandırma kampaniyaları həyata keçirildi. 
Azərbaycanın latın  əlifbasını  təqdim etdiyindən 5 il sonra 
Türkiyə  də 1928-ci ilin noyabrında eyni qərara gəldi. Bu qanun 
1929-cu ilin 1 yanvarından qüvvəyə mindi. 
 138


Lakin Türkiyənin Sovet Türk xalqlarının oxuya biləcəyi 
əlifbanı seçməsi Stalini narahat edirdi. Çünki, o, qorxurdu ki, bu 
xalqlar onun hakimiyyətinə qarşı Türkiyə ilə birləşər. O, Türkiyənin 
də latın  əlifbasını  qəbul etməyini gözləmirdi. Buna görə  də 10 il 
sonra 1939-cu ildə Stalin təcili olaraq belə  cəhdləri pozdu və tez 
Sovet dövlətinin bütün islam respublikalarında kiril əlifbasının 
geniş istifadəsini qəbul etdirdi. 
Heç şübhə yox ki, Axundov yeni müstəqil Azərbaycan Res-
publikasının Parlamenti tərəfindən atılmış ilk mühüm addımlardan 
birinin latın  əlifbasının yenidən qəbul edilməsi olduğunu bilsəydi 
gülümsəyərdi. Bu qərar müstəqillikdən yalnız bir neçə həftə sonra – 
1991-ci il dekabrın 25-də verildi. Axundovun mirası  hələ  də 
yaşamaqdadır. 
 
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən  
tərcümə etdi: Gülnar Aydəmirova 
Redaktə edən: Arzu Ağayeva 
 
 
GÜNDƏLİKLƏR: ŞAİR MİKAYIL MÜŞFİQ 
(1908-1939) 
  
Mənbə: Azerbaijan International jurnalı - AI 10.3 (Payız 2002) © 2004. 
Azerbaijan International AZERI.org 
 
talin dövründə Azərbaycan tarixinə aid ən maraqlı 
xatirələrdən biri Azərbaycan  şairi Mikayıl Müşfiqin həyat 
yoldaşı Dilbər Axundzadə  tərəfindən yazılan “Mənim 
Müşfiqli günlərim” gündəliyidir. Müşfiq Stalin repressiyasının  ən 
qızğın dövründə 31 yaşında həbs olunmuş  və edam edilmişdi. 
Həmin dövrdə, Stalinin fikrincə, Dövlətə  təhlükə törə bilən 10 
minlərlə ziyalı və digər şəxslər həbs edilmiş, Qazaxıstan və Sibirə 
sürgün edilmiş və ya öldürülmüşdü. 

Dilbərin xatirələri Sovet dövründə, 70-ci illərdə yazılmışdı, 
buna görə də o həyat yoldaşının ölümünə səbəb olan siyasi represi-
yanın bəzi xırdalıqları barədə heç bir söz söyləyə bilməmişdi. O 
hətta Müşfiqin nə vaxt və necə  həbs edilməsi barədə  də  məlumat 
 139


verməmişdi. Bununla belə, onun kitabı bizə bu istedadlı şairin həya-
tı barəsində ilkin məlumat vermək üçün çox dəyərlidir. 
Dilbər yazır ki, Müşfiq hətta uşaq ikən çox mərd və səmimi 
olmuşdur. Müşfiq valideynlərini uşaq yaşlarında itirmişdi və bun-
dan sonra nənəsi onun qayğısına qalmışdır. Nənəsi onu müsəlman 
ibtidai dini məktəbi olan mollaxanaya göndərir. Kasıb uşaqlar üçün 
nəzərdə tutulan bu məktəb qaranlıq, çirkli bir zirzəmidə yerləşirdi. 
Molla  şagirdləri  ərəbcə Quranı  əzbərləməyə  məcbur edirdi. 
Şagirdlər  ərəb sözlərini düzgün tələffüz etmədikdə, molla onları 
çubuqla döyərdi. Gənc Müşfiq mollaxanaya nifrət edirdi, buna görə 
də bu məktəb haqqında aşağıdakı acıqlı misraları yazmışdı: 
 
Uşaqlar əyləşib yerə, 
Cındır həsir—dolu birə, 
Belə molla yerə girə! 
De görüm bu molla— 
Hara mollasıdır? 
Yoxsa, bu molla qara mollasıdır? 
 
Müşfiqin nənəsi onun bu şerini gördükdə Müşfiqi sözünü 
açıq-aşkar dediyinə görə xəbərdar etdi: “Əgər sən belə davam etsən, 
onda bizim hamımızın axırı gələcək. Sən yetimsən. Kim sənin qey-
dinə qalacaq?” Zaman nəticədə  nənəsinin doğru olduğunu sübut 
etdi. 
Sovet dövründə Müşfiq dünyəvi məktəbə daxil olmuş və ali 
təhsilini başa vurmuşdu. O tezliklə sosializmin “Azadlıq, Bərabərlik 
və Qardaşlıq” kimi şüarlarından təsirlənməyə və rejimin bütün yer 
üzündəki insanlar üçün sosializm cənnəti quracağına dair sözlərinə 
inanmağa başladı. Müşfiq də digər azərbaycanlı ziyalılar kimi so-
sializm ideyalarını alqışlamağa başladı. 
Öz  şerlərində Müşfiq sənaye işçilərinin və  fəhlələrin 
işlərinin tərənnüm edir və Bakı  və digər  şəhərlərdə  sənaye müəs-
sisələrinin tikilməsini tərifləyirdi. Yaşınım 20-ci çağlarında olması-
na baxmayaraq, Müşfiq öz şerlərinə görə çox tanınırdı. O, məhəb-
bət və gözəllik barəsində sonsuz sayda şerlər yazmışdı. 
Müşfiqin həyat yoldaşı yazır ki, Müşfiq 1920-c illərdə 
Azərbaycanda ərəb əlifbasından latın əlifbasına keçidi alqışlayırdı. 
Müşfiq ümid edirdi ki, mürəkkəb ərəb əlifbasından sadə latın əlif-
basına keçid Azərbaycanda və digər  Şərq ölklərində savadsızlığı 
 140


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə