Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə24/47
tarix11.04.2018
ölçüsü0,66 Mb.
#37949
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

2.2 Plovlar
● 89
Səbzi – 4 dəstə
Sarıkök- 5 qr.
Yuxa çörək – 2 ədəd 
Hazırlanması:
Əvvəlcə səbzi və qoyun əti soğanla ayrı-ayrılıqda qovrulur. Qovrulmuş qoyun 
əti və səbzi isladılmış gavalı turşusu ilə birlikdə qarışdırılır. İri qazanda odun 
üstünə qaynamaq üçün su qoyulur. Düyü yaxşı-yaxşı yuyulduqdan sonra duzlu 
suda isladılır və su qaynayana qədər suda qalır. Su qaynadıqdan sonra duz 
ataraq düyü qazana tökülür. Düyü suda qaynayan zaman bir neçə dəfə kəfkirlə 
qarışdırılır. Düyü uzandıqda, yumşaldıqda aşsüzəndə süzülür. Su süzüldükdən 
sonra aşsüzəndəki düyü yenidən başqa qaba qoyulur ki, düyünü buxar vurub 
əzməsin və su tamamilə  çəkilsin. Qazana ərinmiş nehrə yağı atılaraq odun 
üstünə qoyulur. Yağ yaxşıca əridikdən sonra qazanın dibinə yuxa sərilir və düyü 
yağlanaraq tökülür. Düyüyə azacıq sarıkök və yaxud zəfəran səpilir. Yenidən 
qazan vam odun üzərinə  dəm almaq üçün qoyulur. Aşın yaxşı bişməsi üçün 
qazan odun üstündə bir neçə  dəfə  fırladılır və  dəmi alınır. Qazanın yanına 
bir qədər su çilədikdə su yumurlanıb cızıltıyla düşürsə yemək hazırdır. Düyü 
buluda çəkilərək üstü qazmaqla bəzənir və qovurma ilə ayrı-ayrı qablarda, 
yanında yuxa çörəklə süfrəyə verilir.
Xocalı
 

Swbzi – qovurma plov.
Tərkibi:
Qoyun əti – 15 kq.
Düyü – 30 kq.
Kərə yağı – 10 kq.
Baş soğan – 3 kq.
Kəvər – 10 dəstə
Keşniş – 10 dəstə
İspanaq – 10 dəstə
Turşəng – 10 dəstə
Duz – 1 kq 800 qr.
İstiot – 10 qr.
Zəfəran – 20 qr.


Qarabaü mÿtbÿxi
90 ●
Hazırlanması:
Yumşaq qoyun əti 35-40 qramlıq tikələrə doğranır, duz və istiot vurulub 
qızardılır. Göyərtilər yuyulub doğranılır. Ətin üzərinə yağda qızardılmış soğan 
və göyərti ilə iri doğranmış göyərti  əlavə edilib bişirilir. Ayrıca bişirilmiş 
plovun bir hissəsinə zəfəran vurulur. Boşqaba çəkilib yanına səbzi-qovurma 
qoyulur, üzərinə yağ tökülür.
Nəticə:
Səbzi qovurma plovun hazırlanmasında istifadə olunan ərzaqlar demək 
olar ki, eynidir sadəcə bəzi fərqlər var. Cəbrayılda səbzi plova abqora, darçın, 
Qubadlıda qara gavalı, səbzi, sarıkök vurulur. Plova əlavə olunan göyərtilərdə 
də fərqlər var: Şuşada turşəng, cəfəri, tərxun, Cəbrayılda quzuqulağı, Xocalıda 
isə ispanaq, turşəng vurulur. Qubadlıda isə ümumiyyətlə göyərtidən istifadə 
olunmur. Hazırlanma qaydası isə bütün rayonlarda demək olar ki, eynidir.
Şuşa
 

Şüyüdlü plov 
Tərkibi:
Düyü – 500 qr.
Yağ – 80 qr.
Şüyüd – 1 dəstə.
Duz – 30 qr.
Hazırlanması:
Düyü duzlu ilıq suda saxlanılır. Sonra düyü dəmə qoyulanda şüyüd xırda-xırda 
doğranılaraq düyüyə qatılır. Dəmə qoyulan zaman düyünün üzərinə yumurta 
vurularaq süfrəyə verilir. Qazanın dibinə qoyun əti də düzmək olar.
Qubadlı
 

Şüyüdlü plov
Tərkibi:
Düyü – 1kq.
Şüyüd – 4 dəstə 
Ərinmiş yağ –300 qr.


2.2 Plovlar
● 91
Soğan – 100 qr.
Duz – 60 qr. 
Yuxa çörək – 2 ədəd 
Hazırlanması:
Düyü yaxşı-yaxşı yuyulduqdan sonra duzlu suda isladılır və su qaynayana qədər 
islaqda qalır. Su qaynadıqdan sonra duz ataraq düyü qazana tökülür. Düyü bir 
qədər uzandıqda doğranmış şüyüd qazana tökülür və azacıq qaynadıqdan sonra 
süzülür. Su süzüldükdən sonra aşsüzəndəki düyü yenidən başqa qabın üzərinə 
qoyulur ki, düyünü buxar vurub əzməsin və su tamamilə çəkilsin. Qazana ərinmiş 
yağ atılaraq odun üstünə qoyulur. Yağ yaxşıca əridikdən sonra qazanın dibinə 
yuxa sərilir, yuxanın üstünə bir kəfkir düyü və doğranıb duzlanmış soğan səpilir 
və düyü yağlanaraq tökülür. Yenidən qazan vam odun üzərinə dəm almaq üçün 
qoyulur. Aşın yaxşı bişməsi üçün qazan odun üstündə bir neçə  dəfə  fırladılır 
və dəmi alınır. Qazanın yanına bir qədər su çilədikdə su yumurlanıb cızıltıyla 
düşürsə yemək hazırdır. Düyü buluda çəkilərək üstü qazmaqla bəzənir və 
qovurma ilə ayrı-ayrı qablarda, yanında yuxa çörəklə süfrəyə verilir.
Şüyüdlü plovun digər hazırlanma qaydası
Tərikibi:
Düyü – 1 kq.
Şüyüd – 5 dəstə
Ərinmiş yağ – 200 qr.
Kərə yağ – 200 qr.
Soğan – 2 dəstə göy soğan
Duz – 60 qr. 
İstiot – 8 qr.
Sarıkök – 8 qr.
Yuxa çörək – 2 ədəd
Yumurta – 5 ədəd
Hazırlanması:
Düyü yaxşı-yaxşı yuyulduqdan sonra duzlu ilıq suda qalır. Su qaynadıqdan 
sonra duz atılaraq düyü qazana tökülür. Düyü suda qaynayan zaman bir 
neçə  dəfə  kəfkirlə qarışdırılır. Düyü bir qədər uzandıqda doğranmış  şüyüd 
zoğlarından bir qədər qazana tökülür və azacıq qaynadıqdan sonra süzülür. 
Su süzüldükdən sonra aşsüzəndəki düyü yenidən başqa qabın üzərinə qoyulur 


Qarabaü mÿtbÿxi
92 ●
ki, düyünü buxar vurub əzməsin və su tamamilə çəkilsin. Qazana ərinmiş yağ 
atılaraq odun üstünə qoyulur. Yağ yaxşıca  əridikdən sonra qazanın dibinə 
bir kəfkir düyü səpilərək yuxa sərilir və yenidən azacıq düyü tökülərək soğan 
onun üzərinə yayılır. Qalan düyü şüyüdlə lay-lay qazana yığılır, bir qədər 
sarıkök atılır, sonra yumurtaların sayına görə çalalar açılır. Yumurtalar həmin 
çalalara qoyularaq yumurtanın sarısı azacıq deşilir, oraya azacıq istiot və duz 
atılaraq üzəri örtülür. Üzərinə  kərə yağı nazik-nazik doğranılır, üzərinə bir 
qədər soyuq su çilənərək vam odda dəmə qoyulur, tez-tez dəmi alınır. Qazanın 
yanına bir qədər su çilədikdə su yumurlanıb cızıltıyla düşürsə yemək hazırdır. 
Düyü buluda çəkilərək üstü qazmaqla və yumurta ilə bəzənir, yuxa çörək və 
qatıqla süfrəyə verilir.
Xocavwnd
 

Şüyüdlü aş
Tərkibi: 
Düyü – 500 qr.
Şüyüd – 2 dəstə
Toyuq – 500 qr.
Yağ – 100 qr.
Duz – 30 qr. 
Hazırlanması:
Şüyüd yaxşıca təmizlənərək doğranılır; düyü təmizlənir, isladılır və yuyulduq-
dan sonra qaynadılmış suya salınır, süzülür. Süzülmüş düyüyə  əvvəlcədən 
hazırlanmış şüyüd əlavə edilir, altına toyuq və ya un və yumurtadan hazılanmış 
qazmaq əlavə edilərək dəmə qoyulur. 
Nəticə:
Qubadlı  və  Şuşada  şüyüdlü plovun hazırlanma qaydası eynidir. Fərq 
ondadır ki, Qubadlıda bu plova soğan  əlavə olunur və yuxa çörəklə verilir. 
Xocavənddə isə toyuq əlavə olunur. 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə