2.2 Plovlar
● 79
Qubadlı
Qaralı aş
Tərkibi:
Düyü – 1 kq.
Ət – 1 kq.
Ərinmiş yağ – 500 qr.
Kişmiş – 200 qr.
Gavalı qurusu – 200 qr. (yaxud alça qurusu)
Şabalıd – 300 qr.
Ərik – 200 qr.
Soğan – 4 ədəd – 250 qr
Duz – 60 qr.
Sarıkök – 0,5 qr.
Yuxa çörək – 2 ədəd.
Hazırlanması:
Düyü yaxşı-yaxşı yuyulduqdan sonra duzlu suda isladılır və su qaynayana qədər
islaqda qalır. Su qaynadıqdan sonra duz atılaraq düyü qazana tökülür. Düyü suda
qaynayan zaman bir neçə dəfə kəfkirlə qarışdırılır. Düyü uzandıqda, bir qədər
yumşaldıqda aşsüzəndə süzülür. Su süzüldükdən sonra düyü yenidən başqa qabın
üzərinə qoyulur ki, düyünü buxar əzməsin və su tamamilə çəkilsin. Qazana ərinmiş
yağ atılaraq odun üstünə qoyulur. (Yağ yaxşıca əridikdən sonra qazanın dibinə
bir kəfkir düyü səpilir. Sonra yuxalar qazanın dibinə sərilir və düyü tökülür və
düyüyə sarıkök və bir az ərinmiş yağ əlavə edilib (vam odda) dəmə qoyulur. Tez-tez
düyünün dəmi alınır. Qazanın dibi cızıldadıqda onu odun üstündən götürərək qalın
dəsmalla bükülür. Sonra qara hazırlanır (qara əvvəlcədən də hazırlana bilər).
Doğranıb yaxşı-yaxşı yuyulmuş ət qaynadılır. Ət qaynayan zaman kəf tamamilə
yığıldıqdan sonra qazana bir qədər duz və doğranmış bir ədəd soğan atılır. Ət
sümükdən ayırdıqdan sonra azacıq yağ atılmış qazanda qovrulur. İsladılmış ərik,
alça və pörtlədilərək təmizlənmiş şabalıd, kişmiş və uzunsov doğranmış soğan
ayrı-ayrılıqda (azacıq sarıkök atılmaqla) yağda qovrulurlar. Lay-lay yığılaraq
(kişmişdən başqa) üstünə bir çömçə ətin suyundan tökülür. Vam odun üstündə bir
qədər bişdikdən sonra artıq yemək hazırdır. Düyü buludlara çəkilərək üstü kişmiş
və qazmaqla bəzədilir və aşqarası ilə qablarda süfrəyə verilir.
Qarabaü mÿtbÿxi
80 ●
Xocalı
Aş qarası
Qoyun əti – 1 kq.
Ərik qurusu – 300 qr.
Albuxara – 300 qr.
Alça qurusu – 300 qr.
Kişmiş – 300 qr.
Şabalıd – 500 qr.
Soğan – 500 qr.
Yağ – 300 qr.
Duz – 15 qr, istiot – 2 qr, sarıkök – 2 qr.
Hazırlanması:
Aş qarasının hazırlanma qaydası:
Qoyun əti doğranıb qaynadılır, soğan doğranıb qızardılır, şabalıd duzlu suda
bişirilib təmizlənir. Ərik qurusu, albuxara, alça qurusu, kişmiş yuyulur və hər
biri ayrı-ayrı yağda qızardılır. Aşağıdakı qayda ilə lay – lay düzülür.
Ət, soğança, ərik qurusu, şabalıd, albuxara, alça qurusu, kişmiş.
Aşın düyüsünün tərkibi:
Düyü – 1 kq.
Yağ – 200 qr.
Kişmiş – 100 qr.
Sarıkök – 2 qr.
Duz – 60 qr.
Aşın düyüsünün hazırlanma qaydası:
4 litr suya bir xörək qaşığı duz əlavə olunur və qaynadılır. Su qaynayan zaman
düyü suya əlavə olunur və bişənədək qaynadılır. Bişən düyü süzülür və qazana
tökülüb üzərinə ərinmiş yağ, sarıkök və qızardılmış kişmiş əlavə olunur.
Qazanın qapağı dəsmalla bükülüb vam odda dəmə qoyulur. Aş süfrəyə verilən
zaman boşqaba çəkilmiş aş düyüsünün üzərinə aşqarası əlavə olunur.
2.2 Plovlar
● 81
Xocavwnd
Plov
Uzun düyü – 500 qr.
Yuxa – 1 ədəd
Xırda lobya – 200 qr.
Sarıkök və ya zəfəran – 2 qr.
Duz – 30 qr.
Hazırlanması:
Düyü isladılır sonra qaynadılır və süzülür. Qazanın altına yuxa qoyularaq
düyü əlavə olunur və bişmiş lobya qatılaraq dəmə qoyulur.
Aş qarası üçün
Ət – 1 kq.
Soğan – 300 qr.
Şabalıd – 200 qr.
Alça qurusu – 200 qr.
Qaysı qurusu – 100 qr.
Xurma – 100 qr.
Kişmiş – 100 qr.
Duz – 8 qr.
Şuşa
Qaralı aş (turşu-qovurma plov)
Tərkibi:_Düyü_–_100_qr._Pərpətöyün_–_410_qr._Qatıq_–_200_qr._Sarımsaq_–_10_qr._Duz_–_5_qr.__Hazırlanması'>Tərkibi:
Düyü – 2 kq.
Ət – 1 kq.
Yağ – 1 kq.
Ərik – 20 qr.
Kişmiş – 20 qr.
Gavalı – 20 qr.
Şabalıd – 0,5 kq.
Soğan – 0,5 kq.
Yağ – 350 qr.
Qarabaü mÿtbÿxi
82 ●
Zəfəran – 4 qr.
Sarıkök – 3 qr.
Hazırlanması:
Qoyun əti doğranılır, qaynadılıb süzülür, sonra yağda qovrulur. Soğan ayrıca
qovrularaq ətə qarışdırılır. Gavalı, qaysı əvvəl soyuq suda sonra isti suda
yuyulub ətin üzərinə əlavə edilir. Sonra şabalıd da qatılaraq bişirilir. Düyü
duzlu ilıq suda 3 saat saxlanılır, sonra qaynadılıb dəmə qoyulur və üzərinə
zəfəran əlavə edilir.
Ağdam
Qaralı Plov
Qara.
Tərkibi:
Ət – 600 qr.
Soğan – 600 qr.
Ərik – 300 qr.
Kişmiş – 300 qr.
Gavalı – 300 qr.
Şabalıd – 300 qr.
Yağ – 300 qr.
Düyü – 1 kq.
Kök – 200 qr.
Duz – 60 qr.
Hazırlanması:
Ət qaynadılır, soğan qovrulur, ərik, kişmiş, gavalı, şabalıd ayrı-ayrı yağda
azca qovrulur. Sonra qaynadılmış ət, üstündən şabalıd, gavalı, ərik, kişmiş
qazana düzülür, vam odda bişirilir.
Düyü qaynadıqdan sonra süzülür, sonra yumurta ilə yuxa hazırlanır, qazana
qoyulur, üstündən qaynadılmış düyü tökülür, sonra kök tökülür qazanın üstündə
az odda dəmə qoyulur.
2.2 Plovlar
● 83
Nəticə:
Qaralı aşın hazırlanmasında istifadə edilən ərzaqlar demək olar ki, eynidir.
Bəzi fərqlər var. Xocalıda qaralı aşa albuxara, alça qurusu; Xocavənddə xırda
lobya, alça qurusu, xurma; Ağdamda isə kök əlavə olunur. Bütün rayonlarda
qaralı aşın hazırlanma qaydası isə demək olar ki, eynidir.
Bwrdw
Qatıqlı aş
Tərkibi:
Düyü – 100 qr.
Pərpətöyün – 410 qr.
Qatıq – 200 qr.
Sarımsaq – 10 qr.
Duz – 5 qr.
Hazırlanması:
Pərpətöyün doğranıb qaynadılır. Başqa qabda da düyü qaynadılır. Qaynadılmış
düyü, pərpətöyün və bir diş sarımsaq da əzilib çalınmış qatığa əlavə edilir.
Şuşa
Qatıqlı aş
Tərkibi:
Pərpətöyün 6 dəstə – 480 qr.
Qatıq – 2 lt.
Sarımsaq – 15 qr.
Düyü – 600 qr.
Duz – 5 qr.
Hazırlanması:
Düyü duzlu suda bişirilir. Bişənə yaxın onun içərisinə pərpətöyün göyərtisi
doğranıb tökülür. Qatılaşmış halda sinilərə tökülüb soyudulur. Qatığa sarımsaq
vurularaq qatılaşmış düyü və göyərtinin üzərinə əlavə edilib qarışdırılır. Zövqə
görə pərpətöyün əvəzinə şüyüd, dağkeşnişi, keşniş və nanə də vurula bilər. Bu
yemək yay fəslində hazırlanır.
Dostları ilə paylaş: |