Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə22/47
tarix11.04.2018
ölçüsü0,66 Mb.
#37949
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

2.2 Plovlar
● 79
Qubadlı
 

Qaralı aş
Tərkibi:
Düyü – 1 kq.
Ət – 1 kq.
Ərinmiş yağ – 500 qr.
Kişmiş – 200 qr.
Gavalı qurusu – 200 qr. (yaxud alça qurusu)
Şabalıd – 300 qr.
Ərik – 200 qr.
Soğan – 4 ədəd – 250 qr
Duz – 60 qr.
Sarıkök – 0,5 qr. 
Yuxa çörək – 2 ədəd. 
Hazırlanması:
Düyü yaxşı-yaxşı yuyulduqdan sonra duzlu suda isladılır və su qaynayana qədər 
islaqda qalır. Su qaynadıqdan sonra duz atılaraq düyü qazana tökülür. Düyü suda 
qaynayan zaman bir neçə  dəfə  kəfkirlə qarışdırılır. Düyü uzandıqda, bir qədər 
yumşaldıqda aşsüzəndə süzülür. Su süzüldükdən sonra düyü yenidən başqa qabın 
üzərinə qoyulur ki, düyünü buxar əzməsin və su tamamilə çəkilsin. Qazana ərinmiş 
yağ atılaraq odun üstünə qoyulur. (Yağ yaxşıca əridikdən sonra qazanın dibinə 
bir kəfkir düyü səpilir. Sonra yuxalar qazanın dibinə sərilir və düyü tökülür və 
düyüyə sarıkök və bir az ərinmiş yağ əlavə edilib (vam odda) dəmə qoyulur. Tez-tez 
düyünün dəmi alınır. Qazanın dibi cızıldadıqda onu odun üstündən götürərək qalın 
dəsmalla bükülür. Sonra qara hazırlanır (qara əvvəlcədən də hazırlana bilər). 
Doğranıb yaxşı-yaxşı yuyulmuş ət qaynadılır. Ət qaynayan zaman kəf tamamilə 
yığıldıqdan sonra qazana bir qədər duz və doğranmış bir ədəd soğan atılır. Ət 
sümükdən ayırdıqdan sonra azacıq yağ atılmış qazanda qovrulur. İsladılmış ərik, 
alça və pörtlədilərək təmizlənmiş  şabalıd, kişmiş  və uzunsov doğranmış soğan 
ayrı-ayrılıqda (azacıq sarıkök atılmaqla) yağda qovrulurlar. Lay-lay yığılaraq 
(kişmişdən başqa) üstünə bir çömçə ətin suyundan tökülür. Vam odun üstündə bir 
qədər bişdikdən sonra artıq yemək hazırdır. Düyü buludlara çəkilərək üstü kişmiş 
və qazmaqla bəzədilir və aşqarası ilə qablarda süfrəyə verilir.


Qarabaü mÿtbÿxi
80 ●
Xocalı
 

Aş qarası 
Qoyun əti – 1 kq.
Ərik qurusu – 300 qr.
Albuxara – 300 qr.
Alça qurusu – 300 qr.
Kişmiş – 300 qr.
Şabalıd – 500 qr.
Soğan – 500 qr.
Yağ – 300 qr.
Duz – 15 qr, istiot – 2 qr, sarıkök – 2 qr. 
Hazırlanması:
Aş qarasının hazırlanma qaydası:
Qoyun əti doğranıb qaynadılır, soğan doğranıb qızardılır, şabalıd duzlu suda 
bişirilib təmizlənir. Ərik qurusu, albuxara, alça qurusu, kişmiş yuyulur və hər 
biri ayrı-ayrı yağda qızardılır. Aşağıdakı qayda ilə lay – lay düzülür.
Ət, soğança, ərik qurusu, şabalıd, albuxara, alça qurusu, kişmiş.
Aşın düyüsünün tərkibi:
Düyü – 1 kq.
Yağ – 200 qr.
Kişmiş – 100 qr.
Sarıkök – 2 qr.
Duz – 60 qr.
Aşın düyüsünün hazırlanma qaydası:
4 litr suya bir xörək qaşığı duz əlavə olunur və qaynadılır. Su qaynayan zaman 
düyü suya əlavə olunur və bişənədək qaynadılır. Bişən düyü süzülür və qazana 
tökülüb üzərinə  ərinmiş yağ, sarıkök və  qızardılmış kişmiş  əlavə olunur. 
Qazanın qapağı dəsmalla bükülüb vam odda dəmə qoyulur. Aş süfrəyə verilən 
zaman boşqaba çəkilmiş aş düyüsünün üzərinə aşqarası əlavə olunur.


2.2 Plovlar
● 81
Xocavwnd
 

Plov 
Uzun düyü – 500 qr.
Yuxa – 1 ədəd
Xırda lobya – 200 qr.
Sarıkök və ya zəfəran – 2 qr.
Duz – 30 qr.
Hazırlanması:
Düyü isladılır sonra qaynadılır və süzülür. Qazanın altına yuxa qoyularaq 
düyü əlavə olunur və bişmiş lobya qatılaraq dəmə qoyulur. 
Aş qarası üçün 
Ət – 1 kq.
Soğan – 300 qr.
Şabalıd – 200 qr.
Alça qurusu – 200 qr.
Qaysı qurusu – 100 qr.
Xurma – 100 qr.
Kişmiş – 100 qr.
Duz – 8 qr.
Şuşa
 

Qaralı aş (turşu-qovurma plov) 
Tərkibi:_Düyü_–_100_qr._Pərpətöyün_–_410_qr._Qatıq_–_200_qr._Sarımsaq_–_10_qr._Duz_–_5_qr.__Hazırlanması'>Tərkibi:
Düyü – 2 kq.
Ət – 1 kq.
Yağ – 1 kq.
Ərik – 20 qr.
Kişmiş – 20 qr.
Gavalı – 20 qr.
Şabalıd – 0,5 kq.
Soğan – 0,5 kq.
Yağ – 350 qr. 


Qarabaü mÿtbÿxi
82 ●
Zəfəran – 4 qr. 
Sarıkök – 3 qr. 
Hazırlanması:
Qoyun əti doğranılır, qaynadılıb süzülür, sonra yağda qovrulur. Soğan ayrıca 
qovrularaq  ətə qarışdırılır. Gavalı, qaysı  əvvəl soyuq suda sonra isti suda 
yuyulub  ətin üzərinə  əlavə edilir. Sonra şabalıd da qatılaraq bişirilir. Düyü 
duzlu ilıq suda 3 saat saxlanılır, sonra qaynadılıb dəmə qoyulur və üzərinə 
zəfəran əlavə edilir.
Ağdam
 

Qaralı Plov
Qara.
Tərkibi:
Ət – 600 qr.
Soğan – 600 qr.
Ərik – 300 qr.
Kişmiş – 300 qr.
Gavalı – 300 qr.
Şabalıd – 300 qr.
Yağ – 300 qr.
Düyü – 1 kq.
Kök – 200 qr.
Duz – 60 qr.
Hazırlanması:
Ət qaynadılır, soğan qovrulur, ərik, kişmiş, gavalı,  şabalıd ayrı-ayrı yağda 
azca qovrulur. Sonra qaynadılmış  ət, üstündən  şabalıd, gavalı,  ərik, kişmiş 
qazana düzülür, vam odda bişirilir.
Düyü qaynadıqdan sonra süzülür, sonra yumurta ilə yuxa hazırlanır, qazana 
qoyulur, üstündən qaynadılmış düyü tökülür, sonra kök tökülür qazanın üstündə 
az odda dəmə qoyulur.


2.2 Plovlar
● 83
Nəticə:
Qaralı aşın hazırlanmasında istifadə edilən ərzaqlar demək olar ki, eynidir. 
Bəzi fərqlər var. Xocalıda qaralı aşa albuxara, alça qurusu; Xocavənddə xırda 
lobya, alça qurusu, xurma; Ağdamda isə kök əlavə olunur. Bütün rayonlarda 
qaralı aşın hazırlanma qaydası isə demək olar ki, eynidir.
Bwrdw
 

Qatıqlı aş 
Tərkibi:
Düyü – 100 qr.
Pərpətöyün – 410 qr.
Qatıq – 200 qr. 
Sarımsaq – 10 qr.
Duz – 5 qr.
Hazırlanması: 
Pərpətöyün doğranıb qaynadılır. Başqa qabda da düyü qaynadılır. Qaynadılmış 
düyü, pərpətöyün və bir diş sarımsaq da əzilib çalınmış qatığa əlavə edilir.
 
Şuşa
 

Qatıqlı aş
Tərkibi:
Pərpətöyün 6 dəstə – 480 qr.
Qatıq – 2 lt.
Sarımsaq – 15 qr.
Düyü – 600 qr.
Duz – 5 qr.
Hazırlanması:
Düyü duzlu suda bişirilir. Bişənə yaxın onun içərisinə  pərpətöyün göyərtisi 
doğranıb tökülür. Qatılaşmış halda sinilərə tökülüb soyudulur. Qatığa sarımsaq 
vurularaq qatılaşmış düyü və göyərtinin üzərinə əlavə edilib qarışdırılır. Zövqə 
görə pərpətöyün əvəzinə şüyüd, dağkeşnişi, keşniş və nanə də vurula bilər. Bu 
yemək yay fəslində hazırlanır. 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə