Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə19/47
tarix11.04.2018
ölçüsü0,66 Mb.
#37949
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

2.2 Plovlar
● 65
2.2 Plovlar
Qubadlı
 

Boranılı aş
Tərkibi:
Düyü-1 kq
Boranı-500 qr
Ərinmiş yağ -300 qr
Müxəşər-100 qr
Soğan -1ədəd (baş soğan)–100 qr
Duz -60 qr
Şəkər tozu-40 qr
Hazırlanması:
Boranı əvvəlcə kub formasında doğranılır. İri qazanda odun üstünə qaynamaq 
üçün su qoyulur. Düyü yaxşı-yaxşı yuyulduqdan sonra duzlu suda isladılır və su 
qaynayana qədər islaqda qalır. Su qaynadıqdan sonra duz ataraq düyü qazana 
tökülür. Düyü suda qaynayan zaman bir neçə dəfə kəfkirlə qarışdırılır. Düyü 
uzandıqda, yumşaldıqda aşsüzəndə süzülür. Su süzüldükdən sonra aşsüzəndəki 
düyü yenidən başqa qabın üzərinə qoyulur ki, düyünü buxar vurub əzməsin və 
su tamamilə çəkilsin. Qazanın dibi tamamilə yağlandıqdan sonra bir az soğan 
səpilir, boranı əlavə edilib ona şəkər tozu, azacıq duz və muxəşər səpirik. Sonra 
yağlanmış düyü qazana tökülərək ağzı kip qapaqla bağlanıb vam odun üzərinə 
qoyulur. Qazanın dibindəki yağ  cızıldadıqda yemək hazırdır. Yemək süfrəyə 
tək-tək qablarda, yaxud buludda yuxa çörəklə verilir.
Xocavwnd
 

Boranılı aş
Tərkibi:_Düyü_–_500_qr._Boyana_–_1_dəstə_Yağ_–_80_Yumurta_–_2_ədəd_Duz_–_30_qr__Hazırlanması'>Tərkibi:
Düyü – 400 qr.
Boranı – 1 kq.


Qarabaü mÿtbÿxi
66 ●
Soğan – 200 qr.
Maş lobya – 250 qr.
Sarı kişmiş – 100 qr.
Qoz ləpəsi – 100 qr.
Sumax – 30 qr.
Alça qurusu – 100 qr.
Duz – 20 qr, istiot – 3 qr.
Hazırlanması:
Boranı  əvvəlcədən təmizlənir sonra xırda-xırda doğranılır. Qaynadılmış 
maş lobya, düyü, kişmiş, alça turşusu, qoz ləpəsi və duz götürülür. Əvvəlcə 
doğranılmış boranı olmaqla bir neçə layda düzülür, üzərinə su tökməklə vam 
odda bişirilir. Əvvəlcədən kərə yağı da əlavə olunur.
Zwngilan
 

Boranı (balqabaq) aşı
Tərkibi:
Boranı – 2 kq. 
Yumru düyü – 400 qr. 
Çay maşı (balaca qırmızı lobya) – 200 qr.
Soğan – 3 ədəd.
Zoğal turşusu – 100 qr.
Şəkər tozu – 20 qr.
Ərinmiş yağ – 150 qr. 
Duz-20 qr, istiot-2 qr
Hazırlanması:
Maş qaynadılaraq tam bişirilir. Suyu süzülüb soyudulur. yumru düyü yuyulub isladı-
lır. Boranının qabığı soyulub içi təmizlənir və sinidə kubik formasında doğranılır, 
şəkərlə qarışdırılır. Maş, düyü, boranı, soğan, turşu, yağ, duz, istiot hamısı birlikdə 
qarışdırılır. Qazana tökülür və üzərinə 2 stəkan su əlavə edilib vam odda bişirilir.


2.2 Plovlar
● 67
Nəticə:
Boranılı aşın hazırlanmasında istifadə olunan ərzaqlarda bəzi fərqlər var. 
Boranılı aşa Qubadlıda müxəşər, şəkər tozu, Xocavənddə maş lobya, sarı kiş-
miş, qoz ləpəsi, sumax, alça qurusu, Zəngilanda isə çay maşı, zoğal turşusu, 
şəkər tozu əlavə olunur. Boranılı aşın hazırlanma qaydası isə hər üç rayonda 
demək olar ki, eynidir. 
Şuşa
 

Boyanalı aş
Tərkibi:
Düyü – 500 qr.
Boyana – 1 dəstə
Yağ – 80 
Yumurta – 2 ədəd
Duz – 30 qr
Hazırlanması:
Düyü ilıq duzlu suda 3 saat saxladıqdan sonra qaynadılır. Bişəndə doğranmış 
boyana əlavə edilib süzülür. Qazanın dibinə ət düzülür. Düyüyə yağ əlavə edilib 
dəmə qoyulur. Zövqə görə üzərinə yumurta da vurmaq olar.
Ağdam
 

Boyanalı aş
Tərkibi:
Düyü – 1 kq 
Yağ – 300 qr
Boyana – 80 qr
Yumurta – 2 ədəd 
Duz -60 qr, istiot – 3qr.
Hazırlanması:
Дцйц гайнадылыр, бойана хырда доьранараг ялавя олунур. Сцзцлдцкдян йумурта 
иля чалынмыш бишмиш дцйцдян газмаг щазырланыр. Йаь чиляняряк дцйц тийана тюкцлцр 


Qarabaü mÿtbÿxi
68 ●
вя дямя гойулур. Дямя гойуларкян нечя няфяр цчцн нязярдя тутулубса, о сайда 
дцйцнцн цзяриндя ойуглар ачылыр вя щяр ойуьа бир ядяд йумурта чалынараг дцйц иля 
цстц юртцлцр. Тяхминян 1,5-2 саат дямдя галдыгдан сонра сцфряйя верилир.
Bwrdw
 

Boyanalı aş
Tərkibi:
Düyü  – 1 kq.
Yağ  –  300 qr.
Qoyun əti – 1 kq.
Soğan – 1 ədəd – 80 qr
Boyana – 1 dəstə – 80 qr
Yuxa –  3-4 ədəd 
Duz – 60 qr
Hazırlanması: 
Qoyun ətinin üzərinə 1 litr su tökülüb qaynadılır. Ətin kəfi alındıqdan sonra 1 baş 
soğan salınıb vam odda bişirilir. Düyü dəmləmək üçün düyü əvvəlcədən ilıq duzlu 
suda saxlanılır. Su qaynadıqda içərisinə duz və bir çimdik limon turşusu tökülür. 
İslanmış düyünün duzu yuyulub qaynayan suya tökülür. Düyü bişdikdən sonra 
süzülür. Qazanın dibinə qazmaq üçün yuxa salınıb yağlanır, arasına doğranmış 
boyana səpməklə düyü dəmə qoyulur. Üzərinə ərinmiş yağ tökülür. Ət bişdikdən 
sonra zövqə görə ya düyünün arasına düzülür, ya da ayrıca kasalarda suyu ilə 
birlikdə süfrəyə verilir. Yeyilən zaman aşın üzərinə qoyulur.
Nəticə:
Boyanalı  aşın hazırlanmasında istifadə olunan ərzaqlar demək olar ki, 
eynidir, bəzi fərqlər var. Şuşa və Ağdamda boyanalı  aş hazırlanarkən  ətdən 
istifadə olunur. Şuşa rayonunda boyanalı plova soğan, yuxa, limon turşusu da 
əlavə olunur. Hazırlanma qaydası isə demək olar ki, eynidir. Sadəcə Ağdamda 
bu plovu hazırlayarkən neçə nəfər üçün nəzərdə tutulubsa o sayda düyünün 
üzərində oyuqlar açılır və hər oyuğa bir ədəd yumurta çalınaraq düyü ilə üstü 
örtülür.Şuşadan fərqli olaraq ət qazanın dibinə düzülmür, bişdikdən sonra 
zövqə görə ya düyünün arasına düzülür ya da ayrıca kasalarda suyu ilə birlikdə 
verilir.    


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə