Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə16/47
tarix11.04.2018
ölçüsü0,66 Mb.
#37949
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

Qarabaü mÿtbÿxi
50 ●
Xocavwnd 
 

Sulu wrişdw
Tərkibi:
Un – 600 qr.
Maş lobya – 250 qr.
Soğan – 200 qr.
Alça qurusu – 100 qr.
Quru nanə – 40 qr.
Əvəlik – 40 qr.
Yağ – 400 qr.
Duz, istiot
Hazırlanması:
Əvvəlcədən yoğrulmuş  xəmir kündələnir və  xırda  əriştələr kəsilir. Lobya 
qaynadılır və hazır saxlanılır. Yağda qovrulmuş soğanın üzərinə su tökülür
qaynar suya əriştə, lobya, alça turşusu və qurudulmuş nanə əlavə edilir. Hazır 
olduqdan sonra süfrəyə sarımsaq qatıqla verilir. 
Nəticə
Əriştənin hazırlanması Xocalı  və  Şuşa rayonlarında demək olar ki eyni 
cürdür. Xocalı rayonundan fərqli olaraq, Şuşa rayonunda əriştəyə ət suyu və 
nanə əlavə edilir. Xocavənd rayonunda bişirilən əriştənin fərqi ondan ibarətdir 
ki, burada maş lobyadan, alça qurusundan, əvəlikdən istifadə olunur və süfrəyə 
sarımsaqlı qatıqla verilir. 
Zwngilan 
 

Unlu umac
Tərkibi:_Un_–_500_qr._Yumurta_–_1_ədəd._Soğan_–_150_qr._Yağ_–_30_qr._Turşu_–_50_qr._Göyərti_Əvəlik_–_80_qr._Duz.__Hazırlanması'>Tərkibi:
Qara un – 200 qr.
Su – 1 lt.
Soğan – 1 ədəd.
Ərinmiş yağ – 100 qr.
Duz, istiot, sarıkök. 


1. Øorbalar
● 51
Hazırlanması:
Unun üzərinə su çilənir qarışdırılaraq umac hazırlanır. Su qaynadılır. Duz, 
istiot və sarıkök əlavə olunur. Sonra umac qarışdırıla-qarışdırıla suya əlavə 
olunur. Tez-tez qarışdırılır. Soğan xırda-xırda doğranılır və yağda tam qızardılır. 
Qaynar umacın üzərinə əlavə olunur. Umac isti halda yeyilir. Soyuqdəymədə, 
boğaz ağrısında olan xəstəyə daha xeyirli qida hesab olunur.
Şuşa 
 

Umac
Tərkibi:
Un – 500 qr.
Yumurta – 1 ədəd.
Soğan – 150 qr.
Yağ – 30 qr.
Turşu – 50 qr.
Göyərti
Əvəlik – 80 qr.
Duz.
Hazırlanması:
Un yumurta ilə ovularaq umac halına salınır. Doğranmış soğan yağda qovrulur. 
Üzərinə doğranmış bir parça əvəlik, su əlavə edilir. Qaynar suya umac tökülür 
və bişənə yaxın turşu, göyərti əlavə edilir.
Laçın
 

Umac
Tərkibi:
Buğda unu – 2 stəkan
Yağ – 100 qr
Yumurta – 1 ədəd
Əvəlik qurusu – 1 ovuc
Soğan – 2 ədəd
Lavaş, duz, istiot


Qarabaü mÿtbÿxi
52 ●
Hazırlanması:
Əvəlik qurusunun üzərinə qaynar su tökülüb islanmaq üçün kənara qoyulur. 
Narın doğranmış soğan yağda qovrularaq üzərinə su əlavə olunur. Qaynayan 
suya islanmış əvəlik, duz, istiot, lavaş əlavə edilərək qaynadılır. Unu yumurta, 
duz və su ilə ovuşduraraq umac hazırlanır. Hazır kütlə ələkdə ələnərək artıq 
unlardan təmizlənir. Umacı aramsız qarışdırmaq şərti ilə qaynayan işgənəyə 
töküb hazır olunca bişirmək lazımdır. 
Xocavwnd
 

Südlü umac
Tərkibi:
Süd – 1 lt.
Su – 500 qr.
Umac – 400 qr.
Şəkər tozu – 200 qr.
Duz
Hazırlanması:      
Qaynadılmış südə su əlavə edilir. Əvvəlcədən hazırlanmış umac süd bişəndə 
qazana tökülür. 10 dəqiqə qaynadıqdan sonra duz əlavə edilərək  götürülür.                               
Nəticə
Unlu umac Zəngilan və Şuşa rayonlarında demək olar ki eyni cür hazır-
lanır. Umacın hazırlanmasında fərq ondadır ki, Zəngilanda unun üzərinə su 
çilənir, istiot, sarıkök əlavə olunur, Şuşada isə yumurta ilə ovulur, əvəlik vu-
rulur, bişənə yaxın turşu və göyərti vurulur. Laçın rayonundakı fərq isə umaca 
lavaş əlavə olunmasıdır. Xocəvənd rayonundakı fərq isə umacın südlə hazır-
lanmasıdır.


2. ßsas yemÿklÿr
● 53
2. ßsas yemÿklÿr
2.1 Dolmalar
Cwbrayıl
 

Badımcan dolması 
Tərkibi:
Qoyun əti qiyməsi – 400 qr.
Düyü – 40 qr.
Badımcan – 1 kq.
Soğan – 300 qr.
Reyhan – 2 dəstə
Qatıq – 200 qr.
Sarımsaq – 15 qr.
Yağ – 100 qr.
Duz, istiot zövqə görə 
Hazırlanması:
Dolma üçün tünd rəngli badımcanlar seçilir, saplaq tərəfləri kəsilib atılır və 
ortasından uzununa kəsilərək toxumlardan təmizlənir. Badımcanlar qaynayan 
duzlu suya salınır, daha sonra badımcanların suyu ehtiyatla sıxılır. Soyumuş 
badımcanların hər biri yağda azacıq qızardılır. Ətin qiyməsi çəkilmiş soğanla 
qarışdırılır, doğranmış göyərti əlavə olunub badımcanların içinə doldurulub 
qazana düzülür, az miqdarda su tökülür və ağzı bağlı qabda bişirilir. Süfrəyə 
yanında sarımsaqlı və ya sarımsaqsız qatıqla verilir.


Qarabaü mÿtbÿxi
54 ●
Xocavwnd
 

Badımcan dolması
Тяркиби:
Badımcan – 500 qr.
Bibər – 500 qr.
Pomidor – 500 qr.
Yağlı qoyun əti – 1 kq.
Baş soğan – 200 qr.
Noxud – 150 qr.
Keşniş – 1 dəstə
Duz, istiot
 
Hazırlanması: 
Əvvəlcədən təmizlənmiş badımcanın, bibərin, pomidorun içərisinə yağda 
qovurulmuş  çəkilmiş  ət (ətin içərisinə duz, istiot, noxud, keşniş, reyhan vu-
rulur) doldurulur. Sonra qazana yığılaraq üzərinə 1 stəkan su əlavə edilərək 
30 dəqiqə vam odda bişirilir.            
                                  
Ağdam
 

Badımcan dolması 
Tərkibi:
Çəkilmiş yağlı qoyun əti – 1 kq.
Badımcan – 6 ədəd.
Pomidor – 6 ədəd.
Şirin bibər – 6 ədəd.
Soğan – 400 qr.
Yağ – 200 qr.
Noxud – 200 qr.
Reyhan – 30 qr.
Duz, istiot


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə