Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə27/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   23   24   25   26   27   28   29   30   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

79



tənzimlənməsinin diferensiallaşdırılmış tarif sistemi daxili istehsalı  dəstək-

ləməklə yanaşı, yeni texnika və texnologiya idxalına dəstək verdi. Tarif 

dərəcələrinin ən yüksək həddi 15 faiz olmaqla MDB məkanında ən optimal 

göstərici idi. Xarici ticarət  əlaqələrinin tarif tənzimlənməsi  “Azərbaycan 



Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərə-

cələri, gömrük rəsmiləşdirməsinə görə alınan yığımların miqdarı haqqında” 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 

nömrəli qərarı və sonrakı illərdə bu qərara edilmiş dəyişikliklər və əlavələrə 

əsasən advalor, aksizli mallara isə spesifik rüsumlar tətbiq olunurdu.  

Tədqiq olunan dövrdə gömrük-tarif tənzimlənməsi və gömrük orqan-

larında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi və gömrük-vergi 

qanunvericiliyinə dair normativ-hüquqi bazanın möhkəmləndirilməsi istiqa-

mətində xeyli işlər görüldü. Spesifik rüsumların advalor rüsumlarla əvəz 

edilməsi mərhələli qrafikə  əsasən yerinə yetirildi. Nazirlər Kabinetinin 

qərarı ilə daha 6 mal qrupunda spesifik rüsumlar advalor rüsumlarla əvəz 

edirdi. Bundan əlavə, istehsalı genişləndirmək və ixraca əlverişli  şərait 

yaratmaq məqsədilə eyni adlı malların idxalına tələb olunan gömrük tarif 

dərəcələrinə yenidən baxıldı. Daxili bazarın qorunması  və yerli istehsalın 

həvəsləndirilməsi üçün bir sıra tədbirlər görüldü. Belə ki, həmin qərara 

əsasən xarici ticarət balansına daxil olan 16672 əmtəənin 5235-i (31,4 faiz) 

15 faizlik dərəcə ilə idxal rüsumuna cəlb edildi. Bununla yanaşı, 2757 

əmtəədən (16,5 faiz) 0,5 faizlik, 2098 əmtəədən (12,6) isə 0 faiz, 1 faiz, 3 

faiz, 5 faiz, 10 faizlik dərəcə ilə idxal rüsumu tətbiq olundu. Cəmi 6582 

adda (39,5 faiz) əmtəənin spesifik gömrük rüsumuna cəlb edilməsi nəzərdə 

tutulurdu. Qanunvericilik aktına görə, gömrük ixrac vergilərinin malların 

(işlərin, xidmətlərin) müqavilələrə əsasən satıldığı valyuta ilə ödənilməsi və 

Azərbaycan hökumətinin xarici ölkələrlə azad ticarət sazişi olduğu təqdirdə 

ikitərəfli asılılığa əsasən malların idxalına və ya ixracına gömrük vergisinin 

tətbiq olunması  təsbit edildi. Diferensiallaşdırılmış tarif sisteminin qəbul 

edilməsi gömrük idxal rüsumlarının orta dərəcəsini xeyli qaldırdı. Bazar 

iqtisadiyyatına keçid dövrünü yaşayan ölkə üçün bu demək olar ki, normal 

hal idi. 

Gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq gömrük rəsmiləş-

dirilməsi və gömrük nəzarəti zamanı gömrük orqanları ilə xarici iqtisadi 

əlaqələrin iştirakçıları arasında vasitəçilik funksiyalarını yerinə yetirən 




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

80



gömrük brokerlərinin və onların gömrük rəsmiləşdirilməsi üzrə mütəxəs-

sislərinin fəaliyyəti tənzimləndi. Azərbaycan Respublikası Nazirlər Kabine-

tinin  “Gömrük brokeri haqqında  Əsasnamənin və Azərbaycan Respubli-

kasında gömrük brokeri fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi 

Qaydaları”nın təsdiq edilməsi haqqında 1998-ci il 1 may tarixli 101 

nömrəli Qərarında qeyd olunur ki, gömrük brokeri (vasitəçi) - Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış,  “Müəssisələr 

haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun fəaliyyət göstərən 

və Azərbaycan Respublikasının “Gömrük Məcəlləsi”nin və bu “Əsasna-

mə”nin müddəalarına  əsasən gömrük brokeri fəaliyyəti üçün Azərbaycan 

Respublikasının Dövlət Gömrük Komitəsindən müəyyən olunmuş qaydada 

lisenziya almış hüquqi şəxsdir (maddə 1.1). Gömrük brokerinin fəaliyyəti, 

onun təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına öz adından malların 

və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi əməliyyatlarının həyata 

keçirilməsindən və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarının 

yerinə yetirilməsindən ibarətdir (maddə 1.2). Nazirlər Kabinetinin 2002-ci il 

7 noyabr tarixli 173 nömrəli Qərarı ilə “Əsasnaməyə” əlavə və dəyişikliklər 

edildi [24, 31 may 1998-ci il, №5, maddə 343]. 

Gömrük tariflərinə  nəzarət etmək və gömrük tariflərinin qabaqcadan 

xəbərdar edilmədən qaldırılmasının qarşısını almaq məqsədilə 1989-cu ildə 

Brüsseldə Gömrük tariflərinin dərc edilməsi üzrə Beynəlxalq  İttifaqın 

yaradılması haqqında Konvensiya qəbul edilmişdir. Bu İttifaqın  əsas 

vəzifələrindən birini üzv dövlətlərin milli gömrük tariflərinin və milli 

gömrük qanunvericiliklərinin unifikasiyası  təşkil edir. İttifaq həmçinin 

malların nomenklatura və gömrük tariflərinin təsnifatı haqqında xüsusi 

müqavilə layihəsinin işlənib hazırlanması  və  qəbul olunmasının təşəbbüs-

çüsü kimi çıxış edir. Gömrük tarifləri sahəsində  məlumat mübadiləsi ilə 

əlaqədar müddəalar dövlətlər arasında imzalanmış ikitərəfli müqavilələrdə 

də əks etdirilir. Məsələn, Azərbaycan Respublikası ilə Bolqarıstan Respub-

likası hökumətləri arasında gömrük işi sahəsində qarşılıqlı  əməkdaşlıq 

haqqında Sazişin (2000-ci il 8 fevral tarixli Azərbaycan Respublikası 

Qanunu ilə təsdiq edilmişdir) 3-cü maddəsində göstərilir ki, gömrük idarə-

ləri bir-birini istər sorğu, istərsə  də öz xüsusi təşəbbüsləri ilə gömrük 

tarifləri ilə  əlaqədar məsələlərin dəqiqliyinin təmin edilməsinə kömək edə 

biləcək məlumatlarla təmin etməlidir [65, 12-13]. 




Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

81



Beləliklə, Gömrük tarif tənzimlənməsi aşağıdakı  tədbirlərin həyata 

keçirilməsini təmin etməli idi: 

– gömrük idarəetmə və nəzarət sisteminin gücləndirilməsi; 

– gömrük ödənişlərinin daha dəqiq sistemləşdirilməsi;  

– beynəlxalq iqtisadi əlaqələrin daha yüksək səviyyədə tənzimlənməsi 

üçün seçmə üsullar vasitəsi ilə gömrük ödəncləri siyahısına antidempinq, 

kompensasiya, xüsusi ödənclər kimi yeni ödənclərin daxil olmasına  şərait 

yaradılması; 

– gömrük ödənclərinin fiskal, proteksionist və  tənzimləmə funk-

siyalarını  təmin etmək üçün yeni, daha səmərəli tarif dərəcələrinin hesab-

lanması; 

– milli bazarın aşağı keyfiyyətli məhsullardan qorunması probleminin 

həlli. 

Məlumdur ki, inkişaf etməkdə olan hər bir ölkədə iqtisadi islahatların 



ilk mərhələlərində gömrük-tarif siyasətində fiskal funksiya üstünlük veril-

məsi zərurəti yaranır. Ölkəmizdə bu təcrübədən geniş istifadə edilmişdir. 

1995-2011-ci illərdə Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil 

olan gömrük ödənişlərinin dinamikasının təhlili göstərir ki, dövlət 

büdcəsinin gəlirlər hissəsinin formalaşmasında gömrük ödənişlərinin xüsusi 

çəkisi azalsa da, mütləq rəqəmlərin artımı yüksələn xətlə davam etdi. Bu o 

deməkdir ki, məbləğ etibarilə gömrük vergi və rüsumları büdcə artımına 

uyğun olaraq proqnozlaşdırılması  və bu zaman ötən dövrün vergitutma 

bazası, ilin makroiqtisadi göstəriciləri, eyni zamanda gömrük tarif siyasə-

tinin stimullaşdırıcı  və  tənzimləyici tədbirlərin nəzərə alınması  təcrübədə 

özünü doğruldur. Bütün bunlar Azərbaycan Respublikasının gömrük işi 

təcrübəsində gömrük tarifinin fiskal funksiyasının kifayət qədər mühüm yer 

tutduğunu təsdiq edir [76, 2005, №1, 15; 80, 2003, 16 sentyabr, 

№213(1850)].– 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respub-

likasının Gömrük ərazisinə  gətirilən və bu ərazidən çıxarılan malların 

Gömrük qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları haqqında” 1998-ci 

il 12 yanvar tarixli 7 nömrəli Qərar  “Gömrük tarifi haqqında”  Qanunun 

müddəalarını  təkrarlayaraq daha ətraflı müddəalardan ibarətdir. Bundan 

başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respub-

likası Nazirlər Kabinetinin 1998-ci il 12 yanvar tarixli, 7 nömrəli qərarı ilə 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə