163
Həsən bəy işin işdən keçdiyini görüb dedi:
– Cənab qubernator, siz məsləhət bildiyiniz bölgələrdə mənə
ehtiyac olduğunu dərk edərək, razılığımı bildirirəm. Amma sizin
lütfünüzdən, mərhəmətinizdən mənim son bir həftədə qəbul
etdiyim şikayət məktublarının sahibləri də nicat tapsalar, mən daha
rahat, arxayın Qubaya gedərəm.
– Nə şikayətlərdisə, ərizələrini ver Mahmud Xocayevə, biz
həll edərik.
Həsən bəy sağollaşıb otaqdan çıxdı. Kirayənişin qaldığı
Ağahüseynin qardaşı uşaqlarına müavinət məsələsindən başlayaraq,
ən çətin şikayət ərizələri də daxil olmaqla, bir neçə məktubu öz
əlilə yenidən yazaraq qubernatorun köməkçisinə verdi.
– Bax, dostum, bunları elə bu gün qubernatora verib üstünü
yazdırsan, qəhrəman kimi yadımda qalacaqsan, – Mahmudla
zarafat etdi.
Sonra evə döndü. Qapı ağzında oturub tənbəki bükən
Ağahüseyn kişi onu görcək ayağa qalxdı:
– Həsən bəy, xeyir ola, bu gün belə tez qayıtdınız? Hə, lap
yadımdan çıxmışdı, sizə məktub gəlib.
– Eləmi? Sabahdan məni Qubaya işləməyə göndərirlər. Sizin
qardaşınız uşaqlarının sahibkarlardan müavinət məsələsini həll
etdim. Bu günlərdə sizin ünvanınıza gələcək məktuba çox güman
ki, müsbət cavab veriləcək.
– Hara gedirsən, ay oğul, sənə elə öyrəşmişdik ki, bizi tək
buraxma.
– Tək deyəndə, mən Bakıya tez-tez gələcəm. Gələndə də
mütləq sizə baş çəkəcəm. Hələlik yuxarılardan göstəriş belə gəlib,
getməliyəm. Dediniz mənə məktub gəlib, hanı o?
– Məndədir, buyur, ay oğul.
Həsən bəy məktubu əlinə almadan həyəcanlandı, məktub
Veradan idi.
Məktubu əl sıxırmış kimi ovcunda tutdu. Sanki Veranın əllə-
rindən tutmuşdu, bir anlıq fikrə getdi. Ürəyi əsə-əsə məktubu açdı.
İki qoşa vərəqdə yazılmış məktubun arasından tökülən küknar
yarpaqlarının ətri Həsən bəyi daha çox həyəcanlandırdı. “Mənə
164
niyə kədər göndərmisən. Mən saçlarının ətrini, şirin, qılıqlı, işvəli
baxışını, sözlərini unutmağa çalışdığım bir məqamda bunlar
nədir?” İkinci vərəqin arasına son vaxtlarda çəkdirdiyi şəklini də
qoymuşdu.
“Salam, əzizim Həsən! Necəsən? Heç bilmirsən, məktub yaz-
maqla məni necə sevindirib xoşbəxt etdin? Evdə hamı sevindi.
Məktubu köksümə sıxıb yuxuya gedirəm, mənə göndərdiyin bir
ovuc sevinc və təsəlli üçün sağ ol. İndi Azərbaycan mənim üçün
tanıdığım məkanların ən doğmasıdır. Çünki orada sən varsan. Mən
bu diyarın tərəqqi və inkişafını arzulayıram. Bu, sənin arzun idi.
Həsən, çox inanıram, sən oranın inkişafı sahəsində ilk yol açanlardan,
ilk fəaliyyət göstərənlərdən olacaqsan. Sənli xatirələrlə yaşayıram.
Sənin bir fikrini də tez-tez xatırlayıram: “Kaş mənə mətbəə
açmağa, “Kolokol”
23
kimi qəzeti dərc etməyə icazə verəydilər”.
Xatırlayıram, bütün dərnəkdəki tələbə dostlarımız sənin arzuna
təəccüblənmişdilər. Hamı sənin bəy oğlu olduğunu bilirdi, maddi
cəhətdən bunu edə biləcəyini də düşünürdülər. Amma icazə müşkül
məsələdir. Sən bu qədər universitet dostlarımızın içində ürəyində
daşıdığın arzuların böyüklüyü ilə həmişə seçilmisən. Səni mənə
sevdirən yaşından çox-çox təcrübəli, ağıllı, təmkinli və ədalətli
olmağın idi. Sənin gələcək uğurlarına həmişə inanmışam, bundan
sonra da inanacam. Şəxsi həyatındakı yeniliklərdən mənə yaz.
Niyə Tiflisdən Bakıya getdin? Bundan sonra nə etmək fikrindəsən?
Həsən, ailə qur, mütləq ailə qur. Ailə səni bütöv olmağa, özünü
arxalı, köməkli hiss etməyə inandıracaq. Bizimki alınmasa da,
sənin timsalında mənim ürəyimdə həyat yoldaşından çox-çox
yaxın bildiyim məhrəm bir ürək dostum var. Bilirəm, bu o qədər
də asan deyil. Mən hələ ki ailə qurmağı bacarmıram. Ömrümə bir
“ağ atlı” oğlan gəlmişdi. O da sən idin. Bundan sonra kim olsa,
mən onu sənin kimi sevə bilməyəcəm. Bax məktubu yazmağa
başlayandan özümə söz vermişdim, münasibətlərimizlə bağlı heç
nə yazmayacam. Amma olmadı. Meçnikovun son tədqiqatlarını,
son dövr nəşr olunan rus ədəbiyyatı nümunələrini və s. kitabları
23
1857-1867-ci illərdə dərc olunan ilk rus qəzeti
165
sənə göndərirəm. Ümidvaram, bunlar səni sevindirəcək. Sənin
mütaliə səbrinə, həvəsinə həmişə qibtə etmişəm. Sənə nə lazım
olsa, mənə xəbər et. Mən çox əla bilirəm, yeni çıxmış kitablar sənə
hədiyyə olunanda necə xoşbəxt olursan. Heç kim məni belə böyük,
saf məhəbbətlə, təmənnasız sevgiylə oxşamayacaq. Mən çox gözəl
bilirəm, biz əsl məhəbbəti yaşadıq. Ailə qurmasam belə, o böyük
sevgi payı mənim bəsimdir, Həsən!
Sağollaşmaq istəyirəm. Çünki yazdıqca səni də, özümü də
keçmişə aparmaqla bu gündən ayırıram.
Sən demişkən, biz dostuq, Tanrının rastlaşdırdığı ən sadiq
dostlar. Sağ ol, əzizim, öpürəm səni, sağ ol!”
Həsən bəy məktubu iki dəfə oxudu, məktub əlində fikrə getdi:
“Heyif, Vera, səninlə mənimki alınmadı. Mən uzaq Moskvada
taleyindən həmişə nigaran qalacağım bir qızı gözü yaşlı qoyub
gəldim. Yaşım əlliyə, altmışa çatacaq. O qız mənim üçün elə iyirmi
bir yaşındakı kimi qalacaq. İndi mən cavab yazmalıyam, yazım
ki, bu iki-üç ilin içində üçüncü iş yerimi dəyişirəm?!” Uzaqdan
“Dərviş” karvansarasından sufi şərqiləri səslənirdi. Həsən bəy də
ruh etibarı ilə sufi idi. Dünyada sanki beş yüz il yaşayıb, hər şeydən,
dünyanın var-dövlətindən dönə-dönə bəhrələnmiş, istifadə etmiş
kimi yaşayırdı. Var-dövlətin, dünya malının mahiyyətini dəfələrlə
sınamış bir insan, nəfsi bütöv, maddiyyatda gözü olmayan biri idi
o. İçi o qədər sevgi, mərhəmətlə dolu idi ki, daim olanını insanlarla
bölüşməkdən zövq alar, rahatlıq duyardı. Həyatda millətinin,
xalqının inkişafı üçün görəcəyi işdən başqa özgə bir istəyi yox idi.
Bu gecə Həsən bəy son dərəcə kövrəlib dolduğundan, sufilərin
oxuduğu şərqilərə qoşulub sonsuzluqlara uçmağa, üzləşdiyi
haqsızlıqlardan qaçmağa, qırılmış könlünü ovutmağa yer axtarırdı
sanki.
“Mən arzularımın, mətləblərimin ardınca yola çıxan bir dərviş
babayam. Gedəcəyim hər məkanda yeni bir tərəfdaş, yeni bir mürid
yetişdirməliyəm”.
O, sonrakı fəaliyyəti ilə bağlı çox narahat idi. “Deməli, bundan
sonra da mən harada sadə insanları dəstəkləsəm, haqqa-ədalətə
tərəfdar olsam, gec-tez oradan da uzaqlaşdırılacam. Görünür, ya
Dostları ilə paylaş: |