Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə55/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   51   52   53   54   55   56   57   58   ...   245

169

–  Buyurun,  Həsən  bəy!  Siz  də,  qonaqlarınız  da  xoş  gəlib, 

səfalar gətirmisiniz.

Həsən  bəy  təəccüblənmədi,  çünki  İçərişəhərdə  onu  çox 

adam  tanıyırdı.  Lakin  karvansara  qulluqçusu  Həsən  bəyin  onu 

tanımadığını görüncə özünü təqdim etdi:

–  Həsən  bəy,  mən  sizin  bir  qədər  əvvəl  dükanını  qoçudan 

qoruduğunuz  adamın  oğluyam.  Ondan  sonra  daha  bizə  qoçu-

filan yaxın gəlmir. Çox sağ olun. Demək olar, sizin yaxşılığınız 

sayəsində  çox  ailələrin  üzü  gülür,  övladları  bir  parça  çörəyini 

qazanır, əmin-amanlıq içində dolanırlar. Hələ şəhərdə evi sökülən 

adamlara etdiyiniz yaxşılıqları demirəm. 

 Seyid Əzim:

– Həsən bəy, bu cavan oğlanın sözlərindən sonra ürəyim dağa 

döndü,  qürur  duydum,  içim  fəxarətlə  doldu.  Bu  qısa  zamanda 

sən  insanlara  necə  qayğı,  diqqət  göstərmisən,  bu  camaatla  necə 

doğmalaşmısan.  Bax  əsl  ziyalılıq,  haqq-ədalətə  qulluq  eləmək 

budur!


Qulluqçu  Həsən  bəyi,  onun  qonaqlarını  öz  doğması  kimi 

qarşılayıb:

 – Buyurun içəri, – deyib həyəcanla, – sizi yuxarı başa – buxarı 

yanına keçirəcəyəm, – dedi. Cavan oğlan onları karvansaranın ən 

rahat yerində əyləşdirdi. Bir az keçmiş digər qonaqlar da məclisə 

toplaşdı. Həsən bəy Hacı ağa Fəqirlə

28

, Məhəmməd Tağı Sidqi



29

 və 


onları müşayiət edən digərlərilə tanış oldu. 

Həsən bəyin söhbəti Hacıağa Fəqir və Məhəmməd Tağı Sidqilə 

elə qızışmışdı, sanki uzun illərmiş onlar bir-birilərini tanıyırmışlar. 

Onların  hər  üçü  elm,  təhsil,  məktəb  aşiqləri  idilər.  Əslində,  bu 

insanları birləşdirən əsas cəhət də elə onların millətin gələcəyi ilə 

bağlı düşüncələridir.

28

 Hacı ağa Fəqir Ordubadi (1836-1885) –  “Əncüməni-şüəra” ədəbi məclisinin 

təşkilatçılarından və fəal üzvlərindən olub, lirik və satirik üslubda çoxlu şeirlər 

yazıb. 

29

  Məhəmməd  Tağı  Sidqi  (1854-1903)  –  Ordubad  şəhərində  doğulub, 



“Əncüməni-şüəra”ədəbi məclisinin fəal iştirakçılarından və rəhbərlərindən biri 

olub.



170

Bir  azdan  xidmətçi  oğlan  onlara  yaxınlaşıb  Güney  Azər-

baycandan Məhəmməd Bağır Xalxalinin,

30

 Hacı Mehdi Şükuhinin



31

 

karvansaranın  başqa hücrəsində olduqlarını xəbər verdi. Məclis 



əhlindən kiminsə səsi ucadan:

– Bu ki əla tanışlıq fürsəti oldu! – eşidildi.

Şeirə, sənətə lap körpə yaşlarından xüsusi sevgisi olan Həsən 

bəy üçün bu gün, doğrudan da, çox əziz bir gün oldu. O, üzünü 

Seyid Əzimə tutaraq dedi: 

– Əziz dostum, sənin gəlişin bu gün məni dəhşətli bir ürək 

sıxıntısından xilas etdi. 

Seyid Əzim dilləndi:

–  Bugünkü  qismətimizdə  yenə  iki  şair  varmış,  indi  biz  iki 

adlı-sanlı Təbriz şairlərini də məclisimizə dəvət edib söhbətimizi 

davam etdirərik. 

Seyid  heç  kimə  etibar  etmirmiş  kimi,  şairlərin  ardınca  özü 

getdi. Bir azdan onlarla birlikdə məclisə qayıtdı. 

– Hə, indi burada gözəl bir məclis qurulacaq. 

Seyid Əzim hamını bir-birilə tanış edərək hər birinin fəaliyyəti 

haqqında qısaca danışdı:

– Həsən bəy, mən Məhəmməd Bağır Xalxalinin “Sələbiyyə”, 

yəni “Tülkünamə” ibrətamiz poemasını oxumuşam. Təsirli əsərdir, 

dili,  məna  zənginliyi  adamı  heyran  edir.  Eyni  zamanda,  Mehdi 

bəyin də gözəl qəzəlləri var. Əgər etiraz etməsələr, bu gün onların 

hərəsindən bir-iki beyt dinləyib, yaddaşımıza köçürərik. 

Hacı Mehdi Şükuhi ədəb qaydalarını gözəl bildiyindən üzünü 

Seyid Əzimə tutaraq:

– Söz sizindir, ustad, – dedi.

Seyid bu gün çox xoşbəxt idi, dərhal şeirə başladı:

30

 Məhəmməd Bağır Xalxali (1829-1900) əsərlərini Azərbaycan (türk), fars və 

ərəb dillərində yazmışdır. Onu ədəbiyyat tarixində məşhurlaşdıran “Sələbiyyə” 

(1893) məsnəvisidir. 

31

 Mirzə Mehdi Şükuhi (1829-1896) – Təbrizdə anadan olmuşdur. İlk təhsilini 

mollaxanada  almışdır.  1896-cı  ildə  Marağada  vəfat  etmiş  və  orada  dəfn 

edilmişdir. Həm klassik, həm də xalq ədəbiyyatı üslubunda əsərlər yazmışdır.



171

Dedi bir əhli-elmə bir alim,

32

Key olan şər sirrinə alim.



Mənim üçün buyur ibadətdən,

Hansı əfzəldi cümlə taqətdən.

Dedi: – Ey padışahi zülm şitab,

Sənə əfzəldir, hər bir işdən xab.

Ta yatan vaxt, ey fələkkirdar,

Görməyə xalq bir nəfəs azar.

Padşahlarda ədl əhsəndir,

Fitnənin yatmağı mühəssəndir.

Yerdən “əhsən”, “əhsən” səsləri ucaldı. Hamı Seyidin şeirindən 

ilhamlanmışdı. Seyid ağa üzünü güneyli qonaqlara tutaraq:

– Mən özüm qəzəl söyləmədim, istədim, qəzəli bu gün sizdən 

eşidək, buyurun, – dedi.

Şükuhi sözə başladı:

Öldüm, nə deyim, dərdimi bir yarə deyən yox,

Neylim ki, bu biçarəyə bir çarə deyən yox.

Ol, zülfi pərişandır edən könlümü viran,

Al şanə ələ zülfünü bir dara deyən yox.

Zülfün yelə vermə ki, verər ömrümü badə,

Çox vermə həva bəylə xatakara deyən yox.

Biçarə Şükuhi, səni öldürdü bu zalım,

Səd ah, bu keyfiyyəti sərdara deyən yox.

Ədəbi  məclisdə  söz  növbəsini  şairlər  bir-birinə  başlarını 

yüngülcə tərpətməklə ötürürdülər. 

Hacı Ağa Fəqir həm güneyli şairləri, həm də Seyid Əzimlə 

Molla Bixudu və Həsən bəyi Naxçıvana – Ordubad şeir məclisinə 

32

 “Alimin Padşaha cavabı” adlı şeiri 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə