154
üçün kifayət qədər soyuq idi. Amma havanın təravətindən baharın
gəlişi hiss olunurdu. Gələn həftə ilk çərşənbə qeyd olunacaqdı.
Həsən bəy uşaqlıqdan Novruz bayramını çox sevirdi, onun gəlişini
səbirsizliklə gözləyirdi.
“Bu il mütləq çalışıb kəndə getmək lazımdır. Anamın gözü,
bilirəm, yolda qalacaq”.
Novruz bayramı haqqında düşünə-düşünə “Metropol”un
ya nına gəlib çıxdığını hiss etmədi. Möhkəm acmışdı, həmişəki
yeməkxanaya üz tutdu. Yarpaq dolmasının turşməzə iyi adamın
ağzını sulandırırdı. Sakit görünüşlü, gənc xidmətçi Həsən bəyə
yaxınlaşdı.
– Bəy, xoş gəldiniz! Necəsiniz? Nə sifariş etmək istərdiniz?
Şəki ləhcəsi ilə danışan cavan oğlan zəngin menyunu təqdim
edib:
– Öncə istəyirsiniz yeni hazırlanan yeməkləri sayım, bəlkə,
xoşunuza gələn oldu.
– Yox, zəhmət olmasa, sən mənə ətri ağzımı sulandıran yarpaq
dolması gətir, qatıqla olsun.
– Nə zəhmət, Həsən bəy? Siz əmr edin!
– Sən mənim adımı haradan bilirsən?
– Sizi burada tək mən yox, çoxu tanıyır. Sizin qəza idarəsindəki
xidmətiniz haqqında bütün camaat danışır.
“Çox pis, demək, mənim fəaliyyətim yuxarıları da rahatsız
etməyə başlayıb. Yəqin ki, mən tezliklə bu işimdən də ayrılmalı
olacam”.
O, yeməyini iştahayla yedi. Bu gün kefi də kök idi, həm
erməninin “dərsini vermişdi”, həm də neçə-neçə həmyerlisinə
idarədə kömək göstərmişdi. Evə çatan kimi Veraya məktub yazmaq
haqqında düşündü. Həm də Meçnikovun son məqalələrini ona
göndərməyi Veradan xahiş edəcəkdi.
Həsən bəy qala qapısından İçərişəhərə girəndə ətrafdakı
içərişəhərlilər həmişə onu hörmət-izzətlə qarşılayırdılar.
– Axşamınız xeyir olsun!
– Salaməleyküm, Həsən bəy, necəsiniz?
Həsən bəyi yenə də yaxın qohum, köhnə dost kimi qarşıladılar.
155
Amma o, qarşıdakı dükanın böyründə çırpılıb qırılan kerosin lam-
pasının şüşələrini, qoçu Əhmədin divara dirəyib nəsə tələb edən
dükançını görəndə özünü saxlaya bilmədi, əsəbiləşərək irəli yeridi:
– Əhməd qonşu, nə olub? Nə istəyirsən bu tifildən?
– Lampa şüşələrini məndən alıb satır, amma pulumu vermir,
cənab məmur, ürəyinə başqa şey gəlməsin, bu adamları başlı-
başına buraxsan, çox əməllərdən çıxarlar.
– Burax onu, Əhməd, burax! Pulu yubatmağın üstündə insanı
belə qısnamazlar, hələ sındırdığın malları demirəm, bəs onları
kimin ayağına yazaq?
– Əlbəttə ki, bu satıcının!
– Yox, əvvəl hesablamaq lazımdır nə qədər mal vermisən, nə
qədər alacağın var. Kimdən almısan, haradan gətirmisən, maya
dəyəri nədir. Sən neçəyə vermisən, bu adam sənə nə zaman və nə
qədər pul verməyi boynuna götürüb?
Qoçu Əhməd heç nəyə cavab verə bilmədi:
– Mən heç nə bilmirəm, sabah gəlib pulumu aparacam. Ya da
heç gəlməyəcəm, elə özü pulu gətirməsə, dükandan əlini üzsün, –
deyib, Əhməd çıxıb getdi.
Dükançı ağlayırdı:
– Həsən bəy, vallah, billah yalan deyir. Mənim ona bu
qədər verəcəyim yoxdur. Aylığını istəyir, mən də bu ay heç nə
satmamışam.
– Sənə lampaları o verməyib?
– Yox, Həsən bəy, onu tanımırsınız, qoçu Əhməddir də, öz
“qoçu payı”nı istəyir.
– Mən onunla danışaram, yığışdır sınan mallarını.
– Həsən bəy, onun Allahı yoxdur. Pulu verə bilməsəm, gecəylə
dükanımı yandıracaq.
– Dedim, mən danışaram onunla.
Həsən bəy qanıqara halda mənzilinə yön aldı: “Cahil insan,
sənə məxsus olmayanı qorxuyla, hədəylə mənimsəsən də halal
olmadığını düşündünmü? Aldığın pulun, döydüyün adamların göz
yaşları, evindəki ac-yalavac uşaqlarının ah-naləsi səni necə rahat
buraxa bilər?!”
156
O, qapısını açmaq istəyəndə ev sahibilə rastlaşdı.
– Axşamınız xeyir, müəllim! Necəsiniz? Bu gün elə bil
dilxorsunuz, nə olub belə?
– Heç… Sizin xırdavatçı dükanın sahibinin mallarını qoçu
Əhməd qırıb-dağıdıb. Nədir, nədir aylığını yubadıb. Belə haqsızlıq,
belə ədalətsizlik olar? Başa salıram ki, səni bu qədər incidirsə,
polisə, məhkəməyə müraciət et. Başını yolub, üzünü cırır, deyir
aman-aman, nəslimi bir gecədə yox edər bu “qoçu”. Nə isə… Sizin
rəhmətliyin uşaqları necədir? Sahibkarlarla kimsə danışdımı?
Əgər məsələ uşaqların xeyrinə həll olunmasa, mən hər zaman sizə
kömək etməyə hazıram.
– Yox, ay oğul, sabah yox, o biri gün rəhmətliyin qırxıdır.
Bütün mədən fəhlələri, briqada başçıları da gələcək. Hələ, heç bir
xəbər yoxdur.
– Siz sahibkarla özünüz danışın. Əgər razı olmasa, onda nə
edəcəyimizə qərar verərik.
– Məni onun yanına heç zaman buraxmazlar. Yasa gələn
qohumu isə bilirsinizmi mənə nə dedi? Hərənin bir qisməti var,
onunku da bura qədərmiş, yəni “bizlik heç nə yoxdur”. “Qırxı”
yola verək, sonra görək nə edirik. Allah səni qorusun, ay oğul, sən
bu qədər insanların dərdinə şərik olursan. Tanrı yanında məqamın
uca olsun!
Həsən bəy içəri keçib rahatlanıb özünə gələndən sonra
Veraya yazacağı məktub haqqında düşündü. Bayramlarda təbrik
teleqramı göndərməsinə baxmayaraq, indiyə qədər Veraya məktub
yazmamışdı. Amma bütün bayramlarda ona təbrik göndərirdi.
Məktuba düşünmədən belə başladı: “Salam, əziz Vera, necəsən?
Sergey Mixayloviç necədir? Bu müddətdə məktub yazmadığım
üçün məni qınama. Sadəcə, gözləyirdim bütün işlər lazımi qaydaya
düşsün, sonra onlar haqqında sənə yazım. Günlər elə tez gəlib
keçdi, bütün hadisələr sanki dünən baş vermişdi
Nə işlə məşğul olursan? Yaradıcılığında hansı yeniliklər var?
Mən bu qısa dövrdə ikinci iş yerim olan Bakı Qəza İdarəsində
çalışıram. Soruşa bilərsən, təbiətşünas hara, pasport-masa rəisi
hara? Harada işləməyimdən asılı olmayaraq insanlara kömək
Dostları ilə paylaş: |