Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə9/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

Sona Xəyal 

26 


“dörd–çar eyniliyi var. Eləcə də “bədən–tən”, “bal - əsəl”, 

“iyi–xub”... 

Bəzən isə müəllif türk dili daxilində müxtəlifvariantlılıq 

nümayiş etdirir. Məsələn, bir çox yerlərdə “buçuq” sözünü 

işlətməsinə baxmayaraq, bəzən onu “yarım” sözü ilə  əvəz 

edir. Buna da bir sıra misallar göstərmək olar: “qab–çöl-

mək”, “kök–dib”, “qabıq–qab”, “şorba–çorba”, “asan–qo-

lay”, “içün–yana”, “susuzluq–susalıq”, “vurmaq–dürtmək”, 

“ol, bu–şol,  şu” və s. Əslində burada bizə tanış olmayan 

sözlər yoxdur. “Çölmək, çömçə, dib, dürtmək” kimi sözlər 

bizdə də vardır. Amma məsələ burasındadır ki, bu əsərdə bu 

sözlər müxtəlif yerlərdə eyni mənada işlənib. Ola bilsin ki, 

müəllif əsəri “xalis” türk dilində yazmağı” qarşısına məqsəd 

qoyduğu üçün bütün türkdilli xalqların lüğət tərkibindən 

istifadə edib. Bu gün osmanlı türkü “çorba” deyir, azəri tür-

kü “şorba”. Biz “kök” deyəndə, bitkinin kökü başa düşürük. 

Amma burada müəllif “bitkinin kökü” sözünü bəzən “bit-

kinin dibi” kimi verir ki, bu bizdə eyni məna ifadə eləmir. 

Biz bitkinin kökündən dərman kimi istifadə edirik. Amma 

“bitkinin dibi” dedikdə tamam başqa şey başa düşülür. Eləcə 

də bizdə “qab” sözü ilə əvəzlənməyən “qabıq” sözü var. 

Əsərdə maraq doğuran çəki bildirən sözlər var: dirəm, 

vəqiyə, rətl,  ədviyə, ceviz miqdarı, noxud miqdarı, misqal 

və s. Heyvan və bitki adları da diqqəti çəkir. 

Əsərdə fonetik dəyişikliklər daha qabarıq nəzərə çarpır. 

Amma bu dəyişikliklər bizə orta əsrlər  ədəbiyyatından ta-

nışdır: “uyqu–uyxu”, “ikinci–ikminci”, “dördüncü–dörd-

minci”, “qoydu–qodu”, “tutmaq–dutmaq”, “titrəmək–ditrə-

mək”, “onun–anun”. 

Dərviş Nidainin “Mənafeünnas”  əsərinin dili ayrıca bir 

tədqiqat işidir. Biz sadəcə tanışlıq üçün bəzi məqamlara to-

xunduq. Əsər çapa hazırlanıb, bu yaxınlarda oxuculara çat-

dırılacaqdır. 

 

AMEA-nın “XƏBƏRLƏR” jurnalı, 2010. 

 



Yaddaşlarda yaşayacaq 

27 


NOVXANI 

(Sərvətimiz şəxsiyyətlərimizdir) 

 

Son illər müxtəlif qələm sahiblərinin müxtəlif səpkili 



yazıları, kitabları  işıq üzü görür. Bu işin müsbət və  mənfi 

tərəfləri daim müzakirə obyekti olur. Mənfi cəhət budur ki, 

bəzi adamlar öz dədə-babaları haqqında kitablar yazır və ya 

yazdırır, amma sonra məlum olur ki, bu adamlar nəinki 

haqqında kitab yazılmağa, heç bir məqaləyə belə layiq de-

yillər. Amma belə yazılar bu gün də yazılmaqdadır.  İşin 

müsbət tərəfi isə ayrı-ayrı bölgələr, hətta ayrı-ayrı kəndlər 

haqqında yazıların bir araya gətirilməsi və oxuculara çatdı-

rılmasıdır. Bu mənada Bakıətrafı  kəndlərlə bağlı kitablar 

diqqəti çəkir.  Əlimdə bir kitab var: ”Novxanı (Sərvətimiz 

şəxsiyyətlərimizdir). Bundan əvvəl də  Mərdəkan, Keşlə, 

Maştağa və s. haqqında ayrı-ayrı kitablar işıq üzü görüb. 

İndi haqqında danışmaq istədiyim “Novxanı” kitabı da bu 

kəndin ziyalılarını tanıtmaq baxımından təqdirəlayiqdir. Bir 

qədər düşünəndə doğrudan da şəxsiyyətlərimiz  ən böyük 

sərvətimizdir. Amma neyləmək olar ki, biz çoxunu öləndən 

sonra qiymətləndiririk... 

Kitabın təsisçisi və baş redaktoru Vaqif Ağayev, redak-

torları  Əliabbas  Əlimədətoğlu, Hacı Arif Bahadıroğlu və 

Nəriman Qəhrəmanlıdır. Bu adamlardan ikisini tanımıram. 

Arif Bahadıroğlunu Azərbaycan televiziyasının “Günün ek-

ranı” xəbərlər proqramından tanımışam. Sonralar Hacı 

Mailin evindən çəkdiyi “Məcməüşşüəra” məclisi ilə bağlı 

verilişlərindən, ən əsası isə Hacı Maillə dostluğundan tanı-

yıram. Və həmişə də çox hörmət bəslədiyim adamlardan bi-

ri olub. Nəriman Qəhrəmanlı ilə bu yaxınlarda şəxsən tanış 

olmuşam. Elə “Novxanı” kitabını da mənə Nəriman müəl-

lim verib. O ki qaldı Novxanıya, cəmi bir dəfə Novxanıda 

olmuşam, Bakı dövlət Universitetinin biologiya fakültəsin-

də  təhsil alarkən Ağavəli müəllim bizi ora, dənizə yosun 

toplamağa aparmışdı. Amma Novxanı mənə ona görə əziz-



Sona Xəyal 

28 


dir ki, universitetin filologiya fakültəsində təhsil alarkən ən 

sevimli müəllimim olan Bəxtiyar Məmmədzadə novxanılı-

dır. Amma çox təəssüf ki, kitaba Bəxtiyar müəllimin atası 

haqqında məlumat daxil edilsə  də, özü haqqında heç bir 

məlumat verilməyib, sadəcə  Məmməd Məmmədzadənin 

oğlu kimi adı çəkilib. Dövrünün məşhur pianoçusu olan Za-

ur  Əliyev haqqında da burada məlumata rast gəlmədik. 

Yəqin ki, Novxanının hələ çox-çox bu kitaba düşməyən 

şəxsiyyətləri vardır. Amma bununla belə burada xeyli ziya-

lı haqqında gərəkli yazıları oxumaq olur... 

Kitab “Ucalığa gedən yol” adlı ön sözlə açılır. Burada 

tarix elmləri namizədi Tofiq Babayev və Vaqif Ağayev 

Azərbaycandan, onun başına gətirilən olaylardan, qədim-

dən bu günə kimi keçdiyi şərəfli yoldan bəhs açaraq, hər 

şeydə onun bir parçası olan Novxanının da payı olduğunu 

qeyd edir və fikirlərini belə yekunlaşdırırlar:”Kiçik adlan-

dırdığımız kənd  əslində çox böyükdür. Onu böyük edən, 

ucaldan məhz bu kitabda adlarını çəkdiyimiz şəxsiyyətlər-

dir. Ucalığa, yüksəlişə gedən yol çox ağırdır, eyni zamanda 

şərəflidir!”. 

Kitabın birinci bölümü “Şəxsiyyətlər” adlanır və demək 

olar ki, kitabın əsas hissəsini təşkil edir. Burada 110 nəfər 

haqqında ayrı-ayrı yazılar verilmişdir ki, bunların arasında 

siyasi xadimlər, dövlət adamları, rəhbər işçilər, alimlər, ya-

zıçılar,  şairlər, rəssamlar, bəstəkarlar, müğənnilər, mədə-

niyyət işçiləri, din xadimləri, müharibə  iştirakçıları  və s. 

vardır.  

Birinci sırada M.Rəsulzadə durur. “Rəsulzadə  Məhəm-

mədəmin Axund Hacı Molla Əliəkbər oğlu” adlı məqalə ki-

tabındakı  ən geniş yazılardan biridir. “Azərbaycan Xalq 

Cümhuriyyəti Ensiklopediyası”ndan götürülmüş bu yazıda 

onun həyatı, fəaliyyəti imkan daxilində əhatə olunmuşdur. 

İkinci geniş  məlumat isə Sovet İttifaqı  Qəhrəmanı “Hü-

seynzadə Mehdi Hənifə  oğlu” haqqındadır. “Azadlıq” ra-

diosunun müxbiri Rövşən Qənbərovun bu yazısında sevimli 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə