Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   2   3   4   5   6   7   8   9   ...   31

Yaddaşlarda yaşayacaq 

yaratmaq” adlı toplusunda da, əvvəlki kitablarında olduğu kimi, 



istər dini, istərsə də ədəbi yazılar öz sanbalı, fikir zənginliyi ba-

xımından diqqət çəkir. S.Xəyal müəllifin söz açdığı bir sıra şəx-

siyyətlərin şəkillərinin oxuculara təqdim olunmasını kitabın ma-

raqlı cəhətlərindən biri olduğunu bildirir və kitabın istər tarixilik 

baxımından, istər dini, istər elmi-ədəbi cəhətdən oxucular üçün 

böyük əhəmiyyət kəsb etdiyini yazır. 

Kitaba daxil edilmiş  məqalələrdən biri də “Novxanı”  əsəri 

haqqındadır. Əsərin təsisçisi və redaktoru V.Ağayevdir. S.Xəyal 

məqaləsində bu kitabı da əvvəldən-axıra təhlil etmişdir. Sona 

xanım kitabın “Şəxsiyyətlər” adlanan birinci fəslində 110 nəfər 

novxanılı haqqında ayrı-ayrı yazıların verildiyini, maraqlı insan-

lar haqqında dəyərli məlumatların yer aldığını, səkkiz idmançı 

gəncdən bəhs olunduğunu, Novxanının memarlıq quruluşundan, 

məscidlərindən, hamam və ovdanlarından söz açıldığını qeyd 

edir. Sözügedən kitab yalnız bir kəndi  əks etdirmir. Burada 

Azərbaycanın tarixinə  qısa bir baxış var. Burada Azərbaycan 

xalqının milli adət-ənənələrinin əksi var. Burada mənəvi dəyər-

lərimizə hörmət və rəğbətin ifadəsi var” cümlələri ilə məqaləyə 

yekun vurulmuşdur. 

Yazıçı Hüseynbala Mirələmovun yaradıcılığına həsr olun-

muş və Elçin Kamal ilə Fariz Çobanoğlu tərəfindən qələmə alın-

mış kitab haqqında da öz fikir və mülahizələrini qələmə almışdır 

Sona Xəyal. Onun təhlil etdiyi əsərə 31 məqalə daxil edilmişdir. 

Yazısının sonunda müəllifin belə bir fikrinə rast gəlirik: “Hər iki 

müəllif bu kitabın ərsəyə gəlməsi üçün xeyli zəhmət çəkmişlər. 

Kitaba daxil edilən yazılarda Hüseynbala Mirələmovun yaradı-

cılığı haqqında digər müəlliflərin yazılarından da istifadə edil-

mişdir”. Amma müəllif hər iki müəllifin yazılarında çoxlu tək-

rarlara rast gəlindiyini də ifadə etmişdir. 

Bunlardan əlavə, oxucuların diqqətinə təqdim olunan bu ki-

tabda Lətif Süleymanlının “Vahid Əlioğlunun poetikası”, Leyla 

Məcidqızının “Yusif Vəzir Çəmənzəminli və rus mədəniyyəti”, 

Qurban Bayramovun “Poeziyanın sirri”, Şakir Albalıyevin 

“Azərbaycan nağıllarında şah obrazı”, Fazil Qaraoğlunun “Türk 




Sona Xəyal 

millətinin tarixi, qurduğu dövlətlər və ata-babaları”, Nəsib Gö-



yüşovun “Milli sənətin nəzəri təhlilinə giriş”, Tərlan Novruzo-

vun “Orta əsrlər Qərb ədəbiyyatı”, Seyidmiri Aslanovun “Mirzə 

Əliəkbər Sabir yalnız şair idimi?”, Roza Eyvazovanın “Dil tari-

ximizdən”,  Əzizxan Tanrıverdiyevin “Kitabi-Dədə Qorqudda 

şəxs adları” adlı kitabları haqqında dəyərli məqalələri yer almış-

dır. Topluda Sona Xəyalın “Nəsirəddin Tusi elm haqqında” və 

“Dərviş Nidainin “Mənafeün-nas” əsəri və onun dili” adlı klas-

sik irsimizlə bağlı yazılarına da rast gəlirik. 

Kitabında Bakı Dövlət Universitetinin dosenti, dəyərli alim, 

mərhum Bəxtiyar Məmmədzadə haqqında “Yaddaşlarda yaşaya-

caq” sərlövhəli məqaləsi diqqət çəkir. Müəllif bu məqaləni Bəx-

tiyar müəllimin vəfatı münasibətilə qələmə almışdır. Burada də-

rin biliyi, intellektual düşüncəsi,  əhatəli nitqi, bütün insani də-

yərləri özündə ehtiva edən  şəxsiyyəti, eyni zamanda heç kəsə 

bənzəməyən  zahiri davranışı, rəftarı ilə seçilən Bəxtiyar müəl-

lim haqqında keçmiş zamanda danışmağın nə qədər ağır olduğu-

nu qeyd etmişdir. Məqalədə B.Məmmədzadənin həyat və yaradı-

cılığı, elmi fəaliyyəti,  əsərləri haqqında məlumat verilmişdir. 

Sona Xəyal ən sevimli müəllimindən ürək dolusu danışır və onu 

“bəxtiyar tələbələrin bəxtinə düşən Bəxtiyar müəllim” kimi xa-

rakterizə edir və məqaləsini bu sətirlərlə tamamlayır: “Bəxtiyar 

Məmmədzadənin kitabları haqqında, habelə müxtəlif məqalələri 

haqqında çox danışmaq olar, hətta elə onun özü haqqında belə 

bir kitab yazmaq olar. Çünki Bəxtiyar müəllim mənalı, təmiz bir 

ömür yaşamış, araşdırılmalı, tədqiq olunmalı olduqca dəyərli 

elmi irs qoyub getmişdir”. 

Son olaraq, S.Xəyalın uzun illər apardığı elmi axtarışların 

bəhrəsi olan bu nəşrin Azərbaycan elmi ictimaiyyəti, ədəbiyyat-

şünaslar və ədəbiyyatsevərlər üçün yeni bir töhfə olacağını ümid 

edirik. 


Vüsalə Musalı 

filologiya üzrə fəlsəfə doktoru, 

AMEA Füzuli adına Əlyazmalar İnstitutunun 

böyük elmi işçisi, BDU-nun müəllimi 


Yaddaşlarda yaşayacaq 

 



 

 

“RƏSUL RZA POEZİYASI ƏDƏBİ TƏNQİDDƏ” 

 

Gərək ki, kitabları yandırılan Volter demişdi: ”Mənim 



kitablarım  şabalıd kimidir, nə  qədər qovrulurlarsa, bir o 

qədər dadlı olurlar.” Hər dəfə xalq şairi Rəsul Rza haqqın-

da yeni kitab nəşr olunanda yadıma bu sözlər düşür. Çünki, 

bədxahları Rəsul Rzanı nə qədər çox tənqid edirlərsə, onun 

yaradıcılığına bir o qədər çox müraciət olunur, əsərləri bir o 

qədər çox tədqiq olunur və haqqında məqalələr, monoqrafi-

yalar çap olunur. Bu baxımdan “Elm və  təhsil” nəşriyya-

tında yenicə çapdan çıxan Nizami adına Ədəbiyyat İnstitu-

tunun əməkdaşı Simuzər İsmayılovanın “Rəsul Rza poezi-

yası  ədəbi tənqiddə” adlı monoqrafiyası diqqəti cəlb edir. 

Kitabın elmi redaktoru və ön sözün müəllifi mərhum pro-

fessorumuz filologiya elmləri doktoru Şamil Salmanov, 

rəyçiləri filologiya elmləri doktoru, professor Zaman Əs-

gərli, filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadədir.  

Hiss olunur ki, monoqrafiya namizədlik dissertasiyası-

dır. Ön sözün müəllifi Şamil Salmanov monoqrafiyanı əha-

təli  şəkildə  təqdim etmiş, həm Rəsul Rza yaradıcılığına, 

həm də müəllifin işinə qiymət vermişdir. Rəsul Rza poezi-

yasının hələ 30-cu illərdən ədəbi tənqidin diqqətini cəlb et-

diyini, M.Hüseyn, Ə.Nazim, M.Quliyev, M.Arif kimi tən-

qidçilərin məqalələrində  şairin yaradıcılığından söz açıldı-

ğını qeyd edən müəllif yazır: “Monoqrafiyada R.Rza poezi-

yası haqqında tənqidin mərhələləri,  əsas istiqamətləri mü-

əyyən edilmiş, tənqidin bu poeziyanın problemlərinə və ax-

tarışlarına münasibəti təhlil olunmuşdur. Bu elmi vəzifəni 

həll etmək üçün isə tədqiqatçı çoxlu materialı nəzərdən ke-

çirməli, onu sistemləşdirməli və ümumiləşdirməli idi. De-

mək lazımdır ki, S.İsmayılova bu elmi vəzifənin öhdəsin-

dən gələ bilmişdir. 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə